Azərbaycanın Gürcüstandakı
ilk diplomatik nümayəndəsi
İstiqlal bəyannaməsini qəbul
edənlərdən biri
də M.Y.Cəfərov
olmuşdu
II yazı
Onun elə ilk iclaslarında rəsmi olmasa da, təmsil olunan xalqların sayına görə üç milli sektor: erməni, gürcü və türk sektoru yaranır. Bu sektorun nümayəndələri öz millətlərinin deyil, partiyalarının adından çıxış edərək milli münasibətlərin kəskinliyini yumşaltmağa çalışsalar da, onların ciddi-cəhdləri bir nəticə verməmişdi. Odur ki, sonralar Zaqafafqaziya Seymi məhz orada təmsil olunan xalqların milli mənafelərinin toqquşması zəminində dağılmışdı.
Zaqafqaziya müsəlmanlarının mənafeyinin hər cür fitnə-fəsaddan qorunması Seymdə iştirak edən müsəlman siyasi partiyalarının üzərinə düşürdü. Bu partiyaların ümumi razılığı ilə müsəlman fraksiyalarının birləşmiş iclaslarının Rəyasət heyəti kimi "Müsavat" fraksiyasının və demokratik bitərəflər qrupunun aşağıdakı tərkibdə rəyasət heyəti qəbul edilmişdi: M.Ə.Rəsulzadə (sədr), M.Y.Cəfərov və Nəsib bəy Usubbəyov onun müavinləri, M.Mahmudov və Rəhim Vəkilov (katiblər), M.-b. Hacıbababəyov və İslam bəy Qəbulov (katiblər olmayanda onları müvəqqəti əvəz edənlər).
Zaqafqaziya Seymi öz işini buraxandan sonra onun bütün keçmiş müsəlman üzvləri yığıncaq keçirib, hər bir fraksiyanın tərkibinə mütənasib olaraq kooptasiya hüququ ilə özünü Azərbaycanın Müvəqqəti Milli Şurası elan edərək ölkəni idarə etmək məsuliyyətini öz üzərinə götürdü. Məhəmməd Əmin Rəsulzadənin sədr seçildiyi Milli Şura üzvülüyünə seçilənlərdən, eləcə də 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edənlərdən biri də M.Y.Cəfərov olmuşdu.
1919-cu il aprelin 25-də Tiflisdə siyasi, iqtisadi və maliyyə məsələlərini, habelə sərhəd məsələlərini həll etmək üçün çağırılan Qafqaz konfransında Azərbaycanın nümayəndələri tərkibində M.Y.Cəfərov xarici işlər naziri kimi iştirak etmişdi. 1919-cu il dekabrın 14-də o, Azərbaycan Xarici İşlər Nazirliyində bu konfransın işi barəsində çıxış edərək demişdi: "Zaqafqaziyanın ayrı-ayrı müstəqil respublikalara - Ermənistana, Gürcüstana və Azərbaycana parçalanması nəticəsində təəssüf ki, bütöv bir sıra həll edilməmiş mübahisəli məsələlər qalıb. Bunlardan ən başlıcaları - respublikalar arasında qarşılıqlı münasibət və ərazi məsələləridir. Zaqafqaziya hökumətləri bu məsələləri həll etmək üçün dəfələrlə cəhd göstəriblər. Bu cəhdlərdən biri Tiflisdə açılmış Zaqafqaziya konfransı idi. Bu konfrans həllini gözləyən məsələlərin və Zaqafqaziya respublikaları arasında mehriban qonşuluq münasibətləri yaradılmasının əsas müddəalarını müəyyənləşdirdi. Təəssüf ki, yaranmış siyasi şərait bu konfransın başa çatmasına imkan vermədi və məsələlərin bir hissəsi həll edilməmiş qaldı. Ancaq həyat bu məsələlərin həllini təkidlə tələb edirdi. Nəticədə Azərbaycan, Gürcüstan və Ermənistanın baş nazirləri arasında anlaşma baş verdi. Burada iki respublika arasında qarşılıqlı münasibətlərin bir sıra məsələləri nəzərdə keçirildi. Onlardan ən başlıcası ərazi məsələsi - Ermənistan və Azərbaycan arasında mübahisəli ərazilər idi. 23 noyabr anlaşması bu mübahisələrin həlli üçün əsas müddəaları müəyyənləşdirdi və hazırkı konfransın əsas vəzifəsi bu müddəaları işləyib hazırlamaq idi".
1918-ci ilin
28 mayında Azərbaycan
Xalq Cümhuriyyəti
elan olundu. M.Y.Cəfərov Xoyskinin təşkil etdiyi birinci kabinetdə sənaye və ticarət naziri olmuşdu. O, birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxmış, sonra
isə Azərbaycan hökumətinin Gürcüstan
hökuməti yanında
diplomatik nümayəndəsi
vəzifəsini icra etmiş, daha doğrusu, ilk səfiri olmuşdu. M.Y.Cəfərov
Nazirlər Şurasının
sədri N.Yusifbəylinin
təşkil etdiyi kabinetdə 1919-cu ilin aprelindən 1920-ci ilin martınadək xarici işlər naziri təyin olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq
aləmdə tanınmasında
onun xidmətləri çoxdur. Onun rəhbərliyi altında
həmin dövrdə
məşhur Azərbaycan
sənətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzə Camalovun arxivlərdən toplayaraq çap etdirdikləri
"Zaqafqaziyada rus siyasətinə aid sənədlər"
kitabını xüsusi
qeyd etmək lazımdır. Azərbaycan
parlamentinin üzvü
bitərəf M.Y.Cəfərov
1919-cu ilin oktyabrında
"Türk Ədəmi-mərkəziyyət
Musavat" partiyası
sıralarına daxil olmuşdu.
1919-cu il
mayın 26-da Gürcüstan,
28-də isə Azərbaycan
və Ermənistan öz istiqlallarının
birinci ildönümünü
təntənə ilə
bayram etdilər. Könüllü ordunun, yəni Denikinin ordusunun bir tərəfdən
Azərbaycana, digər
tərəfdən Gürcüstana
hücumu gözlənildiyi
üçün iyunun
27-də Azərbaycanla Gürcüstan
arasında üç
il müddətinə
hərbi-müdafiə razılığı
bağlandı. Bu sənədi
Gürcüstan Respublikası
adından xarici işlər naziri Qeqeçkori, hərbi və daxili işlər naziri Ramişvili, müdafiə
naziri general Qedevanişvili,
hərbi şuranın
üzvü general Odişelaşvili,
Azərbaycan Respublikası
adından xarici işlər naziri Cəfərov, müdafiə
naziri, general Mehmandarov,
baş qərargah rəisi, general Sulkeviç
imzalamışdılar.
M.Ə.Rəsulzadə, A.Kazımzadə,
Tağı Nağı
oğlu tərəfindən
1911-ci ildə yaradılan
bu partiya sayımlı bir partiyaya çevrilərək
yarandığı andan
Azərbaycanın müstəqilliyi
ideyasını həyata
keçirməyi qarşısına
məqsəd qoymuşdu.
Həmin ilin dekabrında Yusifbəyli kabineti istefaya çıxdığı üçün
M.Y.Cəfərov da tutduğu vəzifəni tərk etmişdi. O,
1920-ci ilin fevralında
Azərbaycan parlamenti sədrinin müavini vəzifəsinə seçilmişdi.
Parlament sədri Ə.Topçubaşov Bakıda
olmadığı üçün
M.Y.Cəfərov aprelin
27-nə qədər həmin
vəzifəni icra etmişdi.
1920-ci il
aprelin 27-də M.Y.Cəfərovun
imzası ilə Azərbaycan parlamenti hakimiyyəti müqavimət
göstərmədən bolşeviklərə
təhvil vermək barədə qərar çıxardı. Sovet dövründə M.Y.Cəfərov
Azərbaycan pambıqçılıq
trestində və Azərbaycan Şərabçılıq
trestində hüquq məsləhətçisi vəzifəsində
işləyib. O, 1938-ci il
mayın 15-də Bakıda
vəfat edib. Nəhayət, onu da qeyd etmək
lazımdır ki, son dövrlərdə Tbilisidə
nəşr olunan ikicildlik "Gürcü diplomatik lüğəti"ndə
təkcə 1996-cı ildə
Azərbaycan Respublikasının
Gürcüstandakı fövqəladə
və səlahiyyətli
səfiri təyin olunmuş və 8 ildən çox bu vəzifədə çalışan Hacan Hacıyev haqqında məlumat verilib. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri olmuş, Gürcüstandakı
ilk diplomatik nümayəndəsi,
daha doğrusu ilk səfiri Məmməd Yusif Cəfərov barəsində, sonralar bir müddət onun işini davam etdirmiş Faris bəy Vəkilov, xarici işlər naziri M.H.Hacinski, eləcə də Azərbaycanda məsul vəzifələrdə
çalışan, bir
vaxtlar da Azərbaycan Respublikasının
xarici işlər naziri işləmiş, diplomatik sahədə böyük təcrübəsi
olan həmyerlimiz Həsən Həsənov,
peşəkar dimlomat olan həmyerlimz Ramiz Həsənov barəsində, ümumiyyətlə,
diplomatik fəaliyyətləri
ilə Gürcüstanla
bağlı olan, Azərbaycan tarixinə düşənlər barəsində
heç bir məlumat yoxdur.
Mirzə Məmmədoğlu,
Xalq Cəbhəsi.-
2010.- 21 may.- S.14.