Gəncə qiyamı
Daxili və xarici faktorlar
1993-cü
ilin 4 iyun Gəncə qiyamından
17 il ötür. Milli Azadlıq Hərakatının
əvəzsiz lideri, mərhum prezident Əbülfəz Elçibəyin
imzasıyla Milli Qəhrəman adı alsa da, əsas
amacı xarici kəşfiyyata qulluq edib ölkəni daxildən parçalamaq olan, tabeliyindəki hərbi birləşməylə
qiyam törədən,
yun biznesinin başında duran Surət Hüseynov sonda məqsədinə çatdı.
Azərbaycan Xalq Cəbhəsi
hakimiyyəti devrildi. Bu hakimiyyətin devrilməsini şərtləndirən
daxili və xarici faktorlar da vardı ki,
heç bir siyasi savadı olmayan Surət Hüseynov burada katalizator rolunu oynayırdı.
Daxili faktorlar
Birincisi,
AXC iqtidarının hakimiyyət
təcrübəsi yox
idi. Bəzən "bütün mitinqlərdə
iştirak edib, əziyyət çəkib"
prinsipilə vəzifəyə
təyin olunanlar bir müddətdən sonra hakimiyyətin üzqarasına çevrilirdilər.
Təkcə bir faktı qeyd etməklə nələri
nəzərdə tutduğum
çox güman aydınlaşacaq. O vaxt da, indi də
əhalinin ən çox müraciət etdiyi ünvan Mənzillərin qeydiyyatı
və bölüşdürülməsi
idarəsi olurdu. Sumqayıtda bu sahəyə rəhbərlik
naşı birisinə
tapşırılmışdı. Bir dəfə həmin idarənin rəhbərinin qəbul günündən reportaj hazırlamalı oldum. Anladım ki, bu adam problemin
həllini, ancaq qəbula gələn dərdli insanların dərdini dinləyib, göz yaşları tökməkdə görür.
Konkret isə kiminsə işini görmək məsələsi
yoxdur. Redaksiyaya dönəndə həmkarlarıma
bildirdim ki, hakimiyyətdə bu cür şəxslər çoxluq təşkil edirsə, AXC iqtidarının
ömrü çox qısa olacaq.
Hamımızın bildiyi digər bir fakt. Torpağı işğal olunan
və müharibə aparan bir ölkənin
müdafiə naziri postu, orduya rəhbərlik
təcrübəsi olmayan,
ancaq populist çıxışları-"
İkincisi, AXC hakimiyyətə gələndən
az müddət
sonra iqtidarda ikinci şəxs qismində təmsil olunan İsa Qəmbər Müsavat Partiyasını yaratdı
və demək olar ki, əksər
vəzifələrə müsavatçılar
təyin olundu. Yəni hakimiyyət daxilində hakimiyyət yaradan İsa Qəmbər AXC iqtidarının dayaqlarının
laxlamasına yardım
göstərdi.
Üçüncüsü,
iqtidara müxalifətdə
dayanan Milli İstiqlal Partiyasının
sədri, vəzifə
hərisi Etibar Məmmədov qiyam iştirakçılarına parlament
səviyyəsində yardım
göstərdi. Yəni Əbülfəz
Elçibəyin səlahiyyətlərinin
əlindən alınmasıyla
bağılı qanun
layihəsini hazırlayıb
Milli Məclisə təqdim etdi və məqsədinə çatdı. Etibar Məmmədov
elə bildi ki, bu fəaliyyəti
qiymətləndiriləcək və yüksək vəzifəyə layiq görüləcək. Ancaq qiyam
tərəfdarına nəinki
vəzifə verildi, heç müxalifət rəhbəri olaraq siyasi arenada qalması çox görüldü. Elə bir
vəziyyət yarandı
ki, Etibar Məmmədov özü partiya sədrliyindən istefa verməli oldu.
Dördüncüsü, AXC iqtidarının ən böyük səhvlərindən
biri də əksərən kommunistlərdən
ibarət olan parlamentin buraxılıb, yeni seçkilərin keçirilməməsiydi ki,
bu da heç
bir il
tamam olmamış özünü büruzə
verdi.
Xarici faktorlar
AXC hakimiyyəti həm də qəliz regional və qlobal münasibətlər dövrünə
təsadüf edirdi. Birincisi, erməni təcavüzü.
AXC iqtidarı hakimiyyətə
gəldiyi elə ilk gündən işğal altında olan torpaqların azad edilməsinə qərar verdi. Həmin
vaxt qardaş Türkiyyənin yüksək
çinli komutanları
Bakıya gələrək,
hakimiyyətə "atəşkəsə
nail olun və bundan sonra ordunu
gücləndirib torpaqları
işğaldan azad edin" təklifini versələr də, Rəhim Qazıyev kimiləri bunun əksinə getdilər. Nəticədə AXC iqtidarı nizamsız
orduyla həm düşmənə müqavimət
göstərir, həm
də demokratik islahatların həyata keçməsinə çalışırdı.
İkincisi,
Rusiya faktoru. Əbülfəz Elçibəyin Azərbaycan qarşısında
ən böyük xidmətlərindən biri,
bəlkə də birincisi işğalçı
rus ordusunun ölkədən çıxarılmasıydı.
Təbii ki, bölgədə böyük
iddiaları olan Rusiya bununla razılaşmır, Azərbaycanda
demokratik qüvvələrin
varlığını qəbul
etmir, dəridən-qabıqdan
çıxırdı ki,
qısa zamanda neft ölkəsində itirilən mövqelərini
bərpa etsin, ləğv olunan hərbi bazalarını qaytarsın ve s. Rəsmi Moskva öz məqsədinə-demokratik
qüvvələrin hakimiyyətdən
devrilməsinə əlində
alətə çevirdiyi
qiyamçı Surət
Hüseynov kimilərin
fəaliyyətilə nail oldu.
Üçüncüsü,
Qərb dövlətlərinin
marağında olan neft faktoru. Mərhum prezident Əbülfəz Elçibəy bağlanılacaq
neft müqavilələrindən
gələn gəlirin
90 faizinin Azərbaycanın
payı olmasını
bildirirdi. Ancaq neft
marağında olan ölkələr bununla razılaşmırdılar. Və onlar AXC iqtidarının hakimiyyətdən devrilməsini
gizli də olsa dəstəkləyirdilər.
Qərb üçün demokratik qüvvələrin hakimiyətdə
qalması əsas deyildi, əsas neft foktoru idi
ki, bunu da istədikləri qaydada əldə etdilər.
Dördüncüsü,
Türkiyə rəhbərliyinin-Süleyman
Dəmirəl hökumətinin
baş verənlərə
loyal münasibəti ölkədə
gedən neqativ proseslərin mahiyyetini qiyamçıların xeyrinə
dəyişməsinə yardımçı
oldu.
...Beləliklə,
AXC iqtidarının faciəsi
həm də onda idi ki,
o, üç böyük
tarixi vəzifənin öhdəsindən eyni zamanda gəlməliydi - erməni təcavüzünə
layiqli cavab verməli, dövlətçiliyi
daxildən və xaricdən möhkəmləndirməli,
demokratik islahatları
həyata keçirməli
idi.
Bir ildən az
müddətdə AXC iqtidarı
bu yöndə az iş görmədi.
Milli valyutanı dövriyyəyə buraxdı,
möhkəm sabitliyin
qarantı olan orta təbəqənin formalaşmasına təkan
verdi, ilk hərbi uğurlarla milli ruhu qaldırdı,
qələbəyə inamımızı
möhkəmlətdi, rus
bazalarını ölkədən
çıxardı, milli
azlıqlara geniş hüquqlar verdi, təhsildə yenilik-test üsuluyla ali məktəblərə qəbul-etdi,
rüşvətin və
korrupsiyanın ləğvi
üçün işlər
başladı və
s.
Bu gün çoxları deyir ki, Gəncə
qiyamını yatırmaq
olardı. Bəli olardı,
ancaq bu, çoxlu sayda insan təlafatıyla nəticələnə bilərdi.
Millətini hər şeydən
uca tutan, zülmə və zorakılığa qarşı
olan Əbülfəz
Elçibəy bu yolu seçmədi. Vaxt gələcək onun seçdiyi yolun düzgünlüyünü hamı
təqdir edəcək.
Necə ki, artıq əksəriyyət bu yolun düzgünlüyünü
təsdiqləyir.
Aysel
Xalq Cəbhəsi.- 2010.- 4 iyun.- S.8.