Bu gün Dünya Sosial Ədalət günüdür

 

Sosial ədalət prinsipi aşınan cəmiyyətdə milli-mənəvi dəyərlərin ölməsinin əvəzində əxlaqın pozulması, vicdansızlığın, ləyaqətsizliyin bərqərar olması faciəsi başlayır

 

Bu gün-20 Fevral Dünya Sosial Ədalət günüdür. Xatırladaq ki, bu günü BMT-nin Baş Məclisi dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq hər kəs üçün yerləri, gender bərabərliyi insan hüquqlarına hörmətə nail olmaq məqsədilə elan edib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, qurumun baş katibi Ban Gi Mun 20 fevral - Dünya Sosial Ədalət günü münasibətilə beynəlxalq ictimaiyyətə müraciət edib. Həmin müraciətdə bildirilir: "Biz cəmiyyətlər daxilində cəmiyyətlərarası həmrəylik, harmoniya bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrı-seçkilik işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edirik. Cəmi ikinci dəfə qeyd edilən bu gündə biz daha sabit, ədalətli təhlükəsiz dünya qurmaq üçün etdiyimiz hər bir cəhddə sosial ədalətin vacibliyini vurğulayırıq. Hər kəs üçün sosial ədalətə nail olmaq naminə BMT-nin əsas məqsədi inkişaf insan ləyaqətini yaymaqdır. 2009-cu ildə fəaliyyətə başlamış Sosial Müdafiə Təşəbbüs Platforması hər kəs üçün əsas sosial zəmanət əldə etmək naminə ümumi prioritetlər müəyyənləşdirən bir BMT sistemidir".

Müraciətdə daha sonra qeyd olunur ki, sosial ədalət müxtəlifliyə hörmət, sosial müdafiə dəyərləri yerləri daxil olmaqla, həyatın bütün sahələrində insan hüquqlarının qorunması üzərində qurulub. İşsizliyin yoxsulluğun xeyli dərəcədə artmasına şərait yaradan qlobal maliyyə böhranının acı nəticələri ilə üzləşdiyimizdən bu məqsədlər həmişəkindən mühümdür. Dünyanın əsas iqtisadi qüvvələri qlobal böhrandan sonra inkişaf etməyə başlayır. Biz dünya xalqlarının da buna nail olmasını təmin etməliyik. Minilliyin İnkişafı Proqramı yoxsul köməyə ehtiyacı olan insanlar üçün BMT-nin əsas vasitələrindən biridir".

BMT-nin baş katibi beynəlxalq ictimaiyyəti Dünya Sosial Ədalət günündə fürsətdən istifadə edərək, bu vacib məsələ qarşısında öhdəliyini yeniləməyə inkişaf yüksəldikcə daha çox ehtiyacların ödəniləcəyini dərk etməyə çağırıb.

Azərbaycanda sosial ədalət prinsipi yox həddinə çatdığındandır ki, yəqin bu günün xüsusi olaraq qeyd olunmasına səy göstərmirik. Yəni yox həddinə çatan bir şeyi necə qeyd edəsən?

Heç kim inkar edə bilməz ki, Azərbaycanda inkişaf yoxdur. İnkişaf var-neftdən təbii qazdan gələn milyonlar hesabına körpülər tikilir, yeraltı keçidlər salınır, yollarımıza asfalt döşənir, az qala hər bir rayonda olimpiada kompleksləri inşa edilir, köhnə parklar yenilərilə əvəzlənir, şadlıq evlərinin restoranların sayı göbələk kimi günbəgün artır, tikilən, ancaq qiyməti çox baha olan hündürmərtəbəli binaları isə saymaqla qurtarmır s. Bu siyahını bir qədər artırıb, Azərbaycandakı inkişafın səviyyəsini təsəvvür edə bilərik. Ancaq lüzum görmürük. Çünki hər şey göz qabağındadır. İndi isə keçək əsas mətləbə. Bu yüksəlişin müqabilində Azərbaycanda sosial ədalət prinsipi görəsən hansı yerdə bərqərar olub? Yuxarıda qeyd etdik ki, bu prinsip yoxa bərabərdir.

Beləliklə, hakimiyyətin əməkhaqqı siyasətində sosial ədalət prinsipi pozulub. Bu ölkədə alim, müəllim, həkim, jurnalist hakimdən, polisdən, icra orqanlarında çalışanlardan dəfələrlə az əməkhaqqı alır. Bunun da nəticəsində alim elmdən əl çəkərək qeyri-ixtisasla məşğul olur, müəllimin gözləri tələbənin əlinə, həkimin gözləri isə xəstənin cibinə tikilir bununla da ləyaqət deyilən bir söz yenisiylə-bu sözün adını sizlərin ixtiyarına buraxıram-əvəzlənir. Jurnalist isə-əsil jurnalistdən söhbət gedir-bir çox hallarda həqiqəti yaza bilmədiyindən boğulur, üstlik maddiyyat problemi onun sözünün çəkisinə təsirsiz ötüşmür. Yəni qonorar xatirinə yazır, yazır... Bir ayılır ki, sanki eybəcər bir insanın portretini çızıb. Belə acınacaqlı durumla barışmayanların çoxu bu gün jurnalistikada yoxdurlar. Bu cür davam edərsə, Azərbaycan jurnalistikası qeyri-peşəkarların ümidinə qalacaq.

Sosial ədalət prinsipinin yoxa bərabər olduğundandır ki, bu gün Azərbaycanda intihar edənlərin sayı artıb. Səbəb təbii ki, işsizlik buna gətirib çıxaran yoxsulluqdur. Mən yazılarımın birində yazmışdım, ikinci dəfə yenə qeyd edirəm ki, əgər 1956-cı il təvəllüdlü bir alim intihar edirsə, bu zaman onun ölümündə başqa nüanslar axtarmaq lazım deyil. Burda ən böyük amil onun ailəsinin yaşayışını təmin edə övladlarının üzünə dik baxa bilməməsidir. Heçə illər çiyin-çiyinə işlədiyim insanlar-ziyalılardan söhbət gedir-tanıyıram ki, illərdir kirayələrdə ömür sürürlər. Onların ev almaq yaxud tikmək imkanları yoxdur. O qədər az maaş alırlar ki, ipoteka kreditindən belə yararlana bilmirlər. Ümumiyyətlə, bu kreditdən alimlər, müəllimlər, həkimlər, jurnalistlər yararlana bilirlər. Çünki bu koteqoriyadan olan insanların aldıqları məvacib ipoteka şərtlərinə uyğun deyil.

Sosial ədalət prinsipi yoxa bərabər olan bir cəmiyyətdə isə, milli-mənəvi dəyərlərin ölməsi, əvəzində əxlaqın pozulması, vicdansızlığın, ləyaqətsizliyin bərqərar olması faciəsi başlayır. Bu günki gənclik artıq belə güman edir ki, əgər Azərbaycanda yüksəlmək istəyirsənsə, müsbət deyil, mənfi keyfiyyətlərin daşıyıcısına çevrilməlisən. Bu zaman hər şeyə nail olcaqsan-rütbəyə, vəzifəyə, evə, maşına s.

Gəlinən nəticə ondan ibarətdir ki, sosial ədalət prinsipi qorunuan cəmiyyətlərdə vətəndaşlıq mövqeyi yüksək olur. Vətəndaş isə "bu Vətən mənimdir deyib", onu bağrına basır, Vətənin bir qarışının itirilməsini həzm edə bilmir. Ulu Tanrı bizi vətəndaşlıq mövqeyinin itirilməsi faciəsindən qorusun.    

 

 

Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2010.- 20 fevral.- S.8