"Məşrutə xalq hərəkatı idi"
Səttarxanın
ölümündən 96 il ötür...
Milli tariximizin
əksər çağlarında
özümüz olmamışıq,
yəni tarixi taleyimizə sahiblik etməmişik, yaratdıqlarımıza
yiyə durmamışıq.
Bir xalq olaraq böyüklüyümüz
bizi sevməyənləri
dəhşətə gətirsə
də, bunun fərqində olmamışıq,
sürətlə özümüzdən
ayrılmışıq. Millətin
yaşamağa, sabaha ardıcıl, aramsız, inadlı, inamlı münasibəti olmadıqca
onun özünü təsdiqi çətinləşir.
Dünyanın indiki gərgin çağında
millətin özünü
təsdiqi daim mübarizə tələb
edir. Yaxın yüzildə Güney Azərbaycanda baş verən tarixi hadisələri dönə-dönə
öyrənməyimiz, sabahımız
üçün yaşarı
qənaətlərə gəlməyimiz
bu mənada çox gərəklidir.
Tanınmış araşdırmaçı
Əkrəm Rəhimli
deyir ki, 1905-1911-cı
illərdə baş vermiş Məşrutə
hərəkatı təkcə
İran üçün
yox, həm də Yaxın və Orta Şərq
ölkələrində azadlıqsevər
insanlar üçün
də tarixi və çox önəmli hadisə olmuşdu: "Məşrutə
hərəkatı 20-ci yüzildə
baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır
açmışdı. Bu mənada
Məşrutə hərəkatını
Yaxın və Orta Şərq ölkələrində keçən
yüzillikdəki milli
azadlıq və demokratik hərəkatların
"pioneri" adlandırmaq
olar. 1905-1911-ci illərdə
baş vermiş Məşrutə hərəkatının
məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar,
onu uğurlu qələbəyə çatdırmaq
istəyənlərin hamısı
qəhrəmandır, tariximizdə
və yaddaşımızda
həmişəyaşar insanlardır.
Məşrutə qəhrəmanları
sırasına milli qəhrəmanlarımızla yanaşı
müxtəlif millətlərin
- farsların, kürdlərin,
ərəblərin, talışların,
rusların, gürcülərin,
polyakların, bolqarların,
hətta uzaq Amerikadan məşrutəçilərə
köməyə gəlmiş
insanların da xatirələrini minnətdarlıqla
yad etmək gərək. Bu, bir daha göstərir ki, Məşrutə hərəkatı bir ölkə çərçivəsindən
çıxıb beynəlxalq
ictimaiyyətin nəzər-diqqətini
özünə yönəldə
bilmiş xalq hərəkatı idi.
Müstəbid rejimə
və onun söykəndiyi əcnəbi
müdaxilələrə qarşı
mütərəqqi insanların
mübarizəsi və
həmrəyliyi idi.
Bu yolda canlarını
fəda etmiş Sərdari-milli Səttarxan,
Salari-milli Bağırxanla
yanaşı onların
vəfalı silahdaşları
Əli Müsyonun, Heydər Əmioğlunun,
Şeyx Məhəmməd
Xiyabaninin, yadların əli ilə dara çəkilmiş
din xadimi Siqətülislam
Təbrizinin, Məmmədtağı
xanın, canını
və bütün sərvətini Məşrutə
yolunda qoymuş Hacı Mehdi Kuzəkünaninin, son nəfəsə
qədər Məşrutə
bayrağını yerə
qoymayan Həsən xan Bağbanın, onun qardaşı Hüseyn xan Bağbanın, "Mərkəzi
qeyb"in rəhbərləri,
fəallarının (Hacı
Rəsul Sadiqan, Hacı Əli Davafiruş, Seyid Həsən Şərifzadə,
Məhəmmədəli Tərbiyət,
Cəfərağa Gənceyi,
Mir Bağırağa, Mirəli
Əsgəri, Ağanağı
Şücai, Məhəmməd
Sadiq Xameyni və s.) və minlərlə məşrutə
qəhrəmanlarının adlarını çəkib
əziz xatirələrini
yad etmək borcumuzdur".
Ötən yüzilin
əvvəllərində Rusiyada
çıxan "Novaya Vremya"
dərgisinin "Xalq qəhrəmanı", İtaliya
mətbuatının "İranın
Hannibalı" adlandırdığı,
Məşrutə hərəkatının
rəhbəri Səttarxanın
həyatı, onun keçdiyi mübarizə
yolu, xüsusən Məşrutə hərəkatındakı
tarixi rolu, sərkərdəlik məharəti
və ömrümün
faciəli sonluğu barədə danışan
Ə.Rəhimli deyir:
"Tehranın yaxınlığında,
Həzrət Əbdüləzimin
"Tuti" adlanan bağında adına və qəhrəmanlığına
layiq olmayan çox sönük bir məzarda uyuyan Səttar Hacı oğlu 1867-ci il avqustun 16-da Qaradağda anadan olub".
O, qeyd edir ki, XX əsrin
görkəmli xalq sərkərdəsi Səttarxanın
Tehrana "məsləhət"
ünvanı ilə çağrılması, sonra
ona və onun silahdaşlarına alçaqcasına xəyanət
edilib divan tutulması
həmin qanlı olayların qara səhifəsidir. Səttarxan
Təbrizdən 100 mücahidlə
Təbrizə yollansa da, yol boyu
ona razılığı
olmasa da, daha 200 könüllü mücahid qoşulmuşdu.
Səttarxana və onun dəstəsinə dövlət tərəfindən
Atabək parkında iqamətgah ayrılır.
Səttarxan dəstəsi
ilə parkda olarkən Tehran şəhəri
polis idarəsinin başçısı,
erməni Yefremin əmri ilə hər tərəfdən atəşə tutulur. Bu qanlı terror bilərəkdən
uzun müddət xalqdan gizli saxlanılmışdı.
Erməni dığasının
odlu silahından açılan atəşin
zəhərli gülləsi
Sərdari-millini ayağından
yaralayır. Bu zəhərli
güllə Sərdari-millimizin
ayağına, Azərbaycanın
isə köksünə
dəydi. Aldığı
yaradan uzun müddət yatağa düşmüş Səttarxan
vətəninə məhəbbət,
xalqına azadlıq arzusu ilə 1914-cü il noyabrın 16-da vətəndən uzaqda-Tehranda
gözlərini əbədi
yumdu. Onu Tehranın yaxınlığındakı
Həzrəti- Əbdüləzimin
"Tuti" adlanan bağında dəfn etdilər.
Mütləqə İnam
Fəlsəfəsinin yaradıcısı,
Azərbaycan filosofu Asif Ata "Tarixə çatmaq" fəlsəfi-tənqidi
əsərinin "Səttarxanlığımız"
bölümündə yazır:
"Səttarxanlığımız-
Məşrutəni böyüdən
və Məşrutə
tərəfindən öldürülən,
İranı yüksəldən
və İran tərəfindən aldadılan;
Cənubi Azərbaycan
milli hərəkatına
başçılıq eləyən
və İrana yarayan, qəhrəmanlığında
bənzərsiz olan və üsyançı adlandırılan; siyasətbazlarla
qarşılaşan, yükü
şöhrətindən artıq
olan; xarici təsirdən yox, daxili, tarixi tələbatdan yaranan, Azərbaycan xalq oyanışına rəhbərlik
eləyən və İranı xilas edən, köhnə üsul-idarəni devirən
və yağıların
hakimlik elədiyi yeni üsul-idarəni təsdiq edən, ehkama sığmayan; Milli Azərbaycan Azadlığına xidmət
eləyən və ümumi İran hərəkatını yetirən
- onun ən böyük siması olan.
Ümumi İran
hərəkatından Azərbaycan
azadlığı doğmadı,
təzə əsarət
doğdu; İran Səttarxandan bolluca bəhrələndi, sonra rəzilcəsinə qəhrəmana
qıydı: İran yarası sağaldı, Azərbaycan yarası sağalmadı. Faciəvi
tariximiz - özgələrə
yaramağımız, yaraq
olmağımız və
özgələr tərəfindən
öldürülməyimiz bir daha təsdiqləndi.
Türklər özgələrə
çox yarayıblar.
İranın ən böyük hökmdarları
- ölkəni ən çətin məqamlarda
xilas eləyən hakimlər türklər olublar - Mahmud Qəznəvidən
başlamış Nadir şaha
qədər; İranın
ən dahi şahı - Şah Abbasdır - Səfəvi nəslindən; XX əsr İranın ən böyük qəhrəmanı
Səttarxandır və
Türkü xalq saymayan da İrandır,
Cənubi Azərbaycan
yarasını yaradan da İrandır; İran qüvvətləndikcə
yara şiddətlənir
- Türk qəhrəmanı
İranı qüvvətləndirir
- özünün ziyanına.
İran qüvvətləndikcə
Cənubi Azərbaycan
fəlakəti artır
və Azərbaycan qəhrəmanı bu fəlakəti qüvvətləndirir
- istəmədən. Tarixi
fəlakətimiz təkrar
olunur: özümüzə
özgə böyüdürük,
özgəyə gərək
oluruq, özgəni öz üzərimizdə
böyüdürük, öz
fəlakətimizə böyüdürük
- fəlakətimizi böyüdürük.
Zəncir böyüdürük,
zindan böyüdürük,
zillət böyüdürük,
əzab böyüdürük,
əsarət böyüdürük.
Qüdrətimiz özgəyə
gərək olur, özümüzə gərək
olmur. Ölkədə
məşrutə bərqərar
oldu, parlament yaradıldı və bunlar Azərbaycanı azad eləmədi; Azərbaycan əsarətinə
son qoyulmadı, Ümum
İranlıq - Azərbaycana
xeyir vermədi, Müstəqil Azərbaycan
ideyasına xidmət eləmədi, Azərbaycan
birləşib vahid dövlət olmadı, İran təzələndi,
ancaq Azərbaycanın
köhnə dərdi sağalmadı. Milli məsələni düzgün
və ədalətli həll eləyən bir hökuməti qurmaq istəyirdi Səttarxan, ancaq Məşrutə üçün
Azərbaycan dərdi yox idi əslində;
Məşrutə üçün
İran dərdi var idi və
bu dərdin dərmanı Azərbaycanın
azadlığı deyildi;
Azərbaycanın əbədi
İranlaşmasına zidd
deyildi Məşrutə
başçıları, Cənubi
Azərbaycanın müstəqilliyi
- İran möhtəşəmliyinə
zərbə idi; Təbrizsiz Tehran əzəmətini
itirərdi; bu səbəbdən də İran məşrutəsi
milli məsələni
ədalətcəsinə həll
edə bilməzdi.
Azərbaycan azadlığını
ingilis də, fransız da, rus çarı da istəmirdi. Onlara vahid İran
gərək idi - vahid İran iqtisadiyyatı, siyasəti.
İran uğrunda döyüş gedirdi əcnəbilər arasında;
İran payı qarmalayırdılar soyğunçular;
Azərbaycan bu payın ən dəyərli hissəsiydi,
ondan keçə bilməzdilər, Azərbaycanın
əbədi İranlaşması
üçün səylərini
əsirgəmirdilər. Müstəqil
Azərbaycan ideyasının
müttəfiqi yox idi əslində..."
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2010.- 30 noyabr.- S.14.