Erməni terrorizmi
Daşnaklar qəsbkar planlarını həyata
keçirmək üçün illərlə hazırlıq
görüblər
22 il əvvəl təxminən
bu vaxtlarda Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşən
zaman ermənilərin gedişlərini təhlil edən
araşdırmaçı Əlisahib Əroğul bu qənaətə
gəlir ki, Qarabağ uğrunda həmişə mübarizə
aparan və mübarizəyə daim hazır vəziyyətdə
olan erməni daşnak-faşistləri erməni kütləsini
qanlı mübarizəyə daha erkən, yenidənqurmanın
demokratiya və aşkarlıq pərdəsi altında və
Qorbaçov hakimiyyətinin yaratdığı əlahiddəlik
şəraitində 1985-ci ildən ayağa qaldırmağa
başladılar, mübarizəni elliklə aparmağa müvəffəq
oldular: "Biz isə özümüzü müdafiə
instinktindən üç il sonra - ancaq 1988-ci ildə
ayıldıq. Ermənilər hərbi hazırlıq
baxımından və istifadə etdikləri silah növlərinə
görə bizdən üstün idilər. Kalaşnikov
avtomatının qabağına quş tüfəngləri,
tank qabağına avtomatla çıxdıq. Biz isə bir
millət olaraq təşkilatlana bilmədik. Nəinki
dünya, ittifaq, hətta respublika mətbuatının
özü belə Azərbaycan ziyalılarının üzünə
bağlı qaldı. Ermənilərin artilleriya
üstünlüyü, peşəkarlıqları, çevik
manevr etmək, beynəlxalq düşərgələrdə təlim
görmüş terrorçuların döyüşmək
qabiliyyəti, mütəşəkkil hücum taktikasından
müntəzəm istifadə etmələri həm öz
sözlərini deməyə, həm də pillə-pillə
etnik təmizləmə və işğalçılıq
siyasətlərini həyata keçirmələrinə imkan
verdi. Ermənistan SSR-dəki 7-ci rus ordusu və Xankəndindəki
xüsusi təyinatlı 366-cı motoatıcı rus alayı
ermənilərin tərəfinə keçərək
savaşda iştirak etdilər. 7-ci rus ordusunun komandanı
Samsonovun erməni mənşəli ordu generalı olması,
366-cı alaya Zaqafqaziya Hərbi Dairəsi komandirinin
müavini, erməni millətindən olan general-mayor İosif
Ohanyanın təhkim edilməsi hər şey demək idi.
366-cı motoatıcı alayın bir batalyon komandirinin, bir qərargah
rəisinin, 4 rota və 15 vzvod komandirinin, proporşik heyətinin
80%-nin erməni millətinin nümayəndəsi olması,
bütövlükdə döyüşlərə
qatılmaları, daşnak terror qrup və birləşmələrinə
rus hərbi hissələrinə məxsus canlı qüvvədən,
silah-sursatdan, ağır texnikadan lazımınca bəhrələnmələrinə
təminat yaratdı.
Beynəlxalq aləmdə ad
çıxarmış erməni-daşnak
terrorçularından Karapetyan, Melkonyan, Sislyan, Markaryan, Əbu
Əli, Hilbert Minasyan, Davidyan, Ohanesyan, Simonyan, Marselyan və
Allahverdiyan öz terror qrupları ilə birlikdə İran,
Suriya, Livan, Fransa, ABŞ kimi ölkələrdən İrəvana
gəlib oradan Qarabağa ötürülmələrinə hər
hansı bir maneçiliklər törədilmədi. Ermənistan
rəhbərliyi sürətlə silahlanmağa
başladığı, təcavüzkar müharibəyə
qol qoyduğu bir zamanda Azərbaycan hökuməti Kremlin
göstərişi ilə quş tüfənglərini əhalidən
yığır, milis əməkdaşlarını
atıcı silahlardan məhrum edir, ali və orta məktəblərdən
tədris proseslərində istifadə olunan "təlim"
avtomatlarını belə respublikadan kənara
çıxarılmasını təmin edirdi. Daşnak terror
qrupları bir-birindən dəhşətli və artan
sırayla qanlı aksiyalar törədir, ancaq Azərbaycan
hökumətinin yüksək vəzifəli şəxsləri
hər vasitə ilə bu terror aksiyalarının
miqyasını kiçiltməklə, faktları gizlətməklə
məşğul olur, cəmiyyətdə ictimai fikri tamam
başqa məcraya yönəldirdilər".
Ə.Əroğul daha sonra
qeyd edir ki, keçmiş Ermənistan SSR-in və DQMV-nin
partiya, sovet və hüquq-mühafizə orqanlarının,
habelə təsərrüfat rəhbərlərinin özləri
belə Qarabağ uğrunda gedən mübarizəyə
bilavasitə bağlı adamlar idilər, əslində bu
mübarizəyə başçılıq edirdilər. Onların
təşkilatçılığı və mütəşəkkilliyi
göz önündəydi. Ancaq bütün bunların fərqinə
varan yox idi... Qarabağ uğrunda ilk şəhid düşən
iki gəncin - Əli ilə Bəxtiyarın şərəf və
ləyaqətinin alçaldılması mətbuatda belə
özünə yer tapdı. Erməni-daşnak faşistlərinin
qabaqcadan hazırladığı "Sumqayıt fitnəsinin"
məqsədyönlü şəkildə onun terrorçu
qrupu tərəfindən həyata keçirilməsinə və
bu cinayətkar əməlin baş tutmasına münbit şərait
yaratdı. Habelə hadisə
iştirakçılarının işinə açıq məhkəmə
prosesində və Azərbaycanda baxılması tələbini
irəli sürmədi. Moskva tərəfindən Azərbaycanın
hüquq-mühafizə orqanlarına qarşı
etimadsızlıq və inamsızlıq nümayiş edilməsinə
hər hansı bir şəkildə öz etirazını
bildirmədi;
K.Bağırov və Ə.Vəzirov hakimiyyətləri dövründə Qərbi Azərbaycanda (Ermənistan) ev-eşiyindən və yaşamaq hüququndan məhrum edilən soydaşlarımızın öz yurd-yuvalarında müdafiə edilmələrinə qalxmadılar. Ermənistan ərazisində azərbaycanlılar yaşayan kəndlərə daşnak terror qruplarının hücum və həmlələrini dəf etmək üçün SSRİ DİO-nın ayrılmaz tərkib hissəsi olan Azərbaycan milisinin cəlb edilməsinə heç bir təşəbbüs göstərmədilər. Əksinə, erməni-daşnak faşistlərinin bu ərazidə etnik təmizləmə və Azərbaycan türklərinin soyqırımı siyasətlərini həyata keçirmələrinə göz yumdular. Ə.Vəzirov hakimiyyəti daşnak-terror qruplarının öz bədnam niyyətlərini Ermənistan ərazisində tam həyata keçirib DQMV-də əməli fəaliyyətlərini davam etdirmələrinə maneəçiliklər törətmək üçün heç bir səy göstərmədi. Ə.Vəzirov hökuməti 1989-cu il yanvarın 12-də Qorbaçov hakimiyyəti tərəfindən DQ-da xüsusi idarə komitəsinin yaradılmasını alqışladı. Əslində DQ süni yolla Ermənistan SSR-ə birləşdirildi. XİK-nin sədri vəzifəsinə Moskvanın rezidenti, əvvəllər Ermənistan KP MK-nın II katibi işləmiş, erməni əlindən su içən A.Volski təyin edildi, həm də o, Azərbaycandan SSR-dən SSRİ Ali Sovetinnə deputat seçildi. A.Volski 10 aylıq hakimiyyəti ərzində vilayətin bütün idarə, müəssisə və təşkilatlarını Ermənistan SSR-in müvafiq strukturlarının tərkibinə keçirməyə müvəffəq oldu. Ə.Vəzirov xəyanət yolu tutaraq sovet milisinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan milisinin DQ-dan çıxarılmasına razılıq verdi. DQ-da azərbaycanlılar yaşayan kəndlərin müdafiəsi taleyin ümidinə buraxıldı. Ə.Vəzirov qətiyyətsizliyi Azərbaycan xalqını 20 Yanvar qırğınına sürüklədi. 20 Yanvar şəhidlərinin al qanı üstə hakimiyyətə gələn A.Mütəllibov xalqı bütünlüklə təksilah etdi. A.Mütəllibov mərkəzi televiziyanın "Vremya" proqramında bəyan etdi ki, Bakıda ölən və yaralanlar arasında uşaq və qadın yoxdur. Salyan kazarmasına isə boyeviklər atəş açıblar. 1990-cı il ərzində daşnak terror qrupları Ermənistan SSR ilə həmsərhəd kəndlərimizə silahlı basqınlar edərkən Mütəllibov hökuməti təkrarən əhalidən quş tüfənglərini yığmaqda davam etdi. A.Mütəllibov hökuməti erməni-daşnak faşistlərinin Xocalı soyqırımını törətmələrinə qarşı əvvəlcədən və ya həmin ərəfədə onun miqyasının azaldılması yolunda heç bir tədbir görmədi".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 18 fevral.-
S.14.