İzmirdə Azərbaycan türklərinin I Qurultayı keçirilib

 

Tədbirin sonunda dünya azərbaycanlılarına müraciət qəbul olunub

 

Aprelin 23-24-də Türkiyənin İzmir şəhərində bu ölkədə yaşayan Azərbaycan türklərinin I Qurultayı keçirilib. Tədbirdə İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzi, İstanbul Azərbaycan Mədəniyyət Sənət Evi Dərnəyi, Qars Azərbaycan Mədəniyyət Həmrəylik Dərnəyi, Samsun Azərbaycan Mədəniyyət Evi Dərnəyi, Turqutlu Azərbaycan Mədəniyyət Dərnəyi, Tokat Zile Azərbaycan Mədəniyyət Dərnəyi, İğdır Mədəniyyət Həmrəylik Dərnəyi, İstanbul Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan Qarabağ Mədəniyyət Sənət Yaşatma Dərnəyi-İstanbul, Bursa Tərəkəmə-Qarapapaq Kültür Platformu Dərnəyi, Dünya Azərbaycanlıları Konqresi (DAK), Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Hollandiya Türk-Azərbaycan Dərnəyi, "GünAzTV" s. iştirak edib. Qurultayın aprelin 23-24-də keçirilməsinin bir rəmzi mənası da ermənilərin aprelin 24-nü qondarma soyqırım günü kimi qələbə vermələrinə cavab mənası daşıyıb. Tədbir iştirakçıları dünyada yaşayan azərbaycanlılara müraciət qəbul ediblər. Sənəddə qeyd olunur ki, sayı 300 milyondan artıq olan Türk Dünyasının bir parçası olan Azərbaycan bütün dünyada 50 milyondan artıq olan Azərbaycan türklərinin bir qismi Türkiyədə yaşayır: "Bu gün tarixi, mədəni siyasi zərurətlər, dünyada baş verən proseslər 50 milyonluq Azərbaycan türkünün sayı 300 milyonu ötən Türk Dünyasının daxilində seçilən bir topluluq olmasını, birlik bərabərliyini təmin etməsini, dünyada Anadolu türkləri ilə yanaşı addımlamasını zəruri edir. Türk Dünyasının birliyi istiqamətində Azərbaycan türklərinin birlik yaratması bu yöndə atılmış bir kilometr məsafə olacaq. Bu səbəbdən Azərbaycan türklüyünün bəzi siyasi mülahizələri bir kənara buraxaraq, xüsusilə xaricdə birliyə nail olması bu birliyi ölkə içinə daşıması həm Azərbaycan, həm Türk Dünyası üçün son dərəcə xeyirli bir olacaq. Biz buna ürəkdən inanırıq. İşğal edilmiş torpaqlarımızın azad edilməsi yolunda yaradılacaq bu birlik dünyada önəmli işlərə yol aça bilər.

 Digər tərəfdən, bu birlik Güney Azərbaycanda yaşayan soydaşlarımızın BMT Nizamnaməsi, Paris Müqaviləsi və Avropa Konvensiyasında əks olunan fundamental hüquq və azadlıqlarını qazanmasında da üzərinə vəzifələr götürəcək. Bu məqsədlə Azərbaycan türkləri ruhən fikrən birlik əldə etmək durumundadır. Bu birlik üçün bizə düşən vəzifə Türkiyədə yaşayan Azərbaycan türklərinin birliyinin təmin edərək işə başlamaqdır. Bu birliyin ilk addımını 23-24 apreldə keçirilən qurulatıyımızda atdıq". Qeyd edək ki, qurultayda Urmu gölünün qurumasına həsr olunmuş on dəqiqəlik sənədli film nümayiş etdirilib fars şovinist rejiminin göldəki ekoloji fəlakətə laqeyd qalması pislənilib. Ümumiyyətdə, qurultayda Güney Azərbaycan məsələsinə xüsusi diqqət yetirilib.

 

 

Turqut

 

Xalq Cəbhəsi.- 2011.- 27 aprel.- S.4.