Tarixi türk ellərimiz
Bu söhbətimiz hazırda "Ermənistan" adlandırılan, ancaq başdan-başa tarixi Azərbaycan-Türk torpağı olan böyük bir bölgənin tarixi mahalları barədədir. Bu barədə daim söhbət açmaq ona görə gərəklidir ki, ruh yaddaşımız korşalmasın.
Tanınmış mahallardan
biri olan Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi 1877-1878-ci illərdə çar Rusiyası tərəfindən
işğal edilərək
Tiflis quberniyasının Qars
qəzasının Ağbaba
nahiyəsi şəklində
Rusiyanın tərkibinə
qatılıb. Sovet dövründə 1930-cu ilə
kimi Gümrü qəzasının Ağbaba
nahiyəsi adlanıb,
"Ermənistan SSR" rayonlaşdırılan
zaman bu ərazidə Amasiya inzibati rayonu yaradılıb. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə
Sovet-Türkiyə sərhədləri
müəyyənləşdirildikdən sonra Ağbaba mahalının Köhnə
İbiş və Bəzirgan kəndləri Türkiyə ərazisində
qalıb. Mahal Keçid dağları, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnib.
Dərələyəz mahalı
indi "Ermənistan"
adlanan tarixi türk torpaqlarının
sayılıb-seçilən mahallarından olub. Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra
Rusiyaya birləşdirilib,
Çar hökumətinin
1870-ci il ərazi-inzibati
bölgüsünə əsasən
mərkəzi Baş Noraşen olmaqla İrəvan quberniyasının
Şərur-Dərələyəz qəzasına daxil edilib.
"Ermənistan
SSR" rayonlaşdırılan zaman Keşişkənd və Soylan rayonlarına bölünüb.
Dərələyəz mahalı
bir tərəfdən
Basarkeçər, digər
tərəfdən Dərələyəz
dağ silsilələri
ilə əhatələnib.
Dərələyəz (indi
Ayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı
arasındadır, şərqdə
Zəngəzur zirvəsinə
qovuşur. Uzunluğu
70 km, ən hündür
zirvəsi Kükü
dağıdır (3120 m).
Böyük bir tarixi Azərbaycan-Türk mahalı olan Zəngəzur mahalı Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir.
Ona görə bu əraziyə Zəngi Dərəsi də deyilir. Bütün Zəngəzur
mahalı boyu uzanan bu dağ
silsiləsi Tərtər
və Arpa çaylarının yuxarı
axınlarından Araz
çayınadək gedib
çıxır. Uzunluğu
təqribən 130 km, hündürlüyü
isə 3904 metrdir. Çar Rusiyası dövründə Gəncə
Quberniyasının tərkibində
olub, "Ermənistan"
respublikası rayonlaşdırılan
zaman mahalın bu respublikada qalan hissəsində 4
rayon (Meğri, Gorus, Qafan, Qarakilsə) yaradılıb. Bu mahalın
indi o ellərdən
20 ildən çoxdur
deportasiya olunmuş soydaşlarımızın ağlında
və ürəyində
yaşayan yer-yurd, təbiət adlarına diqqət kəsilək: dağlar: Qapıcıq, Alangəz, İşıqlı,
Gəzbel; qayalar: Şahbaz yurdu, Dərbənddaşı, Hup;
yaylaqları: Hüseynbəyçimən,
Savxan, Xəllərgah,
çeşmələr: Darbərə,
Kahlan, Şırşırı,
Bəhrambəy; çayları:
Gilan, Saqqarsuyu, Oxçuçay, Bəsit,
Bazarçay və s.
Məşhur Göyçə
mahalı Göyçə
gölünün sahilləri
boyu geniş bir ərazini əhatə edir. Bu yerlər Rusiyaya birləşdirilənə kimi
İrəvan xanlığının,
sonralar isə İrəvan quberniyasının
tərkibində olub. Sovet hakimiyyəti illərində "Ermənistan"da
rayonlaşdırılma aparılarkən
Göyçə mahalı
5 rayon arasında bölüşdürülüb:
Çəmbərək, Basarkeçər,
Aşağı Qaranlıq,
Kəvər, Yelenovka.
Geniş otlaqlara malik olan Göyçə
mahalında yaşayan
əhali daha çox əkinçilik,
maldarlıq, bağçılıq,
xalçaçılıq və balıqçılıqla
məşğul olub.
Habelə Göyçə
Azərbaycan aşıq
sənətinin, aşıq
şeirimizin beşiklərindən
biri olub, ədəbiyyat və mədəniyyət tariximizə
Aşıq Alı, Aşıq Ələsgər,
Aşıq Əsəd,
Aşıq Qurban, Aşıq Musa, Aşıq
Qasım, Aşıq Nəcəf, Aşıq Sayad, Aşıq Məhərrəm, Aşıq
İmran kimi neçə-neçə ustad
saz və söz sənətkarlarını
bəxş edib.
Borçalının Ermənistanda
olan hissəsi Loru adlanır. Borçalı Rusiya tərəfindən işğal
olunduqdan sonra bu ərazidə Tiflis qəzası daxilində Borçalı distansiyası
yaradılıb. 1880-ci ildə
Tiflis quberniyası daxilində
Borçalı qəzası
təşkil edilir, onun ən böyük
nahiyəsi məhz Loru olur. Loru
Borçalının dağlıq
hissəsini təşkil
etdiyindən ona Dağ Borçalısı
da deyirlər. Bu yerlərdə bir vaxtlar Loru şəhərinin
mövcudluğu və
həmin şəhərin
1236-cı ildə monqollar
tərəfindən dağıdıldığı,
14-15-ci yüzillərdə təzədən bərpa
olunduğu, 15-17-ci yüzillərdə
İran və Osmanlı hücumlarına
məruz qaldığı
yazılır. 1918-c ilin
oktyabrında erməni
daşnak hökumətinin
silahlı qüvvələri
qəflətən Borçalıya
hücum edərək
Loru və Pəmbək ərazilərini
işğal edir.
1919-cu ilin yanvarında
Tiflisdə keçirilən
"Ermənistan" - Gürcüstan
konfransında Borçalı
qəzası, əslində
isə Loru nahiyəsi neytral zona elan edilir.
1920-ci ilin setyabrında
türk qoşunlarının
Gümrünü tutmasından
narahat olan Gürcüstan hökuməti
Loru neytral zonasına nəzarəti öz üzərinə götürür. 1921-ci il
noyabrın 6-da Gürcüstan
bolşevik hökuməti
ilə "Ermənistan"
bolşevik hökuməti
arasında Loru mahalının "Ermənistan"a
verilməsi barədə
razılıq əldə
edilir. 1922-ci ilin dekabrında Vorontsovka bölgəsi də Ermənistanın Loru-Pəmbək
qəzasına qatılır.
Beləliklə, Ermənistanın
inzibati bölgüsündə
Loru mahalı 4 rayon - Barana, Allahverdi, Calaloğlu, Vorontsovka kimi əksini tapır.
Şörəyel (Şirək-El)
mahalının çox
hissəsi hazırda Türkiyə ərazisində
yerləşir. Əhalisi
bütünlüklə Azərbaycan
Türklərindən ibarət
olub. Mahalın Rusiya tərəfindən işğal olunmuş hissəsi "Ermənistan
SSR" rayonlaşdırılan zaman 3 inzibati rayona - (Düzkənd, Agin, Ərtik) bölünüb. Qədim
şaman türklər
olan Şirək tayfalarının miladdan əvvəl 3-2-ci minilliklərdə
Don-Terek çayları
ətrafında yaşadığı
və Xəzərlərin
bir qolu olan bu tayfaların
Qafqaz dağlarını
aşaraq Azərbaycana
gəlmələri, Araz-Arpa
çayı boyunca yerləşmələri haqda
yazılır. "Dədə
Qorqud" dastanlarında
Şəruk kimi qeyd edilir. Düzkənd
rayonundakı qala və kənd Şirək adlanıb.
Əziz Ələkbərli
Xalq Cəbhəsi.-
2010.- 13 noyabr.- S.14.