Azərbaycan Xalq Cümhuriyyətinin diplomatları

 

Adil xan Ziyadxanlı: "...Millətin birinci ali neməti, fəxri onun dilidir"

 

II yazı

 

Leninin onun əlaltılarının Azərbaycanı işğal etmək, Bakı neftini yenidən ələ keçirmək haqqında planlar cızdığı bir vaxtda Adil xan Ziyadxanlı Azərbaycanın rus xalqına, müstəmləkəçilik azarına tutulmayan rus xalqına münasibətini ümumiləşdirərək yazırdı: "Təəssüf ki, biz Azərbaycan türkləri üzərində alitəbiətlik insaniyyət sifətləri əskik olmayan Lev Tolstoylar sairələr yetirmiş həqiqi rus millətini içərimizdə görməmişik o millət ki, Azərbaycan müstəqil dövləti yenə vaxtında beynəlxalq qayda üzrə onunla ticarət, iqtisad sair cəhətdən dostanə əlaqə bərpa edəcəkdir".

Adil xan Ziyadxanlı 1918-ci ildə dövlət idarələrində məktəblərimizdə ana dilimizin işlədilməməsinə etiraz əlaməti olaraq yazırdı: "Məhəlli məhkəmə idarələrimizdə öz ana dilimiz işlədilmirdi. Oradakı hakimlər dilimizi bilmirdi bilmək istəmirdilər öz hüquqşünaslarımızdan da məhkəmələrimizdə hakim təyin etmirdilər... Türk dilimiz bütün məktəblərdən qovulmuşdu. Rəsmiyyəti gözləmək xəyalilə türk balalarına ancaq həftədə bir dəfə dərs oxumaq ixtiyarı verilirdi ki, bu dərs ancaq şagirdlərin yorğun həvəsdən düşdüyü zamanda təyin olunmuşdu. İnsana qarşı bundan artıq da xəyanət zülm olarmı ki, millətin ana dilində oxumağına mane olsunlar? Bir millətin birinci ali neməti, fəxri onun dilidir. Onun dilini əlindən almaq onu öldürmək deməkdir".

Dünya hərb tarixində özünəməxsus yer tutan daim müsəlmanların türklərin imdadına yetişən Osmanlı ordusunun Bakıya gəlişi ilə bağlı qeyd edir ki, Dövləti-Aliyyəyi-Osmaniyyə xahişimizi qəbul edib dərhal bir ordu qüvvəsi Azərbaycana göndərdi və bu ordu iyun ayının əvvəllərində 1918-ci ildə Azərbaycana daxil oldu. Az bir zamanda Osmanlı türkləri Azərbaycan türkləri köməkləşib davam edən ixtişaşı yatırmaqla məmləkətimizi bolşevik ermənilərdən xilas etdilər. Türk ali komandanlığı əvvəlcə Gəncə şəhərini özlərinə idarə mərkəzi qərar verdi. Həmin Gəncə ki, bolşeviklər onun zəbtinə nəhayət, şövqlə hazırlaşırdılar. Lakin gəncəlilər bütün qüvvələrilə ordunu mühafizə müdafiə etdilər. Gəncə şəhərinin möhkəm durması həm Şəmkir davasında bolşeviklərin qabağını saxlamaqla türk ordusunun işini hərəkati-hərbiyyəsini bir dərəcədə asanlaşdırmışdır... Türklərin qədər başları Bakının alınması ilə məşğul idi, Andranik vaxtında fürsət tapıb Qarabağda müsəlmanlara rəva gördükləri zülmü icra etdi. Mühasirəyə alınmış Qarabağ müsəlmanlarının əhvalı o qədər fənalaşmışdı ki, hətta binəvalara şirin su içməyi haram etmişdi. Türklər Bakını aldıqdan sonra bütün diqqətlərini Qarabağa sərf edib oranı mühasirədən azad etdilər. Türklər Qarabağ Zəngəzur mahallarını daha tez xilas edərdilər, fəqət müttəfiq ordunun buraya gəlməsi türklərə Qarabağ mahalını büsbütün xilas etməyə qoymadı. Bakıya daxil olmuş müttəfiq ordu komandanı general Tomson Andranikə bu məzmunda bir teleqram göndərdi: "Verilən məlumata görə, ermənilər Qarabağda müsəlmanlara qarşı zülmlər edirlər. Mən müttəfiq ordunun nümayəndəsi sifətilə məlum edirəm ki, ermənilərə söyləyəsiniz öz yerlərində rahat oturub, nizamsızlıq etməsinlər. Əgər mənim bu hökmümə əməl etməyib yenə nizamsızlıq edilsə, o zaman bütün məsuliyyət sizin üzərinizə düşəcək. Xahiş edirəm bu teleqram sizə vüsul olduqda cavabını məlum edəsiniz".

A.Ziyadxanlı ermənilərin 1918-ci ildə Bakıda törətdikləri mart hadisələri ilə bağlı yazır: "Bakıda 10 min Azərbaycan paytaxtının əlsiz-ayaqsız əhalisinin qanı axıdıldı. Təəssüf ki, bu qanlı faciədə başıpozuq rus soldatları da nədənsə birdən-birə dönüb bolşevik oldu. Bəs o zamanda demokratiyanın böyük əsaslarını özlərinə şüar iqtibas edən cənablar nərədə idi ki, paytaxtımızın küçələri fəhlə meyitləri ilə dolmuşdu. Aşkardır ki, erməni qoşunu bolşevik adı bayrağından istifadə edib, milli ədavət üzərindən müsəlmanlara atəş açmışdı... Mart hadisəsinin bir illiyi münasibətilə martın 18(31) bütün millət matəm saxlayaraq şəhid olan ata, ana, bacı, qardaşlarının diri-diri mıxlanmış körpə uşaqların ruhuna fatihə oxudular".

Beynəlxalq şəraitdəki mürəkkəblik ziddiyyətlik AXC hökumətindən çox çevik xarici siyasət həyata keçirməyi tələb edirdi. Onun xarici siyasətinin başlıca istiqamətlərini Azərbaycanın müstəqilliyini qorumaq inkişaf etdirmək təşkil edirdi. Bu məqsədlə o, dövlət strukturunda Xarici İşlər Nazirliyinin təşkilinə onun işinin təkmilləşməsinə xüsusi diqqət verirdi.

A.Ziyadxanlı bir müddət AXC-nin xarici işlər nazirinin əvəzi olaraq çalışmışdı. 14 aprel 1919-cu ildə Nəsib bəy Yusifbəyli AXC-nin dördüncü hökuməti kabinəsində Məhəmməd Yusif Cəfərov xarici işlər naziri, A.Ziyadxanlı isə onun müavini vəzifəsinə təyin edilmişdi. O, bu vəzifədə 1919-cu ilin avqust ayına kimi çalışmışdı. Zaqafqaziya respublikaları arasında, xüsusən Azərbaycanla Ermənistan arasında ən çətin problem ərazi sərhəd məsələsi idi. İngilis generalı Denikinlə Azərbaycanın Kubandakı nümayəndəsi C.Rüstəmbəyovun görüşünü təşkil etdi. Görüşdə iştirak edən Briqqs Denikinə Rüstəmbəyov vasitəsi ilə AXC hökumətinə təklif edir ki, diplomatik nümayəndəliklər açılsın. General Denikin cavab verir ki, "Azərbaycanla diplomatik nümayəndəlik mübadiləsinə heç bir etirazı yoxdur". Denikinin "Mən Sizin xalqın onun hökumətinin Rusiyaya münasibətini bilmək istəyirəm" sözlərinə cavab olaraq C.Rüstəmbəyov cavab verir ki, "... Biz Rusiya ilə əlaqələri kəsmirik əgər Rusiyanın hansısa səlahiyyəti, hamı tərəfindən tanınan xalq demokratik orqanı olursa, güman edirəm, mənim xalqım oraya gedər, orada iştirak edər öz müqəddəratını təyin etmək hüququnu bəyan edər..."

Xarici işlər nazirinin əvəzi A.Ziyadxanov Denikinlə söhbəti haqqında Azərbaycanın hökumətinin məlumatını alan kimi 1919-cu il iyulun 26-da Rüstəmbəyova şifrəli (1846 H-li) teleqram göndərdi. Onun əsas müddəaları belə idi:

1."Könüllü ordu ilə Azərbaycanın arasında diplomatik nümayəndəlik mübadiləsinə mənfi münasibət bəsləyirik. Bununla birlikdə, lazım gələndə könüllü ordunun komandanlığı ilə müxtəlif məsələlər üzrə danışıqlar aparmağa hökumətin heç bir etirazı yoxdur. Könüllü ordu isə lazım olanda, Azərbaycan hökuməti ilə danışıqlar aparmağa özünün Bakıda ingilis komandanlığı nəzdində olan nümayəndəsi general Lazerevə tapşıra bilər".

2. "Könüllü ordu barədə mövqeyimiz belədir: qəti möhkəm qərara gəlmişik ki, könüllü ordu hissələri Azərbaycan Cümhuriyyətinin hüdudlarına buraxılmasın".

3. Azərbaycan hökuməti Rüstəmbəyovun müstəqillik məsələsində hökumətin prinsipial mövqeyi ilə uzlaşmayan fikrini ("Biz Rusiya ilə əlaqələri kəsmirik...") pislədi birmənalı bəyan etdi: "Qəti bilin, Azərbaycan xalqı öz Müəssislər Məclisindən başqa heç bir başqa məclisə getməyəcəkdir. Bizim hökumətimizin xətti belədir. Azərbaycanın müstəqilliyinə qəsd edən hər bir kəs, kim olursa-olsun, bolşevik, menşevik, denikinçi s. fərqi yoxdur - Azərbaycanın düşmənidir".

Ziyadxanovun cavabı iki baxımdan əlamətdardır.

Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq vəziyyətdə ağlagəlməz çətinliklərə baxmayaraq ingilis generalının vasitəçiliyinə məhəl qoymayaraq Denikinlə diplomatik mühit yaratmaq haqqında təklifini rədd edir. Denikinə münasibətdə müstəqil xətt yürüdür, real Denikin təhlükəsi qarşısında büdrəmir başını itirmir, ləyaqət şərəfini, həm öz milli mənafelərini, həm obyektiv olaraq Gürcüstanın maraqlarını qoruyur.   

 

 

Sübhan Talıblı

 

Xalq Cəbhəsi.- 2010.- 12 iyun.- S.14.