Bakıda “Korrupsiyaya qarşı mübarizə
forumu ” keçirilib
Bakıda “Korrupsiyaya qarşı mübarizə forumu” öz işinə başlayıb. Forumda korrupsiyaya qarşı
mübarizə sahəsində
həyata keçirilən
cinayət təqibi tədbirlər barədə
danışılıb.
Forumda ilk hesabat
verən baş prokuror Zakir Qaralov korrupsiyaya qarşı mübarizə
çərçivəsində 2011-ci ildə 32 şəxs barəsində 18 cinayət
işinin başlandığını və
hazırda ümumilikdə icraatda 84 cinayət işinin olduğunu bildirdi. Zakir Qaralovun sözlərinə görə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
tərəfindən 2005-2011-ci illərdə 700 şəxs
barəsində 388 cinayət
işi başlanıb.
Bununla yanaşı korrupsiyaya qarşı mübarizə
sahəsində həyata
keçirilən cinayət
təqibli tədbirləri
çərçivəsində Baş Prokurorluqda “161” nömrəli “Qaynar xətt” də yaradılıb. Bu xəttə 2011-ci ilin birinci rübü ərzində 3700 zəng daxil olub, 1200 müraciət isə qəbul edildi. Baş prokuror müxalifətin 2 aprel aksiyasına da münasibət bildirib.
Baş Prokuror dedi ki, ciddi
cinayət pozuntular Korrupsiyaya Qarşı Mübarizə İdarəsində,
az əhəmiyyətli
cinayətlər, xırda
pozuntular rayon prokurorluqlarında
və aidiyyəti qurumlarda araşdırılır.
O, Korrupsiyaya Qarşı
Mübarizə İdarəsində
audit bölməsinin də
yaradılacağını vurğuladı. Həmin bölmə təhlillər
aparacaq, yoxlamalar həyata keçirəcək,
nəticələr barədə
baş prokurora məlumat verəcək.
Daha sonra çıxış
edən Prezident Administrasiyasının hüquq
şöbəsinin müdiri
Fuad Ələsgərov
korrupsiyaya ilə mübarizə üçün
vətəndaş cəmiyyəti
ilə dövlət orqanlarının səmərəli
əməkdaşlıq etməsinin
vacibliyini vurğuladı. Şöbə
müdiri hesab edir ki, iqtisadiyyatın
davamlı inkişafı
üçün makroiqtisadi
sabitliyin qorunması, vergi bazasının genişlənməsi, investisiya
proqramlarının davamlı
olması və lazımsız yoxlamaların
qarşısı alınmalıdır.
Korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq
şəbəkəsinin koordinatoru
Əliməmməd Nuriyev
də korrupsiyaya qarşı mübarizə
sahəsində həyata
keçirilən tədbirlərin
əhəmiyyətini vurğuladı.
O, prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə
ilə bağlı apardığı islahatlardan
danışdı. Sonra forum məruzələrlə
davam etdi. ATƏT-in Bakı Ofisinin rəhbəri Bilge Cankorel “Korrupsiyaya qarşı mübarizədə
beynəlxalq əməkdaşlığın
rolu”, Avropa İttifaqının ölkəmizdəki
səfiri Roland Kobia isə “Avrointeqrasiya prosesində korrupsiyaya qarşı mübarizənin
əhəmiyyəti” mövzularında
çıxış etdilər.
Xalaq Cəbhəsi.-
2011.- 16 aprel.- S.10.