Güney Azərbaycanda türkçülüyün görkəmli tədqiqatçısı

 

Professor Məhəmmədtağı Zehtabi: "Babalarımız Yaxın və Orta Şərqdə mədəniyyətin bünövrəsini qoyublar"

 

II yazı

 

"Sərvan Kaviyanrur "Tarix-e ümumi-ye Azərbaycan" əsərində, Seyid İsmayıl Vəkili "Azərbaycan riş əz tarix və rəs əz an" əsərində, Professor Mehrin "Tarix-e Ərmənestan" əsərində, Artur Kristin "İran dər zaman-e Sasaniyan" əsərində, Doktor Natel Xanları "Tarix-e zəban-e farsi" və başqa əsərlərində, Fransalı alim Krişmən "İran əz ağaz-e ta İslam" əsərində, Doktor Məhəmməd Cavad Məşkur "Partiha ya Pəhləviyan-e qədim" Madlar və Partların ari irqi olmasını qəti və dəlilə ehtiyacı olmayan bir həqiqət kimi göstəriblər. Nalbuki gerçəklik bunun tamamilə əksinə olub. Çünki Orta Asiyadan gəlmə ellər, xalqlar və tayfalar 3 min il ariyalardan qabaq regionumuz, o cümlədən Azərbaycanda əsas xalqlar, yaşayanlar olub və ariyaların gəlməsinə qədər özləri müxtəlif dövlətlər qurub hakimiyyət ediblər".

"Qədim Azərbaycan tarixinə giriş" bölməsində Zehtabi yazır: "Azərbaycanın torraqları istər Şimali, istərsə də Cənubi Yaxın və Orta Şərq regionunun ayrılmaz bir hissəsidir, buna görə də Azərbaycan tarixi lar ilk gündən əvvəlki tarix və tarixi dövrlərdən həmişə Üaxın və Orta Şərq regionu və onun xalqlarının tarixi ilə bağlı olub, bu gün də bağlıdır. Bu, olduqca təbii və qanunauyğundur. Ayrı cür təsəvvür etmək səhvdir. Ona görə ki, qədim dövrlər bugünkü ilgi və münasibət vasitəsinin (yolunun) olmaması ucundan, əsasən qonşu və bir-birinə yaxın olan, eyni regionda yerləşən xalqlar bir-birilə müxtəlif, siyasi-iqtisadi və mədəni əlaqədə olub, buna görə də bir-birinə təsir göstərib, bir yazılı tarix səhnəsinə qədəm qoyduqda başqalarının da tarix səhnəsinə çıxmasına səbəb olub. Eyni regionun xalqları və tarixləri bir-birinə bağlı olub".

"Azərbaycan torraqlarında ilk insan izləri" bölməsində qeyd edir ki, "Azərbaycan mülayim ab-havası, çayları, dəniz kənarı yerləri, bir sıra regionları və ormanlıqları göstərir ki, bu diyar bəşəriyyətin ilk ocaqlarından biri, bəşərin, insanın yarandığı region və yerlərdən biri olub: "Bu yerlərin biri də Azərbaycan ərazisi, daha dəqiq desək, Xəzər dənizinin ətrafı, Xəzərlə Aral gölü, Amudərya və Sırdərya çayları arası və o çayların dörd bir tərəfi olub. İqlim baxımından bu ərazi birlikdə və vahid xüsusiyyətə malikdir, özü də həyata münasib regiondur: Azərbaycan torraqları Xəzər ətrafı və Balxaş gölünə qədər vahid bir region olub və orada yaranan xalqlar türk dilli olub. Bu gerçəkliyi müxtəlif tarixi mənbələr, o cümlədən Çin tarixçisindən alınan məlumat göstərir".

Qobustan yazıları haqda isə belə yazır: "Qobustan yazıları Bakının 50 kilometr cənubunda Salyana gedən yolun kənarında, Xəzər sahillərinə yaxın bir yerdədir. Dənizə yaxın geniş düzənlik olan bu yerin hər tərəfi böyük qayalarla örtülüb. Qobustanın çox yerində yerin üstündəki qayalarda, bəzən isə 2-3 metr yerin altındakı qayalarda naxışlar var. Bu naxışların bəzilərinin hərfi heroqlifə bənzəyir. Üer altından çıxan bu naxışlı daşlar olan yerlərdən bəzi şeylər, əmək alətləri, silahlar və heyvan sümükləri də tarılıb. Qobustan daşlarında olan naxışlardan dağ keçisi, qayıq şəkli və qayıqların burunlarında olan günəş rəsmi, habelə dəstəcəm rəqs və ya "yallı" daha artıq diqqəti cəlb edir. Bu qaynaqların bəzisində kürək vuranlar və hətta kürəklərin də şəkilləri var. Bu qayıqlar, kürək və kürəkvuranlar xalqın dənizlə əlaqəsini, yəni ən qədim dövrlərdən Azərbaycanda dənizçiliyin, qayıq və gəmiqayırmanın inkişaf etməsini açıb göstərir".

Qədim tarix dövründən Azərbaycan ərazisində həyat və mədəniyyət qalığı olan mərkəzlərə aid olan hissədə yazır: "Azərbaycan ərazisində ilk insanlar dağların qoynundan və düzənliklərə gəlib buralarda əkinçilik və heyvandarlıqla məşğul olaraq oturaq həyat təşkil etdikdə, yadların hücumu müqabilində özlərindən müdafiə etmək və sel kimi təbii hadisələrdən amanda qalmaq üçün, dağlara yaxın və düzənliklərə sərələnən tərələrdə yurd salıb yaşayıblar. Bu vəziyyət Azərbaycan elləri və çoxu oturaq həyat keçirən türk ellərində olub və buna görə də türk xalqları daxilində "tiz" və ya "diz" sözü olan kənd adlarına çox təsadüf olunur. Məsələn, Güney mahalından "Dizəmərcan", "Dizəxallı", "Sərkəndizə" kəndlərini göstərmək olar. "Dizə" sözünün mənası isə "yüksək yer", "uca yer", "tərə" deməkdir. Bu günə qədər Güney Azərbaycanda tanınmış tərələrdən "Həsənli tərəsi", "Göytərə" və "Üanıqtərə"ni göstərmək olar".

"Azərbaycan türklərinin əski tarixi" kitabının II cildi İsgəndər dövründən İslama qədər olan bir zamanı əhatə edir. Bu cilddə İsgəndərin hücumu, Əhəmənilərin sonu, Atroraten dövləti, Alban dövləti, Partlar, Sasanilər dövlətlərinin yaranması və süqutu bu dövrdə güneyli-quzeyli Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatı zəngin qaynaqlar əsasında tədqiq və təhlil edilir.

"Azərbaycan" sözü nə deməkdir? Müəllif bu barədə yazır: "Bilirik ki, bugünkü Həmədan və Azərbaycan torraqlarında qədim dövrlərdə lullubi-qutti xalqları yaşayıb və m.ö. 2500 il əvvəldən başlayaraq mədəniyyət yaradıb tarix səhnəsində var olub və nəhayət, Manna hökumətini qurublar. Manna sonralar daha da genişlənib güclənərək Mad hökuməti və xalqı adlanıb. Fars və farsla bağlı olan mənbələr türk dili və tarixinə etinasız və ondan xəbərsiz olan alimlər qədimdən belə göstəriblər ki, Atrorat kəlməsi iki hissədən əmələ gəlib: "Atur" (atəş-od) və "Pat" (mühafez-gözətçi), guya "Payidan" məsdəri və sözündən. Fars dili baxımından baxdıqda bu fikir doğrudur, lakin türk dili baxımından bu kəlməyə (sözə) baxmaq lazımdır. Türk dili nöqteyi-nəzərindən baxdıqda bu söz üç tam başqa kəlmədən əmələ gəlib. Bu sözlər "at" (od) və "ur-ər" və "rat"dan ibarətdir. Bu gün də azərilər və bütün türklər daxilində "od" (atəş) kəlməsi "ot" şəklində tələffüz olunur, "a" səsinin "o" səsinə çevrilməsi, dilçilik baxımından təbii və adi bir fonetik hadisədir. "Ur-ər" sözü də ən qədim dövrlərdən bu günə qədər işlənib və işlənməkdədir və mənası "igid", "kişi", "qoçaq" və s. "Pat" kəlməsinin mənasına gəldikdə isə, bugünkü azəri dilində onun özü və ondan düzəltmə olub, söz nəzərə gəlmirsə də, şübhəsiz, həm qədim dövrlərdə dilimizdə olub, həm də o dövr və ondan qabaqlar regionumuzun iltisaqi dilli xalqlarının dilində bu kəlmə olub..."Atroraten" sözü 4 hissədən ibarət olan əsl qədim türk mənşəli sözdür. Onun birinci hissəsi "od" ismi, ikinhi hissəsi "ər" sözü, üçüncü hissəsi "rat" (qorumaq) feli və sonuncu hissəsi ən qədim türk dillərində ismin cəm əlamətlərindən biri idi. Bunu da qeyd edək ki, bu kəlmənin həm fars, həm də türk dillərində eyni mənada olmasını güman etmək olar və bu iki dildə belə müştərək sözlər olub, indi də az deyil".

Ermənilərlə bağlı isə yazır: "Daşnak erməniləri və tarixçi ideoloqları vasitəsilə Aralıq dənizindən Xəzər dənizinə qədər torraqları əhatə edən "böyük Ermənistan" xəritəsini uyduraraq bütün Şimali və Cənubi Azərbaycan torraqları, bütün Türkiyə, eləcə də Kürdüstan ərazisini bu "böyük Ermənistan"a daxil ediblər. Tarixən heç bir zaman ərazinin əsas hissələri Ermənistan və ya onun bir hissəsi olmayıb. Erməni tarixçiləri daşnakların bu iddialarına guya tarixi zəmin yaratmaq üçün tarixi təhrif etməyə, uydurma tarix yaratmağa əl atıblar. Erməni tarixçiləri yersiz iddialarına zəmin yaratmaq üçün gülünc, elmə və tarixə yaraşmayan, alimə mənasız görünən işlərə əl atırlar.

Doktor Zehtabinin yaradıcılığında tarixi asrektdə yazılmış və yuxarıda haqqında danışılan kitablar, onun dövrü mətbuatda çar olunmuş məqalələri, İran daxilində və beynəlxalq miqyasda elmi konfrans və simroziumlardakı çıxışları məhz bu zərurəti aydınlaşdırmağa, Azərbaycan tarixini şovinstlərin və sifarişlə yazılan əsərlərin saxtakarlığından, təhriflərindən xilas etməyə yönəlib.

Zehtabi "İslama qədər İran türklərinin dili və ədəbiyyatı" əsərində tariximizin qədim dövrü haqqında fikrini belə ümumiləşdirir: "Tarixə məlum olan miladdan 4-5 min il əvvəldən İslama qədərki uzun bir dövrdə çağdaş İranın bütün Qərbi, Mərkəzi və Xəzərin cənub əyalət və mərkəzlərində, Şimali və Cənubi Azərbaycan da daxil olmaqla, həmişə türkdilli ellər, qəbilələr, el birləşmələri və xalqları yaşayıb, bəşəriyyətin və İranın ən əski və ən zəngin mədəniyyətini, hünəri və sənətini yaradaraq onunla bütün Yaxın Şərq, Misir və hətta Avroraya örnək olub və yol göstəriblər. Çağdaş İranın bu göstərdiyimiz yerlərinin həmişə türkdilli olmuş əhalisi, göstərdiyimiz minilliklərdə vahid türk dilində danışıb, bəşəriyyətin ən yüksək mədəniyyətlərindən birini yaradıblar".

Azərbaycan və İran türklərinin İslamdan öncəki dili haqqında yazır: "Azərbaycan, çağdaş İranın qərbi, mərkəzi və Xəzərin cənubu və qərbi sahillərində İslamdan əvvəl yaşamış xalqların dilləri barədə geniş məlumat, o dillərin tarix boyu hansı mərhələlərdən keçməsi, qayda-qanunlarının hansı dəyişikliklərə uğrayaraq bugünkü şəklə düşməsinə dəqiq və hərtərəfli araşdırıb öyrənmək üçün həm elamların göstərdiyimiz lövhələri, həm də başqa sənəd və materialları tədqiq etmək lazımdır. Əldə etdiyimiz tarixi lövhələrin və yazıların materialları əsasında o dövrki türk dili ilə ümumtürk dili arasında dilçilik baxımından çeşidli ilgi və əlaqələri açıb göstərməklə 5-4 min il əvvəlki və dillərini çağdaş azəri xalqı və İran türkləri dilinin ulu babası olmasını sübut etməyə çalışmışıq. Bu əski dillərlə çağdaş azəri və İran türklərinin dili arasındakı əlaqə və ilgini biz bu dillərin ümumi leksik, əsas lüğət fondu, lüğət tərkibi, morfologiya qaydaları və ünsürlərini müqayisə etməklə göstərməyə çalışmışıq".

Professor Zehtabi Təbriz şəhərində çoxlu Azərbaycansevər dostları ilə "Azərbaycan mədəniyyət ocağı" qurdular. O, neçə illər boyu ardı-arası kəsilmədən bu ocağın iclaslarında iştirak edib, xalqımızın ədəbiyyat və keçmiş tarixini tanıtdırıb. Bu ocaq indi də doktorun qurduğu əsasda davam edir. Bu cəhətdən Güney Azərbaycanda Zehtabi ideyalarına söykənən yeni məktəbin fəaliyyəti diqqəti çəkir və bu məktəbin iştirakçıları Azərbaycan tarixinin qədim dövrünü obyektiv qiymətləndirmək cəhətdən Zehtabi ənənələrini uğurla davam etdirirlər. Hazırda Güney Azərbaycanda və İranda dövrü mətbuatda çar olunmuş məqalələrin və kitabların müəyyən qismində Zehtabinin tədqiqat xəttinin davamı açıq-aydın görünür.   

 

 

Sübhan Talıblı

 

Xalq Cəbhəsi.- 2010.- 6 may.- S.14.