Azərbaycan türk yurdudur

 

Azərbaycan - etnik coğrafiyası Dərbənd, İrəvan, Kərkük, Ərbil, Həmədan və Qəzvin şəhərlərini öz daxilinə alan, sinəsi Xəzər dənizi, kürəyi Anadolu olan Böyük Qafqaz sıra dağlarının güneyində yerləşən inzibati ərazi vahididir. XIX əsrin əvvəllərinədək Azərbaycanın ərazisi 410 min kv. km olub. 24 oktyabr 1813-cü il tarixli "Gülüstan" və 10 fevral 1828-ci il tarixli "Türkmənçay" müqavilələri əsasında Azərbaycan torpaqları İran şahlığı və Çar Rusiyası arasında iki hissəyə bölünüb. 280 min kv.km ərazisi olan Cənubi Azərbaycan İran şahlığının, 130 min kv.km əraziyə malik Şimali Azərbaycan torpaqları isə çar Rusiyasının hakimiyyəti altına keçib. 1918-ci ildə İngiltərə, Fransa, ABŞ, Rusiyabir sıra qərb dövlətlərinin təzyiqi altında İrəvan xanlığının 9 min kv.km-lik ərazisində qondarma Ermənistan daşnak hökuməti təsis edilib. 114 min kv.km-lik ərazidə isə Azərbaycan Xalq Cümhuriyyəti bərqərar olub. Dərbənd xanlığının ərazisi zorakılıqla Rusiya tərəfindən ilhaq olunub. Ulu Oğuz yurdları olan Borçalı, Qarayazı, Sığnaq bölgələri isə AXC ilə Gürcüstan menşevik hökuməti arasında mübahisəli torpaq predmetinə çevrilib. 28 aprel 1920-ci ildə AXC bolşevik Rusiyası tərəfindən işğal olunub, AXC hökuməti cismən məhv edilib. Xalq Cümhuriyyətinin 18,4 min kv.km ərazisi Ermənistan SSR-ə ərmağan edilib. 86,6 kv.km ərazidə isə Azərbaycan SSR təşkil olunub. Sovetlər Birliyinin dağılması ilə əlaqədar Azərbaycan SSR də öz varlığını itirdi, xalqımız yenidən özünün müqəddəs üçrəngli bayrağını başı üstünə qaldırdı. 18 oktyabr 1991-ci ildə AXC-nin varisi kimi Azərbaycan Respublikası müstəqilliyini elan edib. Bu gün mövcud olan AR Güney Azərbaycanda yaşayan, habelə dünyanın müxtəlif bölgələrinə səpələnmiş 50 milyonluq Azərbaycan xalqının yeganə müstəqil dövlət qurumudur.

Əfsuslar olsun ki, 1991-1993-cü illərdə Ermənistanda yuva qurmuş daşnak terror qrup, təşkilat və birlikləri Rusiyanın bilavasitə hərbi dəstəyi və birbaşa havadarlığı altında Azərbaycanın beynəlxalq aləmin qəbul etdiyi 86,6 min kv.km-lik ərazisinin 13,22 min kv. km-ni işğal altına alıb. Hələ də faşist yönümlü Ermənistan öz təcavüzkarlıq siyasətindən əl çəkmək istəmir, Azərbaycanın ərazi bütövlüyünü və torpaqlarının toxunulmazlığını təhdid edir. Hazırda Azərbaycanın ərazisi 63,4 min kv. km-dir. Bu isə ümumilikdə Azərbaycanın etnik coğrafiyasının 15,5%-ni təşkil edir.

Azərbaycanın etnik coğrafiyası Ön Asiya, Quzey (Quzey Qafqaz, Krım, İdil hövzəsi) və Mərkəzi Asiya türklərinin vəhdətini təşkil edən üç yol üstədir. Turan dünyasının ayrılmaz tərkib hissəsidir, Ön Asiya, QuzeyDoğu türklərinin yolu üstə qızıl körpüdür. Azərbaycan öz geosiyasi vəziyyəti və tükənməz təbii sərvətlərinə görə, həm də həmişə dünya imperializminin təsir dairəsində olubsuper güclülərin milli və dövlət maraqlarının toqquşduğu bir məkan sayılır.

Azərbaycan öz florası, faunası və landşaftının əsrarəngizliyinə və füsunkarlığına görə seçilən, bənzərsiz və bənzəri olmayan canlı təbiət muzeyidir. Bura dünyada mövcud olan 11 iqlim qurşağının 9-na malik bir diyardır. Azərbaycan Göy Tanrının öz türkünə bəxş elədiyi, ərməğan etdiyi qismət payı, Tanrı möcüzəsidir. Azərbaycan hər bir azərbaycanlının Tanrı ocağı, ata yurdu, ana qucağı, qeyrət tacı, namus örnəyidir. Bu torpağın hər qarışı müqəddəsdir. Bu torpaq Ana Vətəndir.

 

"Azərbaycan" sözünün etimologiyası haqqında

 

Antitürk sovet tarixşünaslığından qalma ən çox gəvələnən fikir "Azərbaycan-Atropatın ölkəsi deməkdir" ifadəsidir. Əli qələm tutan xələflər sələflərinin dediklərini tutuquşu kimi təkrarlamaqdan bu gün də əl çəkmək fikrindən uzaqdırlar. Halbuki "Odər (od ərləri, od kişiləri) - Azər" sözünün işlənmə tarixi Atropatya Atropatena adlarından çox əsrlər əvvəl 2-3 min il öncəyə - Şumer dövrünə təsadüf edir. Oda sitayiş kultu əsnasında Tanrıya tapınan odərlər, şumer, işquz (Oğuz), sak türk tiplərinin alt qatında duran ortam xətdir. Azərbaycan etnik coğrafiyasında ilk türk mənşəli insan icma, qrup və dəstələri kimi odərlər ən qədim əsatir və miflərdə belə özünü büruzə verdirməkdədir. İrandilli etnoslar Azərbaycan ərazisinə daxil olanda artıq türkdilli etnoslar, ələlxüsus türk mənşəli odərlər Azərbaycan etnik coğrafiyasının oturuşmuş sakinləri sayılırdılar. İrandillilər, daha doğrusu, pəhləvi və sami dillərində "odər" sözünün fonetik dəyişikliyə uğrayaraq "azər" formasına düşməyi bir kimsəyə sirr deyil. "Azər" sözü ilk dəfə yazılı ədəbiyyatda Yaxın Şərqə Şumer türk tipinin gəlişinə rəğmən türk Tanrıçılığının doğuşu kimi səslənən və tovidi Ərəbistan yarımadasına aparan İbrahim peyğəmbərin atasının adıyla, Bibliya hekayələrində Azər baba adıyla anılır.

Əlbəttə, xalqımızın minilliklərin o üzündən aşıb gələn qan yaddaşı, mifik düşüncəsi keçmişi bugünümüzə calayan, çatdıran əvəzsiz sərvət, mənəvi dəyərdir. Unutmamalıyıq ki, qüdrətli, böyükulu türk tarixinin canlı daşıyıcıları genlərimizdə - qan yaddaşımızda həmişəyaşar olub və həmişəyaşar olaraq da qalır. Bu fikrin yazılı məxəzdəkilərlə həmahəng olduğunu inkar etmək ağılasığmazdır. Sadəcə, antik və əski mənbələri əxz etmək, həzmi-rabedən keçirmək, özünə qayıtmaq gərəkdir.

Bir sözlə, "Azərbaycan" hərfi mənada "odərlərin can məkanı", əsli mənada isə "Odərlərin diyarı", "Odər yurdu", son deyimdə "Odlar yurdu" deməkdir. "Azərbaycan" sözünün etimologiyası qeyd-şərtsiz "Odlar yurdu" mənasını verir. Azərbaycanlı olaraq hər bir Azərbaycan vətəndaşının, fərdinin Vətən, torpaq adını etimoloji baxımdan Azərbaycan-etnik coğrafiyasının sərhədləri daxilində "Odlar yurdu" anlamında canına, qanına hopdurması ilə sonuc tapmalıdır.

Azərbaycan-Odlar yurdu! Daha kimlər sənin bostanına daş atmadılar?! Külək dağdanaparar, nə qoparar, nə dedin-nə demədin. Yenə də türk sənin oldu, sən türkün, Azərbaycan-Odlar yurdu!

Atropatena-olsa-olsa "Azər hakimi", "Odər hakimi", "Odərlərin böyüyü" mənalarını ifadə edə biləcək "Odər-Ata" söz birləşməsinin antik yunan dilində və ya əski yazılarda işlədilən, formasını dəyişmiş ifadə, ad-filan şəklində rast gəlinən sözdən başqa bir şey deyil.

 

Azərbaycanda türk dilli tayfaların konsolidasiyası

 

İlk bəşər övladının, ilk insan yaranışının, ilk dil doğuşunun meydana gəldiyi bir ərazi kimi özünü təsbit edən Azərbaycanda bir qayda olaraq ilkin dövrlərdən başlayaraq zaman-zaman müxtəlif adlı, eyni dilli türk mənşəli insan dəstələrinin, icma və qruplarının, toplum və tayfalarının köç yolları kəsişib, burada məskunlaşıb, bir-birlərinə qaynayıb qarışıblar. Məhz türk mənşəli etnik qruplartayfalar müasir Azərbaycan türkünün soy kökündə durubdaha doğrusu, bugünkü azərbaycanlıların və Azərbaycan xalqının etnogenezini təşkil ediblər. Bu sıranı aşağıdakı cəmlər şəklində quraşdırmaq olar:

e.ə. IV minilliyədək: Odərlər-türk mənşəli ilk insan icmaları, qrup və dəstələri. e.ə. VI minillikdən e.ə. II minilliyədək: Şumer türk tipli arattalılar, kutilər, lullubumlar, turikkilər, suvarlar, prototürklər, azlar-türk mənşəli, türk dilli etnik qruplar, qəbilələr və qövmlər. e.ə. XX yüzillikdən e.ə. IV yüzilliyədək: kimerlər, iskitlər (işquzlar), saklar, quqarlar, şiraklar, mastagetlər, kaspilər, mığrılar, maqlar, mannalılar, madaylar, buntürklər, haylantürklər, peçeneqlər, kəngərlər, ağhunlar-türk dilli tayfalartoplumlar. e.ə. IV yüzillikdən eramızın X yüzilliyinədək: albanlar, qıpçaqlar, qara hunlar, qaşqaylar, tərtərlər, qarqarlar, bulqarlar, basillər, vərəndlər, vənglər, qoruslar, baharlılar, tuğlar, tağlar, qordmanlar, dondarlar, utilər, uliqular, aranlar, qullar, sabirlər, xəzərlər, quşanlar, çollar, toloslar-türk dilli tayfa topluları və tirələri. X yüzillikdən XIV yüzilliyədək: səlcuqlar, türkmənlər, moğollar, tatarlar, qaramanlar, dolandomanlar, cəlayirlər-türk dilli tayfa birlikləri.

Əlbəttə hər bir xalqın təşəkkülü konsolidasiyaassimilyasiya hallarını, böyük əhali köçlərini və yerdəyişmələrini əhatə edən mürəkkəb bir prosesin nəticəsidir. Azərbaycan türkünün, bugünkü Azərbaycan xalqının da təşəkkülündə heç şübhəsiz, həm yerli, həm də gəlmə türk tayfalarının Azərbaycanın etnik coğrafiyasında məskunlaşan Qafqazya İran dilli etnik qruplarının müəyyən hissəsini özünə qatması, daha doğrusu, onları assimilyasiya etməsi prosesinin getməsini də inkar etmək olmaz. Ancaq bir məsələni yeri gəlmişkən, qeyd etməmək olmur ki, Yer üzərində insan yaranışından, ondan türk qolu ayrılandan bu yana Azərbaycanın Türk Yurdu olmasını sezməmək mümkün deyil.

Bir çox alimlər haqlı olaraq "Kitabi-Dədə Qorqud" dastanının, bu türk yazılı abidəsinin Azərbaycanda yaranmasını və aşınmalarla ən azı 3300 illik bir tarixə malik olduğunu söyləyir və qeyd edirlər. İnsan cəmiyyətinin yaranma tarixini müəyyən etmək qeyri-mümkün olduğundan mümkün olan tarix haqqında danışmaq lazımdır. Azərbaycan xalqının ən qədim yaşam tarixinin başlanğıcının ilkinliyini türk mənşəli odər icma, dəstə və toplumlarının mövcudluğunu özündə göstərən və arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-məişət əşyalarının yaradılma və işlədilmə tarixlərindən, ən yaxın başlanğıcını isə Şumer dövründən, iskit, sakya Şumer tipli digər türklərin bu ərazilərdə boy vermə tarixlərindən başlamaq olar. Qanunauyğunluq isə bu iki dövran, dövr tarixinin orta nöqtəsindən başlamaq ehtimalı sayıla bilər.

Azərbaycanın etnik coğrafi ərazisində mövcud olmuş bağımsız icma, hökmranlıq və dövlət qurumlarının sırası genişdir. Burada söhbət əsasən Azərbaycan tarixində özünü daha qabarıq şəkildə göstərən və hamımıza məlum icma və dövlət qurumlardan bəhs olunur. Bu yöndə dəqiqləşdirmələrə, araşdırılmalar aparılmasına və kollektiv tədqiqatlara ciddi ehtiyac var. Onlardan Aratta dövlətini (e.ə. III minillikdən e.ə. XXV əsrədək, Cənubi Azərbaycan), LullubumKuti dövlətlərini (E.ə. XXV - e.ə.XX əsr, Cənubi Azərbaycan), Turikki, Suvar hökmranlıqları (e.ə.XX-e.ə.XV, Cənubi Azərbaycan), Böyük Sak xaqanlığı (e.ə. XV-e.ə.VII, Azərbaycan da daxil olmaqla Avrasiya əhatəsi), Manna dövləti (e.ə. IX-e.ə. VI, Cənubi Azərbaycan), Massaket çarlığı (e.ə. VI-e.ə. IV Şimali Azərbaycan), Maday (Midiya) dövləti (e.ə. VII -e.ə. 550-ci il, Cənubi Azərbaycan), Əhəmənilərin Midiya dövləti (e.ə. 550-ci il-e.ə.330-cu il, Cənubi Azərbaycan), Makedoniyalı İsgəndərin hökmranlığı (e.ə. 330-cu il-e.ə. 323-cü il, Azərbaycan) göstərmək olar.

Albaniya dövləti isə türk dilli alban və digər türk mənşəli tayfaların, habelə bir sıra qeyri-türk dilli etniklərin birliyindən yaranmış dövlət qurumu olub. Bəzən Albaniyaya sinonim ad kimi Ağvan da deyilir. Ağvan-Alban sözünün deyil, Ağoğlanın təhrif olunmuş formasıdır. Ağoğlan-Kiçik Qafqazda yaşayan Alban türklərinin sayseçmə alp ərənlərinə verilən addır. Alban isə hərbi baxımdan güclü türk tayfa birliklərindən birinin adı olub, həm də bütövlükdə Şimali Azərbaycan ərazisini daxilinə almış uzun əsrli ömrə malik dövlət qurumunun adıdır. Albaniya Sasanilərin təsir dairəsindən çıxdığı dövrlərdə ArranşahGirdman dövlət adlarıyla Albaniya dövlətinin varisi olaraq öz mövcudluğunu eramızın VIII əsrinədək saxlayıb.

 

 

(Ardı var)

 

Əlisahib Ərogül

Yazıçı-publisist,

araşdırmaçı

 

Xalq cəbhəsi.- 2010.- 19 avqust.- S. 14.