"20 yanvar - 20 il"

 

Azərbaycan QHT-ləri 20 Yanvar qətliamının günahkarlarının cəzalandırılması üçün Beynəlxalq İnsan Hüquqları Məhkəsinə müraciət edəcək

 

Qazaxıstan səfiri: "20 Yanvar sovet imperiyasının dağılmasını daha da sürətləndirdi nəticədə müstəmləkə altında olan respublikalar öz müstəqilliyinə qovuşdular"

 

Yanvarın 19-da "Qafqaz Point" otelinin konfrans zalında Milli QHT Forumu və "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" (ATXƏM) İctimai Birliyi "20 Yanvar - 20 il" mövzusunda Dəyirmi Masa keçirdi. Tədbirdə məruzə ilə çıxış edən AMEA Tarix İnstitunun direktor müavini Cəbi Bəhramov 20 yanvar hadisələrinin mahiyyətindən bəhs edərək, qanlı 20 yanvar gününü Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bir gün kimi dəyərləndirdi həmin günü milli-azadlıq tariximizin qürur duyulası bir səhifəsi adlandırdı:

 

"XC"

 

"Həmin gün ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistan onun havadarı olan keçmiş SSRİ rəhbərliyinə qarşı etiraz səsini ucaldan xalqımızın üzərinə sovet ordusunun döyüş hissələri göndərilmiş nəticədə Azərbaycanda misli görünməmiş bir faciə yaşanmışdır. 135 nəfərin (20-dən çox qadın, uşaq) qətlə yetirildiyi, 600-dən çox insanın yaralandığı o qanlı gecədə Bakıya Sovet imperiyasının 20 mindən çox qoşun kontingenti yeridilmiş, sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı genişmiqyaslı terror aktı həyata keçirmişdir".

Digər məruzəçi professor Anar İsgəndərov qeyd etdi ki, 20 Yanvar hadisələri xalqımıza faciə yaşatmasına baxmayaraq, Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu qıra bilmədi: "Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq ölkəmiz müstəqillik əldə etdi. 20 Yanvar hadisəsi XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktlarındandır. Təəssüf ki, Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu hüquqi siyasi qiymətini almayıb. 20 Yanvar hadisələri ilə bağlı 100 cildlik istintaq materialının 69 cildi araşdırılmaq məqsədilə Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılsa da, bu sənədlər bir daha geri qaytarılmayıb. Çünki, 20 Yanvar faciəsinin törədilməsində bilavasitə Kreml Qorbaçov günahkar olub".

Tədbirdə çıxış edən Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev bildirdi ki, 20 Yanvar hadisələri törədildikdən sonra uzun müddət bu hadisələri törədənlər hüquqdan yaxa qurtarmağa çalışsalar da, yalnız bu qanlı hadisəyə ilk olaraq öz münasibətini ümummilli liderimiz Heydər Əliyev bildirmişdir. "Heydər Əliyev 21 yanvar 1990-cı ildə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək, bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, 20 Yanvar faciəsini hüquqa, demokratiyaya yad, humanizmə ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd olduğunu bəyan etmişdir. Heydər Əliyevin verdiyi bu kəskin bəyanat Azərbaycanda yeni bir siyasi dövrün başlanmasına işarə olmuşdur".

Milli QHT Forumunun prezidenti Rauf Zeyni hadisələrdən sonrakı dönəmə nəzər salaraq, qeyd etdi ki, o vaxtlar Azərbaycanda hakimiyyətdə olan qüvvələrin əsas vəzifəsi qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, təssüf ki, bunu etmədilər: "1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin 22 yanvar tarixində başlanmış olduğu müzakirələr bir müddət sonra dayandırıldı nəticəsiz qaldı. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1994-cü il martın 29-da qəbul edilən qərarda bu hadisəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi, 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz cinayət kimi qiymətləndirildi. Haqlı olaraq bu sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, o vaxtkı Azərbaycan KP rəhbərlərinin xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı".

"Azərbaycanlıların digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" (ATXƏM) sədri İlham İsmayılov isə bildirdi ki, 20 Yanvar hadisələri xalqımız üçün bir faciə olmaqla yanaşı, həm mahiyyət etibarilə Azərbaycan xalqının milli-azadlıq tarixinin qürur duyulası bir səhifəsidir: "Çünki bir tərəfdə azadlıq üçün mübarizə aparan xalq, digər tərəfdə isə həmin azadlığın qəsdinə durmuş sovet imperiyası dayanırdı. Lakin o hadisələrdən 20 il ötəndən sonra baxırıq ki, həmin gün bütün Azərbaycan xalqının birlik günü olmuşdur".

Dəyirmi Masada çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov da 20 Yanvar hadisələrini törədənləri qınayaraq, bu hadisənin qardaş Azərbaycanın milli azadlıq hərakatındakı rolunu xüsusilə vurğuladı. O bildirdi ki, bu hadisələr keçmiş sovet imperiyasının dağılmasını daha da sürətləndirdi nəticədə 70 ildən artıq bir vaxtda müstəmləkə altında olan respublikalar öz müstəqilliyinə qovuşdular.

Daha sonra çıxış edən Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin müşaviri İsmail Çalışkan, Tacikstan, Ukrayna, Gürcüstan səfirliyinin nümayəndələri, Beynəlxalq Sülh Federasiyasının rəhbəri Toru Nishivaki da 20 Yanvar hadisələrinin mahiyyətindən danışaraq, bu qanlı olayı törədənləri qınadılar.

Tədbirdə çıxış edən QHT rəhbərləri 20 Yanvar hadisələrini Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi sayaraq, təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olmasında hər zaman Azərbaycan dövləti millətinin yanında olacaqlarını bildirdilər.

Sonda 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsi cinayətkarların cəzalandırılması üçün Beynəlxalq İnsan Hüquqları Məhkəsinə müraciət edilməsi məqsədəuyğun hesab edilərək, QHT-lərdən ibarət işçi qrupunun yaradılması qərara alındı.     

 

 

Xalq Cəbhəsi.- 2010.- 20 yanvar.- S.7.