Azərbaycanın xalq artisti Zemfira Nərimanova: “İstərdim ki, teatrımız yenə o teatr olaydı”

 

İslahatların müsbət nəticə verəcəyinə inanıram

 

Bakı. Ülkər Qasımova - APA. Xeyli müddətdir, televiziya ekranlarında görünməyən, KİV- görüşdən imtina edən Azərbaycanın xalq artisti Zemfira Nərimanova APA-ya müsahibəsində bir çox məsələlərə aydınlıq gətirib. Aktrisa uzun illərdir, çalışdığı Akademik Milli Dram Teatrda əvvəlki abı-havanın olmamasından, adət-ənənələrinin yaşadılmamasından narazılığını da dilə gətirib.

- Akademik Milli Dram Teatrında təmir yekunlaşıb. Yəqin, yeni tamaşalarınız olacaq...

- Yeni tamaşalarımın olub-olmayacağını deyə bilmərəm, çünki bu məndən asılı deyil. Bildiyiniz kimi, teatrda rəhbərlik dəyişib deyilənə görə, islahatlar olmalıdır. Teatrın binası təhvil verilib. Mənim üçün əsas odur ki, tamaşa olsun mən bir aktrisa kimi öz borcumu yerinə yetirim, oynayım, xalq da bizim tamaşalara gəlsin.

- Neçə müddətdir, Sizi səhnədə, efirdə görmürük...

- Doğrudur, tamaşalarda çox az-az oynayıram. Amma bir misal çəkim, şir ildə bir dəfə doğulur, siçan isə gündə birini doğur. Düşünürəm ki, şir kimi ildə birini, ancaq layiqlisini doğmaq lazımdır. Yəni, bir tamaşam olsun, ancaq sanballı, yüksək səviyyədə olsun, yaxşı mənada səs-küy yaratsın, rezonans doğursun. Yaxşı bilirsiniz ki, mən illərdir, efirə çıxmıram, heç kimə müsahibə vermirəm. Lakin bu o demək deyil ki, məni dəvət etmirlər. Məni görən hər kəs harada olduğumu soruşur. Baxmayaraq ki, beş ilə yaxındır, efirlərə çıxmıram, amma tamaşaçı məni yenə sevir. Bu o deməkdir ki, mən isə eləmişəm, öz sənətimdə nəyəsə nail olmuşam. Mən elə-belə efirlərə çıxmağı, müsahibələr verməyi xoşlamıram. Düşünürəm ki, sözüm olsun, çıxım danışım.

- Belə çıxır ki, beş ildir, sözünüz yoxdur?

- Gördüyünüz kimi... Teatrda təmir gedirdi, mən Bakıda yox idim, sonra qayıtdım gəldim. Bir-iki tamaşam oldu. “AnlaşılmazlıqKörpüdən mənzərətamaşalarında oynadım. Bilirsiniz, əsas odur ki, oynadığım tamaşadan özüm utanmamalıyam. Əsas odur ki, tamaşaçı zorla gətirilməsin tamaşaya, düşünməsin ki, “filan qədər pul vermişəm, amma tamaşaya bax, vaxtımı itirirəm”. Mən bunu bacarmıram, xoşlamıram da. Düşünürəm ki, yaxşı tamaşalarım olacaq. Fikrimcə, insan harada çalışırsa çalışsın, ilk növbədə özünə hörmət etməlidir, öz işini ləyaqətlə yerinə yetirməlidir.

- Yəqin məlumatlısınız ki, Akademik Milli Dram Teatrında bütün kollektiv işdən çıxarılacaq işə yenidən müsabiqə yolu ilə qəbul həyata keçiriləcək. Bu hal Sizdə həyəcan, yaxud qorxu yaratmır ki?

- Qətiyyən... Çünki mən artıq özümü sübut təsdiq etmiş aktrisayam. Respublikanın xalq artistiyəm, prezident mükafatçısıyam. Mənim gözəl obrazlarım olub. Bəlkə islahatların olması vacibdir. Çünki teatrda mütləq yeni nəfəs olmalıdır. Bu cür gözəl dünya standartlarına cavab verən bina təhvil verilib, bu binaya köhnə tamaşalarla girmək olmaz. İncəsənətin özündə kökündən islahatlar olmalıdır. Mən bu islahatların müsbət nəticə verəcəyinə inanıram. Bizim yeni direktorumuz vədlər verib biz o vədlərə inanırıq. Ümid edirik ki, bu vədlər yerinə yetiriləcək. Biz hər birimiz bu üçün çalışırıq hər zaman kömək eləməyə hazırıq. Bilirik ki, yaradıcı heyət buraxılacaq dekabr ayında müsabiqə yolu ilə kimsə qalacaq, kimsə gedəcək. Bu hal məni qorxutmur, çünki sənətimə illərimə güvənirəm.

- Teatrın rejissorları Bəhram Osmanov Azərpaşa Nemətovun öz ərizələri ilə işdən çıxmalarına münasibətiniz necədir?

- Bu onların öz seçimi olub. Onları heç kəs işdən çıxmaq üçün divara dirəməmişdi, bunu öz istəkləri ilə ediblər. Əgər həmin rejissorları bizim teatrda tamaşa qoymağa dəvət edəcəklərsə, yenə gələcəklər. Amma mən hesab edirəm ki, bu çətin vəziyyətdə bizi tərk etmək düzgün deyildi. Batan gəmini tez tərk edənlər kimi... Axı biz batmırdıq, niyə bizi tərk etdilər. Əgər indi yeni tamaşalar yoxdursa, demək hələlik yeni tamaşa qoymaq mümkün deyil. Buna da vaxt lazımdır. Mən inanıram ki, hamımız kimi Bəhram da, Azərpaşa da bu teatrı çox sevir, amma yəqin onların başqa işləri var, gedib başqa teatrlarda öz işlərini görürlər.

- Akademik Milli Dram Teatrının aktrisası kimi başqa teatrlarda müqavilə ilə çalışmağa razı olarsınız?

- Biz həmişə müqavilə ilə çalışmışıq, müqavilə hər zaman olub, indi var. Mərhum Həsənağa Turabovun zamanında da biz müqaviləyə imza atırdıq. Hər məzuniyyətdən əvvəl müqavilə pozulurdu, məzuniyyət bitdikdən sonra yenidən teatrda işləmək üçün müqavilə bağlanırdı. Olur ki, bir aktyor tamaşalarda çox çıxış edir, digər aktyor isə heç eləmir. Birinin üzərinə çox yük düşür, o birinin üzərinə heç düşmür. Elə özü üçün gəzir, vaxt istəyir, gəlir-gedir. Yəqin ki, islahatlar aparılarkən bunlar nəzərə alınacaq.

- Ümumiyyətlə, teatrda nədir Sizi qane etməyən?

- Mən çox şeyi bəyənmirəm. Yox, mən özümdən razı deyiləm. Ancaq düşünürəm ki, sənətimə qiymət verirəm bir az sənətimdə böyümüşəm. Mən mərhum Tofiq Kazımov tərəfindən teatra üçüncü kursdan dəvət almışam. İnstitutda təhsil ala-ala teatrda çalışırdım, televiziya tamaşalarında oynayırdım. Görkəmli rejissorlarla - Mehdi Məmmədov, Tofiq Kazımovla işləmişəm. Gözəl sənətkarla tərəf müqabili olmuşam. Teatrımızın adət-ənənələri var idi. İstərdim, o adət-ənənələr qayıtsın. Bir az bəlkə nəyisə saxlamışıq. Direktorumuz söz verib ki, köməkləşib o adət-ənənələri bərpa edəcəyik. İstəyirəm, o adət-ənənələr olsun, tamaşaçı teatra gələndə təəssüflənməsin, bunu istəyirəm. Təmirdən qabaq teatra girmək istəmirdim. isə elə bil hər şey yad idi mənə. O qədər adət-ənənələr itmişdi ki... Hökümə Qurbanova, Leyla Bədirbəyli, Məlik Dadaşov, Möhsün Sənani, Həsənağa Turabov, Səməndər Rzayev, Hamlet Xanızadə... Görün mən kimlərlə işləmişəm. Ona görə istərdim ki, teatrımız yenə o teatr olaydı. Bizim çox güclü aktyor potensialımız var. İstəyirəm cavanlar da belə olsun. Ümidvaram ki, teatrımız yenə həmin gözəl teatra çevriləcək.

- Teatrda yeni tamaşalar hazırlanırmı?

- HazırdaHökmdar qızıtamaşasının yeni üslubda yeni heyətlə məşqləri gedir, tamaşaya hazırlanır. Mən bu tamaşada yoxam, elə əvvəldən yox idim. Ümumiyyətlə, tamaşanın heyətində ciddi dəyişikliklər olub ümidvaram ki, yaxşı tamaşa alınacaq. Mən isə köhnə tamaşalarda, “Körpüdən mənzərə”də oynayıram. İndi deyirlər ki, guya AxundovunLənkəran Xanının vəziri”ni hazırlayacaqlar. Gələcək planlar çoxdur, ancaq hələlik konkret rol təklifi almamışam.

 

 

Xalq Cəbhəsi.- 2010.- 22 oktyabr.- S.15.