“Milli Düşüncə İnstitutu“
İctimai Birliyi yaradıldı
Bu gün “Milli
Düşüncə İnstitutu“ İctimai Birliyinin təqdimat
mərasimi keçirilib. Mərasimi açıq elan edən
birliyin rəhbəri Taryel Faziloğlu bildirdi ki, birliyin yaradılmasının əsas hədəfi gənclərlə
işləməkdir: “Məqsədimiz Azərbaycan gənclərində vətənpərvərlik, vətəndaşlıq
hisslərini gücləndirməkdən, milli-mənəvi, əxlaq
dəyərləri aşılamaqdan ibarətdir. Dövlətçilik
ideyasının düzgün təbliğ edilməsi, bundan
başqa bu istiqamətlərdə tədqiqatlar aparılması
üçün baza yaradaraq gəncləri bu yönə həvəsləndirmək
də birliyin məqsədlərindəndir”.
Tədbirdə
çıxış edən “Müasir İnkişaf”
İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Aşırlı bildirdi
ki, yeni təşkilat əvvəllər “Müasir
İnkişaf” İB-nin tərkibində fəaliyyət
göstərmiş “Türk-İslam Dünyası” Diskussiya
Klubunun əsasında yaradılıb: “Fəaliyyət göstərdiyi
uzun müddət ərzində klub gənclərlə iş
sahəsində müvəffəqiyyət qazandı və bu
klubun bazasında yaradılmış təşkilatın daha
böyük uğurlar qazanacağı şübhəsizdir”.
Tədbir
iştirakçılarından “Elmi Araşdırmalar”
İctimai Birliyinin sədri Aygün Həsənoğlu,
Müstəqil Mətbuat Mərkəzinin sədri
ElçinXalidbəyli, Azərbaycan Milli Elmlər
Akademiyasının əməkdaşı Bəhmən
Faziloğlu, “Oğuz” Birliyinin İdarə Heyətinin
üzvü Anar Turan və digərləri yeni təşkilatın
əhəmiyyətli bir fəaliyyət göstərəcəyini
qeyd edərək təşkilatın bu sahədə olan
boşluğu dolduracağına ümid etdiklərini bildirdilər.
Xalq Cəbhəsi.-2011.- 8 aprel.- S.6.