Azərbaycan milli mətbuatı - 135

 

Zərdabda konfrans keçirilib

 

Ötən gün Zərdab rayonunda "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər perspektivlər" mövzusunda konfrans keçirilib. Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunan mərasimin iştrakçıları Həsən bəyin ev muzeyinə baş çəkərək oradakı eksponatlarla tanış olublar. Konfrans iştirakçılarını salamlayan Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev Həsən bəy Zərdabi irsinə verilən önəmin nümunəsi olan tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Ölkədə mediaya göstərilən dövlət qayğısından söhbət açan L.Babayev milli mətbuatın 135 illik yubileyinə həsr olunan prezident sərəncamını bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin mühüm tərkib hissəsi kimi dəyərləndirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər perspektivlər" mövzusunda məruzə ilə çıxış edib: "Görkəmli alim, mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşrinə başladığı "Əkinçi" fəaliyyətdə olduğu iki il müddətində özündən sonrakı mətbu vasitələr üçün bir növ cığır yaratmış oldu. Qəzetin mövzu dairəsi, toxunduğu məsələlər o zamankı Azərbaycan cəmiyyətinin ictimai şüurunda tam yeni bir səhifə açdı. Bu ağır zəhmətlər hesabına başa gələn bir mərhələ idi. Həsən bəy ilk vaxtlar milli təfəkkürə, ictimai fikrin inkişafına, ən başlıcası maarifçiliyə yönələn missiyanı, demək olar, təkbaşına öz öhdəsinə götürmüşdü. Naşirlik redaktorluqla yanaşı, o, müxbirlik korrektorluq etmək məcburiyyətində qalmışdı. Lakin yandırdığı ziya məşəlinin ətrafına dövrünün saf məsləkli insanları toplaşdı "Əkinçi" təşkilatçılığı, fədakarlığı, parlaq istedadı ilə seçilənlər üçün ilkin jurnalistika məktəbi oldu. Bu, qəzetin cəmiyyətdə jurnalistika ənənələrinin formalaşmasına, söz sənətinin tərəqqisinə misilsiz töhfəsi idi".

Ə.Amaşov qeyd edib ki, çar Rusiyasının son çağlarında mətbuat Azərbaycan ictimai şüurunda bir növ katalizator rolunu oynamağa başlayıb: "Bu rol çarizmin süqutundan sonrakı mərhələnin son nəticə etibarilə Azərbaycanın müstəqilliyinə qədər uzanmasının təminatına dəstək baxımından həlledici idi. "Əkinçi" ənənələrindən qidalanan mətbuat dövrün görkəmli ziyalılarının, ideoloqlarının istiqlal ideyasının carçısına çevrilmişdi. Cəmi 43 il ərzində belə bir missiyanın daşıyıcısı olmaq təbii ki, böyük uğur idi".

Bundan sonra konfransda məruzə ətrafında çıxışlar müzakirələr başlanıb. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. O, 2009-cu ilin mayından işə başlayan fondun ötən müddətdəki təcrübəsinin media ilə bağlı əhatəli proqramların işlənib hazırlanması üçün əsas yaratdığını önə çəkib. Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu diqqəti KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına yönəldib. Fondun Müşahidə Şurasının sənəddə nəzərdə tutulan prinsiplərin reallaşması istiqamətində ardıcıl fəaliyyət göstərdiyini deyən U.Rəhimoğlu bu məqsədlə beynəlxalq təcrübənin öyrənilməsinə geniş yer verildiyini önə çəkib.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə öz növbəsində Azərbaycanda 1993-cü ildən bəri media sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyətcə mətbuatın saflığının qorunmasına, jurnalistikamızın mütərəqqi ənənələrinin bərqarər olmasına yönəldiyini söyləyib. Zərdabda çıxan "Əkinçi" qəzetinin redaktoru Üsaməddin Əhmədov rəhbərlik etdiyi nəşrin keçdiyi yoldan söhbət açıb. O, tarixi ad daşıyan mətbu orqanın ötən illər ərzindəki yaradıcılıq xüsusiyyətlərini təhlil edərək qəzetin bölgə KİV-ləri arasındakı özəlliklərinə toxunub. Konfransda Həsən bəy Zərdabi nəslinin nümayəndələri iştirak ediblər. Onlardan akademik Böyükkişi Ağayev Həsən bəyin onun övladlarının ömür yolu barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Zərdabi nəslinin digər nümayəndəsi Sara xanım İsayeva da eyni fikirləri bölüşərək konfrans iştirakçılarını təmsil olunduğu nəslin həyat fəaliyyətinə dair faktik məlumatlarla tanış edib.

Çıxış edənlərdən Kürdəmir rayon İcra Hakimiyyətinin şöbə müdiri Ağəli Kərimov, "Xocavənd" qəzetinin redaktoru Gültəkin Ağayeva başqaları Azərbaycanda mediaya dövlət qayğısının spesifik cəhətləri barədə məlumat verməklə yanaşı bəzi media vasitələrinin fəaliyyətinin Həsən bəy Zərdabi ənənələrinə uyğun gəlmədiyini təəssüf hissi ilə qeyd ediblər. Onlar bu kimi halların aradan qaldırılmasında Mətbuat Şurasının daha aktiv aparmasının arzulandığını bildiriblər. Sonda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycanda media sahəsindəki dövlət siyasətinin prioritetlərindən söhbət açıb.   

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2010.- 2 iyul.- S.13.