Bədii ədəbiyyata maraq azalıb

 

 Şagirdlər sinifdənxaric oxuya deyil, internet və kinofilmlərə meyillidilər

 

Sinifdənxaric oxu hər bir şagirdin mənəvi aləminin zənginləşməsində, onun bilik bazasının artırılmasında, insan kimi yetişməsində mühüm əhəmiyyətə malikdir. Sovet dönəmində sinifdənxaric oxuya xüsusi diqqət yetirilir, hər cür imkanlar yaradılır, müəllimlər bu prosesdə yaxından iştirak edərək şagirdlərə istiqamət verir, hansı kitabları oxumaq lazımdırsa onları sıralayıb şagirlərə təqdim edirdilər. Heç təsadüfü deyil ki, hər bir məktəbin özünün xüsusi kitabxanaları vardı həmin kitabxanalarda sinifdənxaric oxu vəsaitlərinin sayı kifayət qədər çox idi. İndi var, amma səviyyə etibarilə qaneedici sayıla bilməz.

Ekspert Məlahət Mürşüdlü şagirdlər arasında bədii kitablara marağın qənaətbəxş olmadığını dedi: "Məktəblilərin bədii kitablara meyl göstərməsi hallarına çox az-az rast gəlinir. Bu da yeni texnologiyaların - internet, telefon s. vasitələrin geniş yayılması ilə bağlıdır. Burada əsas məsuliyyət valideynlərin müəllimlərin üzərinə düşür. Çünki uşaqda kiçik yaşlarından bədii kitablara maraq oyadılmalıdır. Bədii kitabların nitq qabiliyyətinin inkişafında, söz ehtiyatının artmasında, ümumiyyətlə dünyagörüşünün formalaşmasında çox böyük əhəmiyyəti var. Digər ölkələrlə müqayisədə Azərbaycanda bu təcrübədən istifadənin göstəricisi çox aşağıdır. Mən orta məktəblərdən birində ədəbiyyat müəlliməsi işləyirəm biz hər dəfə bu cür problemlərlə rastlaşırıq. Çalışırıq ki, şagirdlərdə buna maraq yaratmaq üçün həvəsləndirici vasitələrdən istifadə edək. Bunu heç təsadüfən etmirik. Dünya ölkələrində bu cür metoddan istifadə olunur. Məsələn, Türkiyə məktəblərinin birində ən çox kitab oxuyan şagirdə kompüter bağışlanıldı.

Növbəti il müşahidə olunmuşdu ki, bədii kitab oxuyanların sayı daha da artıb. Bu həm onu göstərir ki, problem yalnız bizdə deyil. Bütün dünyada bununla bağlı müəyyən addımlar atılır. Lakin Azərbaycanda proqramdankənar materialların öyrənilməsinə şagirdlərdə demək olar ümumiyyətlə heç maraq yoxdur belə şagirdlər barmaqla sayılacaq qədərdir. Sinifdənxaric oxu məsələsində əvvəlki nəsillə indiki yeniyetmələri müqayisə etsək, kəskin fərqlər görərik. Qabaqlar yay tətilindən qayıdan şagirdlərdən bununla bağlı rəyi soruşanda onların əksəriyyəti bir neçə bədii kitab oxuduqlarını bildirirdilər. Amma indi yüz məktəblidən 2-3 nəfəri boş vaxtlarında bədii kitab oxuduğunu söyləyir. Qalanları isə internetlə məşğul olduqlarını, televiziyada filim seyr etdiklərini bildirirlər".

Ekspert məktəb kitabxanalarındakı vəziyyətlə bağlı da fikirlərini bildirdi. Onun sözlərinə görə, kitabxanaların bədii kitablarla təminatı sahəsində mühüm işlər görülür: "Kiril qrafikası ilə yazılan bədii kitabların son vaxtlar latın qrafikasına çevrilməsi prosesi aparılır. Hər bir şagird məktəb kitabxanalarından istədiyi kitabı əldə edə bilər. Yetər ki, onların buna marağı olsun".

Müasir Təhsil Tədrisə Yardım Mərkəzinin sədri Elmina Kazımzadə nəinki orta məktəb şagirdləri arasında, ümumiyyətlə dünyada bədii kitab oxumağa marağın azaldığını dedi: "Dünya ölkələrinin əksəriyyətində bununla bağlı "kitaba dəstək" adlı kampaniyalar da keçirilir. Fikrimcə, bu cür kampaniyaların Azərbaycanda da təşkil olunması vacibdir". Onun sözlərinə görə məktəb kitabxanalarında internet imkanları da olmalıdır: "Əgər bu imkan yoxdursa, onda həmin kitabxana daha çox muzeyi xatırladır. Ora müraciət edən məktəblilər müzeyə baxmağa gələnlərdən

olacaq, nəinki hər hansı bir informasiyanı, məlumatı axtaran maraqlandığı suallara cavab tapmağa çalışan oxucu".

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirdi ki, sinifdənxaric oxu dil-ədəbiyyat müəllimlərinin dərs proqramlarına daxil edilir: "Hər hansı bir şairin, yazıçının yaradıcılığı ilə bağlı bəhsi keçib başa vurduqdan sonra proqramda iki saatlıq sinifdənxaric oxu məsələsinə vaxt ayrılmalıdır. Bu vaxt müəllim keçilən mövzu ilə bağlı bir daha ümumi məlumat verməli, sonra da şagirdlərin bu haqda daha geniş məlumat əldə etməsi üçün məktəb kitabxanalarına müraciət etmələrini hansı kitabları oxumalarını məsləhət görməlidirlər. Daha sonra müəllim verdiyi tapşırıqlara əməl olunub-olunmamasıyla bağlı şagirdlər arasında sorğu keçirməli bu proses bütün dərs ili boyunca sistemli şəkildə davam etdirilməlidir. Amma hazırda bizim orta məktəblərimizdə şagirdlərdən bir çox amillər tələb olunmur ki, onlardan biri sinifdənxaric oxu məsələsidir. Uşaqların əksəriyyəti öz-özünə bu cür meyllərə maraq göstərmir. Ona görə onlara istiqamət verilməlidir. Amma məktəblərimizdə müəllimlər buna vaxt ayırıb, şagirdlərə istiqamət vermirlər. Müəllimlər tərəfindən bu cür tələblər olmadığına görə əksər uşaqlar proqramda sinifdənxaric oxuya vaxt ayrıldığını belə bilmirlər. Digər tərəfdən sinifdənxaric oxu məktəblilərin həyatında əsas rol oynamır. Onlar çalışırlar ki, repititor yanına getsinlər ali məktəblərə qəbul üçün ancaq beş fəndən hazırlaşsınlar. Bunun da təsiri özünü açıq aydın göstərir. Başqa bir tərəfdən məktəblərdə müəyyən müzakirələrin, diskussiyaların, şair yazıçılarla görüşlərin təşkil edilməməsi məsələyə mənfi təsir edir. Çox yaxşı olardı ki, problemə kompleks yanaşılsın. Nəinki məktəblər, bütövlükdə cəmiyyət - valideynlər, QHT-lər, müəyyən qurumlar s. bu sahənin inkişafına yardımçı olsalar, xeyli irəliləyişlərin şahidi olarıq".

Bütün deyilənlərə rəğmən orta məktəblərdə məsələylə bağlı vəziyyəti araşdırmaq qərarına gəldik Nəsimi rayonu 19 saylı orta məktəbə baş çəkdik. Bizi məktəbin mühafizə xitdməti qarşıladı. Özümüzü təqdim edəndə mühafizə xidmətinin işçiləri mətbuat nümayəndələrinin məktəbə daxil olmasına icazə verilmədiyini bildirdi. Bir qədər gözlədikdən sonra mühafizəçilərdən biri məktəb direktorunun bizimlə görüşmək istədiyini söylədi. Nəhayət ki, bu görüş baş tutdu direktora özümüzü təqdim etdik, gəlişimizin məqsədini bildirdik. Məktəb direktoru dedi ki, "Bakı Şəhər Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızıdan icazə almamış sizə heç bir məlumat verə bilmərik. Zəminə xanımla əlaqə yaradın, əgər o, bizə zəng vurub tapşırsa, onda sizə kömək edə bilərik". Çarəsiz qalıb direktorun dediyi kimi Zəminə Əliqızı ilə əlaqə saxladıq məktəblərdə şagirdlər arasında sinifdənxaric oxu məsələsiylə bağlı sorğu keçirmək, məktəb kitabxanalarında bu cür vəsaitlərin olub-olmaması ilə maraqlanmaq, müəllimlərin prosesdə necə iştirak etdiyini öyrənmək istədiyimizi bildirdik. Amma Zəminə Əliqızı bizim məktəb daxilində araşdırma aparmağımıza icazə vermədi dedi ki, guya biz ancaq ictimai yerlərdə bu məsələylə bağlı sorğu keçirə bilərik. Məktəb direktoruna Zəminə Əliqızına xatırlatmaq istəyirik ki, qanuna əsasən istədiyimiz məlumatı axtarmaq, əldə etmək, hazırlamaq yaymaq hüququmuz var. Bundan başqa, KİV haqqında qanunun 8-ci maddəsində qeyd olunur ki, KİV-lər cəmiyyətdəki iqtisadi, siyasi, ictimai sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəsisə təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ doğru-lürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq qanunvericilikdə göstərilən hallardan başqa məhdudlaşdırıla bilməz. Amma bunun əksinə olaraq, biz adi bir məsələni məktəb çərçivəsində belə araşdırmağa nail ola bilmədik. Bu da yerli məmurların təhsilin problemlərinə olan biganə münasibətinin daha bir bariz nümunəsidir...   

 

 

 Nicat Göyüşlü

 

Xalq Cəbhəsi.- 2010.- 12 oktyabr.- S.13.