Bakıda beynəlxalq turizm sərgisi  

 

Aprelin 28-30-da Bakıda X-cu Azərbaycan Beynəlxalq Turizm Səyahətlər Sərgisi (AITF-2011) keçiriləcək.

Bu il 10 illik yubileyini qeyd edən sərginin Azərbaycanda elan edilmiş Turizm İlinə təsadüf etməsi «AITF-2011»ə marağın artmasına səbəb olub. Belə ki, yubiley sərgisində 150-dən çox şirkətin iştirakı, habelə 23 ölkə 55 istiqamətin təqdim ediləcəyi gözlənilir.

Sərginin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətindən  verilən məlumata görə, ötənilki sərgidə iştirak etmiş bütün qruplar «AITF-2011» sərgisində iştiraklarını bir il əvvəlcədən sifariş edib. Beləliklə, bu ilki sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki, Türkiyə Çexiyanın milli stendləri nümayiş olunacaq.

Sərgiyə ənənəvi olaraq Azərbaycan Mədəniyyət Turizm Nazirliyi ilə yanaşı, Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Sahibkarlar Konfederasiyası dəstək verir, sərginin tərəfdaş ölkəsi isə Türkiyə olacaq. Bundan əlavə, «AITF-2011» sərgisinin iştirakçıları siyahısında Türkiyənin iki böyük turizm operatoru da iştirak edir. Sərginin sponsorları arasında «SilkWay Travel» turizm şirkəti var. AITF sərgisinin rəsmi hava yolları qismində AZAL şirkəti çıxış edir.

Bu sərgi ilə paralel olaraq II Ümumrespublika Daxili Turizm Sərgisi keçiriləcək. Daxili turizm sərgisində 18 regiondan təxminən 100 şirkət təmsil olunacaq, Azərbaycanın regional istirahət zonaları, sanatoriyaları mehmanxanaları nümayiş etdiriləcək

 

 

Xalq Cəbhəsi.- 2011.- 28 aprel.- S.12.