Fırçaların möcüzəsi

 Rafis İsmayılovun yaradıcılıq diapazonu geniş və rəngarəngdir

 

Azərbaycan təsviri sənəti yaradıcı şəxsiyyətlərin zəngin daxili aləmi, yaradıcılığının çoxşaxəliyi, həmçinin mövzujanr diapazonunun genişliyilə diqqəti çəkir. Xalq rəssamı Rafis İsmayılovun yaradıcılığı da buna parlaq misaldır. O, ötən əsrin 70-ci illərində Azərbaycan təsviri sənətinin yüksək sənətkarlıq səviyyəsini müəyyənləşdirmiş rəssamlar nəslinə mənsubdur. Bu rəssamlar yaradıcılıqlarına görə milli rəssamlıq məktəbinin özünəməxsus və təkrarolunmaz simasının formalaşmasında böyük rol oynamışlar.

Rafis İsmayılovun rəssam kimi gördüyü işlərin sırasında Azərbaycan kinosunun gözəl nümunələri: «1001-ci qastrol», «Oxuyur Müslüm Maqomayev», «Dantenin yubileyi», «İşarəni dənizdən gözləyin», «Sevinc buxtası», «Qara gölün cəngavərləri», «İşgüzar səfər», «Narahat adam», «Küçələrə su səpmişəm», «Qətldən 7 gün sonra», «Otel otağı», «Ölsəm, bağışla», «Özgə ömür», «Təhminə», «Fəryad» və bir çox başqa filmləri qeyd etmək olar. Ən uğurlu işlərindən birison illərin ən uğurlu filmlərindən «Cavad xan»dır. Bununla yanaşı o bir çox teatropera tamaşaları, cizgi filmləri üzərində də çalışmışdır.

Rafis İsmayılov 30 mart 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur. Atası İsmayılov Rza Məmməd Rza oğlu tarix müəllimi idi. Anası İsmayılova Anna İlyiniçna rus dili və ədəbiyyatdan dərs deyirdi. Əlbəttə, bütün bunlar evdə uşaqların tərbiyəsinə öz təsirini göstərməli idi. Dörd qardaşRasim, Ramiz, RafisRais hələ uşaq yaşlarından həm dünya ədəbiyyatının nümunələri, həm də tarixə dair çoxsaylı kitablarla tanış olur, biliklərini artırırdılar.

Rəssam xatırlayır: «Bəlkə atamın tarix müəllimi olması, məndə arxivlə işləməyə bu qədər həvəs və maraq oyatmışdır».

Kitabları oxuduqdan sonra qalan təəssüratlar çox çəkmədən öz əksini rəsmlərdə tapırdı. Şəhərdəki mənzilin, bağ evinin divarlarını o vaxtlar bir qayda olaraq balaca Rafisin rəsmləri bəzəyirdi. Hələ erkən uşaqlıq dövründə, qardaşlardan yalnız böyüyüRasim oxumağı bacarırdı və oxuduqlarını kiçik qardaşlarına danışırdı, bax onda, balaca Rafis qardaşından eşitdiyi hekayətləri dərhal əlinə düşən kağız parçasında əks etdirməyə çalışırdı. Yay axşamlarında ailə bağda çay süfrəsi ətrafında yığışmağı çox sevərdi. O zamanlar karandaş bir elə asan tapılmırdı, belədə balaca Rafisin köməyinə samovarın yan-yörəsindəki kömür parçaları çatırdı. Nəticədə bağda bütün divarlar onun rəsmlərilə dolardı.

Axşamlar nənəsinin nağıllarından doymaq bilmirdi. Bu nağıllar Rafisin fantaziyasını oyadırdı. Ailədəki yaradıcılıq atmosferi oğlan uşaqlarının gələcəyinə öz təsirini göstərdi. Qardaşların demək olar ki, hamısı sonralar yaradıcı ixtisaslar seçdilər. Böyük qardaş Rasim İsmayılov Azərbaycanın məşhur operatoru kinorejissoru kimi tanındı. Rafis bacarığını təsviri sənətin müxtəlif sahələrində tətbiq edə bilən rəssam, Rais isə televiziya rejissoru oldu.

İsmayılovlar ailəsi Bakının mərkəzində, «fransız» ləqəbli Toğrul Nərimanbəyovla bir binada yaşayırdılar. O da, Rafis kimi, binanın girəcəyində divarlara şəkil çəkirdi. Qonşuluqda isə Qolyavkinlər ailəsi yaşayırdı: ana, ata üç oğul. Bu ailə sənətə bağlı idi: valideynlər musiqidən dərs deyirdilər. Sonralar oğullardan biri – Viktor Qolyavkin məşhur uşaq yazıçısı oldu. Hazırda Sankt-Peterburqda yaşayan yazıçı özünün «Mənim xeyirxah atam» romanında məhz İsmayılovlar ailəsini təsvir etmişdi. 1970-ci ildə bu roman əsasında Lenfilmdə bədii film çəkilmişdi. Hətta Rafis müəllim, onun uşaq rolunu oynayan oğlanla görüşüb söhbət eləmişdi.

Rafisin uşaqlıq illərinin digər xoş təəssüratı «Arşın mal alan» filminin (1945-ci il, quruluşçu rejissorlar Rza Təhmasib, Nikolay Leşşenko) rəssamı operatoru kimi çalışan Əlisəttar Atakişiyevlə qonşu olduğu illərə bağlıdır.

Rafis İsmayılovun adı yalnız təsviri sənət mütəxəssislərinə sənətsevərlərə deyil, eləcə teatr tənqidçilərinə, bu ya digər dərəcədə milli kinematoqrafiyamıza bağlı olan hər bir kəsə yaxşı tanışdır. Onun yaradıcılıq dairəsi olduqca geniş çoxşaxəlidir. Rafis İsmayılov istər teatr-dekorasiya, istərsə dəzgah boyakarlığı sahəsində səmərəli işlər görmüş bir sənətkardır. O, həmçinin bir çox qrafik əsərlərin, kitab illüstrasiyalarının müəllifidir.

Lakin bütün bunlara baxmayaraq onun fəaliyyətinin əsas sferası kinematoqrafiyadır. O, bu sahəyə 40 ilə qədər vaxt sərf etmiş, 50 yaxın bədii filmə tərtibat vermişdir. Bu filmlərin bir çoxu Azərbaycan kinematoqrafiyasına böyük şərəf uğur gətirib. Rafis İsmayılov öz gücünü cizgi filmləri sahəsində sınamış bir sənətkardır. Onun «Daş» cizgi filmi rəssamın novator axtarışlarının uğurlu bəhrəsidir.

Son illər qəzet jurnal səhifələrində, televiziya kanallarında Rafis İsmayılovdan alınan müsahibələrdə bu sənətkarın yaradıcılığının bütün dərinliyi məzmunu açılmış təhlil olunmuşdur. Dərc olunan materiallar yalnız rəssamın bu ya digər dərəcədə yaradıcılıq yolunun ardıcıl olaraq təqdim olunması ilə ölçülmür. Bu məqalələr həm rəssama ümumiyyətlə kino rəssamlığı, bu peşənin özünəməxsusluğu, teatr rəssamlığından prinsipial fərqləri barədə düşündüklərini sərbəst şəkildə ifadə etmək imkanı verdiyinə görə maraqlıdır. Həmin yazılarda Rafis İsmayılovun öz ailəsi, kino meydançalarında baş verən gözlənilməz maraqlı hadisələr haqqında xatirələri öz əksini tapıb. Bu məqalələr tarixilik baxımından da dəyərlidir. Çünki onlarda rəssamın Azərbaycanın kino korifeyləriHəsən Seyidzadə, Tofiq Tağızadə, Rasim Ocaqov başqaları ilə birgə işi haqqında da ətraflı məlumat almaq mümkündür. Rəssamın düşüncələrinin faktların təqdimi baxımından «Rənglərin sirrini açmaq çətindir» məqaləsi qədərincə diqqəti cəlb edir.

Rəssamın yüksək məharəti, fikrimizcə, onun yaradıcılığında əlamətdar hadisələrdən sayılan V.Adıgözəlovun «Natəvan» (2003) operası Polad Bülbüloğlunun «Eşq ölüm ya ölümlə rəqs edən məhəbbət» (2005) baletində öz ifadəsini tapmışdır. Bu tamaşalarda rəssam Azərbaycan səhnəqrafiyası üçün yeni olan bir sıra üslublardan faydalanmışdır. Qeyd etmək lazımdır ki, hər iki əsər postsovet dövründə olan ilk tamaşalar idi. Rafis İsmayılovun yaradıcılıq diapazonu geniş rəngarəngdir. Bu rəssamın peşəkarlar arasında geniş şöhrəti nüfuzu var. Öz yaradıcılıq fəaliyyətini əsasən kino sahəsilə bağlayan Rafis İsmayılov teatr rejissorları ilə birgə bir neçə dramatik musiqili tamaşa üzərində işləmişdir. Bir quruluşçu rəssam kimi işi çox olsa da, o, dəzgah yaradıcılığına da böyük vaxt ayırır, əsas etibarilə orta əsrlər Azərbaycan miniatür sənətinin ənənələrini davam etdirir. Rəssamın 2008-ci ilin noyabrında Azərbaycan Rəssamlar İttifaqının təşkil etdiyi «Şərqdən şərqə» adlı iri sərgisində göstərilmiş silsilə əsərləri buna sübutdur.

Rəssam həm cizgi filmləri sahəsində, həm kitab qrafikasında nümunələr yaratmışdır. Başqa sözlə desək, bu gün bizim mədəniyyətimiz Rafis İsmayılovun simasında yüksək enerjili peşəkara, Azərbaycan dünya tarixinin bilicisinə, eləcə maraqlı həmsöhbətə malikdir.

1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Rafis İsmayılov həm Soltan Məhəmməd adına mükafat laureatıdır. 2000-ci ildə isə o, xalq rəssamı fəxri adına layiq görülmüşdür. Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə yerli xarici şəxsi kolleksiyalarda saxlanılır. Tükənməz enerjili bu qocaman sənətkarın yaşı yetmişi ötməsinə baxmayaraq o, dəzgah boyakarlığı sahəsində bir-birindən maraqlı əsərlər yaradır, sərgilərin iştirakçısı olur. Rafis İsmayılov bu gün müasir Azərbaycan təsviri sənətində, teatr kino rəssamlığında ən sayılıb-seçilən sənətkarlar sırasındadır.

 

Oktay

Xalq Cəbhəsi.- 2011.- 28 dekabr.- S.13.