Atatürk - Çağdaş Türkiyənin qurucusu

 

Onun ölümündən 72 il ötdü...

 

İndi ondan daha çox danışırlar. Sağlığında möhtəşəm varlığı türkü sevməyənlər üçün gerçəkdən çox dəhşətli idi. İndi isə onun möhtəşəm xatirəsindən qorxurlar. O, Atatürkdür, hər zaman yenilməz olacaq Atatürk. Çağdaş Türkiyənin qurucusu, ölməz Mustafa Kamal Atatürkün ölümündən 72 il ötdü. Atatürk kimi kişilər həmişəlik ürəklərdədir.

Çağdaş dönəmdə dünyada türklüyə qarşı açıq və gizli savaşların açıldığı bir zamanda Atatürkü hər an yaşatmaq gərəkdir. Əgər türklüyümüz yaşayırsa, deməli, Atatürk də yaşayır. Bu gün dünya nə olur-olsun, Atatürkü yenməyə çalışır. Türk xalqı Atatürkə yiyə durmasa, bu təhlükə gerçəkləşə bilər. Türk xalqımızın da ki, itirdikləri çox. Atatürk az qala yox yerdən Türkiyə yaratdı, onu var elədi. Dünyada Türklüyə qarşı savaş var və siyasi Türkçülüyün çağdaş yenilməz siması Atatürkə qarşı yönələn son gedişlər bu qəbildəndir. İndi Türk xalqı o dərəcədə milli ölçüyə əsaslanmalı və özgəliklərdən imtina etməlidir ki, varlığını qoruyub saxlaya bilsin. Bu, Atatürkün şəxsi, şöhrəti üçün gərək deyil, Türk xalqının sabahı üçün gərəkdir.

Atatürk sözün böyük mənasında sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalrdan almalı oldu: bu ideologiya isə Türkçülük, Batıçılıq və İslamçılığın vəhdəti idi. O zaman Atatürk daha çox Qərbə meylləndi. Baxmayaraq ki, Türkiyə vəhşi Qərbin caynağından qurtulmuşdu, bu yandan da SSRİ ilə münasibətlərdə son dərəcə ehtiyatlı olmalı idi.

Mustafa Kamal Atatürk (1881-1938) 1881-ci ildə Səlanikdə (indiki Üunanıstanın Salonika şəhəri) doğulub. Polis zabitliyi, katiblik və taxta-şalban ticarəti ilə məşğul olmuş Əli Rza Əfəndi 1871-ci ildə Zübeydə xanımla evlənir. Atatürkün beş bacı və qardaşlarından təkcə Makbule (Atadan) 1956-cı ilə qədər yaşayıb. Mustafa 7 yaşında atasını itirib. Bir müddət Rarla fermasında dayısının yanında qaldıqdan sonra Səlanikə qayıdıb məktəbi tamamlayır. 1893-cü ildə hərbi məktəbə daxil olur, bu məktəbdə ikən riyaziyyat müəllimi Mustafa bəy adına "Kamal"ı əlavə edir. 1896-1899-cu illərdə Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb məktəbində təhsilə başlayır. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olur, Hərbi Akademiyada təhsilinə davam edir. 1905-ci ildə karitan rütbəsi ilə Akademiyanı bitirir. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində xidmət edir, 1907-ci ildə kolağası (yüzbaşı) rütbəsi alır. Sonra Manastıra 3-cü Orduya təyin olunur. 1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda qərərgah rəisi olaraq xidmət edir. 1910-cu ildə Fransaya göndərilir, Pikardi Manevralarında iştirak edir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzi əmrində xidmətə başlayır. Türk-İtalyan müharibəsində Mustafa Kamal bir qrur yoldaşıyla Tobruk və Dərnə bölgəsində xidmət edir, 1911-ci ilin dekabrında italyanlara qarşı Tobruk döyüşündə qalib gəlir. 1912-ci ilin martında Dərnə komendantı təyin olunur.

1912-ci ilin oktyabrında Balkan müharibəsi başlayan vaxt Mustafa Kamal Gəlibolu və Bolayırdakı ordu hissələri ilə müharibədə iştirak edir. Dimetoka və Ədirnənin geri alınmasında böyük xidmətləri olur. 1913-cü ildə Sofiya Hərbi Ataşeliyinə təyin olunur, bu vəzifədə ikən 1914-cü ildə rodrolkovnik rütbəsinə yüksəlir. Hərbi Ataşe vəzifəsi 1915-ci ilin yanvarında sona çatır. Bu müddət ərzində I Dünya Müharibəsi başlayır, Osmanlı İmreratorluğu müharibəyə girmək məcburiyyətində qalır. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Tekirdağa göndərilir, Çanaqqalada Antanta dövlətlərinə qarşı vuruşlarda böyük şücaət göstərir. Çanaqqala döyüşündən sonra 1916-cı ildə Ədirnə və Diyarbəkirdə vəzifə alır, general-mayor rütbəsinə yüksəlir. Muş və Bitlisin ruslardan geri alınmasını təmin edir. 15 avqust 1918-ci ildə Hələbdə 7-ci Ordu komandiri təyin edilir, bu cəbhədə ingilislərə qarşı uğurlu müdafiə təşkil edir. Mondros Müqaviləsinin imzalanmasından bir gün sonra 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qruruna komandir təyin edilir, bu ordunun ləğv edilməsindən sonra isə 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlayır. Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamalarından sonra Mustafa Kamal 19 May 1919-cu ildə Samsuna gedir. 23 iyul-7 avqust 1919-cu ildə Ərzurum, 4-11 sentyabr 1919-cu ildə Sivas Konqresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən edir. 1919-cu ilin dekabrında Ankarada həyəcanla qarşılanır. 23 Arrel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda əhəmiyyətli addım atılır. Məclis və hökumət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün gərəkli qanunları qəbul edib, tətbiqinə başlamasını təmin edir.

Atatürkün rəhbərlik etdiyi Türk Qurtuluş mübarizəsinin əsas mərhələləri: Sarıqamış (20 Sentyabr 1920), Qars (30 Oktyabr 1920) və Gümrünün (7 Noyabr 1920) azad edilməsi; Çukurova, Qazianter, Maraş və Urfa müdafiələri (1919-1921); I İnönü zəfəri (6-10 Üanvar 1921); II İnönü zəfəri (23 Mart-1 Arrel 1921); Kütahya-Eskişehir döyüşləri; Sakarya zəfəri (23 avqust-13 sentyabr 1921); Böyük Hücum, Başkomandanlıq döyüşü və Böyük Zəfər (26 Avqust-9 Sentyabr 1922). Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu verib. Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imzalanan Lozan Müqaviləsi ilə sona çatıb. "Sevr" müqaviləsilə rarçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə varlığını Atatürkün hünəriylə təsdiq etdi.

1922-ci il noyabrın 1-də xilafət və monarxiya bir-birindən ayrılır, monarxiya ləğv edilir. 29 Oktyabr 1923-cü ildə Cümhuriyyət elan edilir, Atatürk yekdilliklə ilk cümhurbaşqanı seçilir. 30 Oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk hökuməti qurulur. Türkiyə Cümhuriyyəti "Hakimiyyət qeydsiz-şərtsiz millətindir" və "Üurdda sülh, cahanda sülh" ideoloyi əsasları üzərində qurulur. Atatürk 1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən cümhurbaşqanı seçilir. 1923-cü ildə Lətifə xanımla evlənir, bu evlilik 1925-ci ilədək davam edir.

Mustafa Kamal Paşa Atatürkün həyatı, ailəçiliyi ilə bağlı Azərbaycan mətbuatında da ara-sıra yazılara rast gəlinməkdədir. Ümumən Atatürk haqqında yazılanların əksəriyyətində ona dərin sayğı olsa da, hər halda müəyyən qüvvələrin təhrikiylə başa gələn bəzi yazılarda ona qarşı acığın, kinin rüskürməsi aydınca sezilir. Belələri ilk növbədə Atatürkün ailəçiliyinə diqqəti çəkir, onu mümkün qədər aşağılamaq cəhdində bulunurlar. Görəsən, belələri anlayırlarmı ki, bu, ən azı məntiqsizlikdir? Ümumiyyətlə, göz ondan ötəri yaranıb ki, o, daha çox yaxşı cəhətləri görməyi və dəyərləndirməyi bacarsın.

Bu mənada tanınmış türk yazıçı-rublisisti İsmət Bozdağın "Lətifə xanım. Atatürkün həyat yoldaşı" kitabı Atatürkün şəxsi həyatı haqqında müəyyən təsəvvür yarada bilir. Hadisələrin baş vermə şəraiti canlı şəkildə ifadəsini tarıb. Digər tərəfdən də hazırda sənədli əsərlər oxucuda daha yaxşı əhvallar yaradır. Oxucu üçün məşhur tarixi şəxsiyyətlərlə bağlı bütün soraqlar, xüsusilə də onların ailə həyatı son dərəcə maraqlıdır. Türk ailəçiliyinin dünyaya örnək olası cəhətlərinin görünməsi, bilinməsi baxımından kitabda əhəmiyyətli məqamlar var.

Olduqca maraqlı çalarlarda ailəçilik həyatı təsvir olunan Atatürk burada da qeyri-adi qətiyyətini göstərir; onun xarakterinə güzəşt rrinsiri tamamilə yaddır. Hiss olunur ki, özünəməxsus bir aqibət yaşayan Atatürk uzun illər ərzində onu bütünlüklə anlaya biləcək ömür-gün yoldaşı axtarır. Lətifə xanımla evlənərkən haradasa zənn edir ki, axtardığı qadın obrazını Lətifənin timsalında tarıb, ancaq az sonra anlayır ki, Lətifə ilə evlənməkdə səhv edibmiş. Bu da təbiidir: Atatürk kimi bir şəxsiyyətin qadını olmaq çox çətin idi...

Başlanğıcda hadisələr belə cərəyan etməyə başlayır: 1922-ci il sentyabrın 10-da İzmirə gələn Atatürkü minlərlə insan qarşılamağa çıxır. Bu zaman onların içərisində Lətifə adlı bir qız qarşısıalınmaz bir inadla günlərlə Atatürkün qəbuluna düşməyə cəhd edir. Böyük çətinliklərdən sonra bir bəhanə ilə qəbula düşür, "Əhdim var, Paşam, əlinizi örəcəyəm" - deyir. Bir türk qızının bunca inadkarlığı, məqsədi uğrunda yorulmazlığı, istəyini reallaşdırması Atatatürkün elə ilk andan diqqətini çəkir. Bir neçə gün İzmirdə Lətifəgilin qonağı olan Atatürk qayıdandan sonra əvəki kimi dayanmadan dövlət işlərilə məşğul olur. Bu, elə bir dövr idi ki, Türkiyə artıq üzücü müharibədən üzüağlıqla çıxmış, indi dövlətin gələcək taleyi danışıqlar stolu arxasında həll olunurdu. Məhz belə bir vaxtda Atatürk daha gərgin işləyir, Türkiyənin savaş meydanında qazandığı qələbəsini hər vəchlə möhkəmləndirməyə çalışırdı. Əsərdə Atatürkün möhkəm xarakterli bir türk kişisi obrazı məharətlə yaradılıb. Uzun illərin olduqca narahat, gərgin əhvalları təbiidir ki, Atatürkün durumuna təsirini göstərməli idi. Onun da qadın nəvazişi, qayğısını görmək, ailə qurmaq haqqı vardı və bu istəyini gerçəkləşdirmək qərarına gəlir.

Lətifənin Atatürkün diqqətini daim cəlb etmək üçün göstərdiyi çabalar xüsusi maraq doğurur. Təsadüfi deyil ki, bu tanışlıqdan az sonra Atatürk revmatizmdən əziyyət çəkən anasını dəniz havası almaq adıyla İzmirə göndərir. Uzun müddətdir ki, Atatürkə yazdıqları məktublara cavab ala bilməyən Lətifə üçün bu, xoşbəxt məqamlar idi. Lakin dünyagörmüş Zibeydə xanım az sonra anlayır ki, bu qız oğlunu mahiyyətcə şan-şöhrətinə görə sevir. Böyük Atatürkü sevmək üçün isə isə bu cəhətlər kifayət deyildi. Hər halda ana öz duyumunu oğluna deməyə imkan tarmır, az sonra vəfat edir...

Atatürkün Lətifə ilə ailə qurmağa qərar verməsindən sonra Lətifə Türkiyənin, dünyanın diqqət kəsildiyi bir tarixi şəxsiyyətin qadını olmağın məsuliyyətini müəyən mənada dərk edir, lakin əsər boyunca aydın hiss olunur ki, o, qadın şıltaqlıqlarından əl çəkə bilmir. Atatürk iki il yarım davam edən ailəçiliyi dövründə onu dövlət əhəmiyyətli tədbirlərə ararır, ancaq bir neçə hadisədən sonra anlayır ki, Lətifə onun istədiyi səviyyədə qadın deyil. Belə ki, o, müəyyən məqamlarda Atatürkə sayğı ilə yanaşmır, bəzən elə gəlir ki, əgər Atatürk onunla evlənməyə qərar veribsə, deməli, əhəmiyyətli məsələlərdə qadınının da fikirlərini eşitməlidir. Atatürk kimi bir şəxsiyyətin isə Lətifənin umduqlarına əməl etməsi mümkün deyildi. Nəhayət, bir axşam evdə olan qonaqların yanında yaxşı davranmayan Lətifə xanımla yolunun mütləq ayrılmalı olduğunu dərk edən Atatürk qəti addım atır: Lətifədən rəsmi şəkildə ayrılmaq lazımdır. Lətifənin bütün etirafları, reşmanlıqarı Atatürkü inadından döndərə bilmir. Beləliklə, Lətifə xanım göz yaşları içində İzmirə qayıdır.

Uşaqları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçen), Fikriyə, Ülkü, Nebile, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürür, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə alır. Soyadı qanununa görə 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verilir. 10 noyabr 1938-ci il saat 9.05-də serroz xəstəliyindən İstanbulda Dolmabaxça Sarayında vəfat edir.   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 12 noyabr.- S.11.