Üzeyir Hacıbəyovun oxuculara məlum olmayan əsərləri toplanıb

 

Professor Şirməmməd Hüseynov: "Gördüyüm bu mənəvi borcumdur"

 

Ötən gün "Ambassador" otelinin konfrans zalında milli operamızın banisi, görkəmli naşir, jurnalist, publisist Üzeyir Hacıbəyovun indiyədək oxuculara məlum olmayan əsərlərinin toplandığı ikicildliyin təqdimatı keçirildi. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü, "Azərsun Holdinq"in maliyyə dəstəyi ilə keçirilən təqdimat mərasimində ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, media mütəxəssisləri, alim ziyalılar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd etdi ki, Bakı "Elm" Nəşriyyatında buraxılan ikicildlikdə olan əsərləri toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən, ön söz müəllifi lüğətinin tərtibçisi Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovdur. Şura sədrinin dediklərinə əsasən, kitablar "Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904-1912)" "Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş, ixtisar "redaktə" edilmiş əsərləri (1915-1917)" adlanır: "İkicildlik ustad sənətkarın anadan olmasının 125 illiyinə həsr olunub. "Elm" nəşriyyatında buraxılan iki cildlik kitabın I cildi 1904-1912, II cildi isə 1915-1917-ci illəri əhatə edir. İkinci hissəyə Üzeyir Hacıbəylinin "Açıq söz", "Doğru söz", "İttihad", "Yeni iqbal", "Sovqat" qəzetlərində dərc edilən əsərləri daxildir. Kitabda toplanan 200 əsərdən 160-ı ilk dəfə nəşr olunub. Bu yazıların bir qismi Üzeyir Hacıbəylinin biblioqrafiyasında, ensiklopediyasında "Həyat yaradıcılıq salnaməsi"ndə göstərilməyib. Ü.Hacıbəyli Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən böyük dühalardan biridir. Görkəmli dramaturqun öz dövrünün kütləvi informasiya vasitələri olan "Kaspi", "İrşad", "Açıq söz", "Həyat", "Yeni inqilab" digərlərində yüzlərlə məqalə, felyeton başqa janrlarda əsəri işıq üzü görüb. Onların hər birində dövrün aktual problemlərinə toxunulub. Ü.Hacıbəyovun yaradıcılığı ilə bağlı onlarla tədqiqat əsəri yazılıb. Keçən əsrin 60-ci illərində publisistin əsərlərinin toplanacağı 10 cildliyini çap olunması ilə bağlı qərar verilib. Amma nəzərdə tutulan 10 cilddən hazırda yalnız 2 cildi işıq üzü görüb. Onu da əlavə edim ki, 2005-ci ildə Ü.Hacıbəylinin əsərləri yenidən çap edilib, dramaturqun yaradıcılığı, həyatı ilə bağlı yüzlərlə məqalə yazılıb. Bununla yanaşı, çap olunan kitablar məqalələr Ü.Hacıbəyovun yaradıcılığını tam aça, külliyatını tam əhatə edə bilməyib. Bu baxımdan "Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904-1912)" "Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş, ixtisar "redaktə" edilmiş əsərləri (1915-1917)" kitabları olduqca böyük mühüm əhəmiyyət daşıyır".

Daha sonra çıxışında Azərbaycan mətbuat ictimai fikir tarixində Ü.Hacıbəyovun əvəzsiz xidmətləri olduğunu söyləyən millət vəkili Cəmil Həsənli vurğuladı ki, Ü.Hacıbəyov onun kimiləri dünyadan köçsələr milləti diri saxlamaq gücündə olan şəxsiyyətlərdir: "Ü.Hacıbəyovun indiyədək oxuculara məlum olmayan, eyni zamanda ixtisar redaktə edilən əsərlərinin toplanması yalnız onun yaradıcılığı şəxsiyyətinin tamamlanması deyil, eyni zamanda ictimai fikrimizin, mənəvi sərvətimizin, milli-mənəvi dəyərlərimizin bütövləşməsi anlamına gəlir. Ü.Hacıbəylinin burada toplanan yazıları özü bir sərvətdir. Bu kitabı çap etdirməklə təşkilatçılar böyük uğura imza atıblar".

Tədbirdə çıxış edən digər millət vəkilləri Bəxtiyar Sadıqov, Sabir Rüstəmxanlı Şirməmməd Hüseynovun Azərbaycan cəmiyyətinə növbəti töhfəsindən ürəkdolusu danışdılar. Çıxış edən qonaqlar 125 illik yubileyi münasibətilə təqdim olunan ikicildliyin Azərbaycan mədəniyyətinə, Üzeyir Hacıbəyli irsinə layiqli bir töhfə kimi qiymətləndirdilər. Təqdimat mərasiminin sonunda kitabın tərtibçisi Şirməmməd Hüseynov çıxış edərək Üzeyir Hacıbəyli yaradıcılığına nəzər salaraq, onun bu günə kimi oxuculara məlum olmayan əsərlərinin çox olduğunu söylədi: "Gördüyüm bu mənim mənəvi borcumdur. Gələn il isə Məmməd Əmin Rəsulzadənin III cildliyini təqdim etmək fikrindəyəm. Bu insanlar Azərbaycanın tərixidir. Bu kitabları nəşr etdirməklə biz onları bu gün yaşatmağa çalışmalıyıq. Ü.Hacıbəyovun indiyədək oxuculara məlum olmayan, eyni zamanda ixtisar redaktə edilən əsərlərinin nəşr edilməsi ümumiyyətlə, Azərbaycan ictimai fikir, mətbuat tarixində irəliyə atılan iri bir addımdır".   

 

 

 Ülviyyə Şamilqızı

 

 Xalq Cəbhəsi.- 2010.- 17 iyun.- S.13.