Çingiz Ələkbərovun yubileyi ilə bağlı tədbir
Dünən Azərbaycan Mətbuat Şurasında qocaman jurnalist Çingiz Ələkbərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirilib. Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən düzənlənəən tədbiri açan MŞ sədri Əflatun Amaşov yubilyarı təbrik edərək onun həyat və yaradıcılığının müasir Azərbaycan jurnalistikası üçün örnək olduğunu vurğulayıb. Şura sədri bildirib ki, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş Ç.Ələkbərov ensiklopedik biliyə malik zəka sahiblərindəndir. Yubilyarın indinin özündə də aktiv fəaliyyətdə olduğunu deyən Ə.Amaşov onun Mərkəzi Seçki Komissiyasının Katibliyinin müdiri kimi məsul vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Şura sədri Ç.Ələkbərova Mətbuat Şurasının təbrik plaketini və gül dəstəsini təqdim edib. «Çingiz müəllimin milli mətbuatımızın inkişafındakı, eləcə də dövlət qurumları ilə media arasında əlaqələrin tənzimlənməsi sahəsində xidməətləri çox böyükdür», - deyə o vurğulayıb.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov yubilyarın «Bakı»-«Bakı» qəzetindəki fəaliyyətindən söhbət açıb. «Çingiz müəllimin jurnalistika ilə bağlılığının maraqlı tarixçəsi var. O, Bakı Şəhər Partiya Komitəsində katib işləyərkən öz ərizəsi ilə işdən çıxdı və «Bakı»-«Baku» qəzetinə üz tutdu. Bu, jurnalistikaya hədsiz məhəbbətin, peşəyə olan vurğunluğun əyani nümunəsi idi», - deyən Y.Kərimov yubilyarın Böyük Vətən Müharibəsindəki rəşadətli cəhbə həyatına dair maraqlı faktlar da açıqlayıb.
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, nəşrin əməkdaşı Qüdrət Piriyev, qocaman jurnalistlərdən Arif Hüseynov, Şəddad Cəfərov, Ələsgər Cabbarov və başqaları Ç.Ələkbərovun həyat və yaradıcılığından, onunla bağlı xatirələrdən söhbət açaraq yubilyara uzun ömür və cansağlığı arzulayıblar.
Sonda
çıxış edən Ç.Ələkbərov əməyinə
verilən qiymətə, 85 yaşının qədirbilənliklə
yada salınmasına görə tədbir
iştirakçılarına təşəkkürünü
bildirib. Ömrünün
ötən illərini yada salan
yubilyar taleyini jurnalistika ilə bağlamasından qürur hissi keçirdiyini deyib.
Ç.Ələkbərov Mərkəzi Seçki
Komissiyası ilə KİV arasındakı əlaqələrin
səciyyəvi xüsusiyyətlərindən də bəhs edib. O bildirib ki, jurnalistlər üçün
seçki prosesini əhəmiyyətini
daha önəmli edən cəhət
onların prosesdə eyni vaxtda
üç missiya
daşımalarıdır. «Jurnalistlər, həm seçici, həm yazar, həm
də müşahidəçidirlər. Elə
incə və həssas fəaliyyət göstərməlidirlər
ki, bu üç
missiyadan heç birinə
xələl gəlməsin», - deyən yubilyar
KİV təmsilçilərinin seçki
ilə bağlı suallarını da
cavablandırıb.Qeyd edək ki, Çingiz Hacıbaba olğu
Ələkbərov 1925-ci ildə Bakıda anadan olub. Bakı Dövlət
Universitetinin filologiya
fakultəsini bitirib. 1943-1945-ci illərdə
Böyük Vətən Müharibəsinin
iştirakçısı olub. Müharibədən sonra
müxtəlif yüksək vəzifələr tutan jurnalist 1958-ci ildə
«Bakı» qəzetində fəaliyyətə başlayıb.
1966-1992-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin
Dövlət quruculuğu şöbəsinin
müdir müavini
işləyib, sonra Milli
Məclis Aparatının nəşr və tərcümə
şöbəsinə rəhbərlik edib.
1992-ci ildən Mərkəzi Seçki
Komissiyasının aparatında çalışır. 1995-ci
ildən MSK Katibliyinin müdiridir.
Şamilqızı
Ülviyyə
Xalq Cəbhəsi.- 2010.- 4 noyabr.- S.11.