Nizami Tağısoy
tənqidçi və
publisist kimi
Ədəbiyyat adamı
olaraq deyirəm: elə vaxtlar olur ki, elmdə,
sənətdə imzası
olan, hərtərəfli
yaradıcılığa malik,
şəxsən tanıdığımız
və tanımadığımız
adamlar haqqında söz demək ehtiyacı duyursan; ancaq hansı səbəblərdənsə (şəxsən
məndən asılı
olmayan, özüm üçün də aydınlaşdıra bilmədiyim)
bu cür yazılar ya gecikir, ya da
vaxtında yazılmadığından
daim səni narahatçılıq içində
buraxır. Nədənki
cəmiyyətin aparıcı
simaları olan ziyalılar, elm və sənət adamları, müəllimlər bir xalqın, millətin yaşam ağacının
müxtəlif budaqlarıdır.
Gərəkdir ki, o budaqları vaxtında tanıyasan, belədə millət, xalq da cəmiyyətin bu sağlam qollarını yaxşı
tanımağa və tanıdığı üçün
də qorumağa çalışacaq. Ancaq
nə yazıq ki, həmişə bu cür yazıları
yazmaqda bəzən gecikirik, bəzən də hansısa bir münasibət (məsələn, yubiley) gözləyirik. Budur, özüm də bilmədən yaxşı
tanıdığım, son illərdə yaradıcılığını
daha yaxından izlədiyim filologiya elmləri doktoru, professor Nizami Tağısoy (Məmmədov) haqqında
yazmaq istədiyim bu yazı da
onun 60 illiyinə təsadüf edir.
Nizami Tağısoyu
yaxından tanıdığım
vaxtlardan onun fəaliyyətini izləyir,
hər uğuruna sevinir, əsərlərilə
Nizami Tağısoy
tərcümə nəzəriyyəçisi
və tədqiqatçı
kimi elmi fəaliyyətlə məşğul
olan məhsuldar alimlərimizdən biri olaraq Azərbaycan ədəbiyyatının, türk
xalqları ədəbiyyatının,
eləcə də tərcümə nəzəriyyəsinin
müxtəlif aspektlərinə,
aktual problemlərinə
aid bir neçə monoqrafiya və 300-ə yaxın məqalələr
yazıb. Bunlardan yalnız bir neçəsinin adını
çəkmək kifayətdir
ki, elmi yaradıcılığının məhsuldarlığını göz önünə gətirəsən: "XX əsr
rus poeziyası Azərbaycan tərcümələrində"(1992),
"Qazax ədəbiyyatı"(1993),
"Əslin milli özünəməxsusluğu və tərcümə",
(1998), "Səməd Vurğun
dramaturgiyası rus dilində"(1999), "Poetik
tərcümə"(2001), "Qaraqalpaq ədəbiyyatı"(2007)
və s. Burada o, adı çəkilən
monoqrafiya və məqalələrində ayrı-ayrı
problematikanın, ədəbi
hadisə və faktların nəzəri təhlilçısi kimi çıxış edir,
elmi təsnifatları
və şərhlərilə
elmi təsərrüfatın
zənginləşdirilməsinə çalışır. Əslində
N.Tağısoyun elmi fəaliyyətinin bu sahəsi özü bir neçə lokal sahəyə bölünür ki, bunların hər biri ayrıca bir tədqiqatın mövzusudur. Onun qaqauz, qazax, qaraqalpaq, qaracay, qırğız, malkar, özbək, xəzərlər
və s.türk qövmlərilə bağlı
araşdırmaları bu
sahədə yeni bir başlanğıcın
əsasıdır.
Nizami Tağısoy
tənqidçi və
publisist kimi. O, bir ədəbiyyat tarixçisi və tərcümə nəzəriyyəçisi
olaraq yalnız ədəbi prosesi izləməklə qalmır,
ədəbi prosesin ayrı-ayrı şəxsiyyətləri,
ədəbi hadisələrlə
bağlı məqalələrdə,
monoqrafiyalarda fikir və mülahizələrini
söyləyir. Onun müasir ədəbi prosesin aparıcı simaları Sabir Əhmədli, Elçin, Anar, Kamal Abdulla,
Ağarəhim Rəhimov,
Elçin Hüseynbəyli,
Əlirza Xələfli,
Yusif Nəğməkar
və başqalarının
yaradıcılığı ilə bağlı yazdığı məqalələr
ədəbi tənqidimizin
yeni mərhələsinin
əsas səhifələrini
təşkil edir.
"Nəsrin axarı:
zaman və məkan konteksti" bu axtarışların məntiqi nəticəsi olaraq meydana gəlib. "Şilyan: özü, sözü-çeşmənin
gözü"(2009), "Səftər
Həsənzadə. Vətən
həsrətli, barıt
qoxulu sətirlər"(2009)
kitabları isə onun publisistikada son uğurları hesab olunmalıdır.
Onun bir şair, yazıçı
olaraq özünüifadə
etməsində də
bir məntiq və ardıcıllıq
görmək mümkündür.
Təbiiilik, səmimilik,
dağ çayıtək
axıcılıq pafos
və ifadəlilik onun xarakterinin, təbiətinin əsas cizgilərindəndir."Axtaracaqsan məni"(2000), "Bəlkə
dünya öz yolunu çaşıbdı"(2004)
şeirlər kitabları,"Natiqlə
qara zurnanın nağılı və ya hər ikisinə
elegiya"(2008) povesti
ədəbi prosesdə
maraqla qarşılandığındadır
ki, şeir və poemalarının bir neçəsi tərcüməçi Giya
Paçxataşvili tərəfindən
rus dilinə tərcümə edilib, bir neçə şeirinə isə bəstəkarlar Cavanşir
Quliyev və Razim Paşayev tərəfindən mahnı
yazılıb. N.Tağısoy
digər müəlliflərlə
(professor Rafiq Manafoğlu
və dosent Rüstəm Kamalla) birlikdə Azərbaycanda
ilk dəfə olaraq
"İzahlı tərcüməşünaslıq
terminləri lüğəti"ni
hazırlayıb. N.Tağısoy
regional etnoqrafiya və
folklor nümunələrinin
toplanılıb araşdırılması
və nəşri istiqamətində də müəyyən işlər
görüb. 25 ilə
yaxındır ki, onun bu istiqamətdə
apardığı tədqiqatlar
ayrı-ayrı məcmuə
və monoqrafiyalarda öz əksini tapıb.
Şübhəsiz, N.Tağısoyun
yaradıcılıq sferasının,
elmi fəaliyyətinin
çoxşaxəli istiqamətlərinin
siyahısını uzatmaq,
bu yaradıcılıq
istiqamətlərinin hər
birinin ayrıntıları
üzərində geniş
dayanmaq, araşdırmalarının
məzmununa nəzər
yetirmək də məqsədəuyğun olardı.
Belə ki, N.Tağısoyun özü
ilə sözü, yaradıcılığı ilə
kimliyi vəhdətdədir.
Onun yaradıcılığını
səciyyələndirən amillərdən biri məhz budur; bəzi hallarda zaman-zaman ziyalılarda bu vəhdətin qabarıq nəzərə
çarpmadığının az şahidi olmamışıq. O, həyatda
olduğu kimi, elmi fəaliyyətində,
bədii və publisistik yaradıcılığında
da eyni dərəcədə
səmimidir, təvazökardır.
Azərbaycan ədəbiyyatının
müxtəlif problemləri,
ədəbi prosesin inkişaf istiqamətləri,
tərcümə məsələlərilə
eyni dərəcədə
və eyni doğmalıqla məşğul
olur. Hətta bəzən bu fəaliyyətində o, nədənsə
mənə ifrata varmış kimi görünür; dayanmadan
işləyir, yazır.
Məqalədən gah
dərsliyə, gah proqrama, gah da
monoqrafiyaya keçir,
çox zaman bu əziyyətin adekvat qarşılığını
almasa belə usanmadan, yorulmadan yenə yazır və yazdıqlarını
dərc etdirir. Onsuz da o, yazdıqlarından
heç bir təmənna və qarşılıq gözləmir.
Bu cəhətdən N.Tağısoyu
klassik alim və ziyalı tipinə bənzədirəm.
O, üzərinə düşən
missiyanı təbiətinə
uyğun olaraq həyata keçirməyə
çalışır və
çox zaman buna nail olur.
N.Tağısoyun bütün
fəaliyyəti boyu yazdıqları (həm elmi-publisistik, həm də bədii düşüncə sahəsində)
əslində onun yaşadığı şərəfli
tərcümeyi-halın yalnız
kiçicik bir hissəsidir. Biz də burada həyatda və yaradıcılığında
son dərəcə səmimi
olan bu ziyalımızın
əsərləri üzərində
demək olar, dayanmadıq. Bizə yalnız onu demək qalır ki, N.Tağısoyun yaradıcılığı çağdaş
və gələcək
oxucular üçün
mənəvi sərvətdir.
Yaxşı haldır
ki, bu mənəvi
sərvətin sahibi bizim tez-tez qarşılaşdığımız
həmkarımızdır: onun yaradıcılığı
kimi xarakteri də safdır, təmizdir.
Bədirxan Əhmədov,
filologiya elmləri doktoru,
professor
Xalq Cəbhəsi.-
2010.- 25 may.- S.14.