Qədim Tiflis xanəndələri

 

I yazı

 

XIX yüzilin əvvəllərində Rusiya imperiyasının Qafqaz canişinliyi Tiflisdə yerləşdiyindən burada ədəbi mühit təşəkkül tapmağa başlamışdı. Burdakı ədəbi mühit Azərbaycanın görkəmli ədiblərini, musiqiçilərini, xanəndələrini və sənət adamlarını özünə cəlb etmişdi. Onlar Tiflisdə yaşayıb yaradıblar. Gürcü xalq mahnılarının tədqiqatçısı M.M.İppolitov-İvanov yazır: "Xanəndə və çalğıçılara o zaman "sazəndə dəstəsi" deyirdilər. Bütün xalq şənliklərinə sazəndə dəstəsi dəvət olunardı."

XIX əsrin ikinci yarısında sazəndə dəstəsi - xanəndə, tarzən, kamançaqoşanağara çalanlar olmaqla dörd nəfərdən, XIX əsrin əvvəllərindən isə xanəndə dəstəsi əsasən üç nəfərdən - xanəndədən, tarzəndən və kamançaçalandan ibarət olub. Yazıçı Mirzə İbrahimov klassik xanəndələrimizin adət-ənənələrindən və onların sənətə münasibətindən bəhs edərək yazır: "Keçmişdə əsl xanəndə və çalğıçıların möhkəm ədəb-ərkan qaydaları vardı. Onlar geyimlərinin səliqəsinə, zahiri hərəkətlərinin nəcibliyinə, ağır oturub ağır durmağa fikir verdikləri kimi ifaçılıqda da müəyyən kamil, bütöv qaydaları gözləyirdilər. Xüsusən oxunan havaların bitkinliyinə çalışar, sözlərini diqqətlə seçər, əxlaqi, fəlsəfi və estetik mənası olan qəzəllər, bayatılar, qoşmalar, gözəlləmələr oxuyardılar."

Xanəndələrin tərkibi eyni deyildi. Saray xanəndələrindən, yəni varlılara xidmət edən müğənnilərdən başqa gəzərgi xanəndələr də var idi. Tiflisin iri küçələrində, bağlarında, bazar və ticarət meydançalarında, şəhər sənətkarlarının və xırda tacirlərin məclislərində çalıb-oxuyardılar. Azərbaycanın müxtəlif şəhərlərində olduğu kimi "Şərq gecələri" Tiflisdə də keçirilirdi. Əvvəllər musiqili səhnəciklər, teatr tamaşaları və rəqslərdən tərtib edilirdisə, XX yüzilin 20-ci illərindən etibarən gecələr müəyyən bir sənətkarın yaradıcılığına həsr olunurdu. Rus tarixçisi A.Kişmişov yazır: "O dövrdə əhalinin əksəriyyəti "köhnə şəhər"də yaşayırdı. Gün çıxandan, gün batana kimi onun küçələrində həyat qaynayırdı. Erməni bazarında, tatar (Azərbaycan-türk-M.M.) bəzzazxanasında, Sion küçəsində və bura yaxın olan karvansarada xüsusi canlanma gözə çarpırdı. Şəhərin bu gur yerlərində böyük kommersiyaparça alveri aparılırdı. Küçələrdən gediş-gəliş kəsilmirdi. Axşam düşən kimi mahnı sədaları şəhəri bürüyürdü. Açıq havadakı bu konsertlər yerli əhalinin musiqi qabiliyyətini açıq-aydın göstərirdi. Bu mahnıların yaradıcıları ölməz xalq xanəndələri idi. Onlar aylı gecələrdə şəhərin meydançalarına toplanıb son dərəcə melodik alət olan tarın müşayiətilə xalq nəğmələri oxuyurdular.

Xanəndələr küçələrdə görünən kimi, şəhər əhli evlərin eyvanına, damına və darvazaların ağzına toplaşıb gecəyarısına qədər davam edən musiqi nəşəsindən həzz alardılar. Yerli musiqiçilərin mahnılarının sədası altında şənlik səhərə qədər davam edirdi. Dan qızaranda hamı evlərinə çəkilərdi. Bəziləri isə elə oradaca yatardılar ki, sabahı günü yenə musiqi ilə əylənsinlər. Tiflisdə uzun müddət yaşayan Y.Polonski Sayat Nova barəsində yazarkən qeyd edir: "Keçmişdə olduğu kimi indiGürcüstanda sazəndələrə çox böyük hörmət bəsləyirlər. Onların xalq arasında saysız-hesabsız pərəstişkarları var. Tiflisdə istər kübar və istərsə də ortabab ailədə heç bir toy şənliyi sazəndəsiz keçmir. Onları xüsusi maraqla dinləyirlər."

Qədim Tiflisə yaxşı bələd olan şair-akademik İosif Qrişaşvili burada yaşayıb-yaradan sazəndələrdən yazarkən Mirzəcan, Hacı Yusif, Məşədi İsi, David bəy (tarzən), Abdülbaqi (Bülbülağa), Dilmanlı Həsən, Zülal, Həsənçə, Həşim (Keştazlı-M.M.), Ağacan, Şöhliyyə, Allahverdi, Səttar, Cəfər və başqalarının adını çəkir. O dövrki Tiflisin ən yaxşı xanəndəsi Allahverdi olub. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan musiqisinin tədqiqatçısı Firidun Şuşinskinin yazdığına görə, o, Nəriman Nərimanovun ulu babası olub. Salnaməçi yazır: "Allahverdi bir an da olsun belə çar İraklidən uzaq düşmürdü, fədakarcasına vuruşurdu ("Saliteraturi nadzilni", 1832-ci il, H4). Çar İraklinin dəfn mərasimində sevimli xanəndə təmtərəqla iştirak edib. O, çar İraklinin tabutunu yonub düzəldib. Şahzadə Dmitri özünün şeirlərinin birində Qoca babanın vəfatını və dəfnini tam təfsilatı ilə qələmə alıb və Allahverdi barəsində söhbət açıb.

Çar İraklinin ölümündən sonra Allahverdi saraya gedib-gəlməyi yenə də davam etdirib. Allahverdinin ən çox şahzadə Aleksandrla yaxşı münasibəti var idi. Aleksandr Allahverdisiz süfrə arxasında oturmazdı. Şulaverdə təşkil etdiyi ziyafətə Allahverdiniözü ilə aparmışdı. Şahzadə İohane "Kalmasoba" əsərində məlumat verir: "Şahzadə Aleksandr məclis əhlinin hamısını ziyafətə dəvət etdi. Və əmr etdi ki, xanəndə Allahverdi bura təşrif buyursun. O da gəldi, həvəslə çalıb-oxumağa başladı". Allahverdi salamurda da, çonqurda da, tarda da əla çalır, Aleksandr Çavçavadzenin və başqalarının şeirləri üstündə mahnılar ifa edirdi. Ketevan Orbeliani qeyd edir: "Aleksandr Çavçavadzenin şeirləri üstündə tatar (azərbaycanlı-türk -M.M.), Allahverdi oxuyurduÇavçavadzenin evinə gedib-gəlirdi ("Literaturis matiane" jurnalı, 1990-cı il, H1-2, səh.212). "Qarasaqqallı xanəndə zahiri görünüşünə görə həddindən artıq yaraşıqlı və gözəl idi" (yenə həmin mənbədə). "Baqratı Peterburqa aparanda onu orada Zaza Andronikov qarşılayır. O, şahzadə Mariyamın qızı Anastasiyaya nişanlı idi. Zaza Peterburqda yepiskop Dosieto ilə çimməyə gedir. Zaza suda boğulur.

Bu gənc Anastasiya ilə duz-çörək kəsibmiş. Bu hadisə onu çox kədərləndirir. Bu zaman xanəndə Allahverdini gətirirlər. O, xanəndəni mahnı oxuyan zaman görəndə ona vurulur. Allahverdi bu qızı götürüb qaçırdır və hamam yaxınlığındakı evinə aparır. Katalikos qızı geri gətirdir və Allahverdini təqib etməyə başlayır. Həmin tatar (azərbaycanlı-türk-M. M.) kükürdlü hamam yaxınlığındakı mağaraya girir. Bütün şəhər onun zənguləli səsini eşitməyə axışır. Anastasiya öləndə o, salamurunu qırır və tarı əlinə götürür. Bundan sonra o, bir daha evlənmir (Qriqol Orbeliani "Şeirləri", 1935, səh.46).

Qriqol Orbeliani şeirlərinin birində Allahverdi barəsində yazır: (sətri tərcümə)

 

"Mənəviyyatca bir olub bura yığışanlar,

Tarla, badə ilə, buynuzla, azarkeşlərinizlə

Şərab süfrəsini gül-çiçəklə bəzəyin,

Allahverdini öz tərifli tarı ilə oturdun...."

 

O vaxtlar Tiflisdə yüksək vəzifəli şəxslər, knyaz aznaurlar arasında zurnaçılardan çox xanəndələrə üstünlük verilirdi. Xanəndələr kvartetdən yaxud dörd nəfər musiqiçidən ibarət idi. Dəf çalan xanəndə, tar çalan, çianur çalan nağaraçalan. Bu simli iki musiqi aləti - tar çianur xalq çalğı alətləri arasında özünün tembri böyük diapazonuna görə ən zəngin alət hesab olunurdu. O dövrün məşhur xanəndələrindən biri Səttar olub. Aleksandr Barnov "Köhnə Tiflisin musiqiçiləri" kitabında yazır: "Səttar əslən Cənubi Azərbaycandan idi. O, Ərdəbildə XIX əsrin 20-ci illərində anadan olub. Səttar elə uşaqlıq vaxtlarından musiqiyə meyl göstərib. Parlaq istedada şirin ləhcəyə malik olub. O, əvvəlcə dinə qulluq etməyə başlayır, ancaq onu axıra kimi davam etdirmir. İki-üç ildən sonra dindən uzaqlaşır. Şənliklərdə toylarda muğam xalq mahnılarını ifa etməyə başlayır. Səttar Şərqin görkəmli klassik şairlərindən Sədi, Hafiz, Füzuli başqalarının qəzəlləri üstündə muğamları təsnifləri çox ustalıqla ifa edir. Səttarın şan-şöhrəti tezliklə şah Məhəmməd Mirzənin qulağına da çatır. Şah Səttarı öz sarayına dəvət edir. O, burada bir neçə il qalır. 19-20 yaşlarında Səttar Tiflisə gəlir. Özünün valehedici səsi ilə qısa müddət ərzində tiflislilərin diqqətini cəlb edir. Mahnı oxuyan zaman o, sən demə, dəfdən istifadə etmirmiş. Öz dəstəsi ilə oturub əlində əsa mahnını elə şirinliklə ifa edirmiş ki, dinləyicilər ovsunlanırmış".

Nikoloz Barataşvili Səttarla görüşüb onu tez-tez şənliklərə aparardı. Azərbaycanın böyük musiqişünası Firidun Şuşinski öz məqaləsində Səttara yüksək qiymət verir: "Səttarın Qafqaz xalqlarının milli musiqisinin inkişafında böyük rolu var. Səttarın konsertlərində Tiflisdə yaşayan rus italyan musiqi həvəskarları iştirak edir özlərinin konsertlərində iştirak etmək üçün onu da dəvət edirdilər. 1847-ci ildə italyan skripkaçı Tiflis teatr orkestrinin dirijoru Malaqolli Səttarı xeyriyyə cəmiyyəti tərəfindən təşkil olunmuş konsertdə iştirak etməyə dəvət etmişdi. Konsertdə muğam oxuyan Səttar böyük müvəffəqiyyətlər qazanmışdı" (Firidun Şuşinski "Sovet incəsənəti" jurnalı, 1968-ci il, H2, səh. 61).

Bir çox tarixi məxəzlərdən məlum olur ki, Səttar Tiflisin musiqi həyatında görkəmli rol oynayıb. O nəinki musiqi gecələrində, həm açıq havada təşkil olunan konsertlərdə ziyafətlərdə məlahətli səsi ilə çoxmillətli şəhərin sakinlərinə estetik zövq verib. O zaman şəhər tacirləri növbə ilə qonaqlıqlar verərdilər ki, bunu da ki, "Riqis puri" ("Növbəti nahar") adlandırırdılar. Bu qonaqlıqlar qışda evlərdə, yay aylarında isə bağlarda təşkil olunardı. Belə qonaqlıqlarda başqa xanəndələr kimi çox vaxt Səttar da iştirak edərdi.

Səttar Tiflisdə yaşadığı illərdə onu nəinki xalq şənliklərinə, hətta Qafqaz canişininin igamətgahında İran şahlarının, Türkiyə sultanlarının digər rəsmi şəxslərin şərəfinə verilən ziyafətlərinə dəvət olunardı. Azərbaycan xanəndəsi həmişə çoxmilli ictimaiyyət qarşısında çıxış edib dinləyiciləri heyran qoyub. Səttar xeyriyyə konsertində dəfələrlə, o cümlədən yoxsullara kömək məqsədi ilə keçirilən beynəlxalq konsertlərdə skripkaçı Millerlə, müğənni Seymur-Şiff ilə birgə iştirak edib.

"Səttar o dövrün ən sevimli xanəndəsi idi. Şərq havalarını əvəzsiz ifa edən Səttar özünün diqqətəlayiq tenoru ilə dinləyiciləri ovsunlayırdı" (Nikoloz Barataşvili, Seçilmiş əsərləri, 1939-cu il, səh. 29). Nikoloz Barataşvili Səttara heyran olmuşdu. Onsuz bir məclisə getməzdi. Şairin bibisi Barbara Vezirişvili məlumat verir: "Niko hər şadyanalıqda Səttarı da gətirdərdi." Səttar Barataşvilinin bacısı Yekaterinanın toyunda onunla bərabər olub. Nikoloz Barataşvili Z.Orbelianiyə yazdığı məktubunda Ksan dərəsinə (Axalqoriyə) gedişini, oradakı ziyafəti Səttarın iştirakını belə qələmə alır: "Axalqoriyə daxil olduq. Saray başdan-başa çılçıraq içində idi. Zurnaçılar çalırdı. Səttarın mahnısı da onu müşayiət edirdi. Tüfəng atəşi, camaatın qələbəliyi, hay-küyü, gözəl bir aləm idi."

Nikoloz Barataşvili Kartlidə olarkən kilsənin qapısında yazdığı şeiri Səttara həsr etmişdi. İ.Meunargiya məlumat verir: "Səttar o dövrün birinci xanəndəsi idi. Barataşvili onun əsl azərkeşi idi. Dimitri Vezirişvilidən eşitmişəm ki, şair Kartlidə hardasa kilsənin qapısında bu xanəndəni tərif edib. 19-cu yüzilin birinci yarısında Qafqaza sürgün edilmiş dekabrist-şair Yakov Polonski o dövrün məşhur Azərbaycan xanəndəsi Səttara şeir həsr edib:

 

Səttar! Səttar! yaman qəhərlidir ah-vayın.

O boğuq fəryadında göy kişnər, bulud ağlar

Kamanın iniltisi, qavalın qəm harayı.

Sinəmə dağlar çəkər, qəlbimdə yuva bağlar.

Oxuduğun sözləri anlaya bilməyirəm -

Başqa ruhda köklənib əzəldən könül sazım.

Səninsə öz komandan hey ucalıb avazın.

Gecədir... Tiflis susur, mən səni dinləyirəm -

Sanki şərqli qardaşım xəstə qəlbimi didir,

Sənin dilinlə məni danlayır, tənbeh edir...

Bilirəm deyirsən, danışır ilhamın,

Bəlkə qana-qan deyə coşursan, çağlayırsan...

 

Bu şeir 1850-ci ildə Tiflisdə çıxan "Qafqaz" qəzetində dərc olunub. Tərcümə Vilayət Rüstəmzadənindir.   

 

 

Mirzə Məmmədoğlu

 

Xalq Cəbhəsi.- 2010.- 28 iyul.- S.14.