Azərbaycan təhsilində şəxsiyyət problemi
Günahı ayrı-ayrı
fərdlərdə yox, sestemin
özündə axtarmaq
lazımdır
Test
sisteminin gətirdiyi özəlliklərlə ilk dəfə
pedoqoji fəaliyyətlə məşğul olduğum
universitetlərdən birində qarşılaşdım. O zaman hələ "repititor"
anlayışı indiki qədər
zərurətə çevrilməmişdi.
Ölkədə barmaqla sayılacaq
qədər azsaylı hazırlıq
kursları fəaliyyət göstərirdi. Repititorluqla
məşğul olan
şəxslər özlərini müəllim
adlandırırdılar - hazırlıq müəllimi... Elə
onların xidmətindən istifadə edən şagirdlər
də "hazırlığa, müəllim yanına gedirəm",
- deyirdilər.
"Repititor"
anlayışı Azərbaycan
təhsilinə ayaq basdığı
gündən, müəllim sözü öz fundamental mənasını
və mahiyyətini itirərək hansısa istehsal
sahəsini ehtiva edən
texniki terminə
çevrilməkdədir.
...Test
sistemi Azərbaycanda
18 ildir ki, tətbiq olunur. Bu müddət ərzində
ali təhsil
və orta ixtisas müəssisələrinə
qəbula görə məsuliyyət daşıyan
şəxslərlə Təhsil
Nazirliyinin rəsmiləri
arasındakı ziddiyyətlər
bir gün də olsun, səngiməyib. Əksinə, ildən-ilə soyuq
ittihamların sırasına
yeniləri əlavə
olunur və bu ittihamları dilə gətirən şəxslər ictimai rəyə hesablanmış
fikirlərini daha çox peşəkarlıqla
ifadə etməyə
çalışırlar. Azərbaycanın təhsil
sistemində "cadügər"
axtarışı isə
davam edir - rəqəmlərlə, statistik
göstəricilərlə, ehtimallarla...
Təhsilin vəziyyəti və səviyyəsi isə göz qabağındadır. Artıq 18 ildir ki, uşaqlarımız repititor yanına, həm də məktəbə gedir...,
test tapşırıqlarını əzbərləyərək ali məktəbə hazırlaşırlar. Dünyaya
göz açan azərbaycanlı onun bir şəxsiyyət kimi formalaşması üçün mühüm
əhəmiyyət kəsb
edən mərhələləri
adlamadan ali
məktəb diplomunu əldə etmək üçün ölüm-dirim
mücadiləsinə başlayır.
...Vaxtilə Türkiyə mətbuatı ucqar Azərbaycan rayonlarında
yaşayan sıravi ailələrin də evində musiqi alətinin olması və az
qala hər kəsin bu və
ya digər musiqi alətində ifa etmək bacarığı barədə
heyrətlə yazırdı.
İndi isə əksər ailələrdə müsiqi
alətlərini ən
yaxşı halda bilgisayarlar əvəz edir. Bir çox hallarda
isə bahalı musiqi alətləri "qonşu gözü çıxaran" aksessuar,
dekarasiya funsiyasını
yerinə yetirirlər.
Musiqi alətləri barədə nümunəni
sadəcə, şəxsiyyətin
formalaşması və
yaxud şəxsiyyət
formalaşdırılması prosesi barədə növbəti fikirlərimi
əsaslandırmaq üçün
yazdım. Şəxsiyyətin formalaşması prosesi isə həddən artıq mürəkkəb və çoxşahəlidir. Burada təkcə
musiqi zövqünün
formalaşdırılması üçün deyil, kamil bir insanın
yetişdirilməsinə gərəkli
olan bütün komponetlər iştirak edirlər. Həm də ayrı-ayrılıqda
deyil, birgə, kompleks şəkildə, qarşılıqlı harmoniyada
olaraq. Şəxsiyyətin formalaşması prosesində iştirak edən hər hansı bir komponentin digərini inkar etməsi isə gələcəkdə
bütün cəmiyyət
üçün disharmoniya
yarada biləcək təpəgözlərin ortaya
çıxmasına yol
aça bilər.
Necə ki, bu gün belələrilə
az qala
hər addımda qarşılaşırıq...
...Şübhəsiz ki, şəxsiyyətin formalaşması prosesi insanın dünyaya göz açdığı
gündən başlayır
və burada əsas məsuliyyət də valideynlərin üzərinə düşür. Lakin unutmaq olmaz ki,
özü şəxsiyyət
kimi formalaşmayan valideynlər dünyaya yenicə göz açan insanın cəmiyyət üçün
yararlı, itellektual, yüksək zövqə və təxəyyülə
malik olan gerçək şəxsiyyətə
çevrilməsi prosesində
istəsələr də
belə pozitiv rol oynaya bilməzlər.
Beləliklə, yenə
də əsas yük bir-birilə harmoniya təşkil etmədikdə total deqrodasiyaya
zəmin yaradan amillərin - ailənin, təhsilin və cəmiyyətin üzərinə
düşür. Bu harmoniyanı yaratmaq isə məhz dövlətin və onun ayrı-ayrı institutlarının vəzifəsidir.
...Təxminən 7 illik pedoqoji təcrübəmdə
çağdaş orta
təhsil məktəblərindən,
repititor "institutu"ndan,
hazırlıq kurslarından
və test imtahanlarından
keçərək ali məktəbə qədəm qoyan tələbələrin çoxlu
sayda ortaq problemlərilə qarşılaşdım.
Bu problemlər arasında ilk sırada əzbərçilik dayanır.
Tələbələrin böyük əksəriyyəti
bu və ya digər faktın,
hadisənin, rəqəmin,
yaxud statistik göstəricinin mahiyyətinə
varmadan, hər şeyi sadəcə mexaniki şəkildə yadda saxlamağa çalışırlar. Bu
zaman onların yaddaşı bilgisayarın
hard disci funksiyasını
yerinə yetirir.
"Test erası"nın
yetişdirmələrinin daha
bir ortaq problemi isə onların ixtisasdankənar
fənnlər, yaxud sahələr barəsində
həddən artıq
bəsit bilgiyə malik olmalarıdır.
Məsələn, ali təhsil müəssisinə tarix ixtisası üzrə qəbul olan tələbələrin əhəmiyyətli
hissəsinin fizika, astronomiya, biologiya, musiqi və şəxsiyyətin formalaşması
prosesində fundamental rol
oynayan bu kimi digər sahələr haqqında elementar təsəvvürləri
belə olmur. Bu siyahını hazırda
peşəkar pedoqoji fəaliyyətlə məşğul
olan ayrı-ayrı şəxslərin müşahidələrinə
əsasən bəlkə
də sonsuza qədər uzatmaq olar.
Buna lüzum görmürəm. Çünki məqsədim heç
də çoxsaylı
problemləri qabardaraq
ölkədə təhsilə
görə məsuliyyət
daşıyan şəxsləri
günahlandırmaq deyil.
Zənnimcə, bu gün problemləri ayrı-ayrı
fərdlərin fəaliyyətindən
daha çox mövcud sistemin özündə axtarmaq lazımdır.
Məni ölkənin təhsil sisteminin inkişafında maraqlı olan bir Azərbaycan vətəndaşı kimi
Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının sədri
Məleykə Abbaszadənin,
yaxud Təhsil naziri Misir Mərdanovun
haqlı olub-olmadığı
qətiyyən maraqlandırmır.
Həmçinin statistik
göstəricilər müstəvisində
uzun illərdir davam etməkdə olan "soyuq müharibə"nin nə ilə nəticələnəcəyi barədə
düşünmək, bu
qədər boş və mənasız işlərə qızıl
kimi zamanımı sərf etmək istəməzdim.
Ortalıqda olan gerçəklik
təhsilin, uşaqlarımızın
və Azərbaycanımızın
gələcəyi barədə
daha dərindən düşünməyi diqtə
edir.
Mövcud təhsil sistemi kompleks şəkildə nə Azərbaycanın maraqlarına,
nə də zamanın tələbinə
cavab vermir və ortalığa cavabını gözləyən
bir sıra mühüm sualların çıxmasına zəmin
yaradır.
...Biz
ölkəmizin gələcəyini
kimə tapşırmaq
istəyirik? Müstəqil
düşüncəsi olmayan,
şəxsiyyət kimi
formalaşmayan, zövqsüz,
mədəniyyətsiz, iki
səhifəlik "kağız
parçası"na yiyələnmək
üçün düşüncəsini
və təxəyyülünü
zorlayan, ruhsuz mexanizmə çevrilən
bioloji varlıqlara, yaxud milli və
bəşəri dəyərlər
üzərində tərbiyə
olunmuş, yüksək
intellekt, mədəniyyət
və azad fikir sahiblərinə?
...Qənaətimə görə,
mövcud problemlərin
kökünün yalnız
tədris prosesində,
orta məktəblərdə
axtarılması təhsil
sistemimizin gerçək
və tam mənzərəsinin
yaranmasına mane olur.
Mən ali məktəblərə test
üsulu ilə qəbuldan imtina edilməsinin tərəfdarı
deyiləm. Lakin yalnız bir
neçə fənn üzrə hazırlıq prosesi keçən, bütün
imkanlarını test tapşırıqlarını
əzbərləməyə xərcləyən
və nəticədə ekstrimal situasiyalardan çıxış
yolu tapmağı bacarmayan, özünü məhdud bir çərçivəyə
əsir edən insanların ölkəmizin gələcəyində
hər hansı bir pozitiv
rol alacaqlarını gözləmirəm.
Bu baxımdan, test
sisteminin fundamental məqsədinin və fəlsəfi mahiyyətinin
dəyişdirilməsinin tərəfdarıyam. Test üsulu sadəcə ali məktəbə qəbul
olunmaq üçün
vasitə rolunu
daşımamalıdır, o həm də
şəxsiyyətin formalaşması prosesində tənzimləyici
və qiymətləndirici funksiyasını yerinə yetirməlidir.
Bunun üçün
isə ilk növbədə test üsulunun tətbiqi prosesində "ikili standartlar"dan, daha dəqiq desək ikipilləli qiymətləndirmə
sisteminin tətbiqindən
imtina olunmalıdır. Dünyanın
bir sıra aparıcı ölkələrində olduğu kimi orta təhsil pilləsini başa
vuran şagird
yalnız bir dəfə, həm də bütün əsas fənnlər üzrə imtahan
verməli və daha sonra göstərdiyi
nəticəni müstəqil surətdə seçdiyi
ali təhsil məktəbinə göndərməlidir.
Universitetlər isə bu nəticələrə
əsaslanaraq seçim
etməlidirlər...
Bu, sadəcə
şəxsiyyətin formalaşması prosesində iştirak edən bütün komponentlərin eyni
səviyyədə tətbiq
olunmasını stimullaşdırmaq məqsədi
daşıyan bir təklifdir. Əsas məqsəd
isə illərdən bəri uğursuz bir məkanda lövbər
salıb yerindəcə ləngər vuran "gəmi"ni hərəkətə gətirməkdən
ibarətdir.
P.S. Mövzunu
mütəxəssislərin iştirakı ilə davam
etdirəcəyik. "Xalq Cəbhəsi"
qəzeti bu mövzuda bütün diskussiyalar üçün
açıqdır.
Elçin Mirzəbəyli
Xalq Cəbhəsi.-
2010.- 10 fevral.- S.3.