Uzunömürlülərin sirri...
Qri Freyzer: "Tanrını yadına salanların uzunömürlü olduğu
şübhə doğurmur"
Bəşəriyyət mövcud olduğu tarix boyunca sağlamlıq
və uzunömürlülüyün sirrini tapmağı arzulayır. Görünür, belə bir
resept tapılıb.
Belə ki, Yerdə bir-birindən uzaqda yerləşən üç belə məkan aşkarlanıb. Onları uzunömürlülərin
sayı birləşdirir.
Söhbət Yaponiyanın
Okinava adasından, İtaliyanın Ovodda şəhərindən və
Kaliforniyadakı Loma Linda adlı
kiçik qəsəbədən
gedir. Burada insanlar başqa yerdə olduğundan daha uzun ömür
sürürlər. Müqayisə
üçün bildirək
ki, Rusiyada insanların sağlıq durumunun heç də yaxşı olmadığı hamıya
bəllidir. Burada orta yaş həddi
kişilər üçün
59, qadınlar üçün
isə 73 ildir. Bu göstəriciyə əsasən,
Rusiya 224 ölkə arasında 160-cıdır. Bununla
belə, məsələn,
milyonlarla əhalisi olan Okinavada 900 nəfər artıq əsrlik yubileyini keçirib. 80-90 yaşlı
insanların çoxluq
təşkil etməsi
çoxdandır adi hala çevrilib. Ovodda isə Yer üzərində yeganə məkandır ki, burada kişilərlə
bərabər qadınlar
da 100 ilini qarşılaya bilirlər.
Bir maraqlı faktı nəzərinizə
çatdıraq ki, adlarını çəkdiyimiz
regionların hamısında
həyat tərzi bir-birindən çox fərqlənir. Bu da uzunömürlülüyün bir neçə nəzəriyyə və reseptinin yaradılmasına
gətirib çıxarıb.
Sözsüz ki, insan həyatının davamlılığı sosial
şərtlərlə (məişət,
qida, əmək şəraiti, istirahət)
yanaşı, onun bioloji irsi xüsusiyyətləri
ilə də müəyyənləşdirilir. Okinava sakinlərinin özünəməxsus xüsusiyyəti
var ki, bu,
onları dünyaya gəldiyi ilk gündən
başqalarından fərqləndirir.
Onlar doğrudan da digərlərindən daha gec qocalır.
Bu fenomeni çoxdandır
tədqiq edən Havay Universitetinin alimi Bredli Villkoks
deyib: "Pasportda onlar 70 yaşında ola bilər. Bədənləri isə
50 yaşında olduğunu
göstərir. Ən
çox heyrətləndirən
isə odur ki, onların əksəriyyəti lap sonuncu
günə kimi tam sağlam qalır". Bundan əlavə, okinavalılar hətta 90
yaşını keçəndən sonra
belə son dərəcə aydın
ağlı ilə öyünə bilərlər. Təəccüblüdür
ki, dünyada ürək,
depressiya və xərçəngin bəzi
növləri kimi çox
geniş yayılmış xəstəliklərə
belə bu adada rast gəlmək mümkün
deyil. Belə bir vəziyyəti
izah etmək asan məsələ
deyil. Bu məsələ
indiyə qədər də araşdırılır. Bəzi
alimlər hesab edir ki, bu, böyrək
üstündə əmələ gələn hormonlarla
əlaqədar ola və bəzi məlumatlara
görə, qocalmanın əlamətlərini azalda
bilər. Onların fikrincə, bu
hormonların miqdarı yaşla əlaqədar
olaraq aşağı düşür,
ancaq okinavalılarda bu
proses xeyli gec gedir. Məgər,
onların uzunömürlülüyünün
səbəbi məhz genetikadadır. Əsla, yox!
Tədqiqatçılar əmindirlər ki,
okinavalılar genetik və sosial
üstünlüklərin ən gözəl kombinasiyasına
malikdirlər. Məhz buna görə də
bu adanın həyat tərzi (qida vərdişləri, fiziki
fəallıq, psixoloji xüsusiyyətlər
və s.) ayrıca
araşdırılır. Sözsüz ki, ən vacib faktorlardan biri qida sistemidir. Sən demə,
Okinava sakinləri pendir
və soyalı məhsulları digərlərindən daha çox qəbul edirlər.
Bundan başqa,
onların qida rasionunda
çoxlu sayda zəngin
antioksidantlara malik
müxtəlif rəngli (buna göy qurşağı diyetası da deyilir - menyuda
müxtəlif rəngdə məhsullardan istifadə
olunmalıdır) tərəvəz və meyvələr var. Ət kimi yumurta və süd məhsulları
da rasiona demək olar salınmır. Baxmayaraq ki, çox nadir hallarda donuz əti istisna təşkil edir. Ancaq bundan
daha vacibi onların nə yeməyi yox, necə qidalanmasıdır.
Ömür boyu okinavalılar demək olar çəkilərini artırmırlar. Onlar ənənəvi "xara
xaçi bu" prinsipinə sadiq qalırlar. Bu o deməkdir
ki, əgər aclığının qarşısını
80 faiz almısansa, dayanmaq lazımdır. Hesablamalara əsasən, gün ərzində sadə okinavalı 1200 kilokalori qəbul edir. Bu, qərbdə yaşayan (təbii ki, amerikalılar daha çox yeyir) insanın qəbul etdiyi kaloridən 20 faiz azdır. Alimlər hələlik kalorilərin
bu cür məhdudlaşdırılmasının necə təsir göstərdiyini tam araşdıra
bilmirlər. Güman olunur ki, orqanizm
mümkün aclıq
siqnalını qəbul
edən kimi özünü saxlama müdafiə rejiminə keçid alır. Həkim Villkoks deyib: "Ola bilsin, okinavalılar məhz bədənlərini aldatmaq
qabiliyyətləri hesabına
fizioloji cəhətdən
cavan qalırlar". Əlbəttə ki, hərəkət, hərəkət,
hərəkət!. Okinava
sakinləri ömür
boyu fiziki fəallıqlarını qoruyub
saxlamağa, müxtəlif
hərəkətlərlə məşğul olmağa
alışıblar. Bununla
belə, artıq yüklənmənin yolverilməz
olduğu vurğulanır.
Ovoda sakinləri
isə tam başqa bir hekayədir. Burada heç bir kalori hesablanmır,
hansısa qidaya məhdudiyyət yoxdur. Burada əti çox sevirlər. Tiflisdə "AiF" nəşrinin regional redaktoru
Tatyana Eliava deyir ki, şəhərcikdə
cəmi 1700 sakin var. Onlardan 5-i artıq
100-ü haqlayıb. Ən
maraqlısı isə
budur ki, uzunömürlü kişilərlə
qadınların sayı
bərabərdir. Aralıq
dənizi diyetasının
əhəmiyyətli xüsusiyyətləri
hamıya məlumdur. Ovodda sakinlərinə gəlincə, çətin
ki, qida başlıca rol oynasın. Araşdırmalara
görə, hətta
20-40 yaşında buranı
tərk etmiş insanlar 100 yaşa qədər yaşayır.
Alim Luka Deyana uzun illərdir Ovodda fenomeninin təhqiqilə məşğuldur.
O, 100 yaşı tamam
olmuş hər bir insanı ayrı-ayrılıqda tədqiq
edib. Ovoddalıların
xüsusiyyətlərinə izah axtaran alim
çox qeydi-adi nəticəyə gəlib.
Uzun illər Ovoddada yaşayan ailələr dünyadan müəyyən təcrid
şəraitində yaşayıblar.
Onlar bir-birləri ilə evlənir, ərə gedirdilər. Məlum olub ki, şəhərin hazırkı sakinlərinin
əksəriyyəti məkanın
bir neçə qurucusunun davamçılarıdır.
Deyana bunu belə izah edir: "Qohumlarla nikahlar məcburi olmasa da, burada
indiyə qədər
rast gəlinir. Genetika nöqteyi-nəzərindən
bu, genetik xəstəliklərin inkişafı
riskini gücləndirir.
Ancaq tam əksinə olan nəticə - uzunömürlülük də
yarana bilər". Görünür, Ovoddada məhz bu baş
verib. Məhdud genefond həyatın davamlılığına cavab
verən xüsusi genlərin açılması
üçün unikal
imkan yaradıb. Alim Deyana Ovodda
sakinlərini birləşdirən
bir sıra qeyri-adi genetik xarakteristikalar araşdırıb.
Bu fenomen də sonadək öyrənilməyib.
Bir sıra fermentlərin təsiri hələ sübuta yetirilməyib.
Loma Lindanın
Yer üzərində
uzunömürlülərin sayına görə ilk üçlüyə daxil
olduğu üzə çıxanda bir çoxları təəccübləndi.
Sən demə, bu qəsəbədə ekologiya ilə bağlı vəziyyət
ürəkaçan deyil.
Bir çoxları buranı "əsl dəlik" adlandırırlar
və həmişə
üzərində çirkli
buludun olduğunu bildirirlər. Şəhərciyin
sakinləri isə sübut etdilər ki, istənilən insan uzun və
sağlam həyat üçün şanslarını
artıra bilər. Xoşbəxtlikdən, bu sirr genetika spesifikası
ilə əlaqəli deyil. Loma Linda sakinlərinin
fikrincə, uzun ömür birbaşa Tanrıya inamla əlaqədardır. Bir çoxları özünü
7-ci günün adventisti
hesab edir. Maraqlı təsadüfə
görə məhz bu dinə sadiq
qalanlar orta hesabla qonşularından
5-10 il çox yaşayırlar. Eyni zamanda, vurğulamaq lazımdır ki, adventistlər alkoqollu içki içmir, siqaret çəkmir, ət yemirlər. Ancaq hər şey o qədər də asan deyil.
Araşdırmalara əsasən,
onların heç də hamısı bu qaydalara əməl
eləmir. Bununla belə, çox yaşayır. Sözügedən
icmanın xüsusiyyətlərini
araşdıran alim Qri Freyzer bildirib:
"Əlbəttə, burada
dindarlığın həyatın
davamlılığına təsir
qabiliyyətinin mümkünlüyü
məsələsi ortaya
çıxır. Bu, elmi
nöqteyi-nəzərdən hələ tam təsdiqini
tapmayıb. Ancaq yaşı 20 və ya 30 olan maraqlı
bir fakt var. Artıq hansı dini təriqətə inanmasından asılı
olmayaraq mütəmadi
olaraq Tanrını yadına salanların daha çox yaşadığı şübhə
doğurmur". Alimlərin
ehtimalına görə,
bu, Tanrını yadına salan insanın qanında stress hormonlarının səviyyəsi
aşağı düşür
ki, bu da
xoşagəlməzliklərlə daha yaxşı bacarmağa imkan verir. Həkim Kerri deyib: "Din və yüksəkdə dayanan hansısa müqəddəsliklə
əlaqə reaksiya və emosiyalarına nəzarət etməyə
imkan verir. Bu, balansın tapılmasına
kömək edir və stressin ürək və bədəni məhv etməsinə şərait
yaratmır". Beləliklə,
əgər siz gözəl ekologiyası olan yaxşı yerdə doğulmaq kimi şərəfə
nail olmusunuzsa, hətta
bu halda düzgün qidalanmalı,
fəal həyat tərzi sürməli və stresslərdən uzaq olmalısınız.
Raifə
Xalq Cəbhəsi.-
2010.- 2 iyul.- S.10.