"Müqəddəs zirvə"
Sentyabrın 22-də
Azərbaycan Dövlət
Film Fondunun kinozalında
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunmuş "Müqəddəs
zirvə" adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Avrasiya Beynəlxalq Araşdırma İnstitutu İctimai Birliyinin dəstəyilə çəkilən filmin rejissoru Etibar Məmmədov, redaktoru Günel Paşayeva, baş məsləhətçisi deputat Qənirə Paşayevadır.
Sənədli filmdə Milli Qəhrəman Mübariz İbrahimovun həyat və döyüş yolundan bəhs olunduğunu diqqətə çatdıran Avrasiya Beynəlxalq Araşdırma İnstitutu İctimai Birliyinin sədri Günel Paşayevanın bildirdiyinə görə, filmdə qəhrəmanın valideynləri, yaxınları, Daxili Qoşunlarda və milli orduda onunla xidmət etmiş hərbçi yoldaşları, komandirlərinin fikirləri əksini tapıb. Filmdə Mübarizin vətən, Qarabağ haqqında düşüncələrinə xüsusi yer ayrılıb.
"Azərbaycanın Mübariz
kimi qəhrəmanları dünən də
olub, bu gün də var, sabah da olacaq"
deyən deputat Qənirə
Paşayevanın sözlərinə görə, həmin qəhrəman
oğullar vətən yolunda
canlarını verərək şəhidlik zirvəsinə
ucalıblar: "Mübariz İbrahimovun yaşadığı 22 il qısa ömür olsa da, mənalı həyat
yolu olub. Çünki o, 22 ildə
şəhidlik zirvəsinə yüksələ bilib. Nə qədər müqəddəs
olmalısan ki, bütün
ideyaların fövqündə dayanan
şəhidlik zirvəsini seçəsən. Mübarizin
atası Ağakərim kişi deyib ki, "oğlum nə etməli idisə, onu da edib,
bu mənim üçün
kifayətdir". Anası Şamama
xanım deyir ki, "Mübariz həmişə vətən sağ olsun deyirdi. Fəxr edirəm ki,
vətənə layiq övlad
böyütmüşəm". Mübarizin
arzularının həyata keçməsinə isə çox qalmayıb. Biz iş?al olunmuş
torpaqlarımızı tezliklə azad edərək,
Qarabağda bayrağımızı
ucaldacağıq. Bu gün
o qədər də uzaqda
deyil". Sonra
"Müqəddəs zirvə" sənədli filminin və sözləri Qənirə Paşayevaya, musiqisi əməkdar
artist Tünzalə Ağayevə məxsus
"Şəhidim" musiqi
kompozisiyası göstərilib.
Ağa
Xalq Cəbhəsi.- 2010.- 23 sentyabr.- S.9.