Xocalı faciəsi - Azərbaycanın tarixində dəhşətli soyqırımı hadisəsi

 

Tarixçi-alim Azad Rzayev: "Xocalı faciəsi ermənilərin dərəcədə vəhşi, qaniçən olmasını dünyaya əyani şəkildə sübut etdi"

 

XX yüzildə Azərbaycan üç böyük faciə ilə üzləşib. Bunlardan birincisi 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin süqutudur. Məhz tarixi taleyimizə düşmüş dövlətçilik səviyyəsində yenidən müstəqil olmaq imkanımız davamlı şəkildə təsdiqini tapmadı. Səmədağa Ağamalıoğlular "O olmasın, bu olsun" dedilər. Bununla da soydaşlarımız arasında xəlqi birliyin olmadığından istifadə edən dünya bolşevizmin yurdumuzu yenidən işğal etməsinə etinasız qaldı. 1990-cı ilin 20 yanvarında Bakıda gözümüzün qabağında imperiya qoşunları dinc əhalini qırdılar. Bu, sovet totalitar rejiminin 70 il ərzində başımıza gətirdiyi müsibətlərin fəlakətli sonucu idi. Xocalı faciəsi "tərəqqipərəvər bəşəriyyətin" faciələrimizə laqeydliyinin nəticəsi kimi meydana çıxdı. Bu gün dünya başımıza gələnlərlə bağlı çox hallarda susqunluq göstərir.Xocalı faciəsi tarixi taleyimizdə baş vermiş çoxsaylı fəlakətlərin hələlik sonuncusudur. Bundan sonra başımıza daha hansı fəlakətlər gələcək, bilmirik. qədər ki, azğın ruhsuz, soysuz erməni dünyanın halına çox gözəl uyuşa bilir, türkü sevməyənlər bunlardan bizə qarşı bir alət kimi məharətlə istifadə edəcəklər, erməni, eləcə də başqa yağılarımız Azərbaycanı parçalamaq qəsb etmək iddialarından əl çəkməyəcəklər.

Son dövrlər Xocalı fəlakətinin dünya ictimaiyyətinə çatdırılması yönündə ardıcıl olaraq göstərilən cəhdlərin sayı artır. Bəziləri fəlakətlərimizdən məhz ildönümü zamanı danışıldığını bildirsələr də, hər halda Azərbaycanın başına gətirilən fəlakətlər barəsində daim dünyaya səs salmaq gərəkdir. Görəsən, biz bunu necə edirik? Dünya bizim harayımıza necə reaksiya verir?

 

Ermənilər dinc əhalini qanlarına qəltan ediblər

 

Tarixçi-alim Azad Rzayev Xocalı faciəsinin yaranma səbəbləri, eləcə də dünyanın başımıza gələn fəlakətlə bağlı reaksiyasına münasibət mövzusunda danışdı: "Əvvəla, bir məsələyə diqqəti çəkmək istərdim ki, hər bir xalqın tarixində faciəli hadisələr olub. Bu cür hadisələr müxtəlif obyektiv subyektiv səbəblərdən baş verir. Xalqımızın tarixində son dövrlər baş vermiş faciələrdən biri olan Xocalı faciəsi Azərbaycanın tarixinə dəhşətli bir soyqırımı hadisəsi kimi daxil olub. Bəli, zaman keçdikcə yazıçılar, şairlər, tarixçilər, siyasətçilər bu mövzuya qayıdacaqlar. Bu faciəyə münasibətimiz daha da aydınlaşmalı və qətiləşməlidir. Xocalı faciəsi heç zaman yaddaşımızdan silinməməlidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər dinc əhalini - uşaqları, qocaları, qadınları qanlarına qəltan etdilər. Tarixdə heç zaman belə kütləvi qırğınlar dəstəklənməyib. Belə qətlləri törədənlər həmişə lənətlənib. Demək olmaz ki, dünya Xocalı fəlakətindən bixəbərdir. Mərhum Çingiz Mustafayevin çəkdiyi kadrları kim görməyib ki? Erməni xislətinə artıq hər birimizin bələdliyimiz var. Düşünürəm ki, belə bir xislətə malik olan erməni Xocalı faciəsini fürsət tapan kimi mütləq törədəcəkdi və törətdi də. Ermənilər bu yolla xalqımızın gözünü qorxudaraq daha böyük iddialarına nail olmaq istəyirdilər. Xocalıda bu faciə baş verməsəydi, başqa yerdə gerçəkləşə bilərdi. Bir gecənin içərisində 613 nəfər soydaşımızın qətlə yetirilməsi əsil soyqırımıdır. Bu faciə zamanı 1375 nəfər əsir düşüb, hələ onlardan xəbər-ətər yoxdur. 7 ailə bütünlüklə məhv edilib. Soyqırımına bundan bariz dəhşətli misalı necə gətirmək olar? Soyqırım dinc, silahsız xalqın məhv edilməsidir. Xocalı faciəsi ermənilərin nə dərəcədə vəhşi, qaniçən olmasını dünyaya əyani şəkildə sübut etdi. Günahsız insanları qıranlara "insan" deməyə adamın dili gəlmir".

 

Tarixi həqiqətlər dünyaya çatdırılmalıdır

 

Ermənilər zaman-zaman xalqımızın başına çox fəlakətlər gətiriblər. Daim türklərin qanını içən, xeyirxahlıq gördükləri dərəcədə xəyanətkarcasına arxadan zərbələr endirən ermənilər dünyanı azdırmaq üçün artıq 100 ildir ki, qondarma "soyqırım" cəfəngiyyatını dünyanın beyninə yeridir, təəssüf ki, müəyyən məqamlarda bəzi ölkələri bu iddiasına inandırır. Halbuki 1915-ci ildə Türkiyədə "erməni genosidi" deyilən bir soyqırım olmayıb. Ermənilər özləri türkləri qırmışdılar. Tarixçi deyir ki, "ermənilərin iddia etdikləri "soyqırım"la bağlı heç bir sübut-dəlilləri yoxdur. Yəhudi tarixçiləri deyirlər: "Dünya ancaq alman faşistlərinin yəhudilərə qarşı soyqırımını tanıyır. Ancaq biz elə xalqıq ki, bundan şou düzəltmirik". Hər halda bu qənaət insanı düşünməyə vadar edir. Ermənilər isə heç nədən "soyqırım" şousu yaradır, dünya ölkələrini buna inandırmaq istəyirlər. Hər halda dünya ölkələrinin "erməni soyqırımı" cəfəngiyyatına uyması olduqca təəssüfedici bir haldır".

Alimin fikrincə, 20 Yanvar, habelə 1918-ci il martın 31-də ermənilərin Bakıda 10 mindən artıq soydaşımızı qətlə yetirməsi əsl soyqırımdır: "Ermənilərin daim türklərə qarşı soyqırımı həyata keçirməsinə dair əlimizdə çoxlu faktlar var. Xocalı faciəsi ilə bağlı çəkilmiş videolentlər, fotoşəkillər, şahidlərin ifadələri və s. bu qəbildəndir. Biz əlimizdə olan faktları indi daha ciddi-cəhdlə dünyaya təqdim etməliyik. Hər halda vaxtımızı itirməməliyik. Müəyyən dövrdən sonra Xocalının canlı şahidləri həyatda olmayacaq. Bu faciənin baş verməsində günahkar olanlar dəqiq bilinməlidir. Faciənin baş verməsinin obyektivsubyektiv səbəblərini aşkarlamalıyıq. O dövrkü Azərbaycan iqtidarı faciənin baş verməsinin qarşısını almaq üçün tədbirlər görməliydi. 20 Yanvar, Xocalı, eləcə də bu ərəfədə baş vermiş başqa faciəli hadisələri bir zəncirin həlqələri kimi qəbul etməliyik".

Tarixən başqa xalqların üzünə qapımızı çox açmışıq. Həmişə başqalarını üzünə xoş baxmışıq. Bir millət üçün bu, mənfi xüsusiyyət hesab olunmasa da, hər halda dostumuzla düşmənimizi yaxşı tanımalıyıq. Nə qədər bu hadisələr yaddaşımızda qalacaq, başımıza gələnlər bizi məcbur edəcək ki, bir belə hadisələrin baş verməsinə imkan verməyək. 20 Yanvar, ümumiyyətlə, Qarabağ hadisələri nədən baş verdi? Ona görə ki, tariximizi yaddan çıxardıq. 1918-ci il martın 31-də ermənilər tərəfindən qırğına məruz qalan minlərlə soydaşımızın qətl edildiyi indiki Şəhidlər Xiyabanında vaxtilə Kirov adına park salınmışdı. Ermənilər özlərində belə şeyə qətiyyən imkan verməzdilər. Belə hadisələr daim yaddaşımızda kök salmalıdır. Əgər unutsaq, o zaman yeni-yeni faciələrə tuş gələ bilərik. Yeni nəslə tariximizi olduğu kimi başa salmalıyıq, öyrətməliyik. Qoy bizdən sonra gələn yeni-yeni nəsillər bilsinlər ki, ermənilər kimdirlər. Başımıza gələn çoxsaylı fəlakətlərdən təəssüf ki, bir millət olaraq dərs almamışıq. Əlbəttə, fəlakətdən də heç bir xalq sığortalanmayıb. Təəssüf ki, bu gün Türk dünyası ölkələri arasında birlik yoxdur. Əslində dünyada Xocalı fəlakətinin mahiyyətcə tanınmamasının əsas səbəblərindən biri türk ölkələri arasında birliyin olmamasından qaynaqlanır.

 

Xocalı faciəsinin incəsənətdə ifadəsi

 

20 Yanvar faciəsi ilə bağlı incəsənətin demək olar, bütün sahələrində soraqlar olduğu halda Xocalı mövzusunda hələ ki, daha çox publisistika sözünü deyib. Bu mövzuda radio-telekanallarda, qəzet-jurnalllarda xeyli yazılar çap olunub. Ancaq faciənin "mövsümilikdən çıxması", sözün əsl mənasında faciəvilikdən birdəfəlik qurtulmağımız yönündə düşünməyimiz zəruridir. Azərbaycan rəssamlığında Xocalı faciəsi ilə bağlı rəssamlarımız əsərlər yaradıblar. Bu mövzuda sərgilər təşkil edilib. Xocalı mövzusunda ən diqqətçəkən plakat tez-tez qəzet-jurnallarda rastlaşdığımız Vaqif Ucatayın əsəridir. Xalq artisti Mərahim Fərzəlibəyov bu mövzuda "Qırmızı qar" adlı film çəkib. Filmin ssenari müəllifi Ağarəhim Rəhimov, bəstəkarı Cavanşir Quliyevdir. Hər il müxtəlif telekanallar bu filmi nümayiş etdirirlər. Rollarda Məleykə Əsədova, İftixar Piriyev, Ələsgər Məmmədoğlu, Səmayə Sadıqova başqaları çəkiliblər. Bu mövzuda "Azərbaycanfilm" tərəfindən Oruc Qurbanovun rejissorluğu ilə "Ağrı" filmi çəkilib. Qarabağ mövzusunda soydaşlarımızın yadında ən yaxşı qalan "Fəryad" filmidir. Bu filmdə Xocalı ilə bağlı ştrixlər xüsusi nəzərə çarpır. "Qırmızı qar" filmini rejissoru deyir ki, "Ermənilər qaniçən olduqları dərəcədə özlərinin yazıq obrazlarını daim dünyaya təqdim ediblər. Biz isə belə bir faciə ilə üz-üzə qaldığımız dərəcədə hələ bu barədə kifayət qədər dünyanı xəbərdar etməmişik". M.Fərzəlibəyov 20 Yanvar faciəsi ilə müqayisədə Xocalı mövzusu ilə bağlı dramaturji materialın azlığını qeyd edir: "Hər halda Xocalı mövzusunda publisistika çox görüb, nəinki bədii ədəbiyyat imkanlarını az aşkarlayıb. Mən şəxsən rejissorlarımızdan bu mövzuda əsərlər gözləyirəm".

Mərhum bəstəkar, xalq artisti Ramiz Mustafayev konkret Xocalı mövzusunda əsər yazmasa da Qarabağ, milli azadlıq mövzusunda xeyli əsərlərin müəllifidir. Bu sıradan onun Nəbi Xəzrinin sözlərinə yazdığı "Salatın" oratoriyasını, Məmməd İsmayılın sözlərinə yazdığı "Bu qan yerdə qalan deyil" vokal simfonik poemasını, Hikmət Ziyanın sözlərinə yazdığı "Haqq sənlədir, Azərbaycan" kantatasını qeyd etmək olar. Ümumiyyətlə, 90-cı illərdən üzü bəri tanınmış Azərbaycan bəstəkarları Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Sərdar Fərəcov, Xəyyam Mirzəzdadə başqaları vətənpərvərlik mövzusunda xeyli mahnılar yazıblar. Tanınmış rəssam Rza Avşar Xocalı faciəsi mövzusunda iki əsər çəkib. Faciədən az sonra yaradılmış əsərlər "Xəzər" jurnalında çap olunub. "Xocalı" adlanan əsər (90x125) yağlı boya ilə çəkilib. Əsərdə qara, bozumtul fon aparıcıdır. Xocalı şəhərinin üstünü qara buludlar alıb. Hiss olunur ki, rəssam ağrını duya, göstərə bilib. Həmin gecənin dəhşəti ayın surətini qırmızı qana boyayıb. Səma ərşə bülənd olan insan fəryadları ilə dolub. Uzaqlardan səmanın aydınlığı görünsə , qara fon aparıcıdır. Şəhərin halında qan alov hakimdir. Erməni ruhsuzluğu, zəbtçiliyi, qaniçənliyi, insansızlığı viran qoyduğu Xocalı səhnəsinin o gecəki real görüntüsünü bizə çatdırır. Artıq səhərdir. Bu qanlı vəhşəti təbiət dondurub, olduğu kimi dünyaya göstərir. Rəssamın həmin ildə çəkdiyi başqa bir əsər "Ekstremist" adlanır. Təxminən "Xocalı" böyüklükdə olan əsərdə mifik obrazvari sifət insan sifətinə oxşamayan, acgöz dişləri qabaran, qara sifətli vəhşi, caynaqlı bədheybət bir obraz olaraq təsvir olunub. Hər halda bu obraz erməni xislətinin rəssamlıqda ifadəsi kimi anlaşıla, qəbul edilə bilər.

Yazı Mətbuat Şurası "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Qarabağ mövzusunun Xocalı soyqırımının mediada təbliğinə dəstək layihəsi çərçivəsində jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim olunur.                    

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 5 fevral.- S.14.