Türk soyqırımları və Ahıska türkləri

 

Əslində qərarda səbəb kimi qeyd olunan casusluq da, banditlik də, sirr alış-verişi də yalan idi. Onlar bu kimi yalanlarla öz çirkin əməllərini türk düşmənliyi ideyalarını ört-basdır edirdilər. Belə ki, Mikoyan-Stalin cütlüyü öz mənfur antitürk ideyalarını, niyyətlərini kommunist pərdəsi altında gizlədir, ortaya atdıqları sovet dövlətinin müdafiəsini möhkəmlətmək kimi saxta şüarların arxasında özlərini sığortalayırdılar. Saxtakar olmadıqlarını, obyektiv olduqlarını göstərmək üçün bir növ "türklərin gözünə" müsəlman olduqları üçün kürdləri və xemşilləri də qatmışdılar. Əslində bütün Qafqazı - güneyli, quzeyli müsəlmandan təmizləmək - müsəlmansız (türksüz) Qafqaz ideyasını həyata keçirmək çar I Aleksandrın zamanından rus müstəmləkəçilərinin sonra isə daşnak-faşist ermənilərin həyat idealı idi. Məsələnin mahiyyəti isə bundan ibarət idi; Anastas Mikoyan cibində kommunist bileti gəzdirən bir daşnak hay (erməni) faşisti idi. Hay faşisti olduğuna görə bütün xəstə, şovinist fanatizmə yuvarlanmış ermənilərdən biri kimi onun da gecə-gündüz Qafqazı Azərbaycan türkü, tatar, axıska, noqay, kumık, karaçay, malkar, hətta müsəlman osetin, çeçen, inquş, avar, ləzgi və s. millətlərdən təmizləmək planları var idi. Vaxtilə rus çarı Dəli Pyotru, I Aleksandrı, II Yekaterinanı, II Nikolayı və s. məhz bu məqsədlə Qafqaza erməni tacirləri başda İsrayıl Ori olmaqla rüşvət verərək fırıldaq yolu ilə şirnikdirmədilərmi?! Nə qədər eybəcər olsa da, hətta bu gün Rusiyada yaşayan irili-xırdalı bütün xalqların demokratik siyasətə inteqrasiya olması çox istədikləri bir vaxtda belə Rusiyanın rəhbərləri Putin-Medvedyevin başlarının üstündə türkdən dönmə Dəli Petronun (o, tatar knyazı Nəzərbəyovun doğma oğlu idi) portreti asılıb, XVIII əsrdən başlanan kolonial-imperialist siyasəti bu gün - 200 il geriyə çəkilmiş zəka ilə, o zamankı üsullarla Qafqaza uyğulanmaqda davam edir. Gah tarixi Azərbaycan torpaqları olan Qarabağı zorla Azərbaycandan qoparıb haya-erməniyə bağışlayır, gah Abxaziyanı öz içinə daxil edir, gah Acarıstanı müdafiə etmək adı ilə öz gücünü qonşu Gürcüstana göstərir, gah da Gürcüstana elan olunmayan beş günlük müharibə açır. Demək, vaxtı ilə ermənilərin rüşvətlə başladığı şirnikdirici kolonial siyasət bu gün də SSRİ iflas etdikdən 20 il sonra belə Moskva tərəfindən davam etdirilir. Necə deyərlər, erməni yalan olub, rus gerçək. Beləliklə, kommunist bayrağı altında sırf daşnak-faşist ideyalarını həyata keçirən A.Mikoyan müharibə fürsətindən sui-istifadə edərək, Qafqazda yaşayan türklər və qeyri-türk müsəlman xalqlarına qarşı Stalinin əli ilə faşist ruhlu despotik islahatlar həyata keçirməyə başladı. Təsəvvür edin ki, Böyük Vətən və II Dünya müharibəsi 1945-ci il mayın 9-da bitdi, ancaq Gürcüstanda hələ 1952-ci ildə "Köç qərarı" işləyirdi, Axısqa Türkləri o cümlədən Azərbaycan Türklərini Tiflis şəhərindən, Kutaisidən, Diqoradan, Kazbeqidən, Borçalı mahalından, eləcə də Axısqalıları Gürcüstanın Samse-Cavaxeti mahalından, Adıqen, Axalsıx, Aspindz rayonlarından - Barjomi dərəsindən, bir sözlə, 200-dən çox kənd və qəsəbədən köçürməyə davam edirdilər. Stalinin dayazlığı bironda idi ki, Mikoyanın bu yolla Gürcüstanı erməniləşdirdiyini anlaya bilmirdi. Ermənilərin kompakt yaşadığı Axısqa bölgəsini indi ermənilər Gürcüstandan qoparıb Ermənistana birləşdirmək istəyir - onların bu əməlləri var. Gürcüstana qarşı ərazi iddiaları edirlər. Məhz gələcəkdə belə bir niyyəti həyata keçirmək məqsədilə Axıska Türklərinin öz doğma yerlərinə köçməsinə mane olurlarmane olmaqda davam edirlər. Ermənilərin etirazlarına görə Gürcüstan rəhbərliyi Axsıkalıları doğma yurdlarına yerləşdirə bilmir. Gürcüstan rəhbərliyi ermənilərin qəzəbindən ehtiyatlanıb siyasi dövlət iradəsini ortaya qoya bilmir. Axıskalıların kompakt yerləşməsini pozmaq məqsədilə rəsmi Tiflis başqa rayonlarda - gürcü kəndlərində onlara yerləşmək təklif edir, Axıskalılar isə bunu qəbul etmir. Cəmi 491 gün Gürcüstan verdiyi sözü tutdu. Baxın, ermənilər Azərbaycandan Dağlıq Qarabağı, Gürcüstandan Samse-Cavaxetiya-Axıska ərazilərini, Türkiyə Cümhuriyyətindən Qars, Ərzurum, Van, İğdır vilayətlərini Ermənistana birləşdirmək, Rusiyadan StavrapolRostov vilayətinin Armavir, Naxçıvanik rayonlarını isə xəritədə erməni rayonları kimi qeyd olunmasını tələb edirlər. Ən müdhiş eybəcərlik o idi ki, boşalan türk kəndlərinə, köylərinə, evlərinə türkün qanını içməyə hər zaman hazır olan hay-erməni faşistləri köçürür, yerləşdirirdilər. Qəribə idi, nə halal, nə haram, nə savab, nə kərəm, nə hörmət, nə mərhəmət, nə allah, nə İsa, nə Musa anlayışı var idi. İşin ideoloji fəlsəfəsi zor tətbiq etməklə bacardıqca çox qan tökmək idi və tökülən nahaq qana, günahsız qana, vəhşiliyə insan ağlına gələn və gəlməyən ittihamlarla haqq qazandırmaqdan ibarət idi. Halbuki Kiprdə türk tərəfdən köçən rum kəsimi 2004-cü ildə, 30 il sonra doğma yurdlarına dönəndə gördülər ki, dolablarda pal-paltarları, paltarlarının cibindəki pullar, dolabdaya masanın üstündə qalan zinət əşyaları, qızıl, gümüş, əntiq əşya, fincanlar, kasalar, içində çay qaşığı qalan bardaklar, yorğan-döşək və yastıqlar, camaşırlar necə atıb getmişdilərsə, eləcə də qalmışdı, bir insan-türk əsgəri bu mallara toxunmamışdı. Rumlar, yunanlar heyrət etdilər! Gördüklərinə şaşırdılar. Bunları gəlib görənlər Türkiyəli əsgərlərin və kıprıslı türk əsgərlərinin bu yüksək mədəniyyəti qarşısında özlərini itirdilər: necə ola bilərdi ki, savaş ola və "düşmən" evləri 30 il müddətində yağmalanmaya?! Hətta eşitdiklərinə inanmayan AmerikaAvropa ekspertləri dəstə-dəstə gəlib öz gözləri ilə bunları görüb bütün dünyaya car çəkdilər və göstərdilər. Türk Ordusunun gerçəkdən bir Barış Hərəkatı Ordusu olduğunu öz gözləri ilə gördülər. İngilis lordlar palatasının üzvü Lord Neval bəyanat verərək dünyaya bildirdi ki, "əgər 1974-cü ildə Türkiyə əsgərləri Kiprə müdaxilə etməsəydi, adada türk qalmayacaqdı". Yəni artıq 1945-ci ildən 1974-cü ilədək adadan rum kəsimi erməni-yunan lobbisinin havadarlığı ilə 350 minə yaxın türkü müxtəlif üsullarla qovmuş, köçürtmüş, öldürmüş, qətliama məruz qoymuşdu. ABŞ-ın yüksək dövlət rəhbərləri Klinton və hətta Buş, Yunanıstanı büsbütün qınadı. Ancaq yunan tərəfi bunları görməzlikdən gəlir, göz yumur, dünyaya nəinki bəyan etmək, hətta dünyadan gizlətməyə çalışırdı. Ancaq burada, Gürcüstanda-sovet məkanında, erməni-rus hərbi birliyi köçməyə zorlanmış insanların əlindən, qolundan, boynundan ziynət əşyalarını dartıb, cırıb qanla birlikdə çıxardırdı. Tərslikdən elə gətirib ki, mən 1996-ci ildə Qazaxıstanda Kustanay ve Çimkent vilayətlərində həm 1937-38-ci illərdə Azərbaycandan, həm də 1944-1952-ci illərdə Gürcüstandan köçürülən soydaşlarımla təsadüfən görüşmüşəm. Çox qəribə şeylər olur bəzən. 2001-ci ildə heç gözlənilmədən Gürcüstanın Acarıstan Muxtar Vilayətinə və Adıgen, Axalsıx, bir sözlə, Borjimi dərəsi boyu uzanan bölgəni Ermənistan sərhəddinə qədər gürcü dostlarımla gəzdim, hər şeyi gördüm. Orada Türkiyə sərhəddində növbəsində olan türkiyəli sərhəd və gömrük zabitləri ilə hal-əhval tutub görüşdüm. O yerlər inanın ki, Yer üzünün cənnətidir desəm azdır. Minillərlə Axısqa (qıpçak-oğuz) türklərinin vətəni olan bu cənnət misal gözəl yurdda daha çox ermənilər yaşayırdı. Mənim əsəbləşdiyimi və gözlərimdə qəzəb parıltısı görən gürcü dostlarım bəzən önümə keçirdi ki, uzaqdan bizə tərəf baxan ermənilər mənim Türkiyə Türküya Azərbaycan Türkü olduğumu anlamasınlar. O zaman Axısqa türkləri haqqında yazmaq ürəyimdən keçmişdi, ancaq yaza bilməmişdim. Görünür, ürəyimdən keçənlər səmimi müsbət yükümlü hisslərimi kodlaşdırdığına görə o zamanın sirli cazibəsi nəticəsində obrazlaşan hisslərim 9 ildən sonra bu mövzuda yazılmaq üçün toplanırmış...

dostum, AMEA Folklor İnstitutunun əməkdaşı, elmi işçi Atəş Əhmədli deyəsən, ürəyimi gözlərimdən oxuyubmuş. Bir gün mənimlə küçədə, Bakıdakı İran səfirliyinin qarşısında üz-üzə gələrkən salamdan dərhal sonra mənə Axısqa türkləri haqqında yazmağımı xahiş etdi. Hələ nə üçünsə "sən yazarsan, mən bilirəm"- dedi. Qəribə idi, deyilmi?! Əslində bütün Türk Dünyasında baş verən işgəncələr və faciəli hadisələr ürəyimin əzəli-əbədi ağrıları idi. İndi tarixdən görünən gələcəyə baxmağa çalışarkən əlimdəki şüşə parçası bir də diqqətimi çəkdi; gördüm ki, bu şüşə parçası gün tutulması zamanı tutulmaqda olan Günəşə baxmaq üçün hisə verilmiş şüşə parçasıdır...

 

 

Əli Kərimbəyli,

araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2010.- 6 noyabr.- S.14.