"Unudulmaqda olan milli-mənəvi dəyərlərimiz və gəncliyimiz"  

 

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması (və onların qorunmasında gənclərin fəallığının artırılması)" adlı layihə çərçivəsində "Unudulmaqda olan milli-mənəvi dəyərlərimiz və gəncliyimiz" adlı kitab-toplu dərc olunub. Dünya Gənc Türk Yazarlar Birliyinin hazırladığı, "Vektor" Nəşrlər Evinin çap etdiyi məqalələr toplusunda unudulmaqda olan (və ya unudulmuş deyə biləcəyimiz) adət-ənənələrimizdən, mənəvi yaddaşımızın bərpası sürəcinin gərəkdirdiyi işlərdən, habelə dəyərlərimizin qorunmasında yeni nəslin, ümumən vətəndaşlarımızın üzərinə düşən vəzifələrdən söz açılıb. Daha çox elmi məzmun daşıyan məqalələr toplusu geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Qeyd edək ki, "Unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması (və onların qorunmasında gənclərin fəallığının artırılması)" adlı layihənin rəhbəri Əkbər Qoşalı, tərtib edən dos.dr. Rəsmiyyə Sabir, elmi redaktor prof.dr Nizami Cəfərov, redaktor prof.dr. Elçin İsgəndərzadə, texniki redaktor Vəfa Ramazanovadır.

"Kitaba başlarkən..." bölməsində Dünya Gənc Türk Yazarlar Birliyinin baş katibi dos.dr Rəsmiyyə Sabir kitabın, eləəcə də layihənin məqsəd və məramını çox qısa və çox anlamlı şəkildə ortaya qoyub. Rəsmiyə xanım qloballaşan dünyada gənclərin milli-mənəvi dəyərlər sisteminin qorunmasında özünəməxsus missiyasının mahiyyətini izah edir. Hər bir millətin "var olmağı"nın əsasındakı milli-mənəvi dəyərlərinin önəm kəsb etdiyini, bu "var olmaq"da isə əsas milli yükü isə məhz gənclərin daşıdığını vurğulayır: "Dünya Gənc Türk Yazarlar Birliyi olaraq bu kitabı araya-ərsəyə gətirməkdə məqsədimiz qloballaşan dünyada çağdaş gəncliyimizə milli-mənəvi dəyərlər sistemimizi təbliğ etmək sahəsində bir qaynaq oluşdurmaqdır. Əgər yetişməkdə olan gənc nəslə bu gün milli-mənəvi dəyərlərimizi təbliğ etməsək, sabah gec olacaq. Qədim tarixə, zəngin gələnəkləərə, böyük mədəniyyətə malik olduğumuzu heç zaman yaddan çıxartmamalıyıq. Bu, hər birimizin, ilk növbədə, vətəəndaşlıq borcundan, Böyük Azərbaycana layiq vətəndaşlar olmaq duyğusundan (istəyindən!) irəli gəlir".

Məqalələr toplusu bir-birini tamamlayan tədqiqatlardan ibarətdir. Kitabdakı məqalələr Azərbaycanın mənəvi mədəniyyəti haqqında geniş təsəvvür yaratması, çox böyük elmi bacarıqla sistemləşdirilməsi baxımından diqqəti cəlb edir. Bura Şakir Albalıyevin "Azərbaycanda toy mərasimləri", "Azərbaycan gəlini xoşbəxtlik rəmzidir", R.Rəfiyevanın "Azərbaycan toylarının bəzəyi", Arzu Şirinovanun "Özümüzə qayıtmalıyıq", Aydın Xanın (Əbilli) "Doğru düşüncə, doğru söz, doğru əməl. Üüzillərin-nəsişllərin bayramı Novruz: Qlobal kulturoloji dəyərimiz", "Yeni nəslin internetdə milli virtual kitabxanası", İlhamə Məmmədovanın "Azərbaycanda bayram mərasimlərilə bağlı qarşılıqlı yardım formaları", Güllü Yoloğlunun "Milli dəyərlərimizi araşdırarkən", Bəhmən Faziloğlunun (Əliyev) "Qonaqpərvərlik milli "mən"in elementi kimi", Vüqar Zivəroğlunun "Milli mənəvi dəyərlər və media", Elcan Salmanqızının "Media qloballaşma dövründə milli-mənəvi dəyrləri qoruya bilərmi?", Nemət Tahirin "Çağdaş gənclik niyə kitab oxumur?", Elməddin Behbudun "Milli-mənəvi dəyərlərimiz və çağdaşlıq", Vüsalə Rafiqqızının "Qloballaşan dünyada milli ideologiya olmalıdır", Elmidar Əliyevin "Milli-mənəvi dəyərlərimiz deqradasiyaya uğrayır", Hafiz Hacxalıl "Gələcəyə səyahət", Aygün Həsənoğlunun "Azərbaycan ideologiyasının qaynaqları", Əkbər Qoşalının "Alnımı oxumuş kimi", Anar Əliyevin "Azərbaycanın dövlət rəmzləri, onların mahiyyəti və ideoloji tərbiyəvi əhəmiyyəti" məqalələri toplanıb. Məqalələrin adlarını oxuyanda belə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın mədəniyyəti, mənəviyyatı, cəmiyyətimizin üzləşdiyi mənəvi reallıqlar barədə tam təsəvvür formalaşır. Bu məqalələrdə keçmişinmüasirliyin vəhdətindən doğan məsələlər araşdırılır, unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanmasına çalışılır. Fikrimizcə, kitabın yaradıcıları məqsədlərinə nail olublarbu kitab yəqin ki, oxucuların geniş marağına səbəb olacaq, gənclərimizin diqqətini cəlb edəcək.

 

 

Bayram Alı   

 

Xalq Cəbhəsi.- 2010.- 24 iyul.- S.6.