Azərbaycanın milli geyimləri
Onlar tariximiz və milli mədəniyyətmizlə
sıx bağlıdır
Azərbaycan milli geyimləri xalqın maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişafı nəticəsində yaranıb. Geyim xalqın tarixi ilə çox sıx əlaqədardır. Belə ki, xalqın maddi mədəniyyətini, xalqa xas olan xüsusiyyətləri daha çox əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapıb. Azərbaycan XVII əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər. Kişi və qadın geyimlərı Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə kişi geyimlərı geyimin yiyəsinin sinfini əks etdirirdi. Uşaq geyimi öz forması ilə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi. Azərbaycan qadın geyimi XIX əsrdə, XX əsrin əvvələrində alt və üst geyimlərdən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və bel geyimlərindən ibarətdir. Qadın çiyinüstü geyimi üst köynəyi, arxalıq və çəpkən dəstidir. Üst köynəyinin düz biçimi, çiyini tikişsiz və rəngbərəng qoltuqaltından ibarət idi. Bu köynəklər əsasən qanovuz və ipək parçalardan tikilirdi. Çəpkən - çiyinüstü, astarlı və yalançı qollara malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalardan tikilirdi.
Ləbbadə - çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi. Güləcə - qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən, məxmərdən tikilirdi. Baharı - sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi. Kürdü - qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzədilirdi. Eşmək - qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzədilirdi. Qadın bel üst geyimi - bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadınlar evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər. Kişi milli üst geyimi - üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlas, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi. Qaba - kişi çiyinüstü üst geyimidir və əsasən tirmədən tikilirdi. Çuxa - içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı şubadır. Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar daxil idi. Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları aiddir. Qadın zərgərlik məmulatları onların tədbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrinə bölünür.
Ornamentin ən sadə ünsürlərinə - düz və sınıq xətlər, ziqzaqlar, dairələr, üçbucaqlar, kiçik romblar, nöqtə ornamentinə erkən bürünc (Azərbaycanda e.ə. III minilik) dövrünə aid saxsı qablar üzərində rast gəlmək olar. Bu, Azərbaycan xalqının qədim naxış qoyma sənətinin analoqudur. Azərbaycanda sənətkarlığın inkişafı haqqında burada müxtəlif dövrlərdə olmuş çoxsaylı tacirlər, səyahətçilər və diplomatlar çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulayıb. İngilis səyahətçisi - tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının dəbdəbəsini təsvir edərək yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu, onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi". XIX əsrin sonu - XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darayi və məxmər idi. Onlar Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal lövhəciklər) istifadə olunurdu. Boyama zamanı bitkidən alınan boyaq maddələrindən istifadə edilirdi.
Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə seçilirdi. Azərbaycan naxışlarının ən çox sevilən motivləri qızılgül, nərgiz, qərənfil, lalə, liliya (zanbaq) və meyvə ağaclarının (nar, heyva, alça) çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlılar, altı və səkkizguşəli gülşəkilli bəzəklər, kiçik romblar, ulduzlar və rəmzi günəş təsvirlərindən ibarət idi. Naxışlarda quş təsvir etməyi xoşlayırdılar: bülbül, tovuz quşu, göyərçin, tutuquşu, hop-hop, qarğa, qırqovul, dişi bildirçin, kəklik və s. Çox tez-tez quş cütlüklərinin təsvirinə rast gəlinirdi - ən qədim və sevilən ornament motivi idi. Quşları adətən ya bir-birini sevən tərzdə, ya da dalaşmış şəkildə (məhəbbət və ayrılıq rəmzi) təsvir edirdilər. Heyvanlar aləmindən isə naxış tikmələrdə ən çox ceyranları, tısbağaları, ilan-əjdahaları, atları təsvir edirdilər. Məişət əşyalarından isə gülab üçün kiçik qrafinlər, daraq qutular, kosmetika üçün şüşə qablar, dolçalar və s. şəklində bəzəklərə rast gəlinir.
Azərbaycanda məişətdə məşhur və geniş yayılmış tikmə növləri bunlar idi: "qızıl" tikmə, sıx naxışlı tikmə, tambur naxışlı, texnikada "quş gözü", parlaq bəzəklərlə tikmə, muncuqla, möhürlənmiş piləklərlə, "kökləmə" ("sırıma"), applikasiya, spiralşəkili tikmə və file üzərində iş. Tikmələrin geniş yayılmış növlərindən biri - "quş gözü" ağ və ya rəngli ipək sapla tikilir. "Kökləmə" tikməsinə araqçının, şabkulların (gecə papağı), namaz xalçalarının, eləcə də yun geyimin bəzədilməsi zamanı təsadüf olunur. Onu adi və su tikişiylə tikirdilər, astarla üz arasına nazik yun və ya pambıq qat qoyurdular. Mirvari və muncuqla tikmələr böyük maraq oyadır ki, onlarla ta qədimdən kostyum ünsürlərini, məişət əşyalarını və s. bəzəyirdilər. Parlaq bəzəklərlə tikmə - bəzəklərin parça üzərində rəngli ipək saplarla çəkilmiş rəsmin cizgiləri üzərində tikilməsidir. Applikasiya və spiral tikmənin nisbətən cavan üsullarıdır. Nadir hallarda təsadüf olunan file üzərində iş və mereyka (şəbəkəli haşiyə naxışı) daha sonra yayılıb və tətbiq dairəsi geniş deyil. Əl işinin bu növü daha çox salfet, dəsmal və üz üçün örtüklərin bəzədilməsi üçün səciyyəvidir. Və bu gün Azərbaycanın bir çox şəhərlərində tikmə sahəsində qədim məktəblər qorunub saxlanır, Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgi və muzeylərin ekspozisiyasını bəzəyirlər.
Bütün
növ tikmələrin daha qədimi - qızılı tikmədir.
Əsas kimi çox
möhkəm parçalardan istifadə olunurdu. Ən
yaxşı material birrəng qırmızı, zoğalı,
bənövşəyi və yaşıl rəngli məxmər
idi. Həmçinin müxtəlif tonlarda olan
nazik mahud, parça, tirmə, atlas və tumac dəridə
tikilirdi. Qızılı tikmə
üçün qızılı və ya
gümüşü saplardan istifadə olunurdu. Belə
növ tikmə bir terminlə adlanırdı: güləbatın.
Çox zaman qızılı tikməylə üst qadın
geyimini, baş geyimlərini, ev məişət
əşyalarını, at üçün bəzəkləri
və daha xırda məmulatları bəzəyirdilər. Hətta belə bir adət vardı ki, gəlinin
cehizinə qızılı tikməylə tikilmiş müxtəlif
məişət təyinatlı əşyalar daxil edilirdi.
Rəngli ipək
saplarla tikilən naxışlar arasında daha çox
yayılanı tambur tikiliş tikmə idi. Tambur tikmələrinin
istehsal mərkəzi XIX əsrdə Şəki şəhəri
olub. Tambur tikmələri üçün
əsas rolu nazik yerli və ya xaricdən gətirilən
qırmızı, qara və tünd - göy rəngli məxmər
və mahud parça oynayırdı. Mürəkkəb
və qəribə (qəşəng) naxış tünd fonda parlaq ipək saplarla tikilirdi. Bir çox kişilər bu tətbiqi sənət
sahəsində qeyri-adi ustalıq göstərmişdilər.
Dəzgahda dartılmış parça üzərində
sənətkar əvvəlcə rəsmin cizgi xətlərini
tikir, sonra bütün içini doldururdu. Tambur
tikmələri üçün iynə "qarmaç"
adlanırdı. Tambur tikmələri ilə
qadın geyimləri, böyük yastıq üzləri, hamam
xalçaları, örtüklər bəzədilirdi.
Azərbaycanın milli geyimləri
Onlar tariximiz və milli mədəniyyətimizlə
sıx bağlıdır
Azərbaycan
milli geyimləri xalqın maddi və mənəvi mədəniyyətinin
çox çətin və uzun çəkən
inkişafı nəticəsində yaranıb. Geyim xalqın
tarixi ilə çox sıx əlaqədardır. Belə ki, xalqın maddi mədəniyyətini, xalqa
xas olan xüsusiyyətləri daha çox əks etdirir və
xalqın sarsılmaz etnik nişanələrinə aiddir.
Xalqın etnik, tarixi, xalq
yaradıcılığının bədii xüsusiyyətləri,
onların müxtəlif halda formalaşmaları, bədii bəzək
naxışları, toxuculuq xalq geyimində öz əksini
tapıb. Azərbaycan XVII əsrdə
yaxın Şərqin ən böyük ipəkçilik
ölkəsi kimi tanınırdı və Şirvan əyaləti
Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan
başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə,
Şəki, Şuşa rayonlarında da ipəkçilik
istehsalı çox inkişaf etmişdi. Bu
rayonlarda ipəkdən çox qəşəng, bəzəkli,
naxışlı, zərif qadın baş örpəkləri
istehsal olunurdu. Geyimin stili onun yiyəsinin
ailə vəziyyətini və yaşını əks
etdirirdi. Subay qızların geyimlərı
evli qadınların geyimlərindən fərqlənirdi.
Cavan qızlar daha parlaq və qəşəng
geyinərdilər. Kişi və qadın
geyimlərı Azərbaycanın bütün etnik, tarixi
zonalarında eyni idi. Bununla belə kişi
geyimlərı geyimin yiyəsinin sinfini əks etdirirdi. Uşaq geyimi öz forması ilə böyük
geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri
və ölçüsü ilə fərqlənirdi. Azərbaycan qadın geyimi XIX əsrdə, XX əsrin
əvvələrində alt və üst geyimlərdən ibarət
idi. Üst geyimi isə öz növbəsində
çiyinüstü və bel geyimlərindən ibarətdir.
Qadın çiyinüstü geyimi üst
köynəyi, arxalıq və çəpkən dəstidir.
Üst köynəyinin düz biçimi,
çiyini tikişsiz və rəngbərəng
qoltuqaltından ibarət idi. Bu köynəklər
əsasən qanovuz və ipək parçalardan tikilirdi.
Çəpkən - çiyinüstü,
astarlı və yalançı qollara malik olan qadın üst
geyimidir. Bu geyim tirmədən, məxmərdən
və bir neçə növ ipək parçalardan tikilirdi.
Ləbbadə
- çiyinüstü üst gödəkçəsidir. Bu geyim
sırıqlı astarda olur, tirmədən, məxmərdən
və başqa parçalardan tikilirdi. Güləcə
- qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən, məxmərdən
tikilirdi. Baharı - sırıqlı
astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi. Kürdü - qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz
dəri və sıx naxışlarla bəzədilirdi. Eşmək - qadın sırıqlı üst geyimidir,
tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar
xəzdərisilə, qızılı şəbəkə
torla və şəridlə bəzədilirdi. Qadın bel üst geyimi - bir neçə tumandan,
cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadınlar evdən
çıxanda tumanın üstündən çaxçur
geyərdilər. Kişi milli üst geyimi
- üst köynək, arxalıq, qaba və çuxadan
(çiyinüstü) ibarət idi. Bir və
ya ikiyanlı arxalıqlar ipək, atlas, kişmir, mahud, satin və
başqa parçalardan tikilirdi. Qaba - kişi
çiyinüstü üst geyimidir və əsasən tirmədən
tikilirdi. Çuxa - içi tüklü qoyun dərisindən
tikilmiş düyməsiz, naxışlı şubadır.
Milli geyim dəstinə müxtəlif
növlü baş geyimləri və ayaqqabılar daxil idi.
Milli geyim dəstlərinə yerli zərgərlərin
yaratdığı zərgərlik məmulatları aiddir.
Qadın zərgərlik məmulatları
onların tədbiqinə uyğun olaraq, baş, boyun,
döş, bel, bilək hissələrinə
bölünür.
Ornamentin ən
sadə ünsürlərinə - düz və sınıq xətlər,
ziqzaqlar, dairələr, üçbucaqlar, kiçik romblar,
nöqtə ornamentinə erkən bürünc (Azərbaycanda
e.ə. III minilik) dövrünə aid saxsı qablar üzərində
rast gəlmək olar. Bu, Azərbaycan xalqının qədim
naxış qoyma sənətinin analoqudur. Azərbaycanda
sənətkarlığın inkişafı haqqında burada
müxtəlif dövrlərdə olmuş çoxsaylı
tacirlər, səyahətçilər və diplomatlar
çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr)
Şamaxı və Bərdənin ipək məmulatlarının
gözəlliyini vurğulayıb. İngilis səyahətçisi
- tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının dəbdəbəsini
təsvir edərək yazır: "Kral ipək və
qızılla bəzədilmiş zəngin bir çadırda
oturmuşdu, onun paltarı mirvari və qiymətli
daş-qaşla bəzədilmişdi". XIX əsrin
sonu - XX əsrin əvvəllərində naxış tikmələr
üçün istifadə olunan parçalar yerli istehsala aid
qanovuz, darayi və məxmər idi. Onlar Şamaxı,
Basqal, Gəncə, Şəki, Şuşa
və Azərbaycanın digər şəhərlərində
hazırlanırdı. Naxış tikmək
üçün ipək, yun saplar və yerli istehsala aid
möhürlü nişancıqlardan (metal lövhəciklər)
istifadə olunurdu. Boyama zamanı bitkidən
alınan boyaq maddələrindən istifadə edilirdi.
Naxış
qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və
rəngarəngliyi ilə seçilirdi. Azərbaycan
naxışlarının ən çox sevilən motivləri
qızılgül, nərgiz, qərənfil, lalə, liliya
(zanbaq) və meyvə ağaclarının (nar, heyva,
alça) çiçəkləri, eləcə də
müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri
düz və sınıq xətlər, ziqzaqlar,
üçbucaqlar, dördbucaqlılar, altı və səkkizguşəli
gülşəkilli bəzəklər, kiçik romblar,
ulduzlar və rəmzi günəş təsvirlərindən
ibarət idi. Naxışlarda quş təsvir etməyi
xoşlayırdılar: bülbül, tovuz quşu, göyərçin,
tutuquşu, hop-hop, qarğa, qırqovul, dişi bildirçin,
kəklik və s. Çox tez-tez quş cütlüklərinin
təsvirinə rast gəlinirdi - ən qədim və sevilən
ornament motivi idi. Quşları adətən ya
bir-birini sevən tərzdə, ya da dalaşmış şəkildə
(məhəbbət və ayrılıq rəmzi) təsvir
edirdilər. Heyvanlar aləmindən isə
naxış tikmələrdə ən çox ceyranları,
tısbağaları, ilan-əjdahaları, atları təsvir
edirdilər. Məişət əşyalarından isə
gülab üçün kiçik qrafinlər, daraq qutular,
kosmetika üçün şüşə qablar,
dolçalar və s. şəklində bəzəklərə
rast gəlinir.
Azərbaycanda məişətdə
məşhur və geniş yayılmış tikmə
növləri bunlar idi: "qızıl" tikmə, sıx
naxışlı tikmə, tambur naxışlı, texnikada
"quş gözü", parlaq bəzəklərlə tikmə,
muncuqla, möhürlənmiş piləklərlə,
"kökləmə" ("sırıma"), applikasiya,
spiralşəkili tikmə və file üzərində iş.
Tikmələrin geniş yayılmış növlərindən
biri - "quş gözü" ağ və
ya rəngli ipək sapla tikilir. "Kökləmə"
tikməsinə araqçının, şabkulların (gecə
papağı), namaz xalçalarının, eləcə də
yun geyimin bəzədilməsi zamanı təsadüf olunur.
Onu adi və su tikişiylə tikirdilər,
astarla üz arasına nazik yun və ya pambıq qat qoyurdular.
Mirvari və muncuqla tikmələr böyük
maraq oyadır ki, onlarla ta qədimdən kostyum ünsürlərini,
məişət əşyalarını və s. bəzəyirdilər.
Parlaq bəzəklərlə tikmə - bəzəklərin
parça üzərində rəngli ipək saplarla çəkilmiş
rəsmin cizgiləri üzərində tikilməsidir. Applikasiya və spiral tikmənin nisbətən cavan
üsullarıdır. Nadir hallarda təsadüf olunan file
üzərində iş və mereyka (şəbəkəli
haşiyə naxışı) daha sonra yayılıb və tətbiq
dairəsi geniş deyil. Əl işinin bu
növü daha çox salfet, dəsmal və üz
üçün örtüklərin bəzədilməsi
üçün səciyyəvidir. Və
bu gün Azərbaycanın bir çox şəhərlərində
tikmə sahəsində qədim məktəblər qorunub
saxlanır, Azərbaycan ustalarının əl işləri
beynəlxalq sərgi və muzeylərin ekspozisiyasını bəzəyirlər.
Bütün
növ tikmələrin daha qədimi - qızılı tikmədir. Əsas kimi
çox möhkəm parçalardan istifadə olunurdu. Ən yaxşı material birrəng
qırmızı, zoğalı, bənövşəyi və
yaşıl rəngli məxmər idi. Həmçinin
müxtəlif tonlarda olan nazik mahud, parça, tirmə, atlas və
tumac dəridə tikilirdi. Qızılı
tikmə üçün qızılı və ya
gümüşü saplardan istifadə olunurdu. Belə
növ tikmə bir terminlə adlanırdı: güləbatın.
Çox zaman qızılı tikməylə üst qadın
geyimini, baş geyimlərini, ev məişət
əşyalarını, at üçün bəzəkləri
və daha xırda məmulatları bəzəyirdilər. Hətta belə bir adət vardı ki, gəlinin
cehizinə qızılı tikməylə tikilmiş müxtəlif
məişət təyinatlı əşyalar daxil edilirdi.
Rəngli ipək
saplarla tikilən naxışlar arasında daha çox
yayılanı tambur tikiliş tikmə idi. Tambur tikmələrinin
istehsal mərkəzi XIX əsrdə Şəki şəhəri
olub. Tambur tikmələri üçün
əsas rolu nazik yerli və ya xaricdən gətirilən
qırmızı, qara və tünd - göy rəngli məxmər
və mahud parça oynayırdı. Mürəkkəb
və qəribə (qəşəng) naxış tünd fonda parlaq ipək saplarla tikilirdi. Bir çox kişilər bu tətbiqi sənət
sahəsində qeyri-adi ustalıq göstərmişdilər.
Dəzgahda dartılmış parça üzərində
sənətkar əvvəlcə rəsmin cizgi xətlərini
tikir, sonra bütün içini doldururdu. Tambur
tikmələri üçün iynə "qarmaç"
adlanırdı. Tambur tikmələri ilə
qadın geyimləri, böyük yastıq üzləri, hamam
xalçaları, örtüklər bəzədilirdi.
T.İmanova
Xalq Cəbhəsi.- 2010.- 31 iyul.- S.14.