Masallıda ekoloji tədbirlərə diqqət artırılıb

 

Azərbaycanın ümumi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən düzgün istifadəsi mühüm yer tutur. Prezident İlham Əliyevin təşəbbüsü ilə cari ilin ölkədə “Ekologiya ili” elan edilməsindən məqsəd məhz bu məsələlərin uğurlu həllini təmin etməkdir. Fevralın 18-də dövlətimizin başçısının yanında ekoloji problemlərə həsr olunmuş müşavirənin keçirilməsi ən yüksək səviyyədə bu sahəyə qayğının təzahürüdür.

 

Ekoloji tədbirlərə diqqətin artırıldığı rayonlardan biri də Masallıdır. Artıq bir neçə ildir ki, Masallıda keçirilən tədbirlərdə ətraf mühitin mühafizəsinə də toxunulur və bu sahəyə cavabdehlik daşıyan təşkilatların vəzifə məsuliyyətinin artırılması istiqamətində addımlar atılır.

Masallı ölkəmizin “yaşıl abidə”lərindəndir. Rayonun Təzə Alvadı və Qumbaşı kəndləri tərəfdən girişləri də, Yardımlıya çıxışı da meşə zolaqları ilə əhatə olunub. Burada torpaqların 1240 hektarı meşəlik ərazilərdir. Zümrüd libaslı Talış dağları, səfalı İstisu istirahət zonası, Viləş çayı, su anbarının yaratdığı süni göl, şəfa suları və bulaqlar rayonun dilbər guşələridir. Masallının təbiəti ilin hər fəslində gözəl olur. Rayon icra hakimiyyəti başçısının müavini İsa Nuriyev “Ekologiya ili” ilə əlaqədar artıq ayrıca tədbirlər planının olduğunu bildirdi. Görülən və nəzərdə tutulan işlərlə bizi tanış etdi. Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Viləşçay Su Anbarı İstismar İdarəsinin səmərəli fəaliyyət göstərdiklərini bildirdi.

Meşə Mühafizəsi Bərpası Müəssisəsi tərəfindən təkcə ötən il 130 hektar sahədə əkin işləri aparılıb, 75 hektar sahə kol-kosdan təmizlənib, 320 hektarda təbii bərpaya kömək göstərilib. İl ərzində burada 300 minədək ting yetişdirilib ki, bunun da bir qismi rayonda aparılan abadlıq işləri ilə əlaqədar ağac əkini kampaniyası zamanı əkilib. Bununla bərabər, Ekologiya Təbii Sərvətlər Nazirliyinin tapşırığı ilə Yardımlı Lerik rayonlarının meşə mühafizəsi bərpası müəssisələrinə 100 min ting verilib. Meşə zolağında on kilometr uzunluğunda yeni çəpərlər çəkilib, beş kilometr sahədə köhnə çəpərlər təmir edilib. Otuz altı hektarda isə səpin sahələrinə xidmət göstərilib iki hektarda tinglik salınıb. Yanğın əleyhinə mineral zolaqların yaradılması on beş kilometr sahəni əhatə edib. On ton palıd toxumu tədarük edilib meşə əkinləri zamanı istifadə olunub.

Bu il Masallı meşəçiləri əkin işləri aparmaq üçün 20 hektar sahə hazırlayıblar. Əkində göyrüş ağcaqayına üstünlük veriləcək. Əkinlərdə şəxsi təsərrüfatlardan alınan üzvi gübrələrdən lazımınca istifadə olunur.

Viləşçay Su Anbarı İstismar İdarəsi 24 ildir ki, fəaliyyət göstərir. İdarə on min hektaradək əkin sahəsini suvarma suyu ilə təmin edir. Bundan ötrü idarənin balansında həcmi 46 milyon kubmetr olan əsas su anbarı, üç kiçik sututarı, 438 kilometrlik açıq suvarma kanalı, 169 hidrotexniki qurğu, 40 kilometr yüksək təzyiqli yeraltı boru kəməri 5360 hektar qapalı suvarma şəbəkəsi var. Ötən il xeyli suvarma kanalları çay məcrası təmizlənib, mühüm təmir işləri görülüb. Fiziki şəxslərə aid 6500 hektar sahədə suvarma aparılıb, bundan ötrü 30 milyon kubmetr su işlənib.

Rayonun Qızılağac, Yeddioymaq, Kalinovka, Xıl, Gəyəçöl, Şıxlar, Musaküçə kəndlərindəki qapalı suvarma şəbəkələrində 85 min manatlıq təmir aparılıb mövsümdə şəbəkənin fasiləsiz işləməsi təmin edilib. Həsənli, Xırmandalı, Hacıtəpə, Səmidxan, Kürdəbaz, Boradigah, Banbaşı, Sirəbil, Sərçüvar kəndlərində suvarma kanalları lildən təmizlənib. Bir sıra digər kənd ərazilərində kanalların təmizlənməsi həyata keçirilib. Məlum olduğu kimi, ötən ilin sentyabrında rayonda yağan leysan yağışları güclü sellə nəticələnmiş təsərrüfatlara ziyan vurmuşdu. Bundan sonra sututarların kanalların vəziyyətinə diqqət daha da artırılıb, zəruri təcili tədbirlər görülüb. Bundan ötrü Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASC tərəfindən idarəyə ikiHyunday birBelarusekskovatoru, bir yeni buldozer verilib. İdarə tərəfindən rayonun yaşıllıqlarının artırılmasına kömək məqsədilə 2700-dən artıq ağac əkilib suvarılması təşkil edilib. İdarə Heydər Əliyev parkının abadlaşdırılmasında da fəallıq göstərir.

Masallıda yaşanan bir problem şəhərdəki kommunal evlərdən axıdılan çirkab sularla bağlı idi. Rayon icra hakimiyyəti bu məsələni ciddi nəzarətə götürüb. Həmin suların nasoslarla vurulub kənarlaşdırılması üçün şəhər icra nümayəndəliyiSu kanalidarəsi ilə, həmçinin məişət tullantılarının daşınması üçün Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə müqavilə bağlayıb icrasını təmin edib. Çoxmərtəbəli yaşayış binalarının xarici daxili kanalizasiya xətləri dəyişdirilərək təzələnib, 250 ötürücü kanalizasiya quyusu quraşdırılıb, iki yeni çirkab su anbarı tikilib. Şəhərin mərkəzinə içməli su xəttinin çəkilməsi tələbatın müəyyən qismini ödəyib.

Ötən ilin payızında Masallıda 15800 ağac əkilib. Bunun 3200-ü Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən 163-177-ci kilometrlərində basdırılıb. Şəhərdə əkilmiş ağacların sayı isə 9250 olub. Əkinlər əsasən Viləş çayının şəhərdən keçən hissəsində, çay vadisində həyata keçirilib. Ekologiya iliilə bağlı yanvar ayında Masallıda iməcilik yolu ilə 1500 ağac əkilib. Bunlar əsasən çinar, palıd, tut, göyrüş, akasiya sair ağaclardır. Yeni əkinlərin qorunması, suvarılması ayrı-ayrı idarə təşkilatlara həvalə edilib. Rayonun mövcud yaşıllıqlarına qulluq da eyni qayda ilə kollektivlər arasında bölüşdürülüb.

Masallının qazlaşdırılması sahəsində bir sıra zəruri tədbirlər görülüb bu il davam etdiriləcək. Bir sözlə, rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər nikbinlik yaradır.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 11 mart.- S. 5.