105 yaşlı “Molla Nəsrəddin”

 

Azərbaycanda, eləcə Şərqdə böyük hadisə kimi qarşılanan ilk satirik mətbu orqanının I sayı 1906-cı il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb 

 

"Ey mənim müsəlman qardaşlarım, sizi deyib gəlmişəm!" Bu şüarla çıxan Azərbaycanın ilk satirik jurnalının işıq üzü görməsi bu günkü tarixə təsadüf edib. Bu gün "Molla Nəsrəddin"in jurnalının 105 yaşı tamam olur.

Gəlin "Molla Nəsrədin"in keçdiyi yola nəzər salaq;

"Molla Nəsrəddin" jurnalı eyni zamanda Azərbaycanın ilk illüstrasiyalı jurnalıdır. Jurnal çapa başlayan gündən təzyiq senzuralardan keçərək düz 25 il sadə xalqın dilində yazıb. Üstəlik, Azərbaycan dilinin bütün şirinliyini publistikaya gətirə bilib.

"Molla Nəsrəddin" gələcəyə, 100 il sonraya da mesaj buraxmağı unutmamışdı:

"Ey mənim bundan 100 il sonra yaşayacaq nəvələrim nəticələrim. Ola bilər ki, 100 il sonra kitablar arasından saralmış, birə yemiş, vərəqlərini toz basmış üzülmüş "Molla Nəsrəddin" jurnalına rast gələsiniz onu oxumağa başlayasınız. Qorxuram ki, o zaman bu rəhmətlik Molla Nəsrəddin bizim babalarımıza böhtan atıb deyəsiniz. Bildirəcəksiniz ki, guya mənim bəhs etdiklərimi heç qədim dövrlərdə yaşamış German tayfaları da etməzdilər. Ey mənim xoşbəxt nəvələrim nəticələrim, mən qorxuram siz elə belə deyəsiniz".

105 il keçdi "Molla Nəsrəddin"in yazdıqları, dedikləri biz nəvə-nəticələrinin əlinə çatdı. Amma biz Molla babamızı qınamaqla yox, həqiqəti bəyan etdiyi, xalqa doğru yolu göstərdiyi üçün rəhmətlə anırıq. Çünki böyük ədib dramaturq Cəlil Məmmədquluzadənin redaktorluğu ilə işə başlayan "Molla Nəsrəddin" jurnalı elə ilk səhifələrində tutduğu amalın cəhalət yuxusunda olanları oyatmaq, fala baxdıran, it boğuşduran müsəlmanları elmə-biliyə çağırmaq olduğunu bildirirdi. Həmin dövrdə xalqın onu başa düşən bir mətbu orqana ehtiyacı vardı. Cəlil Məmmədquluzadə nahaqdan demirdi ki, "Molla Nəsrəddi"ni zəmanə özü yaratdı.

Filologiya elmləri namizədi Allahverdi Məmmədli Cəlil Məmədquluzadənin bu jurnalla Azərbaycan jurnalistikasının publisistikasının satira istiqamətində əsasını qoyduğunu qeyd edir: "Yəni satirik publisistika yaratdı. İlk dəfə olaraq tənqidi realizm yaratdı. Bu jurnal vasitəsi ilə satirik qrafikanın, satirik karikaturanın əsasını qoyub. Bu jurnalla, özü demişkən türkün açıq ana dilində danışmağa başlayıb. Yəni, aşağı təbəqənin vəziyyətini, onların arzularını ifadə etməyə başlayıb. Yəni elita üçün nəzərdə tutulan bir jurnal buraxmayıb. bununla da Azərbaycan dilinin şirinliyini publisistikaya gətirib".

Azərbaycanda, eləcə Şərqdə böyük hadisə kimi qarşılanan bu ilk satirik mətbu orqanının birinci sayı 1906-cı il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1921-ci ildə Təbrizdə, 1922 - 1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi dərc olunub. Onlardan 340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda çıxıb. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir gostərib. "Molla Nəsrəddin"in səhifələrində yer alan dünya hadisələrindən tutmuş, cəhalət, mövhumat, din, dil, məişət məsələləri məktəb savadı olmayan adi adamların başa düşəcəyi sadə dildə yazılır satiranın gücü ilə onların beyninə yeridilirdi. "Molla Nəsrəddin"in aşkara çıxarmaq istədiyi acı həqiqətlərin yeri bəzən boş qalır ora "Senzura icazə vermədi" sözləri yazılırdı.

A.Məmmədli "Molla Nəsrəddin" jurnalının adını o vaxt dəyişmək istədiklərini bildirir: "İstəyirdilər ki, allahsızlar cəmiyyətinin orqanı kimi fəaliyyət göstərsin. Təzyiqlər göstərirdilər. Guya, "Mola Nəsrəddin" jurnalında qüsurlar var. "Molla Nəsrəddin" jurnalı həyatı hadisələri obyektiv əks etdirmir. Onu tənqid etməyə başlayırlar Cəlil Məmədquluzadə tənqidlərə cavab olaraq artıq 26-cı ildən öz imzasını qoymaqdan imtina edir. Onun yazıları redaksiya heyətinin adı ilə dərc olunmağa başlayır".

Nəşri ilə bağlı bütün çətinliklərə baxmayaraq, jurnal Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. "Molla Nəsrəddin" jurnalı 105 il sonrakı bir zamanda da aktuallığı ilə hələ maraq doğurur.

Allahverdi Məmmədli "Molla Nəsrəddin" jurnalında dərc olunan felyetonların 100 il bundan əvvəlin felyotanları olmasına baxmayraq, bu gün üçün çox aktual olduğunu deyir: "Təsəvvür edin ki, bu gün jurnalda hər hansı bir felyetonun tarixini dəyişib dərc etsək, bu günün yazısı kimi qəbul oluna bilər. Bəli, bu felyotonlar o qədər aktualdır bu günün bütün suallarına cavab verən felyetonlardır. Ona görə , "Molla Nəsrəddin"in felyetonları Cəlil Məmmədquluzadə yaradıcılığı ilə 100 il yaşayır hələ neçə 100 illər yaşayacaq."

Jurnalda müxtəlif satirik hekayə, felyeton, şeir, gülməli xəbərlər, atalar sözləri, məsəllər, atmacalardan istifadə edilib. Karikaturalarsa müsəlmanları güldürməklə yanaşı, onlara həqiqətin əsl üzünü göstərirdi. "Molla Nəsrəddin"də Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz başqa şair, yazıçı jurnalistlər, o cümlədən, Şmerlinq, Rotter, Əzim Əzimzadə kimi rəssamlar da fəaliyyət göstərib.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2011.- 7 aprel.- S.14.