Babək - mlli
qürur qaynağı
Azərbaycan cəngavərinin qəhrəmanlığı
II yazı
Beləliklə, biz qala-şəhəri
Bəzzin bu yerdə harada olduğu barəsindəki
mühakiməmizdə tək
deyilik. Həmin variantla razı olan V.F.Minorski yazır ki, Bəzz dağlıq yer olan Qaracadaqda
idi. Məsudi Bəzzin olduğu yeri daha dürüst
müəyyən edib:
"Araz, Azərbaycanda
Babək əl-Xürrəminin
vətəni Bəzzəyn
ölkəsi ilə Arran ölkəsinin bir hissəsi olan Əbu Musa dağı arasından axır". N.Karaulov həmin "Əbu Musa dağı"ndan bəhs
edərkən yazır
ki, "müəllifin
hansı dağı belə adlandırdığını
demək çətindir",
lakin Əbu Musa məhz Beyləqan (Arran vilayəti) hökmdarıdır ki, erməni müəllifləri
onu knyaz Yesai Əbu Musa, ərəb mənbələri
isə Əbu Musa ibn Yusif ibn
uxt İstifanus adlandırırlar. Əbu
Musa dağı adlanan
yer, yəqin ki, indiki Füzuli
rayonunun Xələfli
kəndi yaxınlığında
Arazın Muğan düzünə çıxan
yerdə, onun sol sahilindəki Diridağdır.
Bu yer - Arazın Muğana çıxdığı
yerdir.
Orta əsr müəllifləri bildirirlər
ki, Afşinlə Babək arasındakı bütün müharibələr
Həştadsər dağı,
Darvaz, Rud ər-Rud tərəflərində
və Bəzzin özündə gedirdi. Salançayın başlanğıcı
olan Həştadsər
dağı yaxınlığında,
835/6-cı ildə Babəklə
Böyük Buğa (Buğa ər-Kəbir) arasında böyük vuruşma olub. Həmin dağın ətəyində eyniadlı
kənddə Buğa əl-Kəbir mühasirədə
darmadağın edildi"
(Ziya Bünyadov, "Azərbaycan VII-IX əsrlərdə".
"Elm", 1965).
İndi o yerlərin
bu tayına işğalçılar çəpər
çəkib
Ağır-ağır nəfəs
alıram və yanıb-yaxılıram. Akademikin
adını çəkdiyi
Xələfli kəndi,
mənim ədəbi təxəllüsümün adı,
doğma kəndim, bütün uşaqlığımın
keçdiyi Diridağı,
həsrətlə baxdığım
Xudafərin... göz yaddaşımda təzədən
bərpa olur və yanıb-yaxılıram.
İndi o yerlərin bu tayına erməni işğalçıları
çəpər çəkib,
o tayına...
Və bir qeydi əlavə edirəm. Akademik Xələfli kəndinin Füzuli rayonuna aid olduğunu yazır. Görünür, akademikin
tədqiqat apardığı
illər Cəbrayıl
rayonu ərazisinin Füzuli rayonu ərazisilə birləşdirilməsi
dövrünə təsadüf
edib və bir müddət Cəbrayıl və Füzuli əraziləri birlikdə Füzuli rayonu adlandırılıb.
Azərbaycan tarixinə,
Azərbaycan ərazilərinin
tarixi keçmişinə
XX əsrin işğalçı
və təcavüzkar
tarixçilərinin hökmranlığı
dövrü artıq keçməkdədir. Və
indi Azərbaycanın
müstəqillik qazanması
ilə vətənpərvər,
öz tarixinə qürur qaynağı kimi baxan tarixçilər,
dilçilər, etnoqraflar
və arxeoloqlar nəsli öz sözünü deməkdədir.
Gənc tarixçi alim Zaur Həsənovun
"Çar skiflər"
tədqiqat əsəri
ətalətli beyinlərdə
mərmi kimi partlayıb. Mən burada "Çar skiflər" kitabının
bir çox cəhətdən yeniliklərlə,
kəşflərlə dolu
olduğu haqqında danışmaq istəməzdim.
Əvvəla, bu, mənim işim deyil, ikincisi, "Çar skiflər" kitabı çox orijinal və dəyərli bir əsər olaraq ən müxtəlif tərəflərdən mütəxəssis
tədqiqatçıların qarşısında geniş
imkanlar açıb və tariximiz üçün - çox
qədim zamanlardakı
tariximizdə zəngin
mənbədir və tükənməz fakt və xammal ehtiyatıdır.
Babəkin tapındığı mənəvi dəyərlər
Heç şübhəsiz,
başımıza bəla
olan elmi qısqanclıqdan uzaq olan tarixçilər, dilçilər, etnoqraflar,
arxeoloqlar bu kitabın məziyyətləri
haqqında hələ
çox danışacaqlar.
Kitabı acgözlüklə
vərəqləyirəm. Babəklə,
Xürrəmilərlə bağlı
olan səhifələri
axtarıram. Zaur Həsənov yazır:
"Tədqiqatçılar Azərbaycanda Babəkin başçılığı ilə milli azadlıq hərəkatının
tərəfdarlarının özlərini adlandırdığı
"xürrəm" anlayışının
mənasını aydınlaşdırmağa
çalışıblar. Ziya
Bünyadov qeyd edir ki, Babək
hərəkatını dərk
etmək üçün
"xürrəm" sözü
düzgün qiymətləndirilməlidir.
Bu terminin meydana çıxması məsələsi
müəllifləri artıq
IX-X əsrlərdən maraqlandır.
Onu Ərdəbil yaxınlığındakı Xürrəm
kəndinin adı ilə əlaqələndirirlər.
Bu ənənə Məsudi,
Yakut, Sadik-əl İsfahanidə
qorunub saxlanıb və A.Müller də onlara istinadən belə hesab edib. Digər
bir versiyaya görə, həzzə və eyş-işrətə
qurşanmış insanları
bu cür adlandırıblar, "xürrəm"
sözü bu halda "şən",
"şad", "ehtiraslı"
kimi başa düşülüb.
"Xürrəm" termininin çoxsaylı izahları
"Xürrəm"
termininin çox sayda izahları var, lakin onlardan
heç biri bu vaxta qədər
də tam qəbul olunmayıb. Söz nə ərəb, nə də fars sözü kimi qəbul edilməyib. Ötən əsrin 60-cı illərinin
sonunda Ziya Bünyadov da ənənəvi izahların
heç birini dəstəkləməyib, "xürrəm termininin od anlayışı zəminində təhlilini"
təklif etdi. O, Moisey Kaqankatvatsinin - "hunların Kuar adlı tanrısı vardı və ona at qurban gətirirdilər"
- fikrinə diqqət yetirir. Bünyadovun bu müşaşidəsi
IX əsrdə azərbaycanlıların
xürrəm və IV
əsrdə hunların
kuar terminini eyniləşdirilməsi baxımından
çox vacibdir. Bu cür müqayisə tam özünü doğruldur.
Babəkin rəhbərliyi
ilə xilafətə
qarşı hərəkatının
skif ənənələri
və tanrıçılıqdan
gəlməsinin tam əsası
ola bilər. Babək hərəkatı
və onun müasiri Aqşin haqqında mövcud məlumatlar bütövlükdə
onu skif ənənələri ilə
bağlamağa əsas
verir. Bizim nöqteyi-nəzərimizcə, Babəkin adı Həsən olduğu üçün "Babək"
sözü tituldur. Babək özünü tanrı adlandırır. Babəkin nümunəsində
biz xunn ənənələrindən
məlum qan tərləməsi hadisəsi
ilə rastlaşırıq
ki, bu da
onun anasına oğlunun böyük gələcəyi olacağını
söyləməyə əsas
verir. Babəkin və Aqşinin qurban gətirmə mərasimlərinin təsvirində
onları skif ənənələri ilə
yaxınlaşdıran detallar
var. Beləliklə, babək
anlayışı "ata"
deməkdir, skiflərin
"babay", yaxud da Herodotun yazdığı
kimi "papay" anlayışına oxşardır.
"Xürrəm" anlayışı
isə "xürr-əm",
yəni türkcə
"(mən) qur-am"
mənasını verən
anlayışdan başqa
bir şey deyildir" (Zaur Həsənov, "Çar
skiflər" Bakı-2005. səh.235). Göründüyü kimi,
Babək tapındığı
mənəvi dəyərlərə
görə Azərbaycan
xalqının bağrından
qopmuş, Azərbaycan
torpağının, daşının
bir parçası olan, Azərbaycan xalqının bir zərrəsi olan qılınc sahibi, cəngavər olub. Babəkin mübarizəsinin
gücü təkcə
qılıncı ilə
bağlı deyil.
Babək türkün qədim
Tanrısına güvənirdi
Zaur Həsənov
öz tədqiqatında
işlətdiyi bu cümləyə bir daha diqqət edək: "Bizim nöqteyi-nəzərimizcə, Babəkin adı Həsən olduğu üçün "Babək"
sözü tituldur."
O, Babəkin adının
Həsən olduğunu
deyir. Ancaq mifoloqlar, görkəmli alimlər - Məmmədhüseyn
Təhmasib, Mirəli Seyidov, Məmməd Elli...
bu adın "Həsən" yox, "Əsən" olduğu qənaətində idilər.
Məmməd Elli fədakar
bir tədqiqatçıdır,
tapındığı mənəvi
dəyərləri dünyanın
ona qismət etdiyi bütün maddi və mənəvi
sərvətlərin zirvəsi
hesab edir. Və bu gün
də o, Babəkin əsl adının "Həsən" yox, "Əsən" olduğunu
təsdiq edir.
"Dədə
Qorqud"da da bu ifadə var:
"Sağsanmı, əsənsənmi?"
"Əsən" sağlıq,
sağlamlıq, güc
Tanrısıdır və
çox qədim dünyagörüşdən gəlmədir.
Bəlkə də onun izləri "Avesta"da da var və bu
barədə mütəxəssislər
öz sözlərini
deyə bilərlər.
Təkcə Babəkin
adı bəs edir ki, ilk baxışdan
cansız, çəlimsiz
görünən bir gənc dağlar qədər yenilməzlik,
Babəkin özü qədər güc, qüdrət kəsb etsin.
Bilmirəm, Ələkbərin
göndərdiyi "Babək-Bəzz"
kaseti olmasaydı, mən bu yazını
yaza biləcəkdimmi?
Bütün qorxulara, təqiblərə baxmayaraq
bugünün "Babək-Bəzz"
əsərini yazan qəhrəmanlara və bir də o kaseti
mənə çatdıran
Ələkbərə minnətdarlığımı
bildirirəm. Və bir də... Ceyhunun qardaşının
da adı Babəkdir...
Əli Rza
Xələfli,
şair-publisist
Xalq Cəbhəsi.-
2010.- 28 sentyabr.- S.11.