135 ilin ən böyük hədiyyəsi
Azərbaycan milli mətbuatı 135 ildə böyük təkamül yolu keçib. Bir neçə formasiyalardan əzilərək, təqiblərə məruz qalaraq, lakin bu günki günümüzə qədər gəlib çıxan milli mətbuat hər dövrdə bir missiyanın daşıyıcısına çevrilib. Keçən əsrin əvvəllərində fəaliyyət göstərən mətbuatımızın inkişafına maarifpərvər ziyalılar öz töhfələrini verib və onlar öz məktəblərini yaradıblar. Təməl prinsipləri öyrətmək və milli oyanış hərəkatının məşəli olmuş "Əkinçi" qəzeti özündən sonra neçə-neçə qəzet və jurnalların həyata vəsiqə almasına təkan verib.
Yol göstərib. Məfkurə
adamı olan Həsən bəy, məxsus olduğu millətinin
adını millətlər cərgəsində
yazılması üçün mücadilə aparıb.
İşıqlı beyninin nuru cəhalətli
nurlandırıb. Mövhumatın və savadsızlığın
hökm sürdüyü dövrdə gördüyü
işdən yorulmamaq və öz cibinin pulu ilə qəzet nəşr
edib, onu çevrəsindəkilərə çatdırmaq və
işıq ucu görünməyən toplumda bu işləri
davamlı sürətdə həyata keçirmək adamdan
böyük əzmkarlıq, millətinə vurğunluq,
bağlılıq tələb edən məsələlər
idi. Bu xüsusiyyətləri isə şübhəsiz ki, Həsən
bəy Zərdabi genlərinin kodu diqtə edə bilərdi.
Ona görədir ki, Həsən Bəy bütün
ömrünü xalqının maariflənməsinə,
işıqlı gələcəyə çıxmasına sərf
etdi. O sözün əsil mənasında kişi kimi yaşadı.
Həsən bəy Zərdabidən
bizə miras qalan media müstəqillik
qazandığımız illərdnə bu günə kimi
özünəməxsus inkişaf yolunu qət edir. Etiraf edək
ki, hər 10-15 ildən bir yeni ənənələrə
meyillik mətbuatda özünü bürüzə verib. 90-cu
illərdə 90 min, 60 min tirajla nəşr edilən qəzetlərin
tirajı yüksəlmə tempi ilə deyil, enmə ilə
müşahidə olunub. Azərbaycan oxucusu etibarlılıq və
güvən axtarışına çıxdıqca qəzetlərin
tirajı aşağı düşüb, reklam bazarı da
dar çərçivəyə salınıb. Bir tərəfdən
də işsizlərin jurnalistikaya çörək pulu
qazanmaq mənbəyi kimi baxmaları medianın ciddiliyinə
kölgə salıb. Dəyərlərin dəyişməsi
jurnalist peşəsinin imicini aşağı salmağa
başlayıb. Mən jurnalistəm sözünü fəxrlə
deyənlər qeyri-peşəkarlarla eyni peşənin sahibi
olduğundan utandığını dilə almağa
başlayıblar (həmkarlarımın yazılı mətbutdakı
müsahibələrinə əsasən bunu qeyd etdim). Ancaq
unutmayaq ki, mətbuatda çalışan bu adamlar öz fəaliyyətləri
ilə cəmiyyətdə hökumət və ictimaiyyət
arasında, müxtəlif təbəqələr arasında
körpü rolunu oynayırlar. Xəbəri dürüst, sadə,
anlaşıqlı, hər kəsin başa
düşdüyü dillə çatdıran jurnalistlərimiz
Zərdabı məktəbinin ənənələrinin
davamçısı olaraq yazıb-yaradırlar.
Zərdabidən bizə miras
qalan maarifçilik ənənələrini təssüf ki,
bu günki Azərbaycan mətbuatı unudub. Və ya az hallarda
buna müraciət edir. Maarifçilik işlərini
aparmağın kökündə məhz millətini sevmək
və sevdiyin millətin umrunda fədakarlıq nümayiş
etdirmək durur. Sosial məsuliyyəti olan insanlar bu
ağır yükün altına çiyinlərini verə
bilərlər. Bu fədakarlığı bəzən
müasir insanımız qəbul etmir və ya buna sadəlövhlük
kimi baxır... Qəpik-quruşla ömrünü bu peşəyə
bağlayana, piyada işə tələsən, şəraitsiz
evlərində toplumun və xalqını
düşündürən məsələləri gündəmdə
saxlayan həmkarlarımızın mövcudluğunu görəndə
sevinirsən ki, hələ Zərdabilərimiz var. Hələ
qonorara deyil vicadanının sakitliyi və ruhunun
rahatlığı üçün çalışan
jurnalistlərimiz yox deyil. Maddi sıxıntılara baxmayaraq, cəmiyyətdə
bir mənalı qarşılanmayan jurnalistlərimizin,
çox vicdanlı və şərəfli ömür yolu
keçən qələm dostlarımızın xidmətləri
hesabına bu gün milli mətbuatımız ayaqdadır.
Öz peşəsinin vurğunu və fanatı olan jurnalistlər,
alın təri ilə çalışan qələm sahibləri
bütün məhrumiyyətlərə baxmayaraq, ictimai vəkilliklərini
davam etdirilər...
Biz jurnalist qurumu olaraq
onların rifah halı üçün
çalışmalıyıq. Son bir ildə Prezident
yanında KİV-ə dövlət dəstəyi fondu mətbuatın
inkişafında bir çox xidmətləri olub. İstər
təşkilatlar üçün elan ediən layihələrin,
istər fərdi yazıların müsabiqələri jurnalistlərin
peşəkarlığının artırılması və
sosial vəziyyətinin yaxşılaşdırılmasına
xidmət edib. Bu tip müsabiqələrin əsasən də
fərdi jurnalist yazıları müsabiqələrinin
keçirilməsi jurnalistlərin həm öz üzərlərində
işləmələrinə, həm də sosial vəziyyətlərinin
yaxşılaşdırılmasına şərait
yaradıb..
Ötən bu il ərzində
fondun fəaliyyəti ilə mətbuatın inkişafında
yeni bir dövr başlayıb. Dövlətin
yürütdüyü mediya siyasətinə uyğun olaraq biz
- Jurnalist Qadınlar Assosiasiyası 135 illik yubiley ərəfəsində
mətbuat əməkdaşlarının mənzil məsələlərini
gündəmə gətirib, aidiyyatı orqanlara
çatdırmaq üçün qapıları döyməkdən
yorulmadıq. Əlbəttə, gördüyümüz əməyin,
zəhmətin qarşılığını gördük.
Dövlət
başçısının 10 iyun 2010-cu il tarixli sərəncamından
irəli gələn müddəalar AJQA-nın iyun-iyul
ayları üçün fəaliyyət planını
qurmağa təkan verdi. Bu sərəncamla tanış olduqdan
sonra mən çox inanırdım ki, dövlət
başçısı bizə 135 yaşını qeyd edən
milli mətbuat nümayəndələrinə öz
sürpirizini bəxş edəcək. Deyirlər ki,
qadınlarda səkkizinci hiss olur. Ona görə də bayram
gününə kimi dövrü mətbuatda
çıxışlar edib, adiyyatı qurumlara öz
imarıclarımızı verirdik. İsti yay günləri həmkarlarımızı
birliyə səsələyib: "birlikdə mənzil məsləsinin
həllinə nail olaq"- deyib təbirlər keçirəndə
də görəcəyimiz işin sonunun xeyirlə nəticələnəcəyinə
inam hissi bir an belə məni tərk etmədi. Mənə
sual verən müxbirlərə də bu cür cavab veriridim:
"Mən ümid edirəm ki, dövlət
başçısı biz jurnalistlərin rəsmi müraciətinə
müsbət cvab verəcək. Mən buna inanmasaydım
heç iyulun 16-da "RİA Novosti"nin akt zalında həmkarlarımın
və millət vəkillərin iştirakı ilə dəyirmi
masa təşkil edib mənzil məsələsinin həlli
yollarını müzakirə etməzdik".
Doğrusu bu inam tam və
güclü olmasaydı o zaman bizə, bu işdə jurnalistlərə
mənəvi dəstək olanlara ağız büzənlərin,
"bu müraciətin nəticəsi olmayacaq"- deyənlərin
pessimist notları ilə köklənib 44 dərəcə
istidə, bayrama az qalıb deyərək qaça-qaça
Prezident Administrasiyasına tanınmış, cəmiyyətdə
hörmətlə qarşılanan jurnalistlərin imzaları
ilə müraciətimizi çatdırmazdım. Sanki daxili
inam bu yolda irəli, yalnız irəli deyirdi.
Mənzil məsələrinin
həlli yolunda apardığımız mücadilədə
bir an belə bizi tək qoymayan "Kaspi" qəzetinin
baş redaktoru Natiq Məmmədliyə minnətdaram ki, o iyun,
iyul ayları bu yolda mənim qədər
gördüyümüz işin nəticəsi olacağına
və vacibliyinə inamla baxdı. Düz bir ay durmadan "Həmkar"
rubrikasında jurnalistlərin mənzil, məişət şəraitinin
yaxşılaşdırılması mövzusunu gündəmdə
saxladı. Digər media qurumları bu mövzuya bu və ya digər
formada müraciət etdilər. Amma ədalət naminə deyəcəm
ki, "Kaspi" qəzeti özünü buna həsr etdi.
Eyni zamanda "Səs" xəbər agentliyi, "Hürriyyət",
"Xalq Cəbhəsi", "Şərq",
"Olaylar", "Palitra", "Paritet", "525-ci qəzet",
"Yeni Azərbaycan" qəzetləri, Modern.az saytı,
"Trend" informasiya agentliyi də mənzil məsələsinin
həll edilməsi yolunda tutduğumuz movqeni dəstəklədilər.
"Xalq cəbhəsi" qəzetini baş redaktoru
Elçin Mirzəbəyli təşkilatımızın
Prezidentə ünvanladığı müraciətin mətnini
hazırladı. Hansı ki, bir çox jurnalistlər bu
müraciəti sevə-sevə imzaladılar. Xəzər TV-də
"Aktual-Xəbər" verilişini izləyən
ziyalılar, ictimai xadimlərdən bizə
saysız-hesabsız zəng gəldi. Onlar bizm müraciətə
qoşulduqlarını və hətta imzalanma aksiyasında
iştirak etmək istəklərini dilə aldılar. Millət
vəkili Qüdrət Həsənquliyev sona kimi jurnalistlərin
yanında oldu.
Sözsüz ki, ən
böyük dəstək məhz Prezident İlham Əliyevdən
gəldi. Biz jurnalist qadınlarda belə inam vardı ki,
Prezident inkişaf edən və daim yeniləşən Azərbaycanın
vətəndaşları olan, özü də şərəfli
vətəndaşları olan jurnalistlərin bü
günkü durumuna göz yummayacaq.
Prezident aşağıdan, cəmiyyətin
aztəminatlı ziyalı təbəqəsi olan jurnalistlərdən
gələn təklifə reaksiya verdi. Çünki cənab
İlham Əliyev yaxşı bilir ki, hər bir ölkənin
mətbuatı onun güzgüsüdür. İnsanların
rifah halı yüksəlirsə demək mətbuatın durumu
da bu yüksəlişdən bəhrələnməlidir. Ola
bilməz ki, Respublikamızın iqtisadi göstəriciləri
dünyanın aparıcı dövlətlərin iqtisadi
göstəricilərinə çatsın, amma onun jurnalistləri
məişət problemlərinin içində boğulsun,
itib-batsın. Dünyanın hər yerində jurnalist o toplumun
orta sosial təbəqəsinə məxsusdur. Bu gün Azərbaycanda
da belə bir zərurət yaranmışdı ki, mətbuatda
külüng döyənlər orta təbəqə
sırasına qaldırılsın. Cəmiyyətin problemlərini
üzə çıxaran, dövlətin dördüncü
hakimiyyət qolu olan KİV əməkdaşları öz
problemlərinin həllinə nail olmaq üçün həmrəylik
göstərməli idi. Az-çox dərəcədə bu həmrəyliyə
qısa zaman kəsiyində nail olduq. Mənzil məsələsinin
dövlət tərəfindən həll olunması fikrimizə
bir çox tanınmış imzalar "hə"- dedi.
Yaşar Əliyev, Elçin Hüseynov, Qabil, Gülnarə Məmmədzadə,
Elçin Mirzəbəyli, Arzu Şirinova, Pərvanə
Sultanova, Cəmaləddin Quliyev, Natiq Məmmədov, Elşad
Eyvazlı, Sərkərdə, İlham Quliyev, Almaz Ülvi və
adını çəkə bilmədiyin onlarla jurnalistlər.
Hər çəkilən zəhmətin,
əməyin diqqətdən kənarda qalmaması
üçün etiraf edək ki, bu imzaların, simaların
müraciətlərini, ömrünü mətbuata həsr
etmiş Azərbayacan vətəndaşlarının problemlərini
Cənab Prezidentə çatdıran, məruzə edən
Prezident Administrasiyasının rəhbəri Akademik Ramiz
Mehdiyevin də bu işdə qatqısı böyükdür.
Hər dəfə jurnalistlərlə görüşəndə,
müsahibə verəndə "bayram günü sizə
böyük sürpirizlərimiz olacaq"- deyən Prezident
Administrasiyası, ictimai-siyasi şöbənin müdiri,
professor Əli Həsənov da illər boyu qələm əhlinin
səsləndirdiyi sosial problemlərin həllini tapması
yönümdə apardığı fəaliyyəti ilə
jurnalistlərin yanında oldu.
Bəli, bu dəstəklərlə
yanaşı 22 iyula kimi büzülən ağızlar var
idi. Kimisi dövlətin imkanı yoxdu jurnalistləri evlə təmin
etsin dedi. Kimisi dövlətin jurnalistlərin mənzil problemərini
həll etməsini aslılıq kimi dəyərləndirdi.
Kimisi isə "toxun acdan xəbəri yoxdur" - prinsipi ilə
yanaşdı həmkarlarının problemlərinə. Rahat, gözəl
mənzilində kondisionerin altında, sərinləşərək
kirayədə qalan qardaşının halına acımadan
belə, onun güzəranını, ağrısını
hiss etmədən jurnalistlərə dövlət tərəfindən
mənzil verilməsinə qarşı olduğunu dilə
aldı. Mətbuatda söz sahibi olan, amma sosial durumundan əziyyət
çəkən həmkarlarının qınağından
belə çəkinmədi. Amma dövlətin
başçısı öz humanist mövqeyini ortaya qoydu.
22 iyul 2010-cu ildə
"Gülüstan" sarayında Prezident İlham Əliyevin
sərəncamını tədbir
iştirakçılarının diqqətinə
çatdıran Prezident Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyev "....mətbuat işçilərinin mənzil
şəraitinin yaxşılaşdırılması və
onlar üçün yaşayış evlərinin tikilməsi
məqsədilə 2010-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon
manat vəsait ayrılsın..." ifadəsini bitirməyə
imkan tapmamış onun cümlələri media mənsublarının
sürəkli alqışları ilə qarşılandı.
Bu alqışlar illər uzunu bu xəbəri gözləyən
həmkarlarımın sevinc ifadələri idi. Həsrətin
bitdiyi an idi. Cənab Prezidentin jurnalistikamızın
inkişafı üçün ən böyük töhfəsi
idi. Cənab Prezident vətəndaşının qeydinə
qaldı və öz ədalətli qərarı ilə qəlbləri
fəth etdi. Prezident öz vətənaşlarının
sosial qayğılarına həssas yanaşdı və tarixi
gündə tarixi qərarı ilə TARİX YAZDI.
Milli mətbuat tarixində
ilk dəfədir ki, ölkənin Birinci şəxsi düyməni
basdı və dövlət mətbuat nümayəndələrinə
mənzil tikməyə start verdi.
Prezidentin
imzaladığı sərəncamla onlarla insanın problemi həllini
tapdı. Kirayələrdə qalan, 50 yaşını
haqlamış və ya bu yaşı aşmış artıq
ümidi üzülmüş abırlı həmkarlarım
stimul aldı. Onların gözlərinə parıltı
çökdü. Yorğun, tükənmiş həmkarların
bundan sonra işləməyə güc tapacaqlar.
22 iyul sərəncamı gələcəyə
inamı artırdı.
Təşəkkür edirik,
Cənab Prezident!
Çox sağ olun ki, siz 22
iyul sərəncamınızla milli mətbuatımızın
yaranmasının 135 ilində jurnalistlərə ən
böyük müjdə verdiniz!
Sevil
Yusifova,
Azərbaycan Jurnalist Qadınlar
Assosiasiyasının rəhbəri
Xalq Cəbhəsi.- 2010.- 27 iyul.- S.8.