Axıska
türklərinin Vətəni
Axıska həm qədim türk
boyunun, həm də minillərlə yaşanılan bölgə
adı, toponimdir
Axıska
türkləri b.e.ə. sak-isgit zamanından daha əvvəl
Hun Türkləri zamanı Qafqaza yerləşmiş türklərdir.
Hər hansı bir bölgü - istər tarixi, istər
coğrafi, istər mövqe baxımından olsun, bu, heç
vaxt Axıcka Türklərinin Qafqaz tarixini
doğru-dürüst izah etməz, çünki əvvəla
b.e. əvvəlki "Axıska türk tarixi" adlı
konkret predmet araşdırılmayıb, sonra Türk
Dünyasında "Qafqazşünaslıq" deyilən bir
elmi mövzu ümumiyyətlə, hələ
araşdırmaya açılmayıb. Açılmasa da,
arxeoloji qazıntılar zamanı əldə edilən maddi mədəniyyət
nümunələrinin etnoqrafik özəlliyi və
ümumiliyi, hun, isgit-sak, oğuz-karluk xəttinə birbaşa
bağlantı ilə varislik ifadə etməsi, qədim toponimlərin
etimoloji izahından gəlinən nəticələr bir daha
izah edir ki, Axıska Türklərinin bizim eradan əvvəlki
Hun Türklərindən olması etnoqrafik dəlillərlə
tam sübut olunur. Yəni İsa peyğəmbərdən
sonra Qafqaza gəlmiş olsaydılar, ya Alban, ya
Şirvanşah, ya da hər hansı bir xristian xronikasına
düşərdilər. Bəli, o xalqın ki, dürüst
tarixi məlum deyil, demək, İsadan öncəki
yüzilliklərə, minilliklərə aiddir.
Axıska Türkləri indiki Gürcüstanın cənubunda Türkiyənin quzey sərhədləri və Meshet dağları boyunca, Axıska bölgəsi və Çıldır yörəsində, Kür çayının yuxarı mənbəyinə yaxın və Çoruh çayının sahillərindən Borçalıya qədər uzanan bir ərazidə yerləşmişdi. Axıska Türklərinin yaşadığı yörə şimalda Borjoma, cənubda Çıldır düzünə, şərqdə Borçalıya, qərbdə isə Acarıstan torpaqlarına söykənir. Buralar uca dağlar, dərin dərələr, sıx meşələr, çaylar və bulaqlarla zəngin bir cənnət diyardır. Prof. dr. Rasim Bayraktar "Ahıska "kitabında yazır: " Bu tarixi bölgə kiçik Qafqazın iki dağ silsiəsinə - Meshet və Cavahet sıra dağlarına sığınır. Uzunluğu 150 m-e varan, ortalama yüksəkliyi 2850 m olan Meshet dağları, yuxarı Kür, Posof, Çoruh çayları hövzəsi boyunca uzanır. Cavahet dağlarının isə uzunluğu 50 m, yüksəkliyi 3300 metre qədər olub, doğuda Borçalı çuxuruna dayanır."
Vikipediya (azad ensiklopediya) saytında getmiş belə bir fikir yanlışdır: "Axıska türkləri Gürcüstanın Mesheti vilayətindən çıxmış türklərdir..." Axıska Türkləri Gürcüstana Protohun dövründə gəlib. Gürcüstanda yaşayan tayfalar da qədim hun-türk tayfalarıdır. Yazsaydılar ki, "Axıskalılar qədim doğma vətənləri Axıska bölgəsindən, yəni indiki Gürcüstanın cənubundan çıxıblar"- doğru olardı. Axıskalıların yerləşdiyi ərazinin böyük hissəsi indi qardaş Türkiyə sərhədləri içərisində qalsa da, Gürcüstan tərəfdə təxminən 5 rayon ərazisinə bərabər olduğu halda Vikipediya səhifəsində isə Adıgün, Axalsıx və Aspinz - tarixən cəmi üç rayonda yerləşdikləri haqqında dolaşıq məlumat verilir.
"Axıska" sözünün toponim və
ya etnonim olmasını ayırd etmək çox vacibdir.
Türkoloji elmdə bu yer və ya tayfa adı türk mənşəli
olsa belə, etimoloji üslub aspektindən toponimin bir izahı,
etnonimin başqa izahı mövcuddur.
""Ahıska"-gürcücə "Yeni Kale"
anlamına gələn Ahal-Tsihenin türkce və farsca
şeklidir. ..."Ahiska" kelmesini Ahıska bölgesinin
dört tarafında bulunan kavimler kendi dillerinə göre
şöyle söylerler: Ahıska, Akhır-kıska,
Ak-sıka... Gürcüler "Yeni-Kale" manasına Akhal-Tsikhe diye bunun kendi dillerinde
olduğunu iddia edərlər".
Guya bu qalanı da Nuşirəvan tikdiribmiş və hər il
yayda buraya dincəlməyə gəlirmiş.
Prof. Rasim Bayraktar bu faktları söylədikdən sonra yazır: "Fakat, 1578-82 yıllarında buraları
gezip gören ve Osmanlı Ordusunun "Münşi"si
olan tarıhçi Gelibolulu Mustafa Ali Çelebinin,
Ak-Şehir deməklə
meşhur Akhal-Kelek (Akhal-Kalak) namıyla mezkur olan kala"
diye bugünkü Akhıl-Kelekden bahs etmesi doğrudan-doğruya
"Ak-Şehir" diye
göstermesi, belirttiğimiz
gürcü işitikakaının
doğru olmadığını
belirtiyor. Her halde
adın başındakı
"AkhalAkal" "Dede
Korkut" kitabında
işaret edilen Türkce "Ak" ile ilişkilidir. Akhal-Kələk gürcü lüğatınde
"Ak-Kala" manasına
gelmekdedir. Mamıkoğlu Vahanın başbuğluğu
və İber (Gürcüstan) bölgesinde
I Vaktan Gurq-Aslanın krallığı çağında
(482 yılında) Sasanlılarla
yapılan böyük
bir savaşa sahne olan burası
o zaman Akesga şehri diye tanınıyordu".
Deməli, 482-ci ildə söhbət qaladan, şəhərdən
gedirsə, Axıska adlı Türk boyu daha qədimlərdən
burada məskunlaşıbmış. "Axıska"
sözünün gürcü
sözü olması və ya gürcücə
olması söhbəti
bir az
məsələyə başqa
nöqtədən baxmağı
tələb edir. Gürcülər buraya Axıskalılardan ən azı min il
sonra gəlmiş qədim hun-isgit (saka) tayfalarının qalıqlarıdır. Ona görə
də onlar Qafqaza girərkən burada bir çox
Türk kökənli
tayfalara rast gəldilər. O zamankı
hun (türk) dili burada yaşayan
bütün xalqlara tanış gələn dil idi. Bu hun boyları hamısı bir məkandan və eyni zaman
dilimində Qafqaza gəlməmişdilər, bu
tayfalar hərəsi bir-birindən zamanca və məkanca fərqli dövrdə və fərqli zamanda, fərqli coğrafiyadan Qafqaza gəlmiş, yerləşmişdilər.
Bu səbəbdən onlar buraya gəldiyi
zaman yerli və gəlmə Türk boyları arasında artıq ciddi ləhcə-dialekt fərqləri olmuşdu.
Burada yaşayan xalqların müasir dilində zəngin türkizm layı - dəbdə olan elmsiz üslubda
deyildiyi kimi, alınma deyil, bütün türk sözləri bu xalqların öz doğma sözləridir.
O zaman indiki Qafqaz dağının Şərq tərəfinə
Kaspəq-Kazbeq, Qazılıq
(Kas-Göy+Sak-dan əmələ
gəlir, Pəq/Bəy isə Pik-dən - "zirvə"dən
gəlir), cənub-qərb
tərəfinə isə
QafaQor dağları deyirmişlər. Bu gün
belə Qafqaz regionunda Kas-la, Qaf-la, Qor(Qur)-la və
onların 4 fonetik variantında kifayət qədər toponimlərin
mövcudluğu fikrimizin
tam elmi məna daşıdığını sübut edir. Qafqaz regionundakı bugünkü
taponimlərin böyük
əksəriyəti protohun
dövründə etnonim
sözlər olub.
Bizim eranın ilk illərində
Fələstində xristian
dini ortaya çıxdıqdan sonra dini və etnik
zəmində Orta Doğuda ciddi təbəddülatlar, hətta
savaşlar, müharibələr
baş verməyə başlamışdı. Bu
şiddətli sosial gərginlik bütün ictimai sferaya təsir edir, irili-xırdalı tayfaları,
xalqları əhatə
edirdi. Dini mənafedən daha
çox tayfa-etnik mənafe birinci yerə çıxırdı.
Qafqaz isə daha əski
çağlardan təbii
müdafiə qalası
idi. Qədim Türklər buraya
müdafiə məqsədilə
qaçıb gələn
hər kəsi məmnuniyyətlə qəbul
edirdi. Dolayısıyla Orta Şərqdən
Qafqaza zaman-zaman bir neçə semit tayfası özünü müdafiə
etmək məqsədilə
pənah gətirmişdi.
(Bunlar Musa peyğəmbərin
gətirdiyi dini qəbul etməyən yəhudilər, məsələn,
İbrahim peyğəmbərin
dinində qalmaq istəyən yəhudilər,
atəşpərəstlikdə qalmaq istəyən Assurlar, "Avesta" təlimlərindən ayrılmaq
istəməyən osetinlər
və s. idilər).
Qafqaza gələn bu tayfalar daha öncədən
oturaq həyata başlamış yerli Türk qəbilələri
ilə qaynayıb-qarışdı.
Ancaq at belində dinamik, fəal Türk boyları özünün
bir ölkəsindən
digərinə yol alıb getməyə davam edirdi. Bu gün Qafqazda
dillərin zəngin müxtəlifliyinin ən
mühüm səbəbi
budur. Gürcü tayfalarının dillərinin qədim fonetikası, ahəngi, leksikolojisi Hun dilləri ilə qohumluğa birbaşa daxil olur. Ancaq gəlmə semit
tayfaları ilə qarışandan sonrakı
mənzərəsi təbii
ki, dəyişib.
Buna baxmayaraq həm
xalqın etnogenezində,
həm də dilin arxetipində Hun-Saka (isgit)-kıpçaq-Oğuz
elementləri istənilən
qədərdir. Çox təəssüf
ki, gürcü tarixçi və dilçi alimləri heç bir elmi kökü olmayan sovet tarixinə
inanıb tarixlərini
qurama-sxematik, arxeoloji materiallarla geniş şəkildə təsbitlənməyən,
epik materiallar - dastan informasiyası ilə təsdiqini tapmayan dəlillərə
istinad etməklə yazıb və o metodla yazmaqda davam edirlər. Onların çoxu Avropaya inteqrasiyanı daha çox avropamərkəzçi
ədəbiyyata üz
çevirməkdə görürlər.
Halbuki Avropaya yox, daha
çox tarixi mənbələrə, arxivlərə,
arxeoloji qazıntılara,
etnoqrafik ümumiliyə
üz döndərmək
lazımdır.
Halbuki bu
sözlər bu dildə danışan xalqın doğma
sözləridir. Baxın; tayfa adı Kartli və ya Kartvelo.
Menqerel və ya Miqrel, Suan və ya Svanetiya. Gürcüstan və
ya Qruziya. Bu adların hamısı qədim Hun-Türk sözləridir,
ancaq ciddi fonetik təhriflərə yuvarlanmış şəkildə.
Bu adların çoxu "qor", "od",
"oğuz" sözlərindən törəyən və
eyni zamanda fonetik təhriflərə məruz qala-qala dəyişik
şəkillər alan adlardır. Nəhayət,
"Axıska" adı öz məzmununda ikili semantikanı
ifadə edərək həm qədim Türk boyunun
adıdır, bu gün də etnonim funksiyasını
saxlayır, həm də minillərlə yaşadıqları
bölgə adı - toponimdir. Yəni tayfa adı yer adında
maddiləşib.
Kərimbəyli, Əli
Xalq cəbhəsi.- 2011.- 20 avqust.-
S. 14.