Rəngkarlıq dünyası

 

  İsmayıl Məmmədov: «İnsanların diqqətini təbiət gözəlliklərinə cəlb etməyə çalışmışam»

Azərbaycan müasir təsviri sənətinin müxtəlif sahələrində çox məhsuldar çalışmaqla yaddaqalan əsərlər yaradan sənətkarlarımızdan biri də əməkdar rəssam İsmayıl Məmmədovdur. Bunu onun bir qərinədən artıq müddətdə rəngkarlıq və qrafika, teatr-dekorasiyamonumental rəngkarlıq sahəsində yaratdığı əsərləri də təsdiqləyir.

Tanışlıq üçün qeyd edək ki, İsmayıl Məmmədov 1948-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə Ə.Əzimzadə adına rəssamlıq məktəbində (1963-68), sonra isə İ.E.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1968-74) təhsil alıb. 1976-cı ildən müxtəlif beynəlxalq və yerli sərgilərin iştirakçısı, 1978-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Ötən illərdə İ.Məmmədov Azərbaycan Rəssamlar İttifaqının idarə heyətinin katibi (1987-92), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı (1998-2007), «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğunun baş rəssamı (2007-08) və başqa yaradıcı ictimai vəzifələrdə çox səmərəli fəaliyyət göstərib. Hazırda ingilis dilində çap olunan «Visions of Azerbaijan» adlı jurnalın baş rəssamıdır. Rəssamın rəngkarlıq qrafika nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi 1985-ci ildə açılıb. İ.Məmmədov «Humay» (1995) «Qızıl Dərviş» (1999) mükafatlarına layiq görülüb. Rəssam həm tez-tez səfərlərdə, o cümlədənTürkiyə, İngiltərə, Rusiya, ABŞ s. ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmuş, fərdi sərgilərini yerli tamaşaçılara təqdim etmişdir. İ.Məmmədovun əsərləri dünyanın müxtəlif muzey, qalereya şəxsi kolleksiyalarında saxlanılır.

İ.Məmmədovun təhsil illərində müəllimi, məşhur monumentalçı rəssam Y.Y.Moiseyenkodan professional sənətin sirlərinə yiyələnməsi, açıq səma altında muzey kimi tanınan Sankt-Peterburq şəhərinin füsunkar ponaramı şahanə memarlıq nümunələri, eləcə dünyanın məşhur bədii saxlancı olan Ermitajda digər muzeylərdəki məşhur sənət əsərlərilə əyani tanışlığı onun yaradıcılığının formalaşmasında az rol oynamayıb. Hələ yenicə peşəkar sənətin sirlərinə bələd olmağa çalışan rəssam üçün Sankt-Peterburq şəhərinin bir neçə xarici ölkələrdən gəlmiş tələbələrlə ünsiyyətin əvəzedilməzliyi indi rəssamın xatirələrində xoş anlar kimi yaşayır.

İ.Məmmədov yaradıcılığı mövzu dairəsinin çoxşaxəliliyi, əsərlərinin kompozisiya quruluşunun mürəkkəbliyi, kolorit həllinin rəngarəngliyi, ifadə üslubunun müxtəlifliyi, janr xüsusiyyətlərinin zənginliyi, icra manerası, mövzuya özünəməxsus yanaşma xüsusiyyəti görüm tərzinin fərdiliyi ilə seçilir. O, Şərq incəsənətinin ənənəvi xüsusiyyətlərini, simvolik çoxmənalılığını, eləcə Qərb incəsənətinin mütərəqqi cəhətlərini ümumiləşdirməklə bu tendensiyaları əsərlərində birləşdirməyəvəhdətdə verməyə çalışır. Rəssamın – «Mən tələbəlik dövründən Qərb rəssamlarını yaradıcı şəkildə müşahidə etmişəm. El Qreko Pablo Pikassoya yaradıcı rəğbətimi heç zaman gizlətməmişəm. Şərq incəsənətinə gəldikdə isə bu incəsənətimizin ayrılmaz hissəsidir» – sözləri dediklərimizi təsdiqləyir. Rəssam dəzgah rəngkarlığı, qrafika, teatr-dekorasiya, divar boyakarlığı kompyuter qrafikasında bir-birindən maraqlı əsərlər qalereyası yaradıb, desək yanılmarıq. İ.Məmmədovun hələ 1965-ci ildən kitab qrafikası ilə məşğul olması, onun bədii ədəbiyyat sahəsində biliklərinin zənginləşməsinə səbəb olub yaradıcılıq imkanlarının təkmilləşdirilməsinə müsbət təsir göstərib. Bu mənada «Dərk etmə», «Oyanış», «Musiqi dərsi», «Kitab oxuyan oğlan» s. əsərlərini qeyd etmək olar.

Azərbaycan milli müasir bəstəkarlıq sənətinin tanınmış simalarından olan bəstəkar Cavanşir Quliyevə həsr olunmuş portret zəngin bədii ifadəlilik xüsusiyyətləri duyğulandırıcı estetik məziyyətləri ilə diqqəti cəlb edir. Ümumiyyətlə rəssamın portret yaradıcılığını təhlil etdikdə rəssamın yaradıcı insanların fəaliyyətinə xüsusi marağının olduğunu hiss edə bilərik. Bu mənada tanınmış musiqiçinin özünəməxsus dünyasını əks etdirən bu əsərin kompozisiya quruluşunun ustalıqla həll edildiyini demək olar. Əsərdə işıq kölgə həllindən bacarıqla istifadə edilib rəng qammasında oxra, narıncı qızılı rənglərin əlaqəsi xüsusi incəliklə zövqlə tapılıb. Bütün bu sadalananları obrazın daxili psixoloji aləminin açılmasına hesablandığını nəzərə alsaq, qeyd etmək olar ki, rəssam sonda uğurlu əsərin yaradılmasına nail ola bilib.

Rəssam Dədə Qorqud obrazına müraciət etməklə özünün mənsub olduğu milli dəyərlərə sayğısını bir daha təsdiqləmiş olub. Əsərə simvolik etnoqrafik elementlərin zənginliyi xasdır. Dədə Qorqud portretinin yaradılmasının digər vacib xüsusiyyəti kimi sovet dönəmində bu cür mövzulara müraciət etməyin məhdudluğunu qeyd etməklə, müstəqillik illərində belə milli obrazların yaradılmasına marağın zəruriliyini xüsusilə vurğulamaq istərdik.

İsmayıl Məmmədov eyni zamanda təsviri sənətin mənzərə natürmort janrında işlənmiş bir-birindən maraqlı əsərlərin müəllifidir. O, xarici ölkələrə səfərləri zamanı yaratdığı mənzərə əsərləri barədə bizimlə söhbətində gözəl bir ifadə işlətdi. Rəssam dedi ki, «Mən gördüyüm təkraredilməz təbiət gözəlliklərini, sirlərlə zəngin təbiətdə müşahidə etdiyim ani dəyişmələri tamaşaçıların da görməsini, duymasını istəmişəm. İnsanların diqqətini bu ecazkar guşələrə cəlb etməyə çalışmışam».

Rəssamın belə əsərlərinə misal olaraq «Alupkada aylı gecə», «Biq Ben alaqaranlıqda», «Hayd Park alaqaranlıqda», «Qızıl körpü, Venesiya», «Yağışdan sonra Venesiya», «Günorta Venesiya», «Günəşli Venesiya», «Qondolalar, Venesiya», «Xaraba-Gilan, Naxçıvan», «Süleymaniyyə məsçidi, İstanbul» başqa əsərlərini göstərmək olar. Sadalanan mənzərə əsərlərini həm real bir coğrafi məkanın təsviri, həm eyni zamanda rəssamın təxəyyülündən doğan təkraredilməz bir məkan kimi xarakterizə etmək olar. Rəssam eyni zamanda diqqətçəkən natürmortlar müəllifi kimi özünü təsdiq edib. «Zəncirotular», «Emalatxanada», «Heyva ağacının budağı», «Narla natürmort» s. əsərlərində rəssam əşya predmetlərin incəliklərinə varmaqla sonda estetik təsir yükünə malik bitkin kompozisiyalar yarada bilib.

İ.Məmmədov qrafikanın bütün sahələrində eyni şövqlə maraqlı əsərlər ərsəyə gətirib. Rəssamın karandaş, pastel, qarışıq texnika, s. bədii-texniki vasitələrlə işlədiyi lövhələr, eləcə monotipiyaları, cizgi rəsmləri, kitab qrafikası başqa qrafika əsərləri özünün orijinal işlənmə üslubu bədii ifadə həllinin kamilliyi ilə diqqəti cəlb edir.

İsmayıl Məmmədov Bakını bakılıları çox sevir. Rəssam köhnə Bakı səhnələrinin, əvəzedilməz «İçərişəhər» mənzərələrinin mahir tərənnümçüsüdür. Rəssam «İçərişəhər»i Bakıda XX əsrin əvvəllərində inşa edilmiş tarixi binaların hər birini böyük zəhmət hesabına təsvir edərək bədii biçimdə tamaşaçılara təqdim edib. Onun Azərbaycanın tarixi abidələrinin, eləcə «İçərişəhər»in ayrıca abidələrinin bədii xəritəsini yaratmaq qüdrəti xüsusilə qeyd edilməlidir. İsmayıl Məmmədovun Azərbaycanın mədəniyyət xadimlərinə həsr etdiyi bədii markalarÜzeyir Hacıbəyli», «Qara Qarayev», «akademik Həsən Əliyev», «Cəfər Cabbarlı», «Bülbül» b.) özünün bədii ifadə həllinə işlənmə səlisliyinə görə fərqlənir. Rəssamın «Mənim rəngli yuxularım», «Dədə Qorqud», «Afrika maskaları», mifoloji folklor mövzularında yaratdığı monotipiya nümunələri özünün mövzu tutumu bədii həlli baxımından xüsusilə diqqəti cəlb edir.

Biz yuxarıda qeyd etdik ki, İsmayıl Məmmədov on ilə yaxın Musiqili Komediya Teatrında baş rəssam işləyib. Rəssam həm Akademik Milli Dram Teatrında Azərbaycan Rus Dram Teatrında qoyulan tamaşalara bədii tərtibat verib geyim eskizləri hazırlayıb. Onun belə tamaşalarının sayı qırxdan artıqdır. İstedadlı rəssam həm monumental rəngkarlıq nümunələri yaradıb. Təəssüf ki, müəyyən səbəblərdən bu bədii sənət inciləri qorunub saxlanılmayıb. Bu sarsıdıcı məqamı digər monumentalçı rəssamların yaradıcılığına da şamil etmək olar. Çox zaman təmir zamanı naşılıqdanmı hansısa digər səbəbdən rəssamlarımızın ağır zəhmət hesabına ərsəyə gətirdikləri bədii lövhələr dağıdılır.

İ.Məmmədov «Əfsanə» kafesində (1984-85) (Sirus Mirzəzadə ilə birgə), «Retro» foto otelyesində (1986-87) (Sirus Mirzəzadə ilə birgə) «Azərbaycan» kinoteatrında (1987-88) monumental bədii tərtibat hazırlayıb. Rəssamın yaratdığı bu işləri bədii ifadəlilik, məna məzmun yükünə görə heç yaradıcılığının başqa sahələrində yaradılmış əsərlərdən geri qalmır. Müəlliflərin «Əfsanə» kafesi üçün yaratdığı əsərlərin bədii həlli milli miniatür sənətimizin ənənələrindən qaynaqlanır. Müəlliflər burada mahiranə şəkildə məkanla ahəngdar şəkildə rəng çalarlarının vəhdətindən ustalıqla istifadə edərək təkrarsız incilər yarada biliblər.

Ümumiyyətlə, İ.Məmmədovun yaradıcılığını ötəri olsa belə səciyyələndirsək, rəssamın yaradıcılığında milli qaynaqların, əsl milli çalarların əsas aparıcı xətt kimi keçdiyinin şahidi olarıq. Düşünürük ki, hər bir yaradıcı şəxs, o cümlədən rəssam nəyi necə yaradacağından asılı olmayaraq daim öz milli mənsubluq hissini büruzə verməlidir. Elə təsviri sənətdə özünəməxsus bədii izi olan əməkdar rəssam İsmayıl Məmmədov kimi.

 

Oktay Hacımusalı

Xalq Cəbhəsi.- 2011.- 24 dekabr.- S.13.