Azərbaycanın Gürcüstandakı ilk diplomatik nümayəndəsi

 

Məmməd Yusif Cəfərov Dövlət Dumasında çar hökumətinin müstəmləkəçilik siyasətini tənqid edirdi

 

I yazı

 

1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının istiqlaliyyətini elan edərək onun müstəqillik əzmini nümayiş etdirdi. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük əlamətdar hadisə kimi daxil oldu. M.Ə.Rəsulzadənin dediyi kimi bu, "Azərbaycan xalqının öz ruhundan doğan bir ümummilli hərəkat, hadisə idi". Fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətində humanitar milli ənənənin, ədəbi, hüquqi, fəlsəfi fikrin, milli "Mən"in milli dövlət şüurunun, bütövlükdə xalqın azadlıq hərəkatının tarixən qanunauyğun məntiqi yekunu kimi təşəkkül tapmışdı. Yenicə yaranan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin elə ilk günlərində, daha doğrusu, 1918-ci il iyunun 27-də öz dövlət dili haqqında qərar verdi. Azərbaycan dilinin rəsmi dövlət dili olması məhz elə bu qərardan başlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Respublikasının Gürcüstandakı ilk diplomatik nümayəndəsi, bu il anadan olmasının 125 illiyi tamam olan Məmməd Yusif Hacıbaba oğlu Cəfərovdur. Məmməd Cəfərov 1885-ci ildə Bakı şəhərində anadan olub. O, görkəmli pedaqoq, jurnalist Əliisgəndər Cəfərzadənin kiçik qardaşıdır. M.Cəfərov orta təhsilini Bakıda alıb, sonra isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi Azərbaycan etnoqrafik konsert gecələrinin Azərbaycan həmyerlilər təşkilatının əsas rəhbərlərindən biri olub.

1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən M.Y.Cəfərov "Nikahın şəriət üzrə pozulması" haqqında rəy mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edir. O, həmin il Peterburqda çağırılan IV Dövlət Dumasına Bakı, Gəncə İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilir. M.Cəfərov Dumada Kadet partiyasına qoşulur. O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tutur.

Bakıdakı Aleksandrovsk gimnaziyasının Moskva Universitetinin hüquq fakültəsinin məzunu, andlı müvəkkil köməkçisi M.Y.Cəfərov Dumanın müsəlman fraksiyasının 5-ci şöbəsinin büdcə, köçürmə komissiyasının üzvü olur. Müsəlman fraksiyası Dumanın 11 komissiyasında nümayəndəlk qazanaraq öz nümayəndəsini Dumanın rəyasət heyətinə daxil etməyə nail olur. Fraksiya parlamentlarası ittifaqın rus qrupunda iştirak etməyə başlayır. M.Cəfərov K.Tevkeyev onun tərkibinə daxil edilir. Burada o, qrup katibinin müavini seçilir. Hüquq təhsili almış peşəkarlıq cəhətdən yaxşı hazırlığı olan M.Cəfərov demək olar ki, fraksiyanın özəyini təşkil edirdi.

1913-cü ilin martında onun üzvü olduğu fraksiyaya hökumətin həmin vaxtlar rəsmi "Rossiya" qəzetində müsəlman mətbuatının icmalçısı olan M.Şahtaxtinski müsəlmanların mənafelərini əks etdirmək üçün Peterburqda rus dilində qəzetin nəşrinə nail olunmasına yardım göstərilməsi üçün müraciət edir onun təklifini M.Cəfərov dəstəkləyir. Məhz elə onun təşəbbüsü ilə fraksiya 1914-cü ilin aprelində özünün mətbu orqanı olan "Millət" qəzetini buraxmağa başlayır. O, Romanovlar sülaləsi çarlığının 300 illik yubileyində iştirak edir. M.Cəfərov Peterburqda inşa edilən məscid üçün 20 min rubl ianə etmək arzusunda olduğunu Buxara əmirinə bildirir buna görə əmir tərəfindən 1-ci dərəcəli "Ulduz" ordeninə layiq görülür.

Çıxışlarını hazırlamaq üçün tez-tez Azərbaycanın kənd şəhərlərinə baş çəkən, ictimaiyyət arasında, eləcə mitinqlərdə görünən M.Cəfərov 1917-ci il martın 24-də keçirilən mitinqdə çıxış edərək hazırki məqamın milli şüarlar irəli sürmək vaxtı olmadığına diqqəti cəlb edərək bütün milli tələblərin Müəssislər Məclisi tərəfindən yerinə yetiriləcəyini qeyd edir Qafqazın bütün xalqlarını birləşməyə çağırır.

1914-cü ilin iyununda Peterburqda müsəlmanların növbəti qurultayı keçirilir. Bu qurultayda M.Cəfərov çıxış edərək müsəlmanların mənəvi məsələlərinin təşkilinə dair hökumət tədbirlərinin tarixi icmalını verərək mövcud qanunvericiliyi təhlil edir xalqın mənəvi həyatına hökumətin müdaxilə etməsinin arzuolunmazlığını göstərir. 1917-ci ildə Rusiyada fevral-burjua inqilabı baş verdi. Həmin il martın 9-da Müvəqqəti hökumətin göstərişi ilə M.Cəfərov daxil olmaqla Dövlət dumasının 5 nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Komitədə sənaye ticarət işlərinə rəhbərlik M.Cəfərova tapşırıldı. O, 1917-ci ilin noyabrın 15-dən Zaqafqaziya Komissarlığında sənaye ticarət komissarı idi. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli ictimai-siyasi xadimi, Zaqafqaziya komissarlığı müsəlman fraksiyasının, Zaqafqaziya Seyminin üzvü R.Vəkilov "Azərbaycan Respublikasının yaranma tarixi" kitabında bu barədə yazır: "İnqilabın ilk günlərində, martın 9-da Dövlət Dumasının Zaqafqaziya deputatlarının təşəbbüsü ilə Müvəqqəti hökumətin qərarına əsasən, Dövlət Duması üzvlərindən Zaqafqaziyanın idarəsi üçün xüsusi komitə təşkil edildi. V.Xarlamovun sədrlik etdiyi komitənin tərkibi M.Y.Cəfərovdan, M.İ.Papacanovdan A.İ.Çxenkelidən ibarət idi. Onlar işlərin vəziyyəti ilə tanış olmaq əhali nümayəndələri ilə məsləhətləşmək üçün uzun müddət Bakıda dayandıqdan sonra martın 18-də Tiflisə gəldilər. Martın 30-da xüsusi Zaqafqaziya komitəsinin (OZAKOM) təşkili başa çatdı".

1917-ci ilin noyabrın 15-də Əmək Xarici işlər Nazirliyinin işi üzrə komissar Y.P.Qeqeçkorinin başçılığı ilə Zaqafqaziya komissarlığı təsis ediləndə ticarət sənaye naziri M.Y.Yusifov nəzarət naziri Xəlil bəy Xasməmmədov Azərbaycan tərəfindən tərkibə daxil edilmişdi.

1918-ci ilin yanvarında Türkiyə Transqafqaz hökuməti ilə sülh danışıqlarına başlamağa təşəbbüs edəndə müsəlman fraksiyası müzakirələrin gedişində Türkiyənin təkliflərinin qəbul edilməsinin mümkün olduğunu hesab etdi. Sülh məsələsi haqqında gedən müzakirələrdə Azərbaycan nümayəndələrindən hökumət üzvləri X.Məlikaslanov, M.H.Hacinski eləcə M.Y.Cəfərov iştirak edirdilər.

1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymi açıldı. Zaqafqaziya Seymində dörd müsəlman fraksiyası: Federalistlərin Türk Demokrat Partiyası "Müsavat" ona qoşulan demokratik bitərəflər qrupu, "Müsəlman sosialist qrupu", "Rusiya müsəlmançılığı" ("İttihad"), Sosial-demokrat (menşevik) "Hümmət" partiyası fəaliyyət göstərirdi. Məmməd Yusif Cəfərov Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski başqa görkəmli şəxslərlə yanaşı "Müsavat" demokratik bitərəflər qrupu tərəfindən bu Seymə seçilmişdi.

 

 

(Ardı var)   

 

Mirzə Məmmədoğlu

 

Xalq Cəbhəsi.- 2010.- 20 may.- S.14.