Azərbaycan-türk yurdu - qədim
İrəvan qalası
Mirzə Məmmədoğlu, Borçalıdan yazır
Xüsusi olaraq "Xalq Cəbhəsi" qəzeti
üçün
I yazı
XVIII yüzilin ortalarında
İranda feodal ara müharibələri
genişləndi. Azərbaycanda isə
xanlıqlar meydana gəldi. Təbriz, Marağa, Sirab, Ərdəbil,
Gilan, Talış, Şamaxı, Quba, Şəki, Qarabağ, Gəncə,
Naxçıvan, Maku, Xoy, Urmiya, Dərbənd, İrəvan
xanlıqları və xanlıqlardan asılı olan
Qutqaşen, Ərəş, İlisu, Qazax, Car-Balakən,
Borçalı sultanlıqları yarandı. Onu
da qeyd etmək lazımdır ki, Nadir şahın
dövründə Azərbaycanda yalnız Quba və
Talış xanlıqları mövcud idi.
Bu yazıda
tarixi mənbələrə istinad edərək Azərbaycan
xanlıqlarından biri olan İrəvan xanlığı və
qədim şəhərlərimizdən biri İrəvan
şəhəri barəsində söhbət açmaq istəyirəm. İrəvan
Osmanlı və Səfəvi dövlətlərinin mənafeyinin
toqquşduğu yer olduğundan uzun müddət
döyüş meydanına çevrilərək əldən-ələ
keçib.
Osmanlı tarixçisi Katib
Çələbi "Gürcüstan və Qafqaz barəsində
məlumatlar" kitabında İrəvan haqqında məlumat
verərək yazır: "İrəvan... Çuxursəd
bəylərbəyliyinin qəsəbə və taxt-tac şəhəridir.
Zəngi çayı şəhərin qala
barısının qərb tərəfindən axır. Qala bu sözügedən çayın
qırağında, düz yerdə torpaq üzərində
salınıb. Cənub qapısını "Təbriz
qapısı", şimal qapısını isə
"Şirvan qapısı" adlandırırlar. Onun ətraflarında bağlar və
üzümlüklər var. Bol, bəhrəli yerdir. Bu sözügedən qala barısının
içində bazar, məscid və çay kənarında
ucaldılmış qala var.
Qədimlərdə
991-ci ildə (miladi 1583) onu Fərhad paşa alıb və
orada qoşun yerləşdirib. 1616-cı ildə 7
aylıq mühasirədən sonra onu Şah Abbas zəbt etdi.
10 ildən sonra isə onu Mehmet paşa
mühasirəyə aldı, lakin qalanı ələ
keçirə bilmədi. 1045-ci ildə
(miladi 1635) İrəvana Sultan Murad hücum etdi, onu 7 aya zəbt
edərək geri qayıtdı. Şah Səfi
ora gəldi, onu tutdu. Ora münbit
torpağı olan yerdir və hazırda
Qızılbaşların əlindədir".
Evliya Çələbi
digər Osmanlı tarixçiləri kimi Qızılbaşlar
dövlətini çox hallarda "Azərbaycan"
adlandırır və İrəvanı da Azərbaycan
qalası kimi xatırlayır. İrəvan
qalasını XVII yüzilin 70-ci illərində fransız səyyahı
J.Şarden daha ətraflı təsvir edir. Onun qeydlərindən görünür ki, olduqca
geniş meydançası və möhkəm istehkamı olub.
İrəvan xanlığını Səfəvi
dövləti zəbt edəndən sonra orada bəylərbəylik
tətbiq olunur. Bu da XVIII yüzilin
yarısına kimi, Nadir şahın ölümünə kimi
saxlanılıb. Bəylərbəyliyinin
müavini canişin adlanırdı.
"Azərbaycan tarixi"
kitabında oxuyuruq: "O vaxtlar Azərbaycan bir neçə bəylərbəylikdən
ibarət idi. Bu bəylərbəyliklər
mahallara bölünürdü. Bunları da idarə etmək
üçün məliklər, minbaşılar, sultanlar,
naiblər və s. təyin olunurdu. Şah Abbas
xüsusi knyaz titulu - "məlik" təsis etmişdi ki,
bu titul da Türkiyəyə qarşı mübarizədə
kömək göstərib fərqlənənlərə
verilirdi. Dağlıq Qarabağ beş
məlikliyə bölünmüşdü. Məliklər
qeyri-məhdud hüquqlara: öz təbəələrini
mühakimə etmək, cəzalandırmaq və hətta
öldürmək hüququna malik idilər."
Səfəvi
hökmdarı Şah İsmayıl Şərur vadisində
1502-ci ildə Qaraqoyunlu əmiri Əlvəndə qalib gələrək
İrəvanı ələ keçirir. O, özünün birinci vəziri
olan Rəvanqulu xanı İrəvan xanı təyin edir. Rəvanqulu
xan 7 il ərzində burda öz gürcləri
ilə böyük qala tikdirir. Səfəvi-Osmanlı
müharibələri zamanı
XVII yüzildə
yaşamış türk tarixçisi İbrahim Peçevinin
verdiyi məlumata görə, İrəvanı türk
qoşunları 1554-cu ildə yerlə yeksan etdikdən sonra cənnətə
bənzər Sultan bağı adlanan bağ salınır. 1578-90-cı
illər Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi
başladı. 1583-cü ildə Fərhad
paşa İrəvanı tutdu. Onun
dövründə İrəvan qalası daha da möhkəmləndirilmişdi.
Onu da qeyd etmək lazımdır ki, bu qala XIX
yüzilin sonlarına kimi mövcud idi. XVII yüzildə
yaşamış məşhur Osmanlı səyyahı Evliya
Çələbi özünün "Səyahət"
kitabında Fərhad paşa haqqında yazır: "Fərhad
paşa alban idi. Sultan sarayında əvvəlcə
qapıçıbaşı, sonra miraxor (yəni sarayın at
tövləsinin ali məmuru-M.M), daha sonralar
isə yəni 1584-cü ilə kimi yançarağası vəzifəsini
tutdu. 1590-ci ildə İran-Osmanli müharibəsi
osmanlıların qələbəsi ilə bitir. Fərhad paşa 1591-ci ildə böyük vəzir
vəzifəsinə təyin olunur. 1592-ci
ildə bu vəzifədən çıxarılaraq ikinci vəzir
təyin edilir".
Onu da qeyd etmək
lazımdır ki, o, İrəvanı alandan sonra Vanın
keçmiş bəylərbəyi Sinan paşanı İrəvan
bəylərbəyi təyin edir. İbrahim Peçevi
özünün "Gürcüstan və Qafqaz barəsində
məlumatlar" əsərində hələ
körpünün olmadığı vaxt Zəngi
çayından keçilməsindən və Sultan Muradın
qeyrətindən yazır:
"Böyük
çaylardan biri olan Zəngi çayı qalanın
yaxınlığındadır. O vaxtlar güclü
daşmışdı, körpü salmaq mümkün deyildi. Buna görə də bütün qoşun var
güclərini toplayaraq ayaq ilə keçməyə məcbur
oldu." Osmanlı sultanı IV Murad İrəvanı
1635-ci ildə zəbt edir. Belə ki, məlum
olduğu kimi, həmin vaxtlar Qırxbulaq üzərində
körpü salınmamışdı. Evliya Çələbi
kimi İbrahim Peçevi də IV Muradın qeyrətindən
söhbət açaraq daha sonra padşahın solaklar
(mühafizəçilər) dəstəsindən birinin
çayın dərin yerinə düşüb axmasından,
padşahın onu tez görüb, atını mahmızlayaraq
irəli cumub onu xilas etməsindən, ona yenidən həyat,
eləcə də bir ovuc qızıl verməsindən,
qoşun arasında xoş əhval-ruhiyyə yaratmasından
yazır. Beləliklə IV Sultan İrəvanı
asanlıqla alır.
XVIII yüzilin I
yarısında yaşamış türk tarixçisi Mehmet
Solakzadə yeddi gün mühasirədə olan Rəvan
qalasını padşah Sultan Muradın aldığını
və sonralar onu təmir etdiyini nəql edir: "Sultan Murad-i
Rabi fəth eylədi Rəvanı... Əjdaha
ağızlı toplarla yıxılan yerlərinin təmirinə
başladılar. Səkkiz gündə
İrəvan qalasının təmiri tamamlandı".
"Azərbaycan tarixi"nin başqa bir yerində oxuyuruq: "Səfəvi
dövlətinin hakimi I Şah Abbas 1603-cü il sentyabrın
14-də Azərbaycana yürüşə başladı. Təbrizi, Culfanı və Naxçıvanı
tutdu. Sonra İrəvan qalasını ələ
keçirmək qərarına gəldi. O vaxtlar İrəvanın
Osmanlı hakimi Şərif paşa idi. Şah
qoşununun hərbi əməliyyatı bütün
qışı davam etdi (1603-1604). Nəhayət,
1604-cü il iyunun 8-də İrəvan
qalası tutuldu. Şərif paşa başda
olmaqla qarnizonun qalan hissəsi təslim oldu. İrəvanın idarə edilməsi Əmirgünə
xan Qacara, Naxçıvan isə Məqsud Sultan Gəngərliyə
tapşırıldı."
Akademik Ziya Bünyadov bu barədə
"Borçalı" jurnalının 1993-cü il I sayında yazır: "Türkiyədəki
Cəlali və Yeniçəri üsyanları zamanı
1590-cı ildə müqavilə ilə verilmiş ərazilərdən
Təbriz, Rəvan və Gəncəni asanlıqla ələ
keçirən Şah Abbas 1606-cı ildə öz ordusu ilə
Loru qalasına çatdı."
Çuxursəd
bəylərbəyliyi - Səfəvilər dövlətinin
inzibatı vahidlərindən biri idi. Mərkəzi də
İrəvan (Rəvan) şəhəri idi. XVI yüzilin I yarısında
yaradılmışdı. XVIII yüzilin
ortalarında Çuxursəd bəylərbəyliyi ərazisində
İrəvan və Naxçıvan xanlıqları
yaranır.
T.X.Akopyan "İrəvan
tarixinin oçerkləri" kitabında yazır:
"XIV
yüzilin sonlarında bir neçə türkmən
tayfası artıq əmir Səidin hakimiyyəti altında
birləşdi bu ad ilə də bu tayfalar - Kağızman və
Sürməlidə məskunlaşmış tayfalar Səidli
adlandı." Həmin vaxtlar İrəvan bəylərbəyliyi
yaradıldı. Qaraqoyunlular və
Ağqoyunlular Orta Asiyanın oğuz-türkmən
tayfalarından törənmişdi. Qaraqoyunlu
sülaləsinin banisi Bayram Xoca olub. 1424-cü
ildə Qaraqoyunlu dövləti yaranır. Qaraqoyunlular
1468-ci ilədək mövcud olub. 1429-cu ildə
Teymuri Şaxrux Qara Yusifin oğlu Əbu Səidi Qaraqoyunlu
taxtına çıxartdı. Əbu Səid
Şaxruxun vassalı kimi Azərbaycanın cənubunda
Qarabağda və Ermənistanda (1429-1431) hökmranlıq
edirdi. Məhz elə Əbu Səid tərəfindən
İrəvanda ilk qızıl sikkə, 10-11 ildən sonra isə
Nuşirəvan xan tərəfindən gümüş sikkə
kəsilmişdi. İrəvan zərbxanasında
abbası da kəsilmişdi: XVIII yüzilin 60-ci illərinə
qədər 4 şahıdan, II Şah Abbasın fərmanı
ilə 1662-ci ildə 5 şahıdan ibarət olub. İrəvanda abbasıdan başqa nisbətən
xırda müxtəlif mis sikkə (qara pul) kəsilir.
Şəhərdə fars, türk və
digər ölkələrin pul vahidləri də dövriyyədə
olub.
Erməni tarixçisi Tovma
Metsopetçi "Teymurləngin və onun nəslinin
tarixi" əsərində yazır: "Cəlairi qənimət
və dövlətini götürüb gəldiyi Xorasana getdi.
Yusifin oğulları isə aşağı əyalətlərə
tərəf üz tutdular. İsfəndiyar
onların (cəlairilərin) getdiyini eşidəndə
kiçik qoşunla tezcə geri qayıtdi. Bəlx yolu ilə Təbrizə girdi və bir
neçə gün orda qaldı, o biri qardaşı İsgəndər
də
İsgəndər 1421-ci ildə
Təbrizi aldı, vaxtilə atasının əlində olan
torpaqları geri qaytardı. Elə həmin il Qaraqoyunlu
türkmən dövlətini bərpa etdi ki, indiki qondarma Ermənistan
da onun əraziləri daxilində idi. Arakel Davrijetsi "Tarix
kitabı" əsərində yazır: "1084 (1635)-cü
ilin mart ayında Sultan Murad İstanbuldan hərəkət edərək
İrəvana hücum etməyi qərara aldı. Avqust
ayında ora çatdı, 9 gündən sonra İrəvan
qalasını aldı, Əmirgünə xanın oğlu Təhməzqulu
xanı öz ailəsilə birlikdə İstanbula göndərdi,
ölənə kimi onları orada saxladı. Təhməzqulu
xan İrəvan xanlığının ilk bəylərbəyi
Əmirgünə xanın oğlu idi.
(O, 1605-1625-ci illərdə
İrəvan xanlığını idarə edirdi).
Tavernye onu şəxsən
tanıyırdı və xəyanətkar hesab edirdi,
çünki xan osmanlılara İrəvan qalasını təhvil
verdi. Səyyah tam təfsilatı ilə xanın sarayından
yazır. Bəzi mənbə İrəvan qalasının belə
sürətlə alınmasına şübhə ilə
yanaşır. Bu da xəyanətin nəticəsidir ki, kimsə
Murad bəyin adını çəkir. Mənşəcə
türk olan bu şəxs İrəvan xanının xidmətində
idi. Məşhur fransız səyyahı J.Turnefor "Şərq
ölkələrinə səyahət" əsərində
yazır: "Bütün bizim səyahətçilərdən
İrəvan və onun ətraflarını yaxşı
tanıyan cənab Şarden burdakı çayların dəqiq
mənzərəsini verir: "Zəngi şimal-qərbdən
axır, Qırxbulaq isə cənub-qərbdən. Bu sonuncuya
Qırx bulaq axıb tökülür ki, bu da elə onun
adından məlumdur. Zəngi şəhərdən iki-iki
yarım günlük məsafədən İrəvan
gölünə axıb gəlir." "Vaşinqton Azərbaycanla əlaqələrin
inkişafında maraqlıdır"
Mirzə Məmmədoğlu
Xalq Cəbhəsi.- 2010.- 4
iyun.- S.14.