Qəbələ rayonunun turizm potensialı

 

Bununla bağlı info-tur keçirilib

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi "Gilan-Turizm" MMC-nin təşkilatçılığı ilə Qəbələ rayonunun turizm potensialının təqdimatı ilə bağlı info-tur keçirilib. APA-nın Qəbələyə ezam olunmuş müxbirinin məlumatına görə, yerli xarici turizm şirkətlərinin Qəbələdəki otel sanatoriyalarla yaxından tanış olması, onlar arasında əlaqələrin qurulması, xidmətlərin nümayiş etdirilməsi, eləcə daxili turizmin effektli davamlı inkişaf etdirilməsi məqsədilə keçirilən info-turun ilk günü "Gilan Holdinq" MMC-nin "Qafqaz Riverside" Hotelinin təqdimatı olub. Tədbirdə 50-yə yaxın yerli, eləcə xarici turizm şirkətinin, 15-ə yaxın KİV-in nümayəndəsi iştirak edib. Mədəniyyət Turizm Nazirliyinin turizm şöbəsinin turizmin inkişafı sektorunun əməkdaşı Cəfər Qarayev bildirib ki, tədbirin keçirilməsi Qəbələ rayonunda fəaliyyət göstərən mehmanxana mehmanxana tipli obyektləri turizm şirkətləri ilə yaxından tanış etmək, gələcəkdə daxili xarici turistlərin rayonda qəbul olunması üçün operativ keyfiyyətli fəaliyyəti göstərmək məqsədi daşıyır. "Qafqaz Riverside" otelinin baş administratoru Süleyman Məmmədovun sözlərinə görə, bu tip info-tur bir dəfə nəzərdə tutulub: "Həm xarici, həm yerli turistlərin qısa bir zamanda otelimizə maraq göstərməsi əldə olunan uğurlardan biridir. "Gilan-Turizm" olaraq biz turizm sahəsində böyük işlər görmüş qardaş Türkiyədən peşəkar otelçi heyəti dəvət etmişik. Onlar vaxtaşırı keçirdikləri treninqlərdə burada xidmət səviyyəsinin dünya standartlarına çatdırılmasına çalışırlar".

Otel rəsmisinin sözlərinə görə, oteldə hazırda 350 işçi heyəti fəaliyyət göstərir. Beş ulduzlu mehmanxananın 16 hektar ərazisi, yüksək standartlara cavab verən 123 nömrəsi 38 kotteci var. Hoteldə restoran, konfrans zalları, sağlamlıq mərkəzi, sauna, üzgüçülük hovuzu, idman zalı fəaliyyət göstərir. Təqdimatda eləcə "Gilan-Turizm" MMC Qəbələdə mədəni turizm, ekoloji turizm kənd yaşıl turizmin inkişafı sahəsində görülən işlərdən, qazanılan uğurlardan, gələcəkdə nəzərdə tutulan tədbirlərdən bəhs edilib.

Qəbələ rayon Mədəniyyət turizm şöbəsinin müdiri Nargilə Qafarova turizm sahəsində Qəbələdə son illər çoxsaylı işlər görüldüyünü diqqətə çatdırıb bunun da turist axınına səbəb olduğunu qeyd edib: "Digər bölgələrlə yanaşı, Qəbələdə turizmin inkişafına çox böyük diqqət yetirilir. Yaxın zamanlarda yəqin ki, yalnız yay mövsümü deyil, qış mövsümündə daxili xarici turistləri qəbul edəcəyik. Son 6 ay ərzində Qəbələyə 20 minə yaxın turist gəlib. Onların 5 mini xarici turistlər olub".

Tədbirin proqramına uyğun olaraq həmin gün Şou-proqram keçirilib. Bundan əlavə Mədəniyyət Turizm Nazirliyinin işçiləri, turizm şirkətlərinin KİV nümayəndələri iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana sanatoriyalar, eləcə Qəbələ Tarix Diyarşünaslıq Muzeyi "Cümə" məscidi ilə tanış olublar.

Qeyd edək ki, son illər Qəbələ sürətlə inkişaf etməkdədir. Şəhərin bütün infrastrukturu müasir Avropa standartlarına uyğun yenidən qurulub. Qəbələ tarixi şöhrətini əhəmiyyətini özünə qaytarmaqla ölkənin şimal paytaxtına çevrilməkdədir. Rayonun fisunkar təbiəti, təbii resursları, insan potensialı qonaqpərvərliyi, habelə son illər yatırılan investisiyalar buranı gözəl bir məkana çevirib. Hətta bu ilin martında Qəbələdə olan "Kurtlar Vadisi" serialının qəhrəmanları şəhərin gözləlliklərindən heyran olduqlarını dilə gətirmişdilər. "Kurtlar Vadisi Pusu"nun baş rolunun (Polat Alemdar) ifaçısı Necati Şaşmaz xarici turistləri Qəbələyə çağırmışdı: "Biz Qəbələdə tam bir cənnətin içinə düşdük. Qəbələ cənnətin özüdür".

Qəbələdə turizm istirahət kompleksləri müxtəlif rəngarəngdir. Rayonda kasıblar da istirahət edə bilər, milyonçular da. Belə ki, burada bir günlük istirahətin qiyməti yerindən xidmətlərin səviyyəsindən asılı olaraq 20 manatdan 500 manata qədər dəyişir. Hərə öz cibinin imkanlarına uyğun məkan seçə bilər. Hətta şəxsi maşını olanlar üçün dağlıq ərazilərə səyahət mümkündür. İldən-ilə Qəbələdə yeni, müasir, dünya standartlarına uyğun turizm obyektləri açılır. Yeni layihələr əsasında kurortların tikintisi, dağlara turların təşkili digər xidmətlər nəzərədə tutulur. Ayrı-ayrı layihələrə milyonlarla sərmayə yatırılır. Qəbələnin turizm xidmətləri sahəsində böyük potensialı var. Hökumət qeyri-neft sektorunda prioritet sahələrdən biri kimi turizmi seçib. Azərbaycan regionlarda turizm xidmətini bu sahədə sahibkarlığı inkişaf etdirməklə böyük gəlir əldə edə bilər. Hökumət turizmlə bağlı proqnozlarda optimistdir - turizm sahəsində artım müşahidə olunur. Dünya İqtisadi Forumu (DİF) tərəfindən turizm, aviadaşımalar səyahətlər biznesinin inkişafı üzrə hesablanan rəqabətlilik reytinqində Azərbaycan ötən il 133 dövlət arasında Ukrayna ilə birlikdə 76-77-ci yerləri tutub. Azərbaycan sözügedən reytinqdə mövqeyini 3 pillə yaxşılaşdırıb. Bu zaman turizm biznesinin inkişafı üzrə Azərbaycana verilən xüsusi indeks (Travel & Tourism Competitiveness Index - TTCİ) göstəricisi 3,84 təşkil edib. Ən yüksək turizm indeksi (5,68) alaraq siyahıda liderlik edən İsveçrə olub. Asiya qitəsi ölkələri arasında Azərbaycan daha yüksək yerlərdədir. MDB ölkələri arasında isə Azərbaycan Rusiya Gürcüstandan sonra 3-cü nəticə göstərib. Bu zaman turizm sahəsində qanunvericiliyin keyfiyyəti subindeksinə görə ölkəmiz 47-ci yerdədir. Qeyd edək ki, turizm sahəsində rəqabətlilik reytinqi TTCİ indeksinin hesablanması zamanı ölkədə turizm infrastrukturu qanunvericiliklə bərabər səyahətlərlə bağlı şirkətlərdə olan işçilərin sayı, təbiətin mühafizəsi, bankomat POS-terminallar şəbəkəsinin genişliyi, mehmanxana nəqliyyatda olan tariflər, sanitar-epidemioloji mühit, turistlərin təhlükəsizliyi, vizaların verilməsi qaydaları, eləcə yanacaq qiymətləri, yol-nəqliyyat hadisələrinin sayı, suvenir istehsalı, tibbi sığorta sisteminin tətbiqi, stadion idman mərkəzlərinin vəziyyəti, İnternet mobil rabitə şəbəkələrindən istifadə edənlərin sayı 70 yaxın digər amil nəzərə alınır.   

 

 

Mahir

 

Xalq Cəbhəsi.- 2010.- 10 avqust.- S.12.