Kazan - ulu Türkün üç
qapısı
II yazı
Axşam saat 18-də şəhərin mərkəzi mədəniyyət sarayında geniş iclas oldu. Mənə söz veriləndə təbii ki, Tatarıstan Elmlər Akademiyasını, Ədəbiyyat, Dil, Sənət İnstitutunu ürəkdən təbrik etdim, akademik Mahmud Kərimovun, Folklor İnstitutunun direktoru Hüseyn İsmayılovun, institutumuzun kollektivinin təbrikini və salamlarını çatdırdım. Maraqlı idi ki, bədii hissədə mənə bir çox tatar alimləri yaxınlaşıb hərəsi özünün Bakıdakı dostunu soruşmağa başladı. Akademik, fizika-riyaziyyat elmləri doktoru, prof. İlyasov Axat Vahidoviç, AMEA-nın prezidenti, akademik Mahmud Kərimova, akademiklər M.Zəkiyev və Qəniyev Fuat Aşrafoviç, akademik, şair, dramaturq Xisamov Nurməhəmməd Şahveli oğlu AMEA-nın vitse-prezidenti, akademik Ağamusa Axundova, TREA-nın müxbir üzvü, prof. Ədəbiyyat İnstitutunun direktoru Kim Müəllimoviç Minnullin Folklor İnstitutunun direktoru Hüseyn İsmayılova qardaş salamlarını çatdırmağımı xahiş etdirdilər.
Qədirşünaslıq
mövqeyi
Görünür, tatarlar varislik hissinə bir az başqa gözlə baxır, qədirşünaslıq mövqeyinə üstünlük verir, bu hisslərə başqa bir müdriklik prizmasından baxmağı bacarırlar. Məsələn, bizdə insan yüksək vəzifədən ya çıxandan, ya da çıxarılandan sonra zökəm xəstəsi obrazına çevrilir. Ona yaxın getmək olmaz. Getsən, sənə ağır sarsıdıcı zökəm infeksiyası keçəcək. Ancaq Kazanda elə deyil. Tatarlar o şəxsdən qorxmurlar - hətta doğrudan zökəm olsa belə. Qədirşünaslıq hissi üstünlük kəsb edir. Baxın, Mintemir Şaymiyev Tatarstanın ilk prezidenti olub. Bir söz var, deyərlər -yalnız Allah səhv etmir. Yəqin ki, ölkənin inkişafı uğrunda həyatını belə riskə qoyan bu müdrik qoca bir dövlət rəhbəri kimi dövlətin ayrı-ayrı mənafeyi xatirinə kimlərisə razı salmayıb. Yəni onun da müxalifəti olub. Yəni onu da sevməyənlər tapılar. Bəlkə bu gün də var. Halbuki təmkinli sivil dövlət siyasəti tərəfdarı olan Mintemir Şaymiyev bugünkü Tatarıstanın yüksək templə inkişafı üçün son dərəcə böyük islahatlara imza atıb, ölkəni həm sənaye, həm iqtisadi, kənd təsərrüfatı, həm də ideoloji aspektdən gerçək inkişafa uğurla yönəldib. Nəzərə almaq lazımdır ki, o dövlət adamı bunları sovet xarabalıqları içərisində etmişdi. Bir nəhəng dövlət maşını sınıb, yenisi isə yoxdur. Yeni dövlət aparatını, strukturu və infrastrukturu özün qurmalısan, ancaq elə qurmalısan ki, bu, dövlət işidir, tövlə tikmək deyil, sağlam siyasi-ideoloji təməllər üzərində olmalıdır. Bütün bu işlər dominanat etnik dəyərlərin mütləq bazisi olan tatar-türk tarixilik şüuruna bağlanmalıdır, ancaq digər millətlərin mədəni-milli muxtariyatına həssaslıq anbaan nəzərə alınmalıdır. Bir sözlə, çətinliyin say-hesabı yox idi. Tamamilə yeni tələblər ortaya çıxmışdı. Mintemir Şaymiyev bunları özü kəşf etməli idi. Dövlət rəhbərini sıxan başqa bir çox mühüm amil zaman idi. Allahın görünməyən əli olan zaman hər şeyi əzir, hər şeyi köhnəldir, arxivin saralmış malına döndərirdi, o gözləmirdi. İctimai-siyasi mühit bizim bildiklərimizdən çox ağır idi. Digər tərəfdən missioner meyllər, siyasi təmayüllər, kənar təsirlər...
Bu gün Tatarıstan Rusiya Federasiyasında inkişaf tempinə görə yalnız Moskvadan geri qalır. Bəzi parametrlərdə Moskvanı belə qabaqlayır. Metro tikintisinin nə qədər ağır və böyük maliyyə vəsaiti tələb edən bir iş olduğunu biz öz Bakı təcrübəmizdən bilirik. RF-də isə irili-xırdalı inflyasiyaların dalğa-dalğa gəlməsini nəzərə alsaq, kənar təsirlərdən gələn çətinlikləri daha yaxşı təsəvvür edərik. Bütün bu kimi ağır iqtisadi ambisioz fonda Kazan şəhərində metro tikilib, bir neçə stansiya fəaliyyətdədir və tikinti davam etməkdədir. Mintemir Şaymiyevi Dövlət Şurasının qərarı ilə ölkə prezidentinin baş məsləhətçisi vəzifəsinə təyin ediblər. Bu tatarlarda öyrənməli şeylər çoxdur - yəqin biri də qədir bilməkdir.
Tatarstanda bu il
"Müəllim ili" elan olunub. Burada müəllimlərin
sosial müdafiəsi ilə yanaşı məktəblərin
problemləri, dərsliklərin daha elmli, keyfiyyətli
olması kimi ciddi problemləri həll etmək daha fəal nəzarətə
götürülüb. Dövlət Şurasının
komissiyaları "Deputat Etikası", "Tatarıstan
Respublikasının 2008-2012-ci illər arasında kənd təsərrüfatının
inkişafı layihəsi", "Rusiya vətəndaşlarına
rahat və komfortlu ev", "Milli münasibətlər layihəsi",
"Sağlamlıq" və s. bu qəbildən yeni layihələr
qəbul edilib, icrası ilə ciddi məşğul olurlar.
Hazırda Tatarıstan Dövlət Şurasının, Nazirlər
Kabinetinin, o cümlədən Prezident Aparatının bir
neçə məsul şəxsləri Kazanda 2013-cü ildə
keçiriləcək XXVII Ümumdünya Yay Universiadasına
hazirlaşırlar. Bu ictimai-siyasi beynəlxalq tədbir
Dövlət Şurasının "Gənclər siyasəti
layihəsi" çərçivəsində həyata
keçiriləcək.
Kazan-
Hazırki Rusiya Federasiyasının şərq paytaxtına
sürətlə çevrilməkdədir. Rəsmi elan edilib-edilməməsindən
asılı olmayaraq şəhərin inkişaf tempi, qonşu
respublikaların baş kəndləri ilə müqayisədə
götürdüyü revanş, böyük bir regionun fərqli
sənaye mərkəzi olmasından əlavə respublika əhəmiyyətli
ictimai-mədəni və beynəlxalq elmi konfransların
ardı-arası kəsilmədən təşkil edilməsi
Kazan şəhərinin təyinatını genişləndirib,
onu regionun haradasa elm mərkəzinə çevirib.
Şəhərsalma
mühəndisliyinin yeni zövq və tələbləri səviyyəsində
tikilib-qurulub inşa edilən
Mən Kazan şəhərinin
şərti qapılarına işarə vurarkən
Türk-İslam dünyasına bir az yad
qalmış və çox təəssüf ki, yad
qalmış Uqro-Fin uyqarlığına diqqəti çəkmək
istəyirəm. Çünki türkoloqlar
yaxşı bilir, Altay nəzəriyyəsinə hərfi
miqyasla yaxınlaşan, elmi etikadan uzaq türkoloq alimlər
Uqro-Fin ayrıntı deyə bir qulp saplayıb və uqro-finlərin
türk olmadığı fikrini şişirtmək istəyirlər.
XIX yüzilin axırlarında düşmən
batılıların türk düşmənçiliyi-turkofob
ideyanı təbliğ etmələri sayəsində
türkü kiçiltməyə yönəlmiş heç
bir elmi arqumentasiyası olmayan guya elmi platforma oluşdurdular.
Türk Dünyasının hər üç səmtinə
qapı
Türk
böyüklüyünü kiçiltməyə yönəlik
təşəbbüslərdən biri Altay nəzəriyyəsini
parçalamaqdan ibarət oldu; dərhal oldu-olmadı
yazdılar ki, uqro-finlər türk deyil, monqollar türk deyil,
kazaklar türk deyil və s. Ancaq işin tərsliyindən hələ
türkologiya elmi müstəviyə çıxmazdan çox
əvvəl D.Q.Messrşmitd, F.İ.Tabbert-Stralenberq, Q.F.Miller,
N.F.Katanov, N.V.Tatişşev, İ.Q.Qeorqi, P.S.Pallas, M.A.Kastern,
V.V.Radlou, N.A.Aristov, Q.Potanin və sonralar yüzlərlə
artıq formalaşmış türkoloq alimlər: arxeoloqlar,
etnoqraflar, tarixçilər, folklorçular, dilçilər-linqivistlər
və s. hamısı bir nəfər kimi Sibir
xalqlarının, o cümlədən fin-uqorların,
tunqusların, monqolların; hətta son illərdəki
axtarışlar yaponlar və koreyalıların, amerikan
qızıl dərililərin belə türk mənşəli
xalq olduğunu elmi əsaslarla sübut edir. Hələ
türkologiya elmi formalaşmazdan əvvəl belə bir fikrin
artıq elm aləmi tərəfindən qəbul edilməsinə
baxmayaraq, bu gün belə heç bir elmi əsasa və dəlilə
əsaslanmayan əcaib psevdo alimlər bu xalqların türk mənşəli
olmasını qəbul etmək istəmirlər, sadəcə,
kefləri belə istəyir.
Maraqlıdır ki, Kazanda
Q.İbrahimov adına Dil, Ədəbiyyat,
Sənət Elmi-Tədqiqat İnstitutunun yubileyinə gələn
qonaqların əksəriyəti-buryat, mordoviya, udmurt, mariy-el və
s. qədim türk etnosuna mənsub uqro-finlər idi. Bu
görüşü maraqlı edən cəhətlərdən
biri də bu idi ki, institutun əməkdaşları ilk illərdən
başlayaraq uqro-finlərlə tatar-türklərin,
kıpçakların, göy oğuzların,
karluk-uyğurların, kazakların, türkmənlərin və
s. etno-kültür əlaqələri, dil ümumiliyi,
etnoqrafik ümumilik, tarixi birliyi, köç hərakatında
yer dəyişmələri və s. haqda saysız-hesabsız
məqalələr, namizədlik, doktorluq dissertasiyaları,
monoqrafiyalar yazıb, araşdırmalar hazırlayıblar.
Əli Kərimbəyli
Xalq Cəbhəsi.- 2010.- 3 iyun.- S.14.