Tariximizin oğruları - ermənilər
"Ağrıdağ
tarixən türk dağı olub, bu gün də
belədir"
Hər bir xalqın mədəniyyət tarixində onun milli kimliyini yaşadan, milli varlığın bütün özünəməxsus əlamətlərini poetik reallığa çevirən obrazlar var. Azərbaycan folklorunda Ağrı dağı obrazı da belə milli əhəmiyyət kəsb edən, özünün ideya-bədii mahiyyətinə görə milli dəyərlərin simvolu sayılan etnik kimlik işarəsidir. Bu həqiqətə baxmayaraq heç bir mənəvi dəyərlər sisteminə sığmayan erməni saxtakarlığı Ağrı dağını da özünün fitnə obyektinə çevirib, Azərbaycan və Türkiyə türkləri üçün müqəddəs dəyəri erməni çirkabına bulaşdırıb.
Ağrı dağı bir ad-işarə kimi özündə son dərəcə ulu və əski tarixi həqiqətləri gizlədir. Bu həqiqətlərin mahiyyətinə varmadan, əslində, erməni fitnəsini üzə çıxarmaq, onun antibəşəri mahiyyətini ifşa etmək çətindir. Ağrı dağının türk milli kimliyinin işarəsi olması ilk növbədə bu obrazın türklərin sakral-mifoloji görüşləri ilə əlaqədar olmasında üzə çıxır. Ağrı dağı da məhz mifoloji dəyərlərlə bağlı olub, xalqımızın ilkin düşüncə sistemində müqəddəs dəyərlər sırasına daxildir. Naxçıvan bölgəsindən toplanmış mifoloji mətnlərindən birində deyilir: "Ələyəzin başı dörd haçadı. Deyirlər ki, Ağrıynan Ələyəz vuruşub, Ağrı güclü olub, vurub Ələyəzin başını parçalayıb". Mifologiya dünyanın təsvirini və izahını verən ilkin düşüncə sistemidir. Yuxarıdakı mifdə Ələyəz dağının başının nəyə görə dörd haça olması izah olunub. Bu, açıq-aydın şəkildə göstərir ki, bu mif son dərəcə qədim mətndir və bu mifi neçə minillər öncə bölgədə yaşamış türk babalarımız yaratmışlar. Bu mifoloji mətndə iki gerçək tarixi dağdan - Ağrı dağı və Ələyəz dağından söhbət gedir. Mifdə Ələyəz dağının başının nəyə görə dörd haçalığı izah olunur. Ancaq burada iki dağ arasındakı münasibətlər, sadəcə olaraq, bədii uydurma olmayıb, son dərəcə qədim və ulu tarixi həqiqətlərdən soraq verir. "Ağrı" sözü qədim türk dili ilə bağlı olub, ilkin məkani anlayışlar sırasına daxildir. Mifdə təsvir olunmuş məkan məhz iki dağ - Ələyəz və Ağrı dağları arasındakı məkandır. Digər tərəfdən belə bir inkarolunmaz həqiqət təsdiq olunur ki, "Ağrı" sözü qədim türk dillərindədir və öz leksik quruluşuna görə bütün hallarda Ağrı sözü ilə bağlı olan "Ararat" sözü də Ağrı dağının adının son dərəcə kasıb fonetik-qrammatik struktura malik olan erməni dilindəki deyilişindən başqa bir şey deyil.
Qədim assuriyalıların "Urartu" adlandırdığı, əslində türkcə "Ararat" və ya "Ayrıart" adlanan ölkənin adı "Bibliya"da məhz "Ararat ölkəsi" kimi yazılıb. Arman tarixçisi M.Xorenlidə bu dağın adı Aray-aratdır. Əslində də "Ararat" sözü iki hissədən ("ara"+"art") ibarətdir və "art" sözünün qədim türklərdə "dağ" anlamını da nəzərə alsaq, deməli, "Ararat" (Araart) - "Aradağ" deməkdir. Bu mülahizəyə dağın ilkin adının "Ayrıart" olması fikrini də əlavə etmək istərdik. Həmin ərazilərin bəzi mənbələrdə Ayrarat vilayəti adlanması da bu fikri təsdiqləyir. Hər iki yozum isə dağın coğrafi quruluşuna (bir-birindən aralanmış, ayrılmış iki dağ) tamamilə uyğundur. "Ağrıdağ" isə çox güman ki, həmin sözlərdən törəmədir. Belə ki, "ayrı" sözü "ara" sözünün sinonimi olmaqla (qədim variantında - "arqo", indiki dilimizdə "ayrılıq" sözləri də "aralı olmaq" məzmunu daşıyır) "Ararat" (yəni "Ara-art") tədricən "Ara-dağ" - "Ayrı-dağ" - "Ağri-dağ" ("Ayri-dağ") - "Ağrı-dağ" və "Arqu-dağ" - "Arqı-dağ" - "Aqrıdağ" - "Ağrı-dağ" şəklinə düşüb. Xatırladırıq ki, Vedibasar mahalı camaatının tələffüzündə "ağrı" sözü elə "arğı", Ağrı dağının adı isə "Arğı dağı" şəklində tələffüz olunur.
Bütün hallarda Ağrıdağ (Ararat) tarixən Türk dağı olub və bu gün də olaraq qalır. Heç şübhəsiz, bu dağın adlarından hər hansı biri (xüsusilə Ararat) türkcə olmasaydı, ermənilər onun adını dəyişib "Masis" qoymazdılar. Ağrı dağı qədim türk mifoloji dünyagörüşündə müqəddəs dəyərdir. Erməni ədəbiyyatının görkəmli tədqiqatçısı, akademik Manuk Abeqyan 1975-ci ildə İrəvan şəhərində nəşr olunmuş "Erməni ədəbiyyatı tarixi" kitabında yazır: "Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla o, buraya gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur". Milliyyətcə erməni olan digər akademik Kerop Patkanyan isə yazır: "Ermənilər həmişə yaşadıqları yerlərin yaramaz sahibləri olublar, öz yaxınlarını sataraq, həmişə güclü qonşularına məharətlə qulluq ediblər" və s. Əslində, bu, həmişə belə olub. Qədimdən Asur və Urartu dövlətlərinin qul koloniyaları olan Hayasa və Arme şəhər-vilayətlərində saxlanılan, qul işlərində işlədilən, vaxtaşırı isə bu şəhər-vilayətlərin qul bazarlarında dünyanın hər tərəfindən gələn tacirlərə işçi qüvvəsi kimi satılan, beləcə dünyanın hər yerinə yayılan, sənətkar millət (ixtisaslaşmış qullar!) kimi tanınan hay-ermənilər qul psixologiyalarından, qul əxlaqlarından heç vaxt qurtula bilməyiblər və gürünür, bundan sonra da qurtula bilməyəcəklər. Qulların içərisi, həmişə kin-küdurət, paxıllıq, qisasçılıq, yaramazçılıq, hiyləgərlik, nifaq və s. mənfi keyfiyyətlərlə dolu olur ki, bütün bu xüsusiyyətlər bu gün ermənilərin daxili-mənəvi keyfiyyətləri kimi bu millətlə az-çox tanış olan hamıya məlumdur. Zaman-zaman mənən alçaldılan, addımbaşı təhqir olunan, əxlaqı, namusu əlindən alınan qul əlinə düşən ilk fürsətdə kimdən gəldi bunun acısını çıxmaq istəyir, sanki bundan mənəvi rahatlıq tapır. "Ermənilər ağ dərililər arasında ən pis qullardır" - Adam Metsin bu fikri də təsadüfən deyilməyib. O, fikrinə davam edərək yazır: "Əgər kölə ermənini bircə saatlığa nəzarətsiz qoysan, təbiəti dərhal onu şər işlərə sövq edəcək. Onlar yalnız kötək və qorxu altında yaxşı işləyirlər. Əgər görsən ki, tənbəllik edirlər, bil ki, bunun səbəbi zəiflikdə yox, tənbəllikdən həzz almalarındadır. Bu zaman onları yaxşıca kötəkləmək və lazım olan işi görməyə məcbur etmək gərəkdir". Gürcü xalq məsəlində deyildiyi kimi: "Erməni gəldi, özü ilə bəla gətirdi". Ermənilər yüzillər boyu Qafqazda mehribanlıqla yaşayan xalqlara belə bir nifaq, bəla gətirdilər. Əvvəl-əvvəl qədim Azərbaycan torpaqlarında məskunlaşdılar, sonra dövlət yaratmaq eşqinə düşdülər. Qafqazda törədilən bütün milli qırğınların baisi və icraçısı oldular. Azərbaycanlılarla, gürcülərlə, kürdlərlə, talışlarla, ləzgilərlə və bütün başqa Qafqaz xalqları ilə düşmənçilik etdilər və edirlər. Özlərinin düşmənçiliyi bəs eləmədi, bu xalqlar arasında düşmənçilik toxumu səpməkdən də əl çəkmədilər. Bunun üçün hər cür yaramazlığa və əxlaqsızlığa getdilər.
Ermənilərin tarixdə ən böyük əxlaqsızlığı ərazisində və himayəsində yaşadıqları xalqların, ilk növbədə türklərin tarixini, mədəniyyətini, adət-ənənəsini, incəsənətini, mətbəxini, bir sözlə, minillər boyu yaratdığımız maddi-mənəvi dəyərlərimizi ən müxtəlif üsullarla saxtalaşdıraraq özlərininkiləşdirmələridir. Bu məsələdə ermənilər üçün heç bir ölçü-biçi, heç bir qoruq-qaytaq yoxdur. Bu, eyni dərəcədə folklorumuza da aiddir. Hətta erməni saxtakarlığı nəticəsində folklorumuza dəyən ziyan daha böyükdür. Çünki türkün tarixi yüzillər boyu daha çox şifahi şəkildə mövcud olub. Başqa sözlə, at belində tarix yaradan qədim türklər bu tarixi yazıya çevirmək qayğısına bir o qədər qalmasalar da, iştirakçısı olduqları həmin hadisələri şifahi şəkildə nəsildən-nəslə ötürmək yönündə güclü ənənəyə malik olublar. Təsadüfi deyil ki, dünyada heç bir xalqın türk xalqları qədər zəngin folklor örnəkləri yoxdur. Və heç bir xalqın folklor örnəkləri də başqa xalqların folklorunun və tarixinin yaradılmasında türk xalqlarının folkloru qədər yaxından iştirak etməyib.
Məsələn, elə erməni tarixini ötəri gözdən keçirmək kifayətdir ki, onun qədim dövrünün bütövlükdə türk mifik mətnləri, tarixi rəvayət və əfsanələri, orta əsrlər dövrünün isə qismən yenə də türk rəvayət və əfsanələri, qismən də yazılı tarixlər əsasında quraşdırıldığı aydın olsun.
Bu yalançı tarixdə ən qədim dövrlərdən müxtəlif türk boylarının inam və inanc, yaylaq və ovlaq yeri olmuş Ağrı dağlarının xüsusi yeri var. Həm də o dərəcədə xüsusi yeri var ki, ermənilər tarixdə ilk dəfə XX yüzilin birinci rübündə yaratmağa nail olduqları erməni-hay dövlətinin gerbinə onlara heç bir aidiyyatı olmayan həmin Ağrı dağlarının şəklini salıblar. Niyə məhz Ağrı dağlarının? Ona görə ki, ermənilər özlərini dünyanın ən qədim sakinləri kimi qələmə verirlər. Və əgər belədirsə, deməli, ən azı Nuhu özlərinin ulu babası hesab etməlidirlər və edirlər də. Və əgər Nuh ermənilərin babasıdırsa, deməli, Nuhun gəmisinin xilas olduğu Ağrı dağı da ermənilərə məxsusdur və ermənilərin vətənidir. Erməni məntiqi və erməni tarixşünaslığı bu gün bunu deyir. Təkcə bunumu? Ermənilər iddia edirlər ki, tufan çəkiləndən sonra Nuh gəmidən çıxanda əvvəlcə İrəvan şəhərinin yeri onun gözünə sataşdı və o, öz dilində böyük fərəh içində çığırdı: "Yerevume", yəni görünür (müasir ermənicədə görsənməyə "yerevume" deyilir). Bu hadisə baş verib eradan əvvəl 2500-cü ildə, yəni deməli, 4500 il bundan əvvəl Nuh peyğəmbər müasir erməni dilində danışırmış. Bu, dünya tarix elmində və elm tarixində analoqu olmayan bir həyasızlıqdır ki, yüzillərdir ermənilər tərəfindən dünya ictimaiyyətinə sırınır. Ermənilər özlərinin Nuhdan törəmə olmaları yalanını o qədər primitiv şəkildə "sübut etməyə" çalışırlar ki, bu "sübut" daha çox öz ifşalarına xidmət edir.
İsmayılov
Hüseyin,
Filalogiya elmləri
doktoru,
Professor
Xalq Cəbhəsi.- 2010.- 27 oktyabr.- S.14.