"Azərbaycan
parlamenti Xocalı soyqırımına tam hüquqi qiymət
verib"
Aydın Mirzəzadə: "Milli Məclis 1994-cü ildə Xocalı faciəsini soyqırım
kimi tanıyıb"
XİN nümayəndəsi Elxan Poluxovun "soyqırımın dünya
miqyasında tanıdılması
üçün Milli
Məclisin ciddi addım atmalı olduğu" barədə
açıqlaması YAP-da
narazılıqla qarşılanıb
"Prezident Heydər
Əliyevin 1998-ci ildə
imzaladığı müvafiq
sərəncamda Xocalı
faciəsi soyqırım
kimi adlanıb"
"Milli Məclisdə
2002-ci ildə faciənin
10 illiyilə bağlı
qəbul olunan qətnamədə 1992-ci ilin
26 fevralında baş
verənlər soyqırım
kimi tanınıb"
Erməni vəhşiliyinin ən dəhşətli nümunlərindən
olan Xocalı soyqırımının 18-ci ildönümü
ərəfəsində bu
məsələ yenidən
geniş ictimai müzakirələrin mövzusuna
çevrilib. On səkkiz il öncə
baş verən bu hadisələr bir daha xatırlanır,
faciənin səbəbləri
təhlil edilir və onun təkrarlanmaması
üçün atılmalı
olan addımlar diqqətə çatdırılır.
Gedən
müzakirələrdə qırmızı
xətlə seçilən
bir tendensiya özünü daha qabarıq göstərir.
Xocalı soyqırımının hələ də yetərli dərəcədə
hüquqi qiymətini almadığını və
dünyada lazım olan səviyyədə tanıdılmadığını önə çəkənlər
bununla əlaqədar xüsusi qanunun qəbuluna çağırırlar.
Xatırladaq ki, Xarici İşlər Nazirliyinin
sözçüsü Elxan
Poluxov da soyqırımın dünya
miqyasında tanıdılması
üçün Milli
Məclisin ciddi addım atmalı olduğunu deyib. Amma mövzuya dair fikir bildirən bəzi şəxslər Xocalı soyqırımına
hüquqi qiymət verilməməsi haqda iddialarla qətiyyən razılaşmırlar.
Hakim Yeni Azərbaycan Partiyasından (
Rahid Cəfərli
Xalq Cəbhəsi.- 2010.- 19 fevral.- S.7.