Atəşgah ...
Məlum olduğu kimi, ölkəmizin ərazisində çoxlu tarixi abidə, dini məbəd var. Onlar tariximizin qədimliyindən, ulularımızın həyat tərzindən, inancından soraq verir. Belələrindən biri Suraxanı rayonunda yerləşən Atəşgah məbədidir.
- Onun ilk tikililəri II, III əsrə aiddir - deyə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babai söhbətə başladı - o dövrdə Azərbaycanda zərdüşt dini yayılmışdı. Bununla əlaqədar regionlarda zərdüşt məbədləri tikilmişdi. Suraxanıdakı Atəşgah məbədi VII əsrə kimi fəaliyyət göstərib. Bildiyimiz kimi, VII əsrdə Azərbayçanda islam dini qəbul edildi. Bundan sonra ölkədəki zərdüşt məbədləri sıradan çıxmağa başladı.
"Atəşgah məbədi" isə XVI-XVII əsrlərdə ikinci həyatına qədəm qoydu. Həmin dövrdə məşhur İpək Yolu Azərbaycandan keçirdi. Bu yolla ölkəmizə gələn tacirlər öz vətənlərinə döndükdə Suraxanıda yerdən çıxan təbii alov barədə də danışdılar. Nəticədə buraya zəvvarlar, atəşpərəstlər gəlməyə başladılar. Artıq bu yer onlar üçün müqəddəsləşmişdi. Müxtəlif ölkələrdən, o cümlədən də Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. Tanınmış hind alimi Mode yazırdı ki, Azərbaycanda - Suraxanıda dünyanın ən müqəddəs məbədlərdən biri yerləşir.
Ümumiyyətlə, "Atəşgah
məbədi"nə
həmişə böyük
maraq göstərilib.
Vaxtilə müxtəlif
dünyagörüşlü insanlar, o cümlədən
səyyahlar, xarici yazıçılar, alimlər
buranı ziyarət ediblər. Onların arasında A.Düma, Kenfr, Villot, Berezin, D.Mendeleyev də olmuşdur. Aleksandr
Düma "Qafqaz səfəri" əsərində
Atəşgah barədə
belə yazıb:
"Nahar qurtaran kimi qapıda hazır dayanan faytonlara minib məşhur Atəşgaha
getdik.
...Biz tamamilə
alova bürünmüş
qapıdan həyətə
girdik. Böyük dördkünc həyətin
ortasında günbəzli
səcdəgah ucalır.
Səcdəgahın tən ortasında
əbədi alov şölələnir".
"Atəşgah məbədi"
barədə böyük
rus kimyaçısı
D.Mendeleyevin fikirləri
də maraqlıdır. O, rus taciri Konerevin 1855-ci ildə Atəşgahın
arxasında tikdirdiyi kerosin zavodunda işləyirdi. Həyat yoldaşına yazdığı
məktubda bildirirdi ki, o, çox maraqlı məbəddir.
Mən indiyəcən belə məbəd görməmişəm.
Ziyarətə gələn atəşpərəstlər
hücrələrdə qalırdılar. Bir hücrədə
3-4 nəfər yerləşdirilirdi.
Başqa
ölkələrdən gələn
tacirlər də müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkirdilər. Burda 2-3 gün
qalıb dincəlir, atəşpərəstlərə, zərdüştlərə vəsait
ayırırdılar.
Atəşgah 26 hüçrədən və
mərkəzi ibadətxanadan
ibarətdir. Mərkəzi ibadətxana burada
ən müqəddəs
yer sayılırdı.
Ora ancaq baş kahinlər keçə bilər və sitayiş edərdilər.
Adi atəşpərəstlərin içəri keçməyə
ixtiyarları yox idi.
Məbəddə 20 qiymətli daş kitabə vardır. Onlar hücrənin
üstə yerləşdirilmişdir.
Birini zərdüşt, 19-nu isə
atəşpərəstlər qoymuşlar. Onlardan
19-u hind, biri fars
dilində yazılmışdır.
Hər kitabədə otaqların
neçənci ildə
və hansı tacir tərəfindən tikilməsi, həmçinin
hind tanrılarının adları
qeyd olunmuşdur.
Hücrələrdən yaşayış yeri, ibadətgah və karvansara kimi istifadə olunmuşdur. Son bir ildə iki
yeni hücrə açılıb. Onlardan biri
Azərbaycana, o biri isə Suraxanı rayonunun maddi mədəniyyətinə aiddir.
Həmin
hücrələrdə eradan
əvvələ aid əşyalardan
bəzi nümunələr
toplanmışdır.
2009-cu ildə Bakı İslam Mədəniyyətinin
paytaxtı elan olunması münasibətilə
ölkəmizdə müəyyən
tədbirlər keçirilir. Burada "Sönməyən
alovlar" adlı fotosərgi təşkil olundu. Fotosərgi köhnə Bakıya
və Suraxanıya aid
idi.
Azərbaycan Prezidenti
İlham Əliyev bu il iyulun 1-də "Atəşgah
məbədi" Dövlət
Tarix-Memarlıq Qoruğunun
mühafizəsinin təkmilləşdirilməsi
və onun maddi-texniki təminatının
yaxşılaşdırılması məqsədilə sərəncam
verib. Sərəncamda
göstərilir ki, Bakı şəhərinin
Suraxanı rayonu ərazisində yerləşən
"Atəşgah məbədi"
Dövlət Tarix-Memarlıq
Qoruğunun konservasiya
və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması,
ərazidə arxeoloji
tədqiqat işlərinin
aparılması və
"Atəşgah" tarixi
muzey mərkəzinin yaradılması üçün
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində
vəsait ayrılsın.
Bu, bir daha göstərir
ki, YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil etdiyi "Atəşgah məbədi" Dövlət
Tarix-Memarlıq Qoruğunun
özünəməxsus yeri
vardır. Qoruq Azərbaycan tarixinin
öyrənilməsi ilə
yanaşı, respublikamızda
turizmin inkişaf etdirilməsi baxımından
da böyük əhəmiyyət kəsb
edir.
Tarixi əhəmiyyəti olan bu sənəd rayon sakinlərində böyük
ruh yüksəkliyi yaratmışdır. Böyük Vətən müharibəsi
veteranı Məmmədhüseyn
Əsgərov, Azərbaycanın
xalq rəssamı Qəyyur Yunus, Bakı Dövlət Universitetinin dosenti Aydın Musayev, qocaman sakin Allahyar
Qulamov bildirmişlər
ki, "Atəşgah
məbədinə" yetirilən
diqqət hamımızın
ürəyindən olmuşdur.
Məlumdur ki, "Atəşgah
məbədi" bu yaxınlara qədər
"Şirvanşahlar Sarayı
Kompleks Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin filialı kimi fəaliyyət göstərirdi. Ölkə
rəhbəri "Atəşgah
məbədi"nin özünəməxsusluğunu,
unikallığını və
YUNESKO-nun Dünya İrsinin
İlkin siyahısına
daxil edilməsini nəzərə alıb hələ 19 dekabr 2007-ci ildə "Bakı şəhəri Suraxanı
rayonunda Atəşgah
məbədi ərazisinin
"Atəşgah məbədi"
Dövlət Tarix-Memarlıq
Qoruğu elan edilməsi haqda" sərancam imzalamışdı.
Təzə sərancam isə
bir daha dövlətimizin bu sahəyə qayğı ilə yanaşdığını
göstərir. İnanırıq ki, bundan sonra
Atəşgah məbədinə
diqqət daha da artacaq, buraya
xalqımızın nümayəndələri
ilə yanaşı, turistlər də gələcəklər.
Maraqlıdır ki, Atəşgaha xaricdən ziyarətə gələnlər çoxluq
təşkil edir. Burada çalışanlar
onları qədim tariximizlə daha ətraflı tanış
etmək üçün müxtəlif forma və
üsullardan istifadə edir, bu məbədi, bu qədim ziyarətgahı
göz bəbəyi kimi qoruyub gələcək nəsillərə
saxlayırlar.
Cavid
Xalq Cəbhəsi.- 2011.- 2 fevral.- S.10.