“Bağdadda yaranan Azərbaycan ədəbiyyatı...”
Əlyazmalar İnstitutunun yeni
nəşrləri
Elm və təhsil» nəşriyyatı AMEA Əlyazmalar
İnstitutunun şöbə
müdiri, filologiya elmləri doktoru Azadə Musabəylinin «Bağdadda yaranan Azər-baycan ədəbiyyatı
və Ruhi Bağdadi divanı» kitabını iki cilddə nəşr etmişdir.
Ümumi həcmi
962 səhifə olan əsərdə XVI əsrdə
Bağdadda yaranan Azərbaycan ədəbiyyatı
şərh edilmiş,
Füzulidən sonra Bağdadın yetişdirdiyi
ən böyük Azərbaycan şairi Ruhinin poetik irsi əlyazma qaynaqları əsasında
əhatəli şəkildə
araşdırılmış, divanının dünyanın
müxtəlif əlyazma
mərkəzlərində mühafizə
edilən 7 nüsxəsi
əsasında hazırlanmış
elmi-tənqidi mətninin
transfoneliterasiyası kitaba
daxil edilmişdir. Xatırlatmaq
lazımdır ki, bu Ruhi Bağdadi
divanının Azərbaycanda
təkmilləşdirilmiş ikinci nəşridir.
«Nurlan» nəşriyyatı
AMEA Əlyazmalar İnstitutunun
böyük elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Nailə Səmədovanın «İnsan,
zaman və həyat həqiqəti» monoqrafiyasını nəşr
etmişdir. Kitabda XI əsrdən dövrümüzə
qədər yaşayıb-yaratmış
bir sıra Azərbaycan ədiblərinin
və sənət adamlarının əsərlərində,
gündəlik, tərcümeyi-hal
və xatirələrində
şəxsiyyət və
mühitin əksi, həyat həqiqətinin təsviri məsələləri
ətrafında fikirlər
yürüdülmüş, insan, zaman və
həyatın real təcəssümü
olan memuar nümunələri təhlil
edilmişdir.
264 səh. həcmində olan əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.
AMEA Əlyazmalar İnstitutu əməkdaşlarının tərtib
etdikləri «Əski çap kitabları kataloqu»nun IV cildi «Nurlan» nəşriyyatında
işıq üzü
görmüşdür. Kataloqa AMEA Əlyazmalar
İnstitutunun əski
çap kitabları xəzinəsində mühafizə
edilən rusdilli, fransızdilli almandilli və ingilisdilli materiallar haqqında yığcam informasiya daxil edilmişdir. 192 səhifə həcmində
olan kitabı M.Adilov, S.Sadıqova, S.Əliyeva, S.Hacıyeva və Ü.Əsədzadə
nəşrə hazırlamışlar.
Uğur
Xalq Cəbhəsi.- 2011.- 14 aprel.- S.14.