Yeni İpək Yoluna start verildi
Azərbaycan
qazının Avropa bazarında
tanıdılması üçün xüsusi ekspedisiya təşkil
olunub
"Yeni İpək Yolu - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa
Qaz Odisseyası"na start verilib. Azərbaycan Dövlət Neft Şirkətindən
(ARDNŞ) APA-ya verilən
məlumata görə,
ARDNŞ-in vitse-prezidenti Elşad
Nəsirov içərisində
qaz olan kanistri Amerikanın Montana Dövlət Universitetinin professoru Tomas Qoltza təqdim edib və bununla da "Şahdəniz-2" layihəsindən
böyük miqdarda qazın Avropa İttifaqına çatdırılması
istiqamətində Azərbaycanın
maraqlarının irəli
çəkilməsi üçün
jurnalist T.Qoltzun ideyası olan "Yeni İpək Yolu - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa
Qaz Odisseyası"na
start verilib.
Azərbaycan qazının Avropa
bazarlarına çıxarılması
yolunda irəliləmək
üçün bir araya gəlmiş ABŞ, Azərbaycan və Türkiyənin tələbələr
qrupu kanistr dolu qazı İstanbula aparacaq. Səfər zamanı professor T.Qoltzu müşayiət edən tələbələr
onun dərslərində
iştirak etmiş
region tələbələri olmaqla Qara dəniz
İqtisadi Əməkdaşlıq
Təşkilatının simvoludurlar.
Ekspedisiya üç həftə
çəkəcək. Kanistr
2016-cı ilin IV rübündə
Azərbaycanın Avropa
İttifaqına əsas
qaz ixracatına başlamasının simvolu
kimi təntənəli
şəkildə ARDNŞ-nin
ofisinə təqdim ediləcək. Xatırladaq
ki, T.Qoltz 10 il əvvəl
Bakı-Tiflis-Ceyhan boru kəməri layihəsinin inkişaf etdirilməsi üçün
Bakıdan Ceyhana ilk neft barelini də
aparıb.
Bu il
sentyabrın 14-də isə Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin
iştirakı ilə AGRI layihəsinin (Azerbaijan-Georgia-Romania
Interconnector) dəstəklənməsi
üzrə zirvə görüşünün
keçirilməsi nəzərdə tutulub.
Sammitdə Azərbaycan, Gürcüstan və
Rumıniya prezidentləri tərəfindən Bakı bəyannaməsinin
imzalanması gözlənilir. Birgə bəyannamənin
razılaşdırılması məqsədi ilə
Bakıda sentyabrın 6-da ekspertlərin, sentyabrın 13-də
isə üç dövlətin müvafiq nazirliklərinin rəhbərlərinin
iştirakı ilə görüş
keçiriləcək. Üç ölkə
prezidentinin Bakı sammitində Avropa Komissiyasının sədri və enerji məsələləri üzrə
komissarının da iştirakı
gözlənilir. Azərbaycan, Gürcüstan
və Rumıniya arasında AGRI (Azerbaijan-Georgia-Romania
Interconnector) layihəsinin
reallaşması ilə bağlı anlaşma
memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. AGRI layihəsi çərçivəsində gələcəkdə
Azərbaycan təbii qazının Qara dəniz
sahillərinə nəql olunması, burada
xüsusi terminalda
sıxılması, Qara dəniz vasitəsilə
tankerlə Rumıniyanın Konstansa
limanındakı terminala
çatdırılması, daha sonra isə yenidən bu
ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi
ilə Rumıniya və digər Avropa
ölkələrinin tələbatlarının ödənilməsinə
yönəldilməsi planlaşdırılır. Gələcəkdə
Azərbaycan qazını Avropa Birliyinə
üzv ölkələrə ixrac etmək üçün
Konstansadan Bolqarıstan və
Macarıstana iki ayrı boru
kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində
Konstansa (Rumıniya) və Kulevi
(Gürcüstan) limanlarında maye qaz terminalları
yaradılacaq. Azərbaycan prezidenti
mayın 24-də Buxarestdə imzalanmış "Mayeləşdirilmiş
təbii qaz (LNG) və onun
nəqli sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu"nun təsdiq edilməsi barədə sərəncam
imzalayıb. Sərəncamda Azərbaycan Sənaye və Energetika Nazirliyinə memorandumun
həyata keçirilməsini təmin etmək
tapşırılıb.
Azərbaycan
Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayacaq Cənub Dəhlizi strategiyasını
dəstəkləyir. Bununla bağlı
ITG, "Bəyaz axın", Trans-Adriatik,
"Nabucco" qaz kəmərləri,
maye qazın Gürcüstandan
Bolqarıstan və Rumıniyaya nəqli layihələrini diqqətlə
nəzərdən keçirir. Azərbaycan
hasil etdiyi təbii
qazın Avropanın və digər ölkələrin artan təlabatını təmin edilməsi məqsədi
ilə mümkün maksimal
diversifikasiyanın tərəfdarıdır. Bu
zaman istehsalçı ilə
istehlakçı arasında birbaşa əlaqənin
yaradılması, tranzit
azadlığı, təbii qazın nəqli zamanı şəffaf
şərtlərə əsaslanan sabit tranzit rejimlərindən istifadə olunması
əsas prinsiplərdir.
ABŞ
da Qafqaz və Mərkəzi
Asiyadakı istehsalçı ölkələrin öz enerji
resurslarının ixracını diversifikasiya
etmək cəhdlərini dəstəkləyir və onlara yeni bazarların
tapılmasında kömək göstərməyə
hazırdır. Bunu bu
il iyun ayında
Bakıda keçirilən beynəlxalq neft-qaz
konfransında ABŞ dövlət katibinin
Avrasiya enerji məsələlər
üzrə müavini Riçard
Morninqstar bildirib. O qeyd edib ki,
Birləşmiş Ştatlar Xəzər
regionundan təbii qazı Avropaya
çatdıracaq Cənub Dəhlizinin açılmasına güclü dəstək verir.
Bu dəhliz "Nabucco",
Türkiyə-Yunanıstan-İtaliya və ehtimal
olaraq, Trans-Adriatik qaz kəmərlərini özündə etiva edir: "Bu layihələr qaz
ehtiyatlarının diversifikasiyasına və Avropaya
yeni təchizat marşrutlarını açmağa kömək edə bilər. Cənub
Dəhlizi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün
kommersiya cəhətdən sərfəli olmaqla bərabər Avropa
ilə qarşılıqlı maraqlar
üzərində uzunmüddətli tərəfdaşlıq qurmaq imkanları yaradır".
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz"
yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi çərçivəsində
ilk qazın hasilatına 2016-cı ildə
başlanması planlaşdırılır. İkinci
mərhələdə illik hasilatın 16
mlrd. kubmetrə
çatdırılması, bunun üçün yataqda 30 hasilat quyusunun
qazılması planlaşdırılır. Həmçinin, bir yeni platformanın
inşası və mövcud platformaya birləşdirilməsi nəzərdə
tutulur. "Şahdəniz"
yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilir. Hazırda yataqdan orta
hesabla gündəlik hasilatı 21 mln. kubmetr qaz
və 5 mln. ton kondensat olan 5 quyu istismar edilir.
Ötən il yataqdan hasil edilən 6,3 mlrd. kubmetr qazın 800 mln. kubmetri Azərbaycana verilib,
700 mln. kubmetri Gürcüstana, 4,3 mlrd. kubmetri isə Türkiyəyə ixrac olunub. Ümumilikdə,
Azərbaycanın qaz hasilatı 2004-2009-cu
illərdə 5 dəfəyədək artaraq
24 mlrd. kubmetrə
çatdırılıb. Aparılan hesablamalara
əsasən, Azərbaycanın təsdiq olunmuş
karbohidrogen ehtiyatları 4 mlrd.
ton, proqnozlaşdırılan karbohidrogen ehtiyatları isə 8-10 mlrd. ton şərti yanacaq həcmindədir.
Tərlan
Xalq
cəbhəsi.- 2010.- 21 avqust.- S. 12