"İki qardaş bir-birindən xəbərsiz
Şuşada ermənilərə
qarşı döyüşürdü"
Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə yüksələnlər arasında hələ uşaq vaxtlarından, gənc yaşlarından ermənilərin hiylə və kələkləri, mənfur əməlləri üzləşənlərin sayı az deyil. Belələrindən biri də İlqar Abdullayevdir, onun hələ 10 yaşı olanda ermənilərin təzyiqiylə doğma torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qalmışdılar.
Ermənilərin növbəti
kələyi
İlqar Niftulla oğlu Abdullayev 11 aprel 1962-ci ildə Dərələyəz mahalının Əmağı kəndində doğulub. 1970-ci ildən başlayaraq ermənilər müxtəlif bəhanələrlə türkləri öz doğma yurd-yuvalarından digərgin salmaq siyasəti yeridirdilər. Əhalisinin sayı min nəfərə çatan Əmağu kəndinin köçürülməsinə də məhz bu ildə başlanır. Bəhanə isə bu olur ki, kənd dağın döşündə olduğu üçün sürüşməyə məruz qalacaq, ona görə də sizlər buranı təcili tərk etməlisiniz. İlqargilin ailəsi də 1972-ci ildə doğma kəndlərini tərk edərək Şəkiyə köçmək məcburiyyətində qalıblar. İki ildən sonra isə Abşeron rayonunun Novxanı kəndinə pənah gətiriblər. İlqar Abdullayev Şuşada və Zəngilanın müdafiəsində fəal iştirak edib, böyük şücaət göstərib, 24 may 1992-ci ildə Zəngilanın Seyidlər kəndində həlak olub.
O, dənizi çox sevirdi
İlqarın həyat yoldaşı Güləndam xanımın sözlərinə görə, o, dənizi çox sevirmiş. Boş vaxtlarını dənizin kənarında keçirər, dənizə baxmaqdan doymazmış. Məhz bu sevgi onu Bakıda gəmiçilik üzrə peşə məktəbinə aparıb. 1981-ci ildə həmin məktəbi bitirərək hərbi xidmətə yollanıb. İki il Monqolustan Xalq Respublikası ərazisində sovet ordusu sıralarında xidmət edib. Hərbi hissəsinin komandanlığı İlqarın valideynlərinə dəfələrlə təşəkkür məktubu göndərərək alicənab övlad böyütdükləri üçün onlara öz təşəkkürlərini bildiriblər. İlqar ordudan təxris olunduqdan sonra Bayıldakı cəmi təmiri zavodunda işləməyə başlayıb.
Qarabağda vəziyyət pisləşəndə isə Milli Ordunun yaranmasını gözləmədən cəbhə bölgəsinə yola düşüb. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları başlananda, onların Qarabağda yaşayan türklərə qarşı törətdikləri vəhşilikləri eşitdikdən sonra özünü saxlaya bilməyən bərk əsəbləşən İlqar atasına müraciətlə deyirmiş:"Ata biz ki, bu alçaqları yaxşı tanıyırıq. Onlara cavab vermədikcə it kimi adamı dalayır. İcazə ver, mən cəbhəyə gedim, bu itlərin cavabını verim".
Atasının razlığından sonra isə döyüş bölgəsinə yollanıb.
Şəhidlər Xiyabanında andiçmə
Güləndam xanım deyir ki, İlqarın ilk döyüşü Kərkicahanın müdafiəsindən başlanıb. Az sonra birinci tabor yaradılıb, taborun andiçmə mərasimi Şəhidlər Xiyabanında keçirilib. Həmin andiçmə mərasimində televiziya əməkdaşlarının hazırladığı çəkilişdə İlqar müsahibə verərək bildirib ki, torpaqlarımızdan yağı düşmənin ayağı kəsilməyincə, şəhid olmuş bacı-qardaşlarının və yandırılmış Qarabağ kəndlərindəki dinc əhalinin çöllərə salınmasının qisasın almayınca geri dönməyəcək. O, Kərkicahan, Malıbəyli, Quşçular, Meşəlidəki döyüşlərdə göstərdiyi fədakarlıqlarla böyük rəğbət qazanıb.
Güləndam xanımın sözlərinə görə, həyat yoldaşı Daşaltı əməliyyatında da fəal iştirak edib, amma döyüş uğursuz alınıb, İlqar isə təsadüfən sağ qalıb. İlqarla birgə digər iki döyüşçü yoldaşının sağ qalmasına səbəb qar uçumunun gəlməsi, qarın qayanın keçidini kəsməsi və üç nəfər döyüşçünün qarla dağın arasındakı zağada qalmaları olub. Çox böyük çətinliklə özlərinə yol açıb qarın altından çıxa biliblər. İlqar Şuşa uğrunda gedən döyüşlərdə də qəhrəmanlıqlar göstərib, bir neçə ermənini o dünyaya göndərib.
Qardaşı Vüqar da cəbhəyə yollanıb
Güləndam xanım deyir ki, İlqar evdəkiləri ziyarətə maraqlı söhbətləri evin kiçik oğlu Vüqarı da ruhlandırıb. Vüqar heç kimə heç nə demədən cəhbə bölgəsinə yola düşüb. İki qardaş bir-birindən xəbərsiz Şuşanın müdafəsində fəal iştirak ediblər. Bir gün İlqarın dostu Sahib Namazov Vüqarı görüb və bu barədə dostuna məlumat verib. İlqar bundan çox təəccüblənib və qardaşını axtarıb tapır, qardaşının 10 gündən çoxdur ki, Şuşada döyüşdüyünü öyrənir.
Şuşanın işğalından 10-15 gün əvvəl birinci tabor ləğv edilib, hərbçilər məcburi şəkildə evlərinə göndərilib.
Nəticə isə hamıya bəllidir.
Yada salmağı özümüzə borc bilirik ki, Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan Şuşa şəhəri 1992-ci il mayın 8-də işğal edilib. 289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24 900 nəfər əhali yaşayırdı. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb. 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb. O cümlədən, 5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv olunub. Erməni vandalizmi təkcə canlılara deyil, həm də abidələrə qarşı çevrilib. Erməni millətçiləri Şuşa əhalisinə mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməyib, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan tarixi abidələrə və Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləbaran ediblər. Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilib. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli qətnaməsi, habelə AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı qətnamə və 1690 saylı tövsiyənin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları, o cümlədən Şuşanı azad etmir.
Zəngilanlılar İlqardan ağızdolusu danışırdılar
Güləndam xanım deyir ki, Şuşada baş verənlərdən sonra İlqar çətin günlərini yaşayan Zəngilanın müdafiəsinə yollanıb. Həmin vaxtlarda Zəngilanın Seyidlər kəndi tez-tez erməni hücumlarına məruz qalırmış, İlqar da bu kəndin müdafiə olunması üçün əlindən gələni əsirgəmir. Seyidlər kəndi uğrunda gedən döyüşlərdə İlqar özünü əsl igid kimi göstərir. Seyidlər kəndinin camaatı, hətta zəngilanlıların çoxu İlqarın igidliyindən ağız dolusu danışırmışlar.
24 may 1992-ci ildə isə Seyidlər kəndindən rayon mərkəzinə hərbi sursat gətirməyə gedəndə, döyüş yoldaşı Asif Ağakişiyevlə birlikdə şəhid olub. İlqar Abdullayev Şəhidlər Xiyabanında uyuyur. Onun adı əbədiləşdirilərək yaşadıqları küçəyə verilib. Ermənistanda müharibə xofu
Erməni politoloq: "Sarkisyan özünü və ailəsini müharibə təhlükəsi altında qoymağa hazırdırmı?"
Dekabrın
1-2-də keçirilən ATƏT-in
Astana sammitində Qarabağ probleminin həlli istiqamətində
müəyyən addımlar
atılacağı gözlənilsə
də, ehtimallar özünü doğrultmadı.
Əksinə, Ermənistan
prezidenti növbəti
populist çıxışıyla
münaqişənin çözülməsi
üçün yaydan
bəri başlayan intensiv danışıqları
nəticəsiz qoydu.
Ağa Cəfərli
Xalq Cəbhəsi.- 2010.-
9 dekabr.- S.10.