Ədəbi tənqiddən
danışmaq çətindir...
Elçin Hüseynbəyli:
"Əsərlərim haqqında
ciddi, dərin təhlili məqaləyə
rast gəlməmişəm"
Pərviz Cəbrayıl: "Əsəd
Cahangir "Öləngi"
romanına tənqidçiyə
yaraşmayan tərzdə
yanaşmışdı"
Ədəbiyyatın inkişafı üçün ədəbi təndiqin olması vacib şərtdir; fikirlərimizi əsaslandırmaq üçün yalnız bir misal çəkmək yerinə düşər. Müasir rus tənqidçiləri bəzən belə fikirlər səsləndirirlər ki, Avropa Puşkini məhz Belinskinin ədəbi tənqidi yazılarından sonra qəbul etməyə başlayıb.
Təəssüf ki, Azərbaycan ədəbiyyatının bir çox istiqamətlərində böhran yaşandığı kimi ədəbi tənqid də özünün çətin dövrlərini yaşayır. Ərsəyə gətirilən bədii əsərlər haqqında ciddi rəylərə, dəyərləndirmələrə rast gəlmirik. İndi ədəbi tərif və ədəbi təhqir daha çox dəbdədir, yəqin elə məhz bu səbəbdəndir ki, son illərdə ciddi ədəbiyyatın yaranmaması haqqında fikirlərə tez-tez rast gəlirik. Bəs görəsən Azərbaycanda özünməxsus tarixi olan ədəbi tənqid niyə bu günə düşüb, problemin kökü nədədir?
"Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəylinin sözlərinə görə, mövzu barəsində danışmaq çətindir, çünki indi ölkəmizdə ədəbi tənqid yoxdur: "Bizdə bir qütb şit təriflə məşğuldur, o biri qütb isə qərəzlə, çirkab atmaqla məşğuldur. Mən son zamanlar Azərbaycan ədəbiyyatında obyektiv, dərin təhlilə əsaslanan, ədəbi tənqidin predmeti sayıla biləcək dəyərli bir əsərin lazım olan səviyyədə ictimaiyyətə çatdıracaq yazıya rast gəlməmişəm. Özünü ədəbi tənqidçi hesab edənlərin bəziləri bu işlə həsəvkar səviyyədə məşğul olur. Hətta özünü peşəkar, səviyyəli ədəbi tənqidçi sayanlar belə savadsızlıqlarından ədəbi tənqidin predmetini müəyyənləşdirə bilmirlər. Savadları çatırsa predmetini müəyyənləşdirsinlər ki, ədəbi tənqid necə və nə işlə məşğul olmalıdır? Əbədi tənqid şəxsiyyəti yox ədəbi nümunəni təhlil etməlidir. Bura daxildir: mövzu, ideya, konseptuallıq, kompazisiya, dil, obrazlar və s. Ancaq çox təəssüf, görürsən ki, kimsə kiminsə haqqında məqalə yazır, başlayır əsərin süjetindən danışmağa, sonra yazıçı haqqında mədhiyyə yazmağa girişir, bununla da işini bitmiş hesab edir. Və yaxud əksinə kiminsə kimdənsə xoşu gəlmirsə, tənqidin predmeti olan ədəbi nümunə qalır qıraqda, başlayır yazanın şəxsiyyətdən danışmağa, təxminən belə: bu mənasız adamdır, yazı yaza bilmir və s. Bütün bunları nəzərə alaraq deyirəm ki, ədəbi tənqid yox səviyyəsindədir".
Elçin Hüseynbəyli deyir ki, ədəbi tənqidçilər içərisində savadlıları var, ancaq dolanışıq onları başqa vasitələrlə pul qazanmaq məcburiyyəti qarşısında qoyur: "Ədəbi tənqidlə məşğul olanların böyük əksəriyyəti savadsızdır. Bəlkə də savadsız desəm kiminsə xətrinə dəyər, belə deyək də, mükəmməl təhsil almayıblar. Ancaq bu işi bilənlər, savadlı olanlar da var. Savadlıların da ya hövsələləri çatmır, ya da ola bilsin öz ailələrini dolandırmaq məcburiyyəti, məişət qayğıları onlara imkan vermir ki, oturub hansısa bir ədəbi nümunəni konseptual surətdə oxuyub, aramla, hövsələ ilə təhlil edələr. Dəyərli ədəbi tənqidçilərimiz var. Məsələn, Rüstəm Kamal çox dərin təfəkkürü olan bir adamdır. Ancaq onun da vaxtı və imkanları çatmır ki, ədəbi tənqidlə lazım olan səviyyədə məşğul olsun. Bir sözlə təhsildən başqa tənqidçilərimizə məişət məsələləri də məşğul olur. Ümumiyyətlə cəmiyyətin özü elə bil ikiüzləşib. Həm bir sahədə: istər siyasətdə olsun, istər iqtisadiyyatda, istərsə də ədəbiyyatda və mədəniyyətdə. İnsanlar daha çox bir-birinə yarınmaq, bir-birinin xətrinə dəyməmək, kimsə filan vəzifəni tutub prinsipi ilə fəaliyyət göstərirlər. Görünür ki, indiki zəmanədə hər hansı bir ədəbi nümunəni ortaya qoymaq çətindir".
"Ulduz" jurnalının baş redaktoru ədəbi tənqidə layiq bədii əsərlərin olmaması fikri ilə qəti razılaşmır: "Elə əsərlərin adını çəkərəm ki, uzun bir sıyahı alınar. Çox diqqətəlayiq əsərlər var. Elə bunları təhlil etsinlər, bəsdir. Rusiyada və yaxud başqa ölkədə ədəbi tənqidlə məşğul olanlar ədəbi prosesləri ciddi izləyirlər. İşıq üzü görən əsərləri dərhal əldə edirlər. Bizdə tənqidçi məsələyə necə yanaşır? Deyir sənin heç bir əsərini oxumamışam, çünki mənə göndərməmisən. Mən niyə göndərməliyəm axı? Əbədi tənqidçinin çörəyi, suyu həmin kitablardır. Təəssüf ki, bizim tənqidçilər ciddi mütaliə eləmirlər. Bu da var da...".
Elçin Hüseynbəyli bildirir ki, onun əsərləri ilə bağlı hələ dərin, təhlili məqaləyə rast gəlməyib: "Əsərlərimlə bağlı yazı vasitəsilə fikirlərini bölüşən insanlara öz təşəkkürümü bildirirəm. Amma doğrusunu deyim ki, əsərlərim haqqında ciddi, dərin təhlili məqaləyə rast gəlməmişəm".
Bu günlərdə "Yad dildə" romanını oxucularının ixtiyarına verən yazıçı Pərviz Cəbrayıl söyləyir ki, ədəbiyyat cəbhələşib: "Ədəbiyyat cəbhələşdiyi kimi ədəbi tənqid də cəbhələşib. Nisbət ağırlığı isə demək olar ki, köhnə cəbhədədir. Yazıçılar Birliyinin üzvü olanlar daha çox hökumətdən nəsə umurlar. Kimdənsə nəsə ummursansa, belə olan halda tənqidin neytrallığından, obyektivliyindən söhbət gedə bilməz. Ədəbi tənqidçilər nə qədər səviyyəli olsalar da, bunun xeyri olmur. Çünki əvvəlcədən hansı mövqe tutduqlarını dəqiqləşdiriblər. Məhz bunun nəticəsidir ki, yeni nəsil yazarlar haqqında məqalə yazanda, fikir bildirəndə heç vaxt obyektiv ola bilmirlər. Çünki yeni ədəbiyyat əsasən bu günki cəmiyyətimizin tənqidi üzərində qurulub, istər mentalitet, istər də siyasi iradə baxımından. Ona görə də, ya Tehran Əlişanoğlu, Əsəd Cahangir kimi heç bir ciddi əsas gətirmədən əsəri heç nə adlandıracaqlar, ya da ümumiyyətlə o əsər haqqında susacaqlar. Ən vicdanlı halda susacaqlar. Yeni ədəbiyyatçılar cərgəsində isə sözün açığı mən ciddi bir tənqidçi görmürəm. Yalnız "kultaz" saytında bir nəfərə rast gəlmişdim, onun fikirləri, saytda yazdıqları bizə maraqlı görünmüşdü. Qamçı təxəllüsü ilə çıxış edirdi, amma sonradan o da nə səbəbdənsə yoxa çıxdı. O nəsə edə bilərdi. Qaldı o birilərə, mənim onlardan gözlədiyim heç nə yoxdur".
Pərviz Cəbrayıl onun əsərlərini tənqid edənlərin ciddi bir şey ortaya qoya bilmədiklərini də sözlərinə əlavə etdi:
"İndiyədək üç
kitabım işıq
üzü görüb.
İkinci şeirlərimin
dərc olunduğu
"Hər sabah yaşam" kitabım haqqında demək olar heç kim heç nə yazmayıb. Bayaq adını çəkdiyim
adamı çıxmaq
şərtilə. Biz
birimizi şəxsən
tanımırıq, o
adamın yazdıqları
mənim üçün
xoş və maraqlı idi. "Öləngi" haqqında
Tehran Əlişanxanoğlu,
Əsəd Cahangir, Nərgiz Cabbarlının
məqalələri olub.
Əsəd Cahangir məsələrə tənqidçiyə
yaraşmayan tərzdə
yanaşmışdı. Bu
tənqidçi sözü
deyil axı, deyəsən bu əsəri oxumaqdansa Anarın "Beşmərtəbəli
evin altıncı mərtəbəsi"ni oxumaq yaxşıdır. Tehran Əlişanoğlu əsərdə qoyulan əsas məsələni
bir kənara atıb, başlayıb Kafka ilə eşələyənmə. Nərgiz
Cabbarlı da nəsə demək istəmişdi, ancaq o da düzgün
xətt tuta bilməmişdi. Mən demirəm onlar məni tərifləməli
idi, ancaq onlar ədəbi tənqid baxımından ortaya ciddi bir
şey qoya bilməmişdilər. Aydın Canıyev
bir məqalə yazmışdı, bilmirəm
onu ədəbi tənqid kimi dəyərləndirmək olar,
ya yox, ancaq
həmin məqalədə
Aydın əsərin
mahiyyətini aça
bilmişdi. Üçüncü
kitabım təzə
çıxıb, bu kitab haqqında yuxarıda adını çəkdiyim adamlar ya yazmayacaqlar, yazsalar belə əvvəlki kimi qərəzli olacaq".
Ağa Cəfərli
Xalq Cəbhəsi.- 2010.- 9 yanvar.- S.11.