İctimai Televiziyanın 5 yaşı tamam olur
Əkbər
Qoşalı: "Türklük ruhunun, Azərbaycançılıq məfkurəsinin
mahiyyətinin açılmasında bu
televiziyanın müstəsna xidmətləri var"
Mehriban Zeynalova: "İctimai Televiziya milli-mənəvi dəyərlərin
təbliğində özünü
doğruldub"
Ədalət Əsgəroğlu:
"İctimai TV 5 il ərzində öz funksiyanı layiqincə yerinə yetirib"
Avqustun 29-da İctimai Telviziyanın
yaradılmasının 5 ili tamam olur. Ötən 5 il
ərzində telekanal Azərbaycan teleməkanında
özünəməxsus yer tutub və yarandığı gündən
ölkəmizdə informasiyalı cəmiyyətin
qurulmasına yaxından köməklik göstərir. Azərbaycanın tarixi,
coğrafiyası, milli mənəvi dəyərləri,
adət-ənənələri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ problemi,
torpaqlarımızın işğal tarixi eləcə də dünyada
baş verən ictimai-siyasi
proseslər, iqtisadi dəyişikliklər
İctimai Televiziyanın fəaliyyətində
prioritet təşkil edən
əsas mövzulardan olub.
İctimai TV-də Azərbaycan
aşıq yaradıcılığına, saz-söz
sənətinə, muğama geniş yer verilir, dəyərlərimiz ürəkaçan
şəkildə təbliğ olunur və
buna görə də gənclərimizin daha çox bu sənətlərə meyl
göstərmələrinin şahidi oluruq. Bundan başqa İctimai Televiziya Türkiyə telekanalı olan "TRT-Avaz"la birgə layihə həyata keçirir
ki, bu da
Azərbaycan tarixi, Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaqda müstəsna
xidmətlər göstərir. Telekanalın sırf milliliyə
xidmət etməsi, dəyərlərimizə hörmətlə
yanaşması bu televiziyanın uğur əldə etməsinə daha çox zəmin
yaradıb ki, bu uğuru da yüksək
qiymətləndirməmək olmaz.
Televiziyanın fəaliyyətini yüksək qiymətləndirən
tanınmış tamaşaçılar yüksək səviyyəli
verlişlərin sayının artırılmasının tərəfdarıdırlar
və onların konkret təklifləri də
var.
Dünya Gənc Türk
Yazarlar Birliyinin sədri
Əkbər Qoşalının sözlərinə görə,
İctimai Televiziya və
radio haqqında danışarkən ilk növbədə milli
siması olan bir telekanal göz önünə
gəlir: "Hesab edirəm ki, 5 yaşlı təsisat üçün
bu çox böyük uğurdur. Telekanal adına uyğun olaraq ictimaiyyətin fikrini,
hissini ekrana
yansıtmaq missiyasını daşıyır və bu mənada da özünü doğruldub.
Türklük ruhunun,
Azərbaycanlılıq məfkurəsinin mahiyyətinin
açılmasında bu televiziyanın
müstəsna xidmətləri var. Xüsusi olaraq qeyd etmək
lazımdır ki, aşıq musiqisinə,
ozan dünyasına bu
telekanalda ayrıca diqqət yetrilir və efir vaxtı
ayrılır". İctimai televiziyada görmək istədiyi verilişlərin
əsasının qoyulduğunu qeyd edən Əkbər Qoşalı öz təkliflərini də irəli sürdü:
"Yaxşı olardı ki, telekanalda QHT-lərə, xüsusilə də
yaradıcı təşkilatlara onların fəaliyyəti ilə
bağlı daha geniş
imkan tanınsın. Bundan başqa,
efirdə digər sənət və peşə sahibləri ilə
birgə yeni nəsil yaradıcı insanlar içərisində şairlərin,
yazıçıların öz fikir və istəklərini,
yaradıcılıq məhsullarını ictimaiyyətlə
bölüşməsinə vaxt
ayrılsa, "Səhər Ovqatı" proqramında və bu kimi verilişlərdə yaşlı nəslin nümayəndələri
ilə yanaşı, yeni nəslin
nümayəndələri də görünsə
yaxşı olardı. Bütün bu fikirlərin yekunu olaraq mən fürsətdən istifadə edib İctimai
Televiziyanın 5 yaşını təbrik edirəm, orda çalışan hər kəsə
öz məhəbbət və
ehtiramımı çatdırırıam".
"Təmiz
Dünya" İctimai
Birliyinin sədri Mehriban
Zeynalovanın sözlərinə görə telekanalın fəaliyyətini
yüksək qiymətləndirmək olar:
"Bu televiziyanın əməkdaşları
gənc də olsalar peşəkarlıq nümayiş etdirirlər. İctimai
Televiziya istər milli-mənəvi dəyərlərin
təbliğində, istərsədə bu
və ya digər sahələrdə özünü doğruldub.
Amma bizim QHT olaraq bu telekanaldan
gözləntilərimiz var. Yaxşı olardı ki, bizə
pulsuz reklam
çarxları veriləydi, sosial problemlərin
müzakirəsinin efirdə səslənməsinə vaxt ayrılaydı, hər hansı problem QHT tərəfindən gündəmə
gətirilərsə onun ictimaiyyətin
diqqətinə çatdırılmasında yaxından
köməklik göstəriləydi. Bu
məsələlərdə bizim İctimai Televiziyaya çox ehtiyacımız olur".
Azərbaycan
Yazıçılar Birliyinin İctimaiyyətlə
Əlaqələr Şöbəsinin rəhbəri Ədalət
Əsgəroğlu bildirdi ki,
İctimai Televiziya
artıq 5 ildir ki, Azərbaycan
xalqının mənəviyyatına, ictimai
həyatına daxil oluub:
"Adından da göründüyü
kimi sırf ictimaiyyətlə əlaqə
missiyasını daşıyır. Fikrimcə telekanal
5 il ərzində bu
funksiyanı layiqincə yerinə yetirib. İctimai Televiziyada gedən
verilişlər öz
aktuallığı ilə hər zaman
diqqəti cəlb edir. İnsanların mənəviyyatının
sabaha açılan pəncərəsi rolunu oynayır. Mən Yazıçılar Birliyini təmsil etdiyimə görə deyə
bilərəm ki, yaradıcı adamlara, saz-söz sənətinə
telekanalda çox böyük əhəmiyyət verilir və bununla
bağlı gedən verilişlər də maraqla
izlənir. Saz-söz sənətinin əhəmiyyətini vurğulayan bir şair kimi mən heç vaxt İctimai Televiziyaya dəvət
almasam da, şairlərimizin,
yazıçılarımızin, dünyadan
köçən klassiklərimizin həyatına, fəaliyyətinə
işıq salan verilişlər məni çox sevindirir. Yəni,
mənim qələm yoldaşlarım, həmkarlarım əgər
bu telekanalda tez-tez görsənirlərsə, xalqın mənəviyyatına
zənginləşdirirlərsə əllbətə ki, bu telekanal
mənim üçün qiymətlidir".
Onun sözlərinə görə
hazırda İctimai Televiziyada
gedən verilişlər mühüm əhəmiyyətə
malikdir: "Amma biz arzulayırıq ki, belə
verilişlərin, proqramların sayı
çoxaldılsın. Məsələn vətənpərvərlik
mövzusundakı verilişlərin, sərhəd bölgələrindən
proqramların hazırlanması, gənclərin fəaliyyətinə
həsr olunmuş verilişlərin
sayının artırılması və eyni
zamanda şair və
yazıçılarımızın bölgələrdə,
ön cəbhədən
çıxışlarının
işıqlandırılması çox vacibdir".
Nicat Göyüşlü
Xalq
cəbhəsi.- 2010.- 28 avqust.- S. 11.