Kazan - ulu türkün üç
qapısı
I yazı
Şip-şirin bir yaz səhəri...
28 aprel 2010-cu il. Bu tarix
Aprelin 28-i tədbirlər
planı çox sıx idi. Hava da çox işıqlı, sərin
mehli. Səhər saat 10-dan 11-qədər institutun direktoru Kim
Muəllimoviç Minnullinin kabinetində bir çay süfrəsi
ətrafında qonaqların qəbulu və
tanışlığı üçün masa düzənlənmişdi.
Burada müxtəlif ölkələrdən gəlmiş alimlər
Əvvəl bizi Dövlət
Şurasının binası, iclas zalları, mətbuat
nümayəndələri üçün ayrılmış
iş otaqları ilə
Bizi Dövlət
Şurasının sədr müavini Radikova Rimma Aqasiyevna qəbul
etdi. Rimma Aqasiyevna geniş məruzə etdi, sonra qonaqların
suallarına cavab verdi. Radikovanın çıxışı
və verdiyi suallardan məlum oldu ki, Tatarıstan
Respublikası Dövlət Şurasının Aparatı 8
şöbədən təşkil edilib. Bu şöbələr
xalq təsərrüfatının, ictimai-iqtisadi həyatın
bütün sahələrini əhatə edir. Parlament cəmi
100 deputatdan ibarətdir. Onlardan 86 nəfəri kişi,
14-ü qadındır. Partiyalılığa görə
"Yedinaya Rossiya" partiyası 80 yerə, Kommunist
Partiyası isə 6 deputat yerinə, "Tatarıstan-yeni əsr"
birləşmiş deputat qrupu 15 yerə sahib olub.
Deputatların yaş hədləri də maraq doğurur; 30
yaşa qədər 6, 40-yaşa qədər 9, 50 yaşa qədər
27, 60 yaşa qədər 38, 70 yaşa qədər 18, 70
yaşdan yuxarı 2 nəfər. Gördüyümüz kimi,
gəncliyin xeyrinə olmaqla bütün yaş qrupları,
dolayısıyla nəsillər Dölət Şurasında təmsil
edilib. Bu deputatlardan 99-u ali təhsilli, onlardan 9-u elmlər
doktoru, 29-u isə elmlər namizədidir. Deputatlarin milli tərkibi
isə belədir: tatarlar - 65 nəfər, ruslar - 33 nəfər,
mordvinlər - 1 nəfər, çuvaşlar - 1 nəfər.
Təəssüf ki, bu sırada Tatarıstan neftini açan,
tatar xalqı ilə etnik-tarixi faciələri paylaşıb
bölüşən, hazırada 50 mindən yuxarı azərbaycanlı
yaşadığı halda 1 nəfər belə Azərbaycan-oğuz
türkü orada təmsil olunmur. Bu məsələ ətrafında
ciddi düşünməyə dəyər.
Bütün parametrlərlə
eyni xalq olduğumuzu bildiyimiz halda bu məsələyə
kommunist metodla deyil, tarixilik zehniyyətilə yanaşmaq
vaxtı çatıb. Artıq anlamaq vaxtı çatıb
ki, bizi müxtəlif adlar altında parça-parça edib,
sonra bizi türklər "türkləşdiriblər"-
deyə, çox şərəfsiz bir saxta ədəbiyyat
yayıb təbliğ etməyə başlayıblar. Vaxtilə
kazanlı A.Akçura, krımlı İ.Qaspiralı, səlyanlı
Əli bəy Turan, şuşalı Ə.Ağaoğlu,
bakılı M.Rəsulzadə, istambullu A.Yurdaqul, diyarbakrlı
Ziya Gökalp, ufalı Z.V.Tuqanov, kazanlı A.Sultanqaliyev və
s. şəxslər bu ideyanın əleyhinə təbliğat
aparır, etnik tarixin saxtalaşdırılmasının əleyhinə
kəskin çıxışlar edirdilər. Bu mənada Əli
bəy Turanın şeirindən bir bəndə nəzər
alaq:
Sizlərsiniz, ey qövmi
macar, bizlərə ixvan,
Əcdadımızın
müştərəkan mənşəyi Turan,
Bir dindəyiz biz, həpimiz
həqpərəstan,
Mümkünmü
ayırsın bizi İncil ilə Quran?!
Hüseynzadə Əli bəy
dildən, ümumtürk leksikoloji müstəvidə birləşməyin
ən sübutlu, arqumentli yolunun ümumtürk dilindən
keçdiyini yaxşı anlayır və dünya Turan
ziyalılarına bu nöqtədən birləşməyin
mümkünlüyünü daha münasib hesab edirdi. Dini fərqlərə
deyil, genetik bağlara üstünlük verməyi tövsiyə
edir Əli bəy! Ancaq çox qəribədir ki, Əli bəyin
nə az, nə çox, düz 100 il bundan əqdəm
gördüyü və bizlərə tövsiyə etdiyi
işin heç bir damlasını belə etməmişik.
İndi Əli bəylər gorunda çatlamasın,
sızlamasın, nə etsin?! Bu gün belə güclənməyin
səmərəli zəminini dərk edə bilmiriksə, onda
ermənilərin, rusların əlində zavallı vəziyyətində
düz edib qalmışıq. Bu gün Azərbaycan öz həqiqətlərini
sivil dünyaya geniş şəkildə hələ də
aça bilmir. Günah kimdədir?! Nə qədər oturub
günahkar axtaracağıq?! Yoxsa yeni bir Ənvər paşa,
Nuru paşa, Kazım Qarabəkir paşa, Midhət paşa
gözləntisində oturub əlimizi-qolumuzu sallayıb xam xəyallara
getməliyik?! Ümidvaram ki, bu məsələ milli heysiyyəti
güclü olan ziyalı tatar, başqırd, türkmən,
qazax, azəri, türk qardaşlarımızın sayəsində
öz halal haqqına vacib həllini tapacaq. Çünki
Tatarstanda Azərbaycan xalqı öz haqq etdiyi tarixi vətənində
yaşayır. Bütün hallarda heç olmasa,
Tatarıstanda, Başqırdstanda, Çuvaşstanda və o qəbildən
olan digər türk kökənli, türksoylu vilayətlərdə,
ölkələrdə azərbaycanlı (türk) ermənidən
fərqlənməlidir. Burada özünəməxsus
ziyalı diplomatiyası olmalıdır. Ziyalı bunu
yuxarıdan və ya aşağıdan gözləməməlidir.
Millətin və Vətənin xeyrinə hər nə tələb
edilirsə, ziyalı onu etməlidir. Bir gün Yulius
Fuçikdən (Çexiya) soruşurlar ki, "qəhrəman
kimdir?" o, cavab verib deyir: "Qəhrəman o kəsdir ki,
tələb olunan anda tələb olunanı edir."
Azərbaycan
ziyalısından bu gün Azərbaycana dost qazanmaq tələb
olunur. Azərbaycan ziyalısı bunu fədakarlıq
hesabına etməlidir. Əgər bir gün 100 min Azərbaycan
Türkü qalxıb desə ki, mən bu gün Vətənimə,
Millətimə bir nəfər dost qazanacağam, demək, bu
qayda ilə hər gün əziz millətimizə 100 min dost
qazana bilərik! Azərbaycanlının oğuz türkü
olaraq hazırda yaşadığı o torpaqlara, o sulara
sahiblik haqqı dərk edilməlidir, sahiblik hissi bölünməli,
paylanmalıdır. Təbii ki, Azərbaycanı uzaq qədim
türk diyarlarında təmsil edən azərbaycanlı da
yüksək səviyyəsi ilə bu haqqa-paylaşmaya layiq
olmalıdır. Tatar-Altay türkü qədər Azərbaycan
türkü də, daha çox Oğuz dədələrimiz o
yerlərdə qan töküb, tər töküb, yeri gəldikcə
sevinib, yeri gəldikcə kövrəlib. Əslində Azərbaycan
torpaqları və suyunun təəssübünü hər
bir qeyrətli azər-oğuz türkü qədər eyni
miqyasda qeyrətli tatar-altay da çəkməlidir. Onların
da bu torpaqlara dədə-baba, layla-bayatı həzinliyinə
sarılmış iddiaları olmalıdır. Onların hər
birinin bu torpaqlara ata, qardaş sahiblik haqqı var.
Düşünürəm ki, biz belə düşüncələrə
yeni nəfəs verməliyik. Yubanmadan! Yubanmadan... Bu gün
bizdən Qarabağı qopardacaqlar, sabah Türkiyədən
Qarsı, Van vilayətini, Qazaxstandan Semipalatinskini,
Qırğızstandan Oş vilayətini və s. və i. a.
bu antitürk siyasətin yeni məxməri
variasiyalarıdır. Bu bizi bitirib tükətənə qədər
nəzərdə tutulan tolerantlıq pərdəsinə
bükülmüş bitməz-tükənməz gizli layihələrdir.
İndi hər zamandan daha çox informasiya ilə silahlanmaq gərəkdir.
Doğu Türküstan necə oldu Çinin əsarətinə
düşdü?!
Tatarıstan Sovet Sosialist
Muxtar Respublikası 27 may 1920-ci ildə qurulub. 7 fevral 1992-ci ildən
Tatarıstan Respublikası adlanır. Tatarıstanın
coğrafi ərazisi 67 min 836 kv.km. təşkil edir. Müasir
Tatarıstanda 100 millətdən olan 3,7 milyon nəfər əhali
yaşayır. Tatarıstanın dövlət dili tatarca və
ruscadır. Bu gün Tatarıstanda 43 rayon, respublika əhəmiyyətli
14 şəhər var. Dövlət Şurasının fəaliyyətdə
olan tərkibi 2009-cu ildə 5 il müddətinə
seçilib. Seçkilər seçki hüququna əsasən
proporsional-majoritar sistem üzrə keçirilib.
Deputatların yarısı bir mandatlı seçki dairələrindən,
digər yarısı isə siyasi partiyaların və birliklərin
siyahısı üzrə seçilib.
(Ardı var)
Əli Kərimbəyli
Xalq Cəbhəsi.- 2010.- 2 iyun.- S.14.