Azərbaycanın toy mərasimləri

 

Görünən və görünməyən tərəflər...

 

Ailə-məişət mərasimləri içərisində toyun keçirilməsi özünün zənginliyi, əlvanlığı və xüsusi təmtəraqlığı ilə fərqlənir. Toy mərasimləri praktiki olaraq bir neçə mərhələdə həyata keçirilir. Toy özlüyündə şənliyi ifadə edir. Ancaq toyun aparılmasında başlıca yeri tutan çalğı alətləri vasitəsilə ifadə olunan musiqi səsləri həmişə şadlığı ifadə edibmi? Əlbəttə ki, bəzən yox! Toy mərasimləri məişətimizin, adət-ənənələrimizin çox böyük hissəsini içərisinə aldığından, bu, xalqımızın özünü dünya xalqları içərisində tanıtdırmasında xüsusi mövqeyə malikdir. Bu mənada Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan toyları, Azərbaycan musiqisi dünyanın bir çox xalqlarına, xüsusən də Qafqaz xalqlarına təsirsiz ötüşməyib. Fikrimizi təsdiq üçün təxminən 80-100 il bundan əvvəl Cəlil bəy Bağdadbəyov tərəfindən qələmə alınmış "Azərbaycan musiqisinin təsiri" adlı yazıya diqqət yetirək: "Azərbaycan musiqisi qonşularımız olan gürcü və xüsusilə ermənilərə təsir edib. Mən bu məsələdə bir para dəlillər gətirməyib yalnız bunu qeyd edirəm ki, ömrümdə gördüyüm erməni xanəndələrindən, məsələn, Tiflisdə 1910-cu illərdə vəfat etmiş xanəndə İonesyan 80 yaşında, Bakıda Mixan 60 yaşında, 1915-ci ildə əsgərlikdə vəfat etmiş Davud Ağayarov Azərbaycan muğamatını oxumaqla bərabər, hətta qəzəlləri və el mahnılarını da Azərbaycan dilində yaxşı oxuyurdular. Halbuki erməni millətinin də ədəbiyyatı vardır... Azərbaycanda 1920-ci ilə qədər tar, kamança, balaban çalanlar arasında ermənilərdən olubonlara Azərbaycan çalğıçıları təsir etmişlər. Azərbaycan musiqisi qonşumuz ləzgilərə də təsir edib. Belə ki, hərgah Azərbaycan musiqisi ləzgilərdən bir "Ləzginka" alıbsa, əvəzində bütün rəqslərini onlara verib".

Göründüyü kimi, Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan musiqi sənətimizdən digər xalqlar da yetərincə bəhrələnib. Hətta mənfur qonşularımız olan ermənilər nəinki bəhrələnib, bu mənəvi incilərimizi özününküləşdirməyə çalışıblar. Demək, təkcə torpaqlarımızı yox, milli-mənəvi dəyərlərimizi və o cümlədən, musiqimiziişğal, zəbt etmək niyyəti mənfur qonşularımızda çoxdan başlayıbmış!.. Xalq yazıçısı Elçinin bu kitaba yazdığı ön sözdən isə öyrənirik ki, Cəlil bəy Bağdadbəyovun istinad etdiyimiz bu yazısı fundamental bir əsərdən ibarət imiş: "Cəlil bəy Bağdadbəyov nişan, paltarbiçmə, kənd toyları və ümumiyyətlə, toylar, cıdırlar, gəzintilər, sıra qonaqlıqları, duvaqqapma, qurşaq tutmaq, yallı getmək, çillə çıxartmaq, musiqisiz çillələr, ayrı-ayrı şəbih tamaşaları, dərvişlik və s. kimi mərasimlər, oyunlar, ənənələr haqqında qələmə aldığı qeydlərdə, təsvirlərdə Azərbaycan folklorunun və etnoqrafiyasının canlı və əyani mənzərəsini yaradıb. Cəlil bəy Bağdadbəyov bu xatirə və qeydlərini 1930-cu illərin sonlarında qələmə alıb. Onun ailəsində saxlanılan sənədlər arasında Bülbülün Cəlil bəyə ünvanlanmış 1 və 9 aprel 1940-cı il tarixli iki məktubu var. Bülbül o zaman Xalq Komissarları Soveti yanında İncəsənət İdarəsinin Elmi-Musiqi Kabinetinin rəhbəri işləyirdi və həmin məktublardan məlum olur ki, Cəlil bəy "Musiqimizin keçmişi və Azərbaycan toy mərasimləri" adlı əsərini yazıb bitirib. Güman edirəm ki, bu gün oxuculara təqdim olunan bu xatirə və qeydlər həmin əsərin variantlarından biridir".

Toy mərasiminin keçirilməsi özlüyündə qaynar həyatı işarələyir. Harda toy varsa, orda gümrahlıq var, həyata inam, yaşamağa həvəs var. Əbəs deyil ki, toy sözü xalqımızın dilində, "toy-bayram" ifadəsi şəklində işlənir ki, bu da toyun bir bayram, şənlik məclisi olduğunu birbaşa ifadə edir. Üaxud da toy məclisi "toy şənliyi" şəklində işlənir ki, bu deyim özü də birmənalı şəkildə toyun bilavasitə şənlikdən ibarət olduğunu bildirir. Toy mərasimi çalğının, musiqinin müşayiətilə icra olunur ki, (düzdür, çalğısız-musiqisiz, meysiz-məzəsiz keçirilən reyğəmbəri toy - "sofuyana toy" da mövcuddur) burda da müəyyən üstüörtülü məqamlar gizlənib. Toy şənlikləri haylı-küylü şəkildə, şən səs-küy içərisində keçirilir. Bu, mərasimin tələbidir. Ancaq toyların səs-küylü bir şəraitdə keçirilməsinin bir daxili səbəbi də var, bu, toy sahibini toy vaxtı düşdüyü ağır xərcə-xəsarətə görə, çəkdiyi ağır toy xərcinə görə sıxıntı-üzüntü çəkməkdən ("ay, bu qədər xərcə düşdüm, ay bu qədər malım-pulum getdi", - deyə deyinməkdən) xilas etməyə yönəldilən ritualdır. Axı diqqətlə düşünsək, görərik ki, "toya toy deyiblər ki, toy yiyəsinin bağrı çatlamasın" kimi məlum el deyimimizvarbu kəlam özü elə birbaşa yuxarıda dediyimiz cəhətə ünvanlanıb: yəni toy adlanan mərasimə "toy" - şənlik, bayram ona görə deyirlər ki, toyun sahibi düşdüyü xərcə-toy borcuna görə xiffət çəkməsin. Axı insanlar bayramlarda da (məsələn, Novruzda, Üeni ildə və s.) çoxlu bayram tədarükü görürlər, bayramı nikbin ovqat üstündə qarşılayırlar. Eləcə də insan oğlu öz övladına toy şənliyi keçirərkən bayramqabağı olduğu kimi, analoji xərcə düşür, malını-dövlətini toyu keçirməyə məsrəf edir. Bəli, yuxarıdakı məsəl də, toyun səs-küylü, təntənəli halda qeyd olunması da onu vurğulayır ki, toya çəkilən xərc sahibini ağır xərcə salsa da, toy özü böyük şənlik-sevinc, bayram deməkdir. Yəni toy həm şənlik deməkdir, həm də digər tərəfdən də toy sahibini (elə toya təşrif buyuranları da) müəyyən mənada xərcə salmaqdır!.. Ancaq bir inkarolunmaz və dəyərli həqiqət də var ki, insan qazancını öz övladının - gələcəyi olan vərəsəsinin yolunda çəkməli və bunu özünə insanlıq borcu, ən ali şərəf bilməlidir. Axı bir bayatımızda əbəs yerə deyilmir ki:

 

Əzizim, qazançanı,

Tutmusan qazançanı.

Baş götürüb gedirsən,

Əlində qazanc hanı?

 

Bacım Ramilənin qaynanası olan ağbirçək yaşlı Firəngiz Balakişi qızı Novruzovanın dilindən eşitdiyim bu el bayatısında (həm də müəyyən məqamda ağıda) nələrə işarət edilmir?! Üəni insanın mənəvi qazancı bu dünyada özündən sonra qoyub getdiyi yaxşı əməllərinin timsalında yaxşı adı, maddi-fiziki qazancı isə onun ləyaqətli övladları, nəvə-nəticələri və s.-dir ki, biz də məhz həmin övladlarımızın toyunu eləməyi - oğul evləndirməyi, qız köçürməyi özümüzə müqəddəs insani borc sanmalıyıq! Bir sözlə, toy mərasimlərinin təmtəraqlı şəkildə, toy-düyünlə, çalğı-musiqi ilə keçirilməsinin mayasında həm də rəmzi çalarlar-mifik əlamətlər gizlənib: birincisi, musiqinin dili ilə bəd qüvvələr - şər ruhlar ram edilir. İkincisi, toya gələnlərin diqqətini (bəd nəzərlərini - bədnəzərliyi, yamangözlüyü) toyun yaraşıqları - əsas simaları olan bəylə gəlinin üstündən yayındırmaq, uzaqlaşdırmaq missiyası ixtiyarsız olaraq həyata keçirilir. Beləliklə, ailə həyatı quran gəncləri pis gözdən, bəd nəfsdən qorumaq (gizlətmək) niyyəti baş tutur. Həm də "toya toy deyirlər ki, toy sahibinin bağrı çatlamasın" fikri onu ifadə edir ki, toy yiyəsi vardan-yoxdan çıxır, çox xərcə düşürsə də, əvəzində toydan "salamat" - bəd nəzərlərdən qorunmuş halda qurtarır, bu da ki, əlbəttə, toyun çalğı-şənlik içərisində keçməsində və nəticədə bu toy-düyünün bəd nəzərdən hifz olunmasında reallaşır. Göründüyü kimi, mərhələli şəkildə həyata keçirilib gerçəkləşdirilən toy mərasimləri zamanı ifa olunan ayinlər, musiqi səsləri təkcə toyun zahiri cəhətinə görə səsli-küylü keçirilməsini - sadəcə, dəbdəbəni, təmtərağı, şənlik əhval-ruhiyyəsini işarələndirmir, həm də üstüörtülü mifik cizgiləri özlüyündə ehtiva edir - bəd ruhlardanyaman gözlərdən toy sahibini xilas edir.

Toy mərasimi bir neçə mərhələdən ibarət olur. Nişan, paltarbiçmə, duvaqqapmas. mərhələlərdən ayrı-ayrı bəhs açan C.Bağdadbəyov Şuşada nişan mərasimini belə təsvir edir: "Şuşada toylar üç gündən yeddi günə kimi davam edirdi. On dörd gündavam edən toylar olub. İki saatlıq çağırılmış qonaqların məclisində bir putdan əlli ruta kimi şirni paylanıb. Üç kəllədən başlayaraq əlli kəlləyə kimi qənd paylanırdı. Şirni məclislərində mollalara şirnidən və ruldan əlavə paltarlıq üçün məsələn, əba, don üçün mahud parçalar da verilirdi. Şirni aparmaq işi ən köhnə qayda üzrə olurdu. Şirni bir neçə növdən ibarət idi. Məsələn, noğul, badam ilə bişmiş paxlava və qeyrilər. Bir çox məcməyilərdə üstləri əlvan parçalar ilə örtülmüş halda bir məcməyi bir adamın başında qız evinə göndərilirdi. Bir növ yaxdanlara qoyulub qatırlara yüklənməsi keçmişdə yüksək qiymətli xəzinə mallarının qatır yüklənməsinə işarə olub, şirni göndərənin əyan olmasını göstərmək idi. Qatırların boynunda qırmızı ipəkdən dəsmallar bağlı olduğu halda, qatırı çəkən nökərlərin də ucuz parçalardan da olsa, paltarları təzə olurdu. Bu görkəm ilə qız evinə gedirdilər. Oğlan anası və qeyri-qohum qadınlar ən qiymətli paltar geyib, zinət taxaraq qız evinə gedib, qadınlar şöbəsində otururdular. Oğlan evindən gələn paltar və zinəti, nişanları orada bir ağbirçək qonaq qadınlara nişan verib, tərif edərək xeyir-dua verirdi. Kişilərə şirni paylanandan sonra qadınlara da şirni paylanırdı. Şirninin ertəsi günü qız evindən oğlan evinə bir neçə məcməyi şəkərçörəyi göndərilirdi. Şirniiçmədən bir neçə gün keçmiş nişanbazlıq başlanırdı. Nişanlanmış adam yaşlı isə əsla nişanbazlığa gəlməyib özünü qıza göstərmirdi. Hərgah gənc idisə, ağır şəraitlərə baxmayaraq, nişanbazlığa gəlirdi".   

 

 

 Şakir Albalıyev

 

Xalq Cəbhəsi.- 2010.- 1 iyul.- S.14.